KÜRSÜ I is. [ ər. ] Bir neçə pilləli oturacaq, taxt, stul. Amma necə deyərlər, kürsüyə çıxmaq bir ayıb, kürsüdən düşmək iki ayıb (Anar).
KÜRSÜ II is. [ ər. ] Qış zamanı evin içində düzəldilən ocaq, stul. Cavahir kömür qoyub kürsü qurmuş, donmuş ayaqlarını yorğanın altına keçirib Teymur üçün yun corab toxuyurdu (H.Seyidbəyli).