Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Overton pəncərəsi
Overton pəncərəsi (ing. Overton window) və ya diskurs pəncərəsi (ing. discourse window) - siyasətçi və fəalların ictimai çıxışlarında yolverilən fikir diapazonu çərçivəsinin cari ictimai diskursa əsaslanaraq mövcud olduğunu iddia edən sosioloji konsepsiyadır. Konsepsiya bütün dünyada politoloqlar, siyasi analitiklər, tarixçilər, kulturoloqlar və s. mütəxəssislər tərəfindən istifadə olunur. Konsepsiya - onun müəllifi olan, amerikalı hüquqşünas və ictimai xadim Cozef Overtonun şərəfinə adlandırılıb. Diskurs pəncərəsi konsepsiyası Cozef Overton tərəfindən 1990-cı illərin ortalarında, onun Makinak İctimai Siyasət Mərkəzində işlədiyi müddətdə irəli sürülmüşdür. Bu konsepsiya vaxtilə mühakimələrin açıq siyasi müzakirələr zamanı səsləndirilməyə uyğun olub-olmama dərəcəsinin qiymətləndirilməsi üçün əlverişli model kimi təklif edilmişdir. Konsepsiya mərkəzin daxili seminarlarında aktiv şəkildə istifadə edilsə də, geniş ictimaiyyət üçün ilk dəfə 2006-cı ildə, Overtonun ölümündən üç il sonra nəşr edilmişdir. Beləliklə, diskurs pəncərəsi ideyası nüfuz qazanır, Makinak Mərkəzinin əməkdaşları isə Overton pəncərəsinə həsr olunmuş bir sıra materiallar hazırlayaraq ideyanı populyarlaşdırmaq və inkişaf etdirmək üçün davamlı çalışırdılar.
Oberton
Oberton (alman dilində ober – yuxarı+ton) — mürəkkəb rəqsin əsas tona nisbətən daha yüksək tezliyə malik sadə tonları. Əsas ton kimi şərti olaraq birinci oberton götürülür. Rəqs tezliklərinin nisbətən tam ədədlərin nisbətən (1:2:3:4 və s.) kimi olan obertonlar harmonik overton adlanır. Musiqi səsi tondan və harmonik obertondan ibarətdir. Səslənən simin, hava sütununun tezliklərinin nisbəti həm tam ədəd, həm də 1/2:1/3:1/4 və s. kimi də göstərilir. Oberton əsas tondan çox zəif olduğundan və ona qarışaraq səsləndiyindən onu bilavasitə atırmaq olmur. Obertonun xarakteri eyni zamanda səsin xüsusiyyətini və ya tembrini müəyyən edir.
Everton FK
"Everton" futbol klubu (ing. Everton Football Club) — Liverpul şəhərindən ingilis futbol klubu. İngiltərə Premyer-Liqasında çıxış edir. Klub İngiltərə çempionatını yuxarı liqasında 108 sezon keçirib. Bu ingilis futbol klubları üçün rekord göstəricidir. Klub həmçinin doqquz dəfə İngiltərənin çempionu olub, bu klublar arasında dördüncü mövqedir. "Everton" 1888-89-ci ildə İngiltərə Futbol Liqasının və 1992-ci ildə Premyer-Liqanın təsisçilərindən biridir. Klubun çoxsaylı həvəskarları vardır. Ona gərə ona eyni zamanda "Xalq klubu" (ing. The People’s Club) adı verilib.
Vartop burnu
Vartop burnu (bolq. нос Въртоп, ‘Nos Vartop’ \'nos v&r-'top\) — Antarktidanın Antarktik yarımadasının Qreyam sahilinin Finayeus buxtası sahillərindən şimal-qərbdə yerləşən burundur. Burun şimal-qərbi Bolqarıstanda yerləşən Vartop şəhərinin adını daşıyır. Paraqon burnundan 3.85 km cənub-şərqdə, Eiykman burnundan 5.18 km cənub-şərqdə, Krasava burnundan 3.8 km şimal-qərbdə yerləşmişdir. Britaniya xəritəsinə 1976-cı ildə daxil edilmişdir. British Antarctic Territory. Scale 1:200000 topographic map. DOS 610 Series, Sheet W 66 64. Directorate of Overseas Surveys, Tolworth, UK, 1976. Antarctic Digital Database (ADD).
Everton Vinya-del-Mar FK
Everton (Vinya-del-Mar) (isp. Corporación Deportiva Everton de Viña del Mar) — Çilinin Vinya-del-Mar şəhərindən olan futbol klubu. "Everton" dörd dəfə Çilinin çempionu olub. Paytaxt Santyaqodan olmayan komanda kimi o bu göstəricidə ancaq Kalama şəhərindən olan "Kobreloa" komandasından geri qalır. == Tarixi == 24 iyun 1909-cu ildə İngiltərənin Liverpul şəhərindən olan dənizçilər tərəfindən təşkil edilib.