1. Yanını bir yerə, ya oturacağa qoyub oturaq vəziyyət almaq, əyləşmək. Buyurun, oturun! – [Hacı Əhməd Almasa:] Heç, elə belə gəldik, baş çəkək.
2. Hərəkət etməyib durmaq, qalmaq.
// Heç bir işlə məşğul olmamaq, vaxtını boş keçirmək, boş durmaq. Bu qədər oturmaq olar? Oturdun bəsdir. Oturmaqdansa, bir şeylə məşğul ol.
3. Çökmək, dibi torpağa dirənmək, aşağı enmək. Gəmi saya oturdu.
// Dibə çökmək, aşağı enmək. Sudakı duzlar şüşənin dibinə oturdu.
4. Yerinə düşmək, yerinə girmək, uyğun gəlmək. Pəncərə çərçivəyə yaxşı oturmur.
5. Əyninə yaxşı gəlmək, düz gəlmək, uyğun olmaq. Paltar bədəninə yaxşı oturur.
6. dan. Minmək. Qatara oturmaq.
7. məc. Həbsdə olmaq, həbsxanada saxlanılmaq, məhbus olmaq. Oğurluq üstdə üç il oturdu.
◊ Oturduğu yerdə – bax dayanıb duran yerdə (“dayanmaq”da). Oturduğum yerdə cəncələ düşdüm.