Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Parkinson qanunu
Parkinson qanunu — zamanın idarə olunması modellərindən biri. İlk dəfə 1955-ci ildə N. Parkinson tərəfindən "The Economist" qəzetində çap olunmuş essedə bəhs edilmiş bu qanununa görə, hər bir iş onun tamamlanmasına ayrılan bütün vaxtı əhatə edəcək şəkildə genişlənir. Bu qanunda göstərilir ki, gərəksiz əlavə vaxtın verilməsi işin səmərəliyini azaldır. Bu mənada işə müvafiq son tarix müəyyən etmək çox önəmlidir. Yaşlı bir qadının bütün gününü qardaşı qızına açıqca göndərməklə keçirməsi mümkündür. O, 1 saat açıqcanın, 1 saat eynəyinin, yarım saat isə ünvanın tapılmasına, 1,5 saat yazının məzmununa, 20 dəqiqə poçta gedəndə çətiri götürüb-götürməməyə qərar verməə xərcləmə bilər. Ancaq çox məşğul biri bütün bunlara çox qısa vaxt xərcləyib bitirə bilər.
Parkinson xəstəliyi
Parkinson xəstəliyi — neyroendogen xəstəliklər qrupuna daxil olub, mərkəzi sinir sistemində dopamin neyronlarının dağılıb məhv olması ilə inkişaf edir. Parkinson xəstəliyi (PH) Alzheimer xəstəliyindən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir. PH'ın xarakterin cəhəti dopaminergik neyronların itkisi və hüceyrə sitoplazmasında Lewy cisimlərinin (içində protein aqreqatlarıdır) tapılmasıdır. Genetik hal PH hallarının cəmi 5%'ini təşkil edir. Genetik keçən Parkinson xəstəliyi (GKPX) autosom dominant və autosom resessiv olmaqla 2 qrupa bölünür. GKPX'yə səbəb olan 11 lokus məlumdur, bunların altısında gen bəllidir: ikisində sinuklein, parkin, UCH-L1, DJ-1 və PİNK1'dir. GKPX ilə sporadik PH arasında patoloji baxımdan heç bir fərq yoxdur. Sporadik PH olan xəstələrin beyin toxumasındakı neyron ölümü apoptoz mexanizması ilədir. PH'ın rast gəlmə tezliyi 65 yaşdan sonra artır, lakin 35 ilə 50 arasında da rast gəlinə bilər. Yaş artdıqca tezlik artır bu da PH'ın yaşla əlaqəsini təsdiq edir.
Parkinsonizm
Parkinsonizm — kliniki sindrom olub , özünü tremor, bradikineziya, rigidlik və postural dayanıqsızlıqla büruzə verir.
Tikanlı parkinsoniya
Şimali Amerika, Aşağı Kaliforniya, Şimali Meksikada çay vadilərində, rütubətli torpaqlarda bitir. Hündürlüyü 9 metr, gövdəsinin diametri 30 sm olan həmişəyaşıl, hamar, nazik qabıqlı, adi və ya üç bölümlü tikanları olan gözəl çətirli ağacdır. Uc budaqları əyri və sallaqdır. Zoğları tüklü, cavan budaqları sarımtıl-yaşıl, boz və ya açıq sarı rənglidir. Yarpaqları 20-45 sm uzunluğunda, açıq yaşıl rəngli, çılpaqdır. Çiçəkləri cavan zoğlarda əmələ gəlir, açıq sarı rəngli, solğun və ətirlidir. Kasacığı çılpaq, çox qısa borulu və 5 uzunsov dilimlidir. Ləçəkləri 9-26 mm uzunluğunda, dəyirmi və ya yumurtavari, üst ləçəkləri içəri tərəfdən qaidə hissədən qırmızı lələklidir. Erkəkcikləri tacdan qısa, ağızcığı tükcüklüdür. May ayında çiçəkləyir, meyvəsi oktyabr ayında yetişir.
Harri Martinson
Harri Edmund Martinson (isv. Harry Edmund Martinson; 6 may 1904[…] və ya 1904, Jamshoq[d] – 11 fevral 1978[…], Stokholm)) — İsveç yazıçısı, şairi, Ədəbiyyat üzrə Novel mükafatı laureatı (1974; Eyvind Yunson ilə birlikdə). == Həyatı == İsveç yazıçısı, şair və jurnalist Harri Edmund Martinson uzaq səfərlər kapitanının oğlu idi. İveçin cənubunda doğulmuşdu. Altı yaşında atasını itirmişdi. İi il sonra anası onu və altı bacısını ataraq Amerikaya köçmüşdü. Uşaqlar isə ən imkansız, bərbad vəziyyətdə olan yetimxanalarda böyümüşdülər. Təbii ki, belə bir vəziyyətdə hər hansı ardıcıl təhsildən söhbət gedə bilməzdi. Şəraitin dözülməzliyi Harrini saxlandığı uşaq evlərindən ara-sıra qaçmağa məcbur etmişdi. Müstəqil həyata erkən yaşlarından başlamışdı.
Robert Pattinson
Robert Duqlas Tomas Pattinson (13 may 1986, London) — İngiltərəli aktyor. Həm yüksək büdcəli, həm də müstəqil filmlərdəki rolları ilə tanınır. Pattinson ən çox qazanan aktyorlar siyahısındadır. Time jurnalı onu 21-ci əsrin ən nüfuzlu şəxslərindən biri seçib. Pettinson aktyorluq karyerasına qısa vaxt əvvəl Ali Edelin rejissorluq etdiyi, Sem Vest və Benno Furmannın baş rolda yer aldığı, bir alman dastanı olan Nibelunq ilə bağlı "Nibelunqların üzüyü" filmi ilə başladı. Riz Uiterspunun "Qürur Dünyası" filminin iki alternativ film qapanışının birində, Uiterspunun oğlu rolunda yer alsa da bu film qapanışı işlədilmədi. Robert Pettinson, bundan əvvəl, Barnes Teatr Qrupunun bir üzvü idi və Tornton Uilderin rejissorluq etdiyi Bizim şəhərimiz pyesində Corc Gibs xarakteri ilə başrol oynamışdı. Robert, həm də, Kol Porterin rejissorluq etdiyi Hərşey Gedir" musiqili dramında Lord Evelin Okley və Tess of the D'Urbevilles tragediyasında Alek xarakterini canlandırdı. Gənc aktyor, qısa vaxt əvvəl isə, OSO Sənət Mərkəzində Makbet tragediyasında Malkomu canlandırdı. Herri Potter və Atəş Qədəhi filminin oyunçu heyətinə, Üç cadugər turnirində Hoqvartsı təmsil edəcək olan Sedrik Diqqori roluyla qatıldı.
Atkinson indeksi
Atkinson indeksi — sosial bərabərsizliyin göstəricilərindən biridir. 1970-ci ildə Entoni Atkinson tərəfindən təklif edilmişdir. == Xüsusiyyətləri == İndeksin fərqli bir xüsusiyyəti, müxtəlif gəlirləri olan seqmentlər arasında gəlir bölgüsündə qərəzliliyi ölçmək qabiliyyətidir. İndeks, gəlirin ölçülməsi üçün ε əmsalı tətbiq etməklə normativ göstəriciyə çevrilə bilər ki, bu da 0-dan ∞ {\displaystyle \infty } -ə qədər olan dəyərləri qəbul edə bilər. Gəlir bölgüsünün müəyyən hissəsində qərəzliliyə daha çox çəki vermək olar, müvafiq ε, “bərabərsizlikdən çəkinmə” (ing. "inequality aversion") səviyyəsini seçməklə. Atkinson indeksi, ε yüksəldikcə, gəlir bölgüsü altındakı qərəzlərə daha həssas olur. Əksinə, bərabərsizliyi bəyənmə səviyyəsi azaldıqca (yəni ε 0-a yaxınlaşır), Atkinson indeksi gəlir bölgüsündə yuxarıdakı qərəzlərə qarşı daha həssas olur. == Hesablama == Atkinson indeksi aşağıdakı kimi müəyyən edilir: A = { 1 − 1 μ ( 1 N ∑ i = 1 N y i 1 − ε ) 1 / ( 1 − ε ) ε ∈ [ 0 , 1 ) 1 − 1 μ ( ∏ i = 1 N y i ) 1 / N ε = 1 , {\displaystyle A={\begin{cases}1-{\frac {1}{\mu }}\left({\frac {1}{N}}\sum _{i=1}^{N}y_{i}^{1-\varepsilon }\right)^{1/(1-\varepsilon )}&\varepsilon \in \left[0,1\right)\\1-{\frac {1}{\mu }}\left(\prod _{i=1}^{N}y_{i}\right)^{1/N}&\varepsilon =1,\end{cases}}} burada y i {\displaystyle y_{i}} — fərdin və ya qrupun gəlir səviyyəsi i (i = 1, 2, …, N), μ — arifmetik ortası: μ = 1 N ∑ i = 1 N y i {\displaystyle \mu ={\frac {1}{N}}\sum _{i=1}^{N}y_{i}} . == İstinadlar == == Xarici keçidlər == Paul D. Allison, Measures of Inequality, American Sociological Review, 43 (December 1978), pp.
Luiza Atkinson
Luiza Atkinson (ing. Caroline Louisa Waring Atkinson; 25 fevral 1834 – 28 aprel 1872) — Avstraliya yazıçısı, təbiətşünası.
Rouen Atkinson
Roven Sebastyan Atkinson (ing. Rowan Sebastian Atkinson; 6 yanvar 1955[…], Konsett[d], Darem qraflığı[d]) — ingilis komediya aktyoru və yazıçı. Daha çox BBC-də yayımlanan "Mister Bin" adlı komediya serialında oynadığı rola görə tanınır. Roven Atkinson 1990-cı ildə İngiltərənin İTV telekanalında ilk dəfə nümayiş etdirilən, sonra isə həmin telekanalda 5 il davam edən "Mister Binin sərgüzəştləri" serialı ilə hədsiz populyarlıq və reytinq qazanmışdı. 1997-ci ildə "Bean: The Ultimate Disaster" filmi çəkildi və nümayişdən 500 milyon dollara yaxın pul əldə olundu. 2007-ci ildə isə "Mister Bin səyahətdə" (ing. Mr Bean's Holiday) filmi çəkildi. 6 yanvar 1955-ci ildə İngiltərədə doğuldu. Ailədə üç uşağın ən kiçiyi olan Rouen Atkinsonun anasının adı Ella May, atasının adı isə Erik Atkinsondur. O, Oxford Universitetində olarkən Drama Dərnəyində müxtəlif pyeslərdə oynamışdır.
Rovan Atkinson
Roven Sebastyan Atkinson (ing. Rowan Sebastian Atkinson; 6 yanvar 1955[…], Konsett[d], Darem qraflığı[d]) — ingilis komediya aktyoru və yazıçı. Daha çox BBC-də yayımlanan "Mister Bin" adlı komediya serialında oynadığı rola görə tanınır. Roven Atkinson 1990-cı ildə İngiltərənin İTV telekanalında ilk dəfə nümayiş etdirilən, sonra isə həmin telekanalda 5 il davam edən "Mister Binin sərgüzəştləri" serialı ilə hədsiz populyarlıq və reytinq qazanmışdı. 1997-ci ildə "Bean: The Ultimate Disaster" filmi çəkildi və nümayişdən 500 milyon dollara yaxın pul əldə olundu. 2007-ci ildə isə "Mister Bin səyahətdə" (ing. Mr Bean's Holiday) filmi çəkildi. 6 yanvar 1955-ci ildə İngiltərədə doğuldu. Ailədə üç uşağın ən kiçiyi olan Rouen Atkinsonun anasının adı Ella May, atasının adı isə Erik Atkinsondur. O, Oxford Universitetində olarkən Drama Dərnəyində müxtəlif pyeslərdə oynamışdır.
Roven Atkinson
Roven Sebastyan Atkinson (ing. Rowan Sebastian Atkinson; 6 yanvar 1955[…], Konsett[d], Darem qraflığı[d]) — ingilis komediya aktyoru və yazıçı. Daha çox BBC-də yayımlanan "Mister Bin" adlı komediya serialında oynadığı rola görə tanınır. Roven Atkinson 1990-cı ildə İngiltərənin İTV telekanalında ilk dəfə nümayiş etdirilən, sonra isə həmin telekanalda 5 il davam edən "Mister Binin sərgüzəştləri" serialı ilə hədsiz populyarlıq və reytinq qazanmışdı. 1997-ci ildə "Bean: The Ultimate Disaster" filmi çəkildi və nümayişdən 500 milyon dollara yaxın pul əldə olundu. 2007-ci ildə isə "Mister Bin səyahətdə" (ing. Mr Bean's Holiday) filmi çəkildi. 6 yanvar 1955-ci ildə İngiltərədə doğuldu. Ailədə üç uşağın ən kiçiyi olan Rouen Atkinsonun anasının adı Ella May, atasının adı isə Erik Atkinsondur. O, Oxford Universitetində olarkən Drama Dərnəyində müxtəlif pyeslərdə oynamışdır.
Entoni Atkinson
Ser Entoni (Toni) Barns Atkinson (ing. Sir Anthony Barnes "Tony" Atkinson; 4 sentyabr 1944[…] – 1 yanvar 2017[…], Oksford, Cənub-Şərqi İngiltərə[d]) — britaniyalı iqtisadçı, Atkinson indeksinin yaradıcısı. == Bioqrafiyası == 1966-cı ildə Kembricdə magistr dərəcəsi alıb. O, doğma universitetində, London İqtisadiyyat və Siyasi Elmlər Məktəbində, London Universitet Kollecində, Massaçusets Texnologiya İnstitutunda, Sasseks Universitetində, Esseks Universitetində çalışıb. 1994-cü ildən Oksford Universitetinin professoru olmuşdur. 1974-cü ildən Ekonometrik Cəmiyyətin üzvü, 1988-ci ildən isə prezidentidir. 1989-1992-ci illərdə Beynəlxalq İqtisadi Assosiasiyanın prezidenti. Münhen İqtisadi Araşdırmalar Mərkəzinin fəxri üzvü. 1995-1998-ci illərdə Kral İqtisadiyyat Cəmiyyətinin prezidenti. 1984-cü ildən Britaniya Akademiyasının üzvü.
Con Atkinson Hobson
Con Atkinson Hobson (6 iyul 1858, Derbi – 1 aprel 1940[…], Hampsted, Böyük London) — imperializmin tənqidinə verdiyi töhfələri ilə tanınan ingilis iqtisadçı və sosioloq. == Haqqında == İmperializm terminini ilk dəfə istifadə edən iqtisadçı Hobson imperializmi "dövlət daxilində idarəetmənin cilovunu ələ keçirən maddi marağın, daxili dəbdəbəni dəstəkləmək üçün iqtisadi zəliləri, sərvətlərini qurutmaq və yad cismlərə yapışdırmaq üçün imperialist ekspansiyaya yönəldiyi parazit bir proses" kimi tərif etmişdir. Ən mühüm imperializm nəzəriyyəçilərindən biri olan Hobson, təhlilləri ilə xüsusən Vladimir Leninin eyni mövzudakı düşüncələrində dərin təsirlər buraxmışdır. Lenin Hobsonun əsərindən bəhrələnməsi haqqında "imperializm mövzusunda əsas ingilis dilindəki tədqiqat işi olan C. A. Hobsonun kitabından, zənnimcə bu əsərin layiq olduğu bütün diqqəti ilə istifadə etmişəm" demişdir. Hobson və məşhur avstriyalı marksist nəzəriyyəçi Rudolf Hilferdinqin imperializmlə bağlı fikirlərindən bəhrələnən Lenin, Karl Marksın məşhur "Kapital" əsərindəki (1867) ideyalarını ifadə etmiş və bunları sintez halına gətirərək marksist metoda öz töhfələrini vermişdir. İmperializmi kapitalizmin ən yüksək mərhələsi kimi görən bu anlayış gələcəkdə marksist-leninist ideologiyada mühüm rol oynayacaqdır.
Robert Atkinson (memar)
Robert Atkinson (ing. Robert Atkinson; d. 1 avqust 1883 – ö. 26 dekabr 1952) — İngilis memar.
Riketts Dərəsi Ştat Parkının şəlalələri
ABŞ-nin Pensilvaniya ştatında yerləşən Riketts Dərəsi Ştat Parkında 24 adlandırılmış şəlalə yerləşir. Bu şəlalələr üç uçurumdan və ya dar dərədən tökülür. Şəlalələrin hündürlüyü 2,7 metrdən 29 metrə qədər (Qanoqa şəlaləsi) dəyişir. Riketts Dərəsi Ştat Parkı XIX əsrin sonlarında, XX əsrin əvvəllərində bu bölgədə 32.000 hektar əraziyə malik olan, lakin dərələrdə yerləşən qədim meşələri qırmaqdan imtina edən, ABŞ Vətəndaş müharibəsində polkovnik kimi xidmət vermiş Brüs Rikettsin adını daşıyır. 1944-cü ildə açılmış park Pensilvaniya Mühafizə və Təbii Ehtiyatlar Departamentinin (PMTED) Ştat Parkları Bürosu tərəfindən nəzarət olunur. Parkdakı bütün şəlalələrin demək olar ki, hamısını 1889–1893-cü illərdə Riketts tərəfindən tikilmiş, 1940-cı illərdə və 1990-cı illərin sonlarında ştat parkı tərəfindən yenidən tikilən Folz cığırından görmək mümkündür. Bu cığırda çıxılan gəzinti "ştatdakı ən möhtəşəm gəzinti" və ya "Şərqdə ən yaxşı gəzintilərdən biri" adlandırılır. Üzərində 10 şəlalənin yerləşdiyi Kitçen çayı Alleqani yaylası ilə Silsilə və Dərə Appalaç bölgəsini bir-birindən ayıran Alleqani cəbhəsi boyunca üzüaşağı axır. Ştat parkındakı dərələr Devon və Daş kömür dövrlərində 370 milyon il əvvəl yaranmış Hantli dağ strukturunun və Ketskil strukturunun süxurlarından əmələ gəlmişdir. Şəlalələr sonuncu buzlaşma dövründə çay hövzəsinin buzlaqlar əriməsi səbəbilə su səviyyəsinin artması nəticəsində əmələ gəlmişdir.