Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Cisco Packet Tracer
Cisco Packet Tracer — Şəbəkə simulyasiya proqramı. Heç bir fiziki qurğu istifadə etmədən qarışıq sistemlərin simulyasiyasının aparıldığı proqram təminatı. Proqram istifadəçilərə simulyasiya edilmiş komanda xətti interfeysindən istifadə edərək Cisco marşrutlaşdırıcılarının və açarlarının konfiqurasiyasını simulyasiya etməyə imkan verir. Packet Tracer istifadəçilərə simulyasiya edilmiş şəbəkə cihazlarını uyğun gördükləri kimi əlavə etmək və silmək imkanı verən sürükləyib buraxan (Drag and drop) istifadəçi interfeysindən istifadə edir. Proqram təminatı əsasən Cisco Şəbəkə Akademiyası tələbələrinə fundamental CCNA-nı öyrənməyə kömək etmək üçün tədris vasitəsi kimi diqqət mərkəzindədir. Əvvəllər CCNA Akademiyası proqramında qeydiyyatdan keçmiş tələbələr bu aləti pulsuz yükləyə və təhsil məqsədləri üçün istifadə edə bilərdilər. == Üstünlükləri == Cisco Packet Tracer də, əsasən CCNA kurikulum mövzuları ilə bağlı modelləşdirmələr yer alıb. Sadə Lan dizaynı, OSPF, RIP, EIGRP və.s kimi mövzuların realizəsini aparmaq mümkündür. Proqram Windows və Linux platformalarında 6 dildə yayılır. == İstifadəsi == Proqram təminatı əsasən təhsildə tətbiq olunur.
Hacker
Haker (ing. hacker, hack - yarmaq, sındırmaq) — əməliyyat sistemlərini bütünlüyü ilə bilən, dərinliklərinə enən, kompüterlərlə dərinləməsinə maraqlanan, proqramlamanı profesional dərəcədə bilən kompüter mütəxəssisləridir, deyə bilərik. Hakerlər hər hansı bir sistemin quruluşu üzərində sistem xətası və ya sistem açıqları tapa bilər, bu açıqların səbələrini bilərlər. Heç bir zaman öyrəndikləri ilə kifayətlənməz, daima daha çoxunu öyrənmək cəhdi içərisindədirlər. == Yaranma tarixi == Haker sözü XX əsrin 60-cı illərində informasiya texnologiyalarının inkişafı nəticəsində əmələ gəlmişdir. Haker sözü ümumiyyətlə əksərən sərt mənada başa düşülür, lakin onun çoxlu mənaları da var: Hakerlər əksər adi istifadəçilərdən fərqli olaraq proqramları detallarına kimi tədqiq etməkdən həzz alır, onların imkanlarını genişləndirməyə çalışır. Bir kəs ki, proqramlaşdırmanı çox həvəslə, şövqlə aparır və ya proqramlaşdırmanı nəzəriyyədən daha çox real şəkildə aparmağı xoşlayır. Bir şəxs ki, sürətli proqramlaşdırmanı bacarır. Öz peşəsi üzrə ekspert, öz peşəsində şövqlə işləyən. Ola bilsin ki, astronomiya hakeri.
Packera
Packera (lat. Packera) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Pankek
Pankek — adətən yumurta, süd və kərə yağı olan bir nişasta əsaslı xəmirdən hazırlanan və tava kimi isti bir səthdə bişirilən, adətən yağ və ya kərə yağı ilə qızardılmış nazik və yuvarlaq bir düz tortdur.
Parkhed
Parkhed (ing. Parkhead) — Qlazqo şəhərinin rayonu. == Tarixi == == Mədəniyyəti == === İdman === Şotlandiya Premyer Liqasında çıxış edən Seltik FK rayonda yerləşir.
Paket
Paket (packet) – ümumi anlamda: şəbəkədə bir qurğudan başqasına ötürülən informasiya vahidi. Paket kommutasiyası şəbəkəsində bu termin belə təyin olunur: göndərilmək üçün nəzərdə tutulmuş ikilik rəqəmlərdən ibarət olan müəyyən olunmuş maksimal ölçülü verilənlər yığını; burada həm verilənlər, həm də idenfikator-nömrə, göndərənin və alanın ünvanı və bəzən xətalara nəzarət verilənləri olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 623 s.
Pakod
Pakod (xorv. Pakod) — Macarıstanın Zala medyesində yerləşən kənd.
Craig Parker
Craig Parker (12 noyabr 1970) — Yeni Zelandiyalı aktyor. == Həyatı == Babası Birləşmiş Krallığın ordusunda xidmət edərkən Şotlandiyanın Edinburq şəhərindən Ficiyə köçmüşdür. Parker təkcə şotland nəslinə mənsub deyil. Onun babaları arasında Qal, Danimarkalı, ingilis və Kelt mənşəyi var. Parkerin dünyada atanınması Üzüklərin Hökmüdarı film seriyasındakı Haldir rolu olmuşdur. Bu uğurlu nəticənin ardınca 2008–2010-cu illər arasında Legend of the Seeker adlı serialda qaranlıq Darken Rahl rolunu canlandırmışdır. Yenə Sam Raimi və Robert Tapert tərəfindən çəkilən Spartak: Qan və Qum və Spartak: İntiqam seriallarında romalı komandir Qay Klavdi Qlaber rolunu canlandırmışdır.
Filip Parker
Filip Parker (20 iyun 1960, ABŞ) — INSEAD-ın elmi idarəetmə üzrə professoru; dünyanın ən sürətlə yazan yazıçısı; 200 mindən çox kitabın müəllifi. == Yazma texnologiyası == Filip Parker internetdən axtarışla götürülən informasiya ilə şablonla kitab yazmaq metoduna patent almış və bu üsulla indyə qədər 200 mindən çox kitab çap etdirmişdir. Onun tək ayaqqabılar haqqında 188, şamlar haqqında isə 219 kitabı vardır.
Hewlett-Packard
HP (ing. Hewlett-Packard) — mərkəzi Palo Alto, Kaliforniyada yerləşən beynəlxalq texnologiya şirkəti. Məlumat əməliyyat, təzyiq sistemləri və ədədi göstərmə təchizatları istehsalçısıdır. Ayrıca proqram və xidmət təchizatçısıdır. HP, 1939-cu ildə Bill Hewlett və Dave Packard tərəfindən bir test və ölçü cihazları istehsalçı şirkəti olaraq qurulmuşdur. İlk məhsulu Model 200A adındakı audio oscillator precision idi. İlk fərdi kompüter olan Hewlett-Packard 9100A'nı 1968-ci ildə istehsal etmişdir. Daha sonra, 1970-ci illərdə kalkulyator, 1980-ci illərdə inkjet, lazer printer və skaner, 1990-cı illərdə stolüstü, dizüstü (noutbook) və server kompüterləri istehsalına başlamışdır. 2002-ci ildə Compaq şirkəti ilə birləşən HP şirkəti, ayrıcaHP-UX, Tru64 və OpenVMS əməliyyat sistemləri; PA-RİSC, IA64 və Alpha mikro əməliyyat sistemlərini; HP 9000 və ProLiant server və iş stansiyalarını və OpenView kimi rəhbərlik proqramları istehsal edir. Compaq ilə edilən birləşmənin təşkilat mənasında kifayət qədər həzm edilə bilməməsi və hədəflənən performansın ortaya qoyulamaması nəticəsində, HP-nin CEO-si Carly Fiorina 2005-ci ilin əvəllində səhmdarların tələbi istiqamətində vəzifəsindən ayrılmaq məcburiyyətində qalmışdır.
Karl Pauker
Karl Pauker( rus. Карл Викторович Паукер;12 yanvar 1893 və ya yanvar 1893, Lvov, Sisleytaniya – 14 avqust 1937, Moskva) — Sovet xüsusi xidmət orqanlarının icra məmuru; İosif Stalinin təhlükəsizliyinin rəhbəri. 2-ci dərəcəli dövlət təhlükəsizlik komissarı (1935). Kütləvi repressiyaların təşkilatçısı. == Həyatı və təhsili == === Erkən illəri. I Dünya Müharibəsi. Əsirlik həyatı. === 1893-cü ilin yanvarında Lembergdə bərbər Benjamin Pauker ailəsində olduqca kasıb bir anadan olub. Yəhudi. İbtidai ev təhsili aldı.
Parken Stadionu
"Parken" ( dan. Parken ) — Danimarkanın Kopenhagen şəhərində yerləşən futbol stadionudur. Danimarkanın aparıcı klublarından biri olan Kopenhagen Futbol Klubu ev oyunlarını bu stadionda keçirir. Stadion həmçinin, Danimarka milli futbol komandasənn əksər oyunlarına ev sahibliyi edir. Stadionun tutumu hal hazırda 38 065 nəfərdir. Stadion Futbol üzrə UEFA Avro 2020 turnirinə ev sahibliyi edəcək 11 stadiondan biridir. == Tarixi == Stadionun tikintisi 1990-1992-ci illərdə aparılmışdır, son tutumu 38 065 nəfərdir. Arena 1990-cı ildə sökulən "İdretsparken" stadionunun yerində inşa edilmişdir. Yeni stadionda ilk oyun 9 sentyabr 1992-ci ildə keçirilib (Danimarka - Almaniya - 1: 2). 1994-cü ildə stadionda UEFA Kuboklar Kubokunun final oyunu keçirilib.
Piter Parker
Hörümçək-adam (ing. Spider-Man) — Marvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker (ing. Peter Parker) olan personaj kimi düşünülmüşdür. Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Ceyn Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir. Hörümçək-adamın 1960-cı illərin əvvəllərində peyda olduğu dövrdə superqəhrəman komikslərində yeniyetmə personajlar protaqonistlərin köməkçisi rolunda çıxış edirdilər.
Pocket Gamer
"Pocket Gamer" — ABŞ və Birləşmiş Krallıq videooyun veb saytı. Saytın məzmunu mobil cihazlar və portativ oyun sistemləri üçün oyunlara həsr olunmudur. == Tarixi == "Pocket Gamer" 2006-cı ilin martında istifadəyə verilmiş və Birləşmiş Krallığın "Steel Media Ltd." şirkətinə məxsusdur. Sayt portativ oyunları haqqında rəylər, tövsiyələr və digər məzmunları dərc edir, həmçinin hər il "Pocket Gamer Awards" mükafatlarını təşkil edir. Bunlara əlavə olaraq, "Pocket Gamer" komandası mobil oyun tərtibatçıları üçün "PocketGamer.biz" saytını yaratmış və mobil oyun sənayesinə həsr olunmuş Avropanın ən böyük konfransı olan "Pocket Gamer Connects"i keçirmişdir. 2008-ci ildə "O2", "T-Mobile" və "Vodafone" ilə əməkdaşlıq edərək 500 min tirajla "Pocket Gamer" jurnalı buraxılmışdır. 2010-cu ildə jurnal ayda iki dəfə nəşr olunurdu və tirajı 150 min nüsxə idi. == Qəbul == "The Guardian" nəşri "Pocket Gamer" saytını "100 ən vacib veb sayt" siyahısına daxil etmiş və onu "Ən yaxşı əl oyun saytı" adlandırmışdır. Bundan başqa, "The Sunday Times" onu "oyunçular üçün ən yaxşı 5 sayt"dan biri adlandırmışdır.
Pocket Mortys
Pocket Mortys (azərb. Cib Mortiləri‎) və ya Rick and Morty: Pocket Mortys (azərb. Rik və Morti: Cib Mortiləri‎) — Big Pixel Studios tərəfindən hazırlanan və Adult Swim games tərəfindən nəşr olunan Rik və Morti mövzulu rol videooyunu. Pulsuz olan videooyunu, 13 yanvar 2016 tarixində İOS və Android sistemləri üçün buraxılmışdır. Oyun Rik və Mortinin "Rikstakainatı"nda keçir. Oyunun mexanikası Pokemon seriyasına bir parodiya olaraq yaradılmışdır. 5 iyul 2017 tarixində oyuna çoxnəfərli rejim əlavə edilmişdir. == Məzmun == Oyunda oyunçu Riki idarə edir. Oyun, sirli bir Rikin portal vasitasilə Rikin qarajına daxil olmasıyla və onu Morti döyüşünə çağırmasıyla başlayır. Onu məğlub etdikdən sonra, oyunçu portaldan keçir.
Robert Parker
Robert Parker — Amerika yazıçısı, detektiv romanlar müəllifi Yazıçıya dünya şöhrətini detektiv Spenser haqqında silsilə romanlar qazandırmışdı. Parkerin son romanı 2010-cu ilin fevralında işıq üzü görəcək. Robert Parker 77 yaşında qəflətən vəfat edib.
Wicked City
Wicked City (yap. 妖獣都市; azərb. Zalım Şəhər‎) – 1987-ci ildə çəkilmiş tam metrajlı animedir. Animenin rejissoru Yoşiaki Kavaciridir. == Xarici keçidlər == Wicked City — Internet Movie Database saytında.
Çarli Parker
Çarli Parker(ing. Charles (Charlie) "Bird" Parker, Jr., 29 avqust 1920[…], Kanzas-Siti[d], Kanzas – 12 mart 1955[…], Nyu-York, Nyu-York ştatı və ya Manhetten, Nyu-York ştatı) — amerika caz saksofonçusu bəstəkarı, bibop üslubunun yaradıcısı. == Həyatı və yaradıcılığı == 1930-cu illərin sonunda ABŞ-nin Kanzas şəhərində əvvəlcə eksperiment xarakteri daşıyan modern-caz və ya bibop üslubu yaranır. Bibopda əsas diqqət orkestrin həmahəng səslənməsinə deyil, müxtəlif alətlərin solo ifasına yetirilir. 40-cıların məşhur cazmenləri saksafonçalan Çarli Parker və trubaçalan Dizzi Gillespi bibopa dünya şöhrəti gətirirlər. Çarli Parkerin modern-cazın inkişafında oynadığı rolu çox vaxt Lui Armstronqun ənənəvi caz sahəsindəki xidmətlərinə bərabər tuturlar. Dizzi Gillespinin kəşflərindən biri də caza Afrika, Kuba ritmlərini daxil etməsidir.
Tej Parker
Tej Parker — Forsaj franşizasından uydurma personaj. Ludakris tərəfindən canlandırılıb. Dominik Torettonun cinayət təşkilatında iştirak edir. Öz qarajı var.
Kevin Parker
Kevin Riçard Parker (20 yanvar 1986 və ya 1986, Sidney) — avstraliyalı müğənni, musiqiçi, bəstəkar və prodüser. Psixodelik mahnılar buraxdığı Tame Impala layihəsi ilə tanınır. Kevin dörd albom buraxıb: Innerspeaker (2010), Lonerism (2012), Currents (2015) və The Slow Rush (2020). O, 13 "ARIA Musiqi mükafatı" qazanıb, bundan əlavə iki "APRA mükafatı" və "Brit mükafatı"na layiq görülüb, həmçini dörd dəfə "Qremmi" mükafatına namizəd olub. Tame Impala-dan əlavə Kevin 2009–2011-ci illərdə Avstraliya musiqi qrupu Pond-un təbilçisi olub. Prodüser kimi o, Mark Ronson, Ledi Qaqa, Rihanna, Kanye Vest, Gorillaz, Trevis Skot, Melody's Echo Chamber, və The Flaming Lips ilə əməkdaşlıq edib. == Həyatı == Kevin Parker Avstraliyanın Sidney şəhərində dünyaya gəlib, lakin uşaqlığının böyük qismini Qərbi Avstraliyada yerləşən Pertdə keçirib. Kevinin atası Cerri Rodeziyalı, anası Rosalind isə Cənubi Afrikalıdır. O, üç yaşında olarkən valideynləri boşanıb.
Masked Singer
Masked Singer (azərb. Maskalı Müğənni‎) — beynəlxalq musiqi realiti-oyun şousu franşizasıdır.
Pack
Pack (azərb. sıxlaşdırmaq‎) — informasiyanı yığcam formada saxlamaq. Sıxlaşdırma zamanı artıq boşluqlar və onun kimi başqa simvollar uzaqlaşdırılır. Verilənlərin sıxlaşdırılması üçün başqa xüsusi sıxlaşdırma üsullarından da istifadə oluna bilər. Bəzi proqramlarda fiziki yaddaşa (istər operativ, istərsə də sərt diskdə və ya digər informasiya daşıyıcılarında) olan tələbatı minimuma endirmək üçün sıxlaşdırmadan istifadə olunur. Sıxlaşdırılmış verilənlər insan üçün mənasız olduğundan onları istifadə zamanı açmaq və beləliklə də, informasiyanın ilkin şəklini bərpa etmək lazım gəlir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 622 s.
Ayelet Şaked
Ayelet Şaked (ivr. ‏איילת שקד‏‎; 7 may 1976, Tel-Əviv, İsrail) — İsrail siyasətçisi, aktivist və proqram mühəndisidir. 2013-cü ildən 2018-ci ilə qədər Yəhudi Evi üçün Knesset üzvü olaraq çalışdı, bundan sonra Yeni Haqqın üzvü oldu. Hal hazırda Yamina ittifaqını təmsil edir. 2015-ci ildən 2019-cu ilə qədər Ədliyyə Naziri idi. 2018-ci ilə qədər dini bir partiyanı təmsil etsə də, Şaked dünyəvi bir siyasətçi olaraq tanınır.
Mikania pacei
Mikania pacei (lat. Mikania pacei) — mürəkkəbçiçəklilər fəsiləsinin mikaniya cinsinə aid bitki növü.
Paket analizator
Paket analizator (həmçinin şəbəkə analizator, protokol analizator və ya paket izləyici (sniffer) - və ya , xüsusi şəbəkə növləri üçün, Ethernet izləyici (sniffer) və ya Naqilsiz izləyici (Wireless sniffer) - rəqəmsal şəbəkə və ya şəbəkənin bir hissəsi üzərindən keçən informasiya axınını tutaraq loqlarda saxlayan kompüter proqramı və ya kompüterin müəyyən fiziki hissəsidir. Şəbəkədə data axını varsa , izləyici (sniffer) hər bir paketi əldə edir və lazım olduqda paketi deşifrə edərək, paketdəki müxtəlif sahələrin dəyərlərini göstərir və RFC-yə və ya başqa xüsusiyyətlərə görə analiz edir. Paket tutma (packet capture) məlumatın əldə olunması və loqlanması prosesidir. == İmkanları == Ethernet, Token Ring və FDDİ şəbəkələr kimi naqilli daxili şəbəkələrdə, şəbəkənin strukturuna görə, hər hansı bir şəxs bir cihazdan şəbəkəni bütöv və ya bir hissəsinin trafikini əldə edə bilər. Switchlər (yönləndiricilər) tərəfindən şəbəkədə trafikin başqa sistemlər tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün bəzi metodlardan istifadə edilir. (məs: ARP spoofing). Şəbəkənin monitorinq olunması üçün switchin monitoring portu üzərindən keçən bütün data paketləri əldə edilərək analiz edilə bilir. Şəbəkənin monitorinq edilməsi üçün Network Tap monitorinq portdan istifadəyə görə əlverişli olsa da , trafik axını çox olduqda data paketlərini silir. Naqilsiz şəbəkələrdə hər hansı bir şəxs xüsusi kanal və ya bir neçə kanal vasitəsilə trafiki əldə edə bilər. Naqilli və naqilsiz şəbəkələrdə , unicast axından başqa trafikin tutulması üçün izləyici (sniffer), multicast qrupa multicast trafikin əldə olunması üçün monitorinq , və ya broadcast axının əldə olunması üçün—şəbəkə adapteri (network adapter) promiscuous modda (qarışıq modda) olmalıdır.
Paykənd
Paykənd—Buxaradan 40 km qərbdə yerləşən qədim şəhər. == Tarixi == === Göytürk xaqanlığının tərkibində === === Böyük İpək yolu === Böyük İpək yolunun üstündə ən böyük düşərgələrdən biri Paykənd şəhəri idi. Buradan yol Xorasandan keçib Rey və Həmədana, habelə Bizans qalası Neseviyyədən (Nizib) keçib Suriya və Konstantinopola gedirdi. Çin dənizinin sahillərindən İran sərhədlərinə qədər məsafə 150 günə qət edilirdi, buradan Roma sərhəddindəki Nizibə qədər yolu keçmək üçün isə 80 gün vaxt lazım gəlirdi. === Ərəb istilası === 672-ci ildə Übeydulla ibn Ziyad Romintanı tutdu. Buxara təhlükə qarşısında qaldı. Onun qoşunu 674-cü ildə Amudərya sahillərinə çıxdı və Paykəndi tutdu. Ərəblər Buxaraya hücum etdib onu qarət etdilər. 675-ci ildə Übeydulla Xorasandan geri çağrıldı və onun yerinə Səid ibn Osman təyin edildi. O, Buxaraya yürüş etdi.
Xaçkənd
Xaçkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ atəşkəs bəyənatına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər məntəqələri ilə birlikdə işğaldan azad edilmişdir.
Gillermo Paçeko
Gillermo Paçeko (d. 23 dekabr 1954) — Perulu keçmiş üzgüçü. Gillermo Paçeko Perunu 1972-ci ildə XX Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Gillermo Paçeko birinci dəfə Olimpiya Oyunlarına 1972-ci ildə qatıldı. O, Münhendə baş tutan XX Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 17:36.36 saniyəlik nəticəsi ilə öz cığırında 7-ci yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Xaçkənd (Kəlbəcər)
Xaçkənd — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ atəşkəs bəyənatına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər məntəqələri ilə birlikdə işğaldan azad edilmişdir.
Xaçkənd (Pəmbək)
Xaçkənd - İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Quqark rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 28 km məsafədə yerləşir. Toponim Azərbaycan dilində işlənən xaç və kənd sözlərindən əmələ gəlmişdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3.l.1935-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Debed qoyulmuşdur.