Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qorçubaşı
Qorçubaşı və ya Qorçibaşı – "qorçuların rəisi", qızılbaş tayfalarının döyüşçülərindən ibarət olan şah qvardiyasının başçısı anlamını verir. V.F.Minorski göstərir ki, ilk Səfəvilər dövründə daimi qoşun yox idi və qorçubaşı "hərbi nazir" idi, onun adi adı da elə Əmir əl-üməra olmuşdur. Mirzə Səmia mərkəzdə şahın xidmətində olan xüsusi vəzifə sahiblərindən söz açıb, onları «üməra-ye dövlətxane-ye mübarək» mübarək dövlətxana əmirləri adlandırırdı ki, qorçubaşı da məhz bu əmirlərin siyahısına daxil idi. Qorçubaşının ehtimal olunan ləqəbi Rüknül Səltənət Əl-Qahirə olmuşdur. "Təzkirət əl-Mülk" əsərində qorçubaşının tam adı "Rüknül Səltənət Əl-Qahirə Alicah Qorçubaşı" kimi çəkilir.Qorçu kəliməsinin mənası mənbələrdə əsasən qorucu kimi açıqlanır. F.Sümər də bu adı qorucu kimi izah edərək bildirir ki, Ağqoyunlu hərbi təşkilatında belə bir vəzifə olmadığı üçün Şah İsmayıl ehtimal ki, bu vəzifəni çağatayları təqlid edərək yaratmışdı. Səfəvi tarixi üzrə tədqiqatlar aparan alimlərdən bəziləri isə qorçu sözünün Moğol dilində "qor" kökündən yarandığını və "oxçu" və ya "ox qını daşıyan" mənasını ifadə etdiyini bildirir. Dövlətin sanballı dayağı olan qorçubaşını Adam Oleari 10-12 min nəfər oxçunun rəisi kimi səciyyələndirilmiş və qorçu alayının I Şah İsmayılın dövründə yaradıldığını və onun cihadlarında yüksək fədakarlıq göstərdiklərini bildirmişdir. Fransız səyyah Şarden bu adın açıqlamasını "qovmaq-uzaqlaşdırmaq" kimi, digər bir səyyah Pyetro Della Valli isə "qorumaq-qollamaq" kimi vermişdir. Oqtay Əfəndiyev məsələyə bir digər tərəfdən yanaşmış və qorçubaşının - şah qvardiyasının rəisi" mənasını ifadə etdiyini bildirmişdir.
Nasist ovçuları
Nasist ovçuları — holokostda iştirak edən keçmiş nasistlərin, SS üzvlərinin və onlarla əməkdaşlıq edənlərin müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərə görə məhkəmədə ittiham edilmələrini təmin etmək məqsədilə onların izinə düşən və barələrində məlumat toplayan şəxslər. Simon Vizental, Tuvya Fridman, Serj və Beata Klarsfeld, Yen Sayer, Yaron Svoray, Elliott Uelles və Efraim Zuroff nasist ovçularının tanınmış nümayəndələridirlər. İkinci Dünya müharibəsinin ardından Soyuq müharibənin başlaması ilə həm Qərb müttəfiqləri, həm də SSRİ "Sancaq" əməliyyatı kimi proqramları realizə etmək məqsədilə keçmiş nasist alimlərini öz ölkələrinə cəlb etməyə başladılar. Verner fon Braun və Raynhard Gelen kimi keçmiş nasistlər dəyərli informasiyalar və xidmətlər müqabilində zaman-zaman dövlət müdafiəsi ilə təmin olunurdular. Həmin dövrdə Gelen Almaniya Federal Kəşfiyyat Agentliyinin rəhbəri, "ODESSA-nın real versiyası" olan Gelen Təşkilatının qurucusu idi. Qeyd edilən təşkilat nasistlərin Avropadan qaçmasına yardım etmişdi. Bir qrup nasist isə Avropada qalmamış və Cənubi Amerikaya üz tutmuşdu. Bütün bunlara cavab olaraq nasist ovçuları özləri təkbaşına və ya qrup şəklində (məsələn, Simon Vizental Mərkəzi) qaçaqları axtarmağa başladılar. Onlar informasiya müqabilində mükafat verilməsi, immiqrasiya və müharibə qeydlərinin nəzərdən keçirilməsi və mülki qaydada iddia qaldırılması kimi metodlardan istifadə edirdilər. Sonrakı onilliklərdə nasist ovçuları Qərb və Cənubi Amerika hökumətləri və İsrail dövləti ilə daha geniş əməkdaşlığa nail oldular.
Kölgə ovçuları (teleserial, 2016)
Kölgə Ovçuları (ing. Shadowhunters) — Ed Dekter tərəfindən Kasandra Kleirin populyar Ölüm Alətləri romanlar seriası əsasında yaradılmış Amerikan fövqəltəbii dram teleserialıdır. Şimali Amerikada 12 yanvar 2016-cı ildə Freeform kanalında premyerası baş tutmuşdur. Serialın çəkilişləri Kanadanın Ontario ştatının Toronto şəhərində baş tutmuşdur və hadisələr Kleri Freyin (Katerina Maknamara) on səkkizinci ad günündə iblisləri öldürən "Kölgə Ovçuları"-nın nəslindən olan yarı insan və yarı mələk olduğunu olması ətrafında cərəyan edir. Romanlar seriasının birinci adapdasiyası olan Ölüm Alətləri: Sümüklər Şəhəri filminin istehsalçı şirkəti olan Constantin Film bu serialında prodüseri olmuşdur. Serial birinci mövsümündə tənqidçilərdən qarışıq rəylər almışdır. Mövsümün birinci seriası kanalda son iki il ərzində ən çox tamaşaçı toplaya bilmişdir. Bununla yanaşı serial bir GLAAD Mükafatı və iki Yeniyetmə Seçimi Mükafatı kimi bir sıra mükafatlara layiq görülmüşdür. Serialın ikinci 20 seriadan ibarət olan mövsümü 2 yanvar 2017-ci ildə yayımlandı. 2016-cı ilin avqustunda serialın yaradıcısı Ed Dekter yaradıcılıq fərqlərinə görə serialı tərk etdi.
Skubi-Du: Sirr ovçuları
Skubi-Du: Sirr ovçuları (ing. Scooby-Doo! Mystery Incorporated) — detektiv janrında amerikan cizgi-serialı. Serial Warner Bros. tərəfindən hazırlanmışdır. 5 aprel 2010-cu ildə premyerası olmuşdur. Şegi ilk seriyada Metyu Lillard tərəfindən səsləndirilmişdir. Lillard ayrıca serialın iki canlı filmində Şeggi rolunu da oynamışdır: Scooby-Doo və Scooby-Doo 2: Canavarlar tükəndi (2004). Hal-hazırda Casey Kasem Şegginin atasını səsləndirmişdir. Scooby Doo Mystery Hunters filmi ABŞ-də 12 iyul 2010-cu ildə Cartoon Network-da təqdim edildi.
Hansel və Qretel: Cadugər ovçuları (film, 2013)
"Hansel və Qrethel: Cadugər ovçuları" — ABŞ filmi. Ssenari müəllifi və rejissoru Tommi Virkola olan 2013-cü ildə çəkilmiş Amerika və Almaniya istehsalı olan əkşn-qorxu janırında filmdir. Bu film Alman folklorunun sehirli nağıllarından olan "Hansel və Gretel" nağılı əsasında çəkilmişdir. Filmdə Ceremi Renner, Cemma Arterton, Famke Cansen, Piter Stormare, Tomas Mann və Derek Mirs kimi məşhurlar çəkilib.