Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Vələmir
Vələmir — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Vələmir quşları
Vələmir quşları (lat. Emberizidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. == Haqqında == Xırda quşlardır. Dimdiyi konusvarı, bəzilərində küt və qabarıqdır. Dimdiyinin forması bu fəsilə üçün səciyyəvidir. Böyürlərdən basıq, kənarları dimdiküstü və dimdikaltı içəri batmışdır. Dimdiküstünün aşağı tərəfi dimdikaltının üst kənarına tamamilə deymir. Belə ki, o bucaq altina əyilmişdir. Uzunsov burun deşiklərində ensiz zarlı qapaq vardır. Şərq yarımkürəsindəki quşların quyruğunun ucunda çuxur vardır.
Vələmir yarması
Vələmir yarması — tərkibindəki zülalların və yağın miqdarına görə dənli bitkilərdən alınan başqa yarmalardan üstündür. Vələmirdən bütöv buхara verilib cilalanmış, yastılaşdırılmış yarma, vələmir lopası, vələmir ləçəkləri, herkules və tolokno istehsal edilir. Bütöv cilalanmış vələmir yarması buхara verilib qurudulmuş çiçək qişasından, üzərində olan tüklü hissəciklərdən azad olunmuş dəndən ibarətdir. Qidalılıq dəyərini və keyfiyyətini yüksəltməк məqsədilə vələmir yarması əlavə olaraq müхtəlif üsullarla emal olunur, yastılanır, хırdalanır, uzun müddət buхara verilir. Yastılaşdırılmış vələmir yarmasını almaq üçün bütöv buхara verilmiş yarmanı dişli (rifli) vallardan keçirib qurudur, təmizləyir və qablaşdırırlar. Bütöv buхara verilmiş, cilalanmış və yastılaşdırılmış vələmir yarmaları keyfiyyətindən asılı olaraq əla və birinci əmtəə sortuna ayrılır. Bütöv buхara verilmiş, cilalanmış və yastılaşdırılmış vələmir yarmalarının nəmliyi 12%-dən, kənar qarışıqlar 0,35%-dən, 100 qr məhsulun turşuluğu ml-lə normal qələvi məhluluna görə 50-dən çoх olmamalıdır. == Mənbə == Əhmədov Ə.I. Ərzaq malları əmtəəşünaslığı. Ali məktəblər üçün dərsliк. Yenidən işlənmiş və tamamlanmış ikinci nəşr.
Çürünrü-vələmir nematodu
Çürünrü-vələmir nematodu (lat. Aphelenchus avenae) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Çürünrü-vələmir nematodu ikicinslidir. Erkək nematod uzunsov qurdşəkillidir. Uzunluğu 0,63-0,82 mm-dir. Konusşəkilli quyruqda enli bursa vardır, dişi nnematodların uzunluğu 0,55-0,86 mm-dir. Baş bədəninin ümumi konturundan ayrılmışdır. Orta bulbus iridir. Yumurtalıq düzdür. Quyruq dəyirmidir.
Səni əvəz eləmir (albom)
Səni əvəz eləmir – Azərbaycan Respublikasının xalq artisti, müğənni Faiq Ağayevin ikinci studiya albomu. == Albom haqqında == Tərkibində 14 mahnı olan alboma Eldar Mansurov, Gülər Həsənova, İlham Abdullayev kimi bəstələri daxildir. Aranjimanların müəllifi Yaşar Baxış və Pavel Bulakdır. Albom 21 mart, 1996-cı il tarixində işıq üzü görmüşdür.