Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Alptəkin
Alp Təkin (962–963) — Qəznənin ilk türk hakimi. == Həyatı == Bəlxdə anadan olmuşdu. Həyatının ilk illəri Xorasan valisinin ordusunda muzdlu döyüşçü olmaqla keçmişdir. 961-ci ildə Samani əmiri I Əbdülmalikin ölümündən sonra taxtda hərc-mərclik yaranmışdı. Alp Təkin bu mübarizədə Faiq adlı bir şahzadəni dəstəkləsə də taxta I Mənsurun çıxması ilə mövqeyi zədələnmiş, Xorasandan Qəznəyə keçmiş, yerli sülalə olan Lavik sülaləsini devirərək oranın hakimi olmağa davam etmişdir. O hələ də Samani vassalı idi. == Ailəsi == Oğlu: Əbu İshaq İbrahim — onu əvəz etdi. Qızı: Adı bilinməyən bir qızı olmuş, Səbuk Təkin ilə evlənmişdir.
Erkin Alptəkin
Erkin Alptəkin (4 iyul 1939) — Uyğur əsilli yazıçı və siyasi fəal. Bir çox beynəlxalq təşkilatların qurulması üçün çox önəmli rol oynamışdır. Bunlardan ən məşhurları Dünya Uyğur Qurultayı və Təmsil Olunmayan Millətlər və Xalqlar Təşkilatıdır. == Həyatı == 4 iyul 1939-cu ildə Sintszyan-Uyğur Muxtar Rayonunda dünyaya gəlmişdir. 1949-cu ildə Sincanın sülh yolu ilə azad edilməsindən və yeni Çin Xalq Respublikasının qurulmasından sonra ailəsi ilə Kəşmirdəki Srinaqara qaçdı. Burada katolik məktəbində oxuduqdan sonra Convent Kollecində oxumağa başladı. Sonra isə İstanbul Jurnalistika İnstitutunda təhsilini başa vurdu. Təhsilini bitirdikdən sonra Almaniyaya köçmüş ancaq 1954-cü ildə yenidən Türkiyəyə qayıtmışdır. == Fəaliyyəti == 1971-ci ildə, atasının əlaqələri səbəbindən Münhendə Azadlıq / Azadlıq Radiosuna işə gəldi. "Baş Siyasət Müşaviri" olaraq çalışdı və 1979-cu ilə qədər Uyğur dilli verilişlər AzadlıqRadiosunun izlədiyi bir auditoriya olmaması üçün dayandırıldığı zaman Uyğur şöbəsinə rəhbərlik etdi.
Palatin antologiyası
Palatin antologiyası (lat. Antologia Palatina) və ya Yunanıstan antologiyası (lat. Anthologia Graeca) — X əsr Bizans qrammatiki Konstantin Kefala tərəfindən tərtib edilmiş qədim və orta əsr yunan epiqramlarının toplusu (ümumilikdə təxminən 3,700). Antologiyanın adı onunla izah olunur ki, onun yeganə nüsxəsi Palatin Kitabxanasında (Heydelberq) qorunub saxlanılır. Kefala uzun illər bu istiqamətdə işlər aparmışdır. Onun kolleksiyasına Qadaralı Meleaqr, Mirinalı Aqafi, Salonikili Filippin antologiyaları bizə məlum olmayan digər kolleksiyalar daxil idi. Buraya həmçinin, Kefalanın Yunanıstan və Kiçik Asiyada geniş səyahət etdiyi xristian məzar daşlarının üzərindəki yazılar da daxildir.
İsa Yusif Alptəkin
İsa Yusif Alptəkin (uyğ. ئەيسا يۈسۈپ ئالپتېكىن (عيسى يوسف الپتگین or عيسى يوسف الپتكین; türkcə: İsa Yusuf Alptekin; çin. 艾萨·玉素甫·阿布甫泰肯; pinyin: Àisà Yùsùfŭ Ābùfŭtàikěn 1901 – 17 dekabr 1995, İstanbul) — Uyğur yazıçı, siyasətçi. İsa Yusif Alptəkin Homindan rejimi dövründə müxtəlif vəxifələrdə çalışmışdır. Şərqi Türkistan İslam Respublikası həm də İkinci Şərqi Türkistan Respublikası dövründə türkçülük möqeyindən çıxış edən siyasi fiqur idi. Şərqi Türkistan (Sincan) Çin Xalq Respublikasının nəzarətinə keçdikdə, Alptekin 1949-cu ildə Çindən mühacirət etmişdir. İsa Yusif Alptəkin 1901-ci ildə Sin sülaləsi dövründə Qaşqar İlinin Yenihisar qəsəbəsində anadan olub. Aliptəkin siyasi karyerasına 1926–1928-ci illərdə Əndicandakı Çin konsulluğunda tərcüməçi və katib kimi başlamışdır. Alptəkin Əndicanda işləyərkən Sovet rejiminin uyğurları silahlandırmaq və Şərqi Türkistanı Çin nəzarətindən azad etmək planları ilə razılaşıb-razılaşdırılmayacağına dair onunla məsləhətləşən uyğur tacirləri ilə görüşmüşdü. 1928-ci ildə Alptəkinin işi yüksək qiymətləndirildi və çox pis xəstələnmiş çinli diplomatı Pekinə müşayiət etmək tapşırığını aldı.