Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Puent-a-Pitr (rayon)
Sarbur (fr. Arrondissement de Sarrebourg) — Fransanın Lotaringiya regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Mozel. Suprefektura — Sarbur. Rayon əhalisi 2006-cı ildə 63 193 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 64 nəf / km². Rayon sahəsi — 993 km².
Qışlaq-i Qəbələgah Allahverdi və Pəpir (Pərsabad)
Qışlaq-i Qəbələgah Allahverdi və Pəpir (fars. قشلاق قبله گاه اله وردي وپاپر‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 58 nəfər yaşayır (14 ailə).
Pulpit
Pulpit (lat. pulpitis) - diş pulpasının iltihabıdır. Bir çox amillərin təsiri nəticəsində yaranır. Əsasən müxtəlif yollarla pulpaya daxil olmuş mikroorqanizmlər tərəfindən törədilir. Bu mikroorqanizmlər pulpaya dişin zirvə dəliyindən daxil olmuşsa, əmələ gələn iltihabı proses qalxan pulpit adlandırılır. Əgər mikroorqanizmlər qan cərəyanı vasitəsilə pulpaya düşmüşsə hematogen pulpit əmələ gəlir. Əsas simptomları ağrıdır. Ən xarakterik ağrıları bunlardır: əlavə qıcıqlandırıcıların təsiri olmadan öz-özünə (spontan) başlayan ağrılar, gecə ağrıları, güclənən və arabir kəsən ağrılar, lokallaşan və ya irradiasiya edən ağrılar, xarici qıcıqların (temperatur, mexaniki və kimyəvi qıcıqlar) təsirindən əmələ gələn və uzun müddət davam edən, eyni zamanda sızıldayan, küt sancılı ağrılar və s. == Səbəbləri == Pulpa sinir lifləri və qan damarları ilə zəngin olan mürəkkəb birləşdirici toxuma quruluşudur. Statistikaya görə, diş xəstəlikləri arasında pulpit kariesdən sonra ikinci yeri tutur, onun bir fəsadıdır.
Yupiter
Yupiter (planet)
Puzır
Şapar (çuvaş Шӑпӑр, rus. Шапар), Şabr (çuvaş Шӑбр, rus. Шабр), Şıbır (çuvaş Шыбыр) və ya Puzır (rus. Пузырь) — türkdilli çuvaşlara məxsus tuluq zurnası. Müasir dövrlərə qədər şapardan sadəcə toy mərasimlərində istifadə edilirdi.
Seylor Yupiter
Seylor Yupiter (セーラージュピター, Sērā Jupitā) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Makoto Kinodur. (木野 まこと, Kino Makoto) Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Yupiter Usaqi Tsukino tərəfindən tapılmış 3-cü Seylor döyüşçüsüdür. Komandanın ən uzun boylu (168 sm) və ən güclü üzvlərindən biri olduğundan komandanın "vuran qolu"dur. Planeti Yupiterin verdiyi güc sayəsində Makoto elektriki və bəzi bitki növlərini idarə etmək, şimşək çaxdırmaq gücünə sahibdir. Seylor Yupiter ilk dəfə manqanın 5-ci aktında, orijinal animenin 25-ci seriyasında, ikinci animenin ("Sailor Moon Crystal") 5-ci seriyasında görünmüşdür. Bir çox videooyunda yer almışdır. "Seylor Mun" manqasından başqa Seylor Yupiter özündən bəhs edən "Makonun depressiyası" manqasında da yer almışdır. == İzah == Makoto Kino personajı baş tutmayan "Codename: Sailor V" animesində yer alması üçün təklif edilmişdir, lakin onun üçün ilk öncə Mamoru Çino adı təklif olunmuşdur.
Yupiter (dəqiqləşdirmə)
Yupiter (planet)
Yupiter (ilahə)
Yupiter (lat. Iuppiter) — Qədim Roma dinində səmavi işığın, yağışın və göy gurultusunun baş tanrısı, Roma dövlətinin mərkəzləşmiş panteonunun rəhbəri. Yupiter bütün dünyanın hakimi və hökmdarı kimi təsəvvür edilirdi. E. ə. VI əsrdə Romada Kapitoli təpəsində Yupiter ibadətgahı tikilmişdir. Onun şərəfinə dövlət bayramları - sentyabrda Roma oyunları, noyabrda plebel və Kapitoli oyunları keçirilirdi. Yupiter Yunan mifologiyasındakı Zevslə eyniləşdirilir. Yupiter sözünün mənşəyi ehtimal ki Zevs + pator birləşməsindən yaranmışdır.
Yupiter (mifologiya)

Yupiter — Günəş sistemində Günəşdən məsafəsinə görə beşinci, böyüklüyünə görə birinci planet. Yupiter Günəşin kütləsinin mində birinə bərabər olsa da, digər planetlərin cəmi kütləsindən 2,5 dəfə çox kütləyə malik qaz nəhəngidir. Yupiter qədim dövrlərdən etibarən astronomlara məlumdur. Adının mənşəyi Roma mifologiyasında baş tanrı hesab olunan Yupiterdən qaynaqlanır. Yupiter Yerdə kölgə yarada biləcək qədər parlaq işığa sahibdir. Gecə səmasında Ay və Veneradan sonra parlaqlığına görə üçüncü təbii səma cismidir. Yupiter əsasən Hidrogendən təşkil olunsa da, kütləsinin dörddə birini Helium təşkil edir. Yupiter digər qaz nəhəngləri kimi qayalıq səthə malik deyildir, ancaq bərk maddələrdən təşkil olunmuş nüvəyə malik olması ehtimal olunur. Öz oxu ətrafında sürətlə dövr etməsi səbəbindən planet qütblərdən basıq, ekvatordan qabarıqdır. Planetin xarici atmosferi müşahidəsi mümkün olacaq şəkildə zolaqlara ayrılmış tərkib hissələrindən ibarətdir və bu bölmələrin kəsişmə sərhədlərində qasırğalar müşahidə olunur.
Yupiter (tanrı)

Yupiter planeti

Cupiter (Florida)
Cupiter (ing. Jupiter) — ABŞ-nin Florida ştatının Palm-Biç dairəsində yerləşən şəhər.
Yupiter (aerobatika eskadronu)
Yupiter Aerobatika Komandası (YAK) (ing. Jupiter Aerobatic Team (JAT)) İndoneziya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün 6 ədəd KAI KT-1 Woongbi təyyarəsi istifadə olunur. Təyyarələr ağ və qırmızı rənglərə boyanmışdır. Təyyarələr ağ tüstü generatorları ilə təchiz olunub. == Tarixi == 1996-cı ildə BAE Systems Hawk təyyarələri istifadə edən ilk komanda yaradılmışdır. Komandanın ilk uçuşu 1997-ci il 23 sentyabrda baş tutmuşdur. 2001-ci ildə Elang Biru eskadronu ilə birləşdi və Mavi Yupiter adlanmağa başladı. 90-cı illərdə baş verən iqtisadi böhrana görə həmin komanda da ləğv olundu. 2008-ci ildə Yupiter Aerobatika Komandası yenidən quruldu və ilk ictimai uçuş noyabr ayında baş tutdu.
Yupiter məbədi (Split)
Yupiter məbədi (xorv. Jupiterov hram) — Xorvatiyanın Split şəhərində qədim Roma tanrısı Yupiterə həsr olunmuş məbəd. Diokletina sarayının qərbində, imperiya kompleksinin mərkəzi meydanında yerləşir. Məbəd 295–305-ci illər arasında, sarayın inşası zamanı tikilmişdir və ehtimal ki, 6-cı əsrdə Vəftizçi İohanın Vəftizxanasına çevrimişdir. Məbədin girişinin qarşısında Misirdən İmperator Diokletian tərəfindən gətirilən on iki sfiksdən biri yerləşir. Şotlandiya memarı Robert Adam bu məbədi Avropanın ən gözəl abidələrindən biri hesab edirdi. == Təsviri == Yupiter məbədi 295-305 arasında Diokletina sarayı ilə birlikdə inşa edilib. Məbəd ali Roma tanrısı və Diokletinanın "ilahi atası" Yupiterə həsr olunmuşdu. Məbəd sarayın qərb, dini hissəsində yerləşir. İmperator 305-ci ildə gözlənilmədən taxtdan imtina etdi və sarayın tikintisinin dayandırılması ilə əlaqədar məbədin hissələri də yarımçıq qaldı.
Yupiter və İo
Yupiter və İo — Renessans dövrü İtaliya rəssamı Antonio Korrecionun çəkdiyi rəsm əsəri. Əsər hazırda Avstriyanın Vyana şəhərindəki Kunsthistorisches Muzeyində saxlanılır.
Pupi Avati
Pupi Avati (it. Pupi Avati) və ya Cüzeppe Avati (it. Giuseppe Avati) — İtaliya kinorejissoru, prodüser və ssenarist. == Həyatı == Pupi Avati 3 noyabr 1938-ci ildə İtalyanın Bolonya şəhərində anadan olmuşdur. == Filmoqrafiya == 1968 - "Qan qohumluğu" / Balsamus, l'uomo di Satana 1969 - "Tomas və tilsimlənmişlər" / Thomas... gli indemoniati 1974 - La mazurka del barone, della santa e del fico fiorone 1976 - "Gülən pəncərəli ev" / La casa dalle finestre che ridono 1976 - Bordellо 1977 - "Bütün rəhmətliklər... ölülərdən başqa" / Tutti defunti... tranne i morti 1978 - "Caz-bend" (TV) / Jazz band 1979 - Le strelle nel fosso 1980 - Cinema (TV serial) 1981 - "Mənə yatmağa kömək edin" / Aiutami a sognare 1982 - Dancing Paradise 1983 - "Zeder — o biri dünyadan səslər" /Zeder (Voices From The Beyond) 1983 - "Tələbə yürüşü" / Una gita scolastica 1984 - "Üç nəfər / Noi tre 1984 - Impiegati 1985 - "Buraxılış axşamı" / Festa di laurea 1986 - Hamburger Serenade (TV serial) 1986 - Regalo di Natale 1986 - "Son dəqiqədə" / Ultimo minuto 1986 - Storie Incredibili 1987 - Sposi 1989 - "Oğlanların və qızların hekayəsi" / Storia di ragazzi e di ragazze (titrlərdə yoxdur) 1989 - È proibito ballare 1991 - "Qardaşlar və bacılar" / Fratelli e sorelle 1991 - "Biks" / Bix 1993 - "Maqnifikat" / Magnificat 1994 - Dichiarazioni d'amore 1994 - "Uşaqlıq dostu" / L'amico d'infanzia 1995 - Voci notturne 1996 - "Cadugər" / L'arcano incantatore 1996 - "Festival" / Festival 1998 - "Sağdış" / Il testimone dello sposo 1999 - "Mələklərin yolu" / La via degli angeli 2001 - "Səlib yürüşü cəngavərləri" / I cavalieri che fecero l'impresa 2003 - "Ürək səninlə deyil" / Il cuore altrove 2004 - La rivincita di Natale 2005 - "Qızlar axı nə vaxt gələcək?" / Ma quando arrivano le ragazze?