Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Aythya nyroca
Ağgöz qaraördək (lat. Aythya nyroca) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qazkimilər dəstəsinin ördəklər fəsiləsinin qaraördək cinsinə aid heyvan növü. == Statusu == Nadirdir. == Kateqoriyası == (VU). Antropogen təsirlərə həssasdır. Yeni qorunma tədbirləri görülməsə, mənfi təsirlərdən təhlükəli vəziyyətə (EN) düşə bilər. == Qısa təsviri == Ortaboylu ördəkdir (600-800 q). Erkəyinin ümumi rəngi qonur-qəhvəyidir, amma bel tərəfi nisbətən tünd rənglidir. Qanadlarının üzərində ağ “aynacığı” var. Gözləri ağımtıldir.
Arqun ağa Oyrot
Arqun ağa (1210 – 17 iyun 1275) — Oyrat tayfasından olan monqol əsilzadə, Elxanilər dövləti yaradılmazdan əvvəl 1243–1255-ci illərdə Monqol imperiyasının İranda mövcud olmuş darğaçısı. == İlk dövrləri == Rəşidəddinə görə, atası gənc ikən oğlu Arqunu Ögedeyin tərbiyəçisi Cəlair Qadana satıb, o da onu öz oğlu İlügeyə verib. Ataməlik Cüveyniyə görə isə atası minbaşı idi. Ögedey sülaləsinin xidmətində yaşadığı illərdə o, savadlı olduğu və qədim uyğur dilini bildiyi üçün hakim ailə mənsubları arasında nüfuz qazanmışdır. Argun Ögedeyin dövründə bitikçi (katib) kimi fəaliyyətə başlamışdır. Sonralar, onun xanımı Töregene xatun Arqunu monqolların Mavəraünnəhrdəki darğaçısı Körgüzün müavini təyin etmişdir. Körgüzün 1242-ci ildəki edamından sonra Arqun yeni darğaçı təyin edilmişdir. == Fəaliyyəti == Yeni katibi Şərəfəddin Xarəzmi ilə birlikdə Amu Dəryadan Anadoluya qədər geniş ərazilərə nəzarət etmək üçün təyin edilmişdi. Güyük xan hakimiyyətə gələndən sonra 1246-cı ildə bu vəsifəsini bir daha təsdiqlədi. Ola bilsin ki, Lombardiyalı Askelin 1247-ci ildə Arqun ağa ilə Baycu noyonun sarayında tanış olub.
Novruz ağa Oyrot
Novruz ağa Oyrot (XIII əsr – 13 avqust 1297) — Oyrot tayfasının başçılarından olan Arqun ağanın oğludur oğlu, XIII əsrdə yaşamış güclü Oyrot əmirlərindən biri. Novruz ağa Elxanlı dövlətinin tarixində mühüm rol oynayan şəxslərdən biri olmuşdur. O, atası Arqun ağanın ölümündən sonra onun yerinə Xorasan hakimi, eyni zamanda da gənc şahzadə Qazanın atabəyi təyin edildi. Lakin bir ildən sonra o, Qazana qarşı üsyan qaldırıb onu Xorasandan qovdu. Keyxatu xanla Baydu arasında hakimiyyət uğrunda gedən mübarizə zamanı o, Qazan ilə sülh bağlamaq qərarına gəldi. Baydunun öldürülməsindən sonra Qazan yeni Elxan elan edildi. Bundan sonra bir müddət dövlətin idarə edilməsində mühüm rol oynayan Novruz monqol və türk tayfaların müsəlmanlaşdırılmasında mühüm rol oynadı. O, orduya komandan təyin edilərək üsyanları yatırmaq tapşırıldı. Lakin sonda Qazan xan ilə münasibətlər pozuldu və o, xəyanətdə ittiham edilərək öldürüldü. Novruz ağa atası öldükdən sonra onun Xorasandakı inzibati vəzifəsini irsi olaraq ələ almışdı.