1. zərf Şəksiz, şübhəsiz, səhih, inamla.
□ Yəqin bilmək – tamamilə düzgün olduğuna inanmaq, heç bir şübhə etməmək. Məsələni yəqin bilmirəm.
Yəqin etmək – bir şeyin doğruluğuna tamamilə inanmaq, yəqinlik hasil etmək.
Yəqin olmaq – doğru olduğu aşkara çıxmaq, sübuta çıxmaq.
// Xəbər şəkilçisi ilə yəqindir – şübhəsizdir, şübhə yoxdur.
2. is. Həqiqət; əsil, həqiqi vəziyyət, hal və s. Yəqinini bilmirəm. Yəqin budur ki, … Yəqininə gəldikdə…
3. ara s. Ehtimal, ola bilsin, görünür (bu mənada çox vaxt “ki” bağlayıcısı ilə). Əhvalatı, yəqin, sən də eşitmisən. Yəqin, kino da olacaq. Yəqin, xəstədir. Yəqin, gələcək. Yəqin ki, cavanlığını xatırlayır.