Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Panther
Panzerkampfwagen V (Zirehli müharibə texnikası V, ləqəb: Panther),Alman istehsalı olan Panther ikinci dünya müharibəsinin orta çəkili tanklarından biridir.Şərq cəbhəsində Almanların Pzkpfw III (50 mm top) və nisbətən müasir texnika olan Pzkpfw IV Sovet T-34 tanklarına qarşı təsirsiz qaldıqlarına görə istehsal olunmuşdur. İlk öncə Panzer III və Panzer IV tanklarını dəyişdirmək fikri ortaya atılsa da, Panther tankı bu tanklar ilə bərabər müharibənin sonuna qədər Almanlar tərəfindən istifadə olundu. Panther, zireh, atəş gücü, sürət, hərəkətlilik kimi faktorları özündə əks etdirən bir tank olduğu üçün bir çox insanlar onu ikinci dünya müharibəsinin ən yaxşı tankı olduğunu bildirir. İldırım Müharibəsi (Blitzkrieg) doktrinasına əsasən istehsal olunan Alman tankları ilk dəfə 23 iyun 1941-də qarşılaşdığı T-34 tanklarına qarşı təsirsiz qaldılar. Düşmana hücum məqsədi ilə istehsal olunan Panzer III tanklarının düşmana qarşı heç bir şansı yox idi. Ona görə piyada qoşunlarına dəstək məqsədi ilə istehsal olunan Panzer IV tankına daha böyük toplar taxaraq istifadə etdilər. Almanlar bunun müvəqqəti bir həll olduğunu bilirdi, ona görə yeni bir tanka ehtiyac duyurdular. Yeni tank T-34 kimi meylli zirehə və daha uzun lüləyə sahib olacaqdı. Eyni zamanda yumşaq Sovet torpaqlarında rahat iləriləyə bilməsi üçün geniş paletlərə və böyük təkərlərə sahib olmalı idi.30–35 ton olacağı gözlənilən tank üçün MAN və Daimler-Benz şirkətlərinə tapşırıq verildi. Kod adı VK3002 olan tank 20 aprel 1940 tarixində (Adolf Hitlerin ad günündə) Hitlerə göstərildi.
Barter
Barter və ya dəyişmə müqaviləsi — bir tərəfin əmlakının alınması müqabilində həmin tərəfə onun əmlakı dəyərində başqa bir əmlakın verilməsini öhdəsinə götürməklə bağlı vətəndaş hüququ növüdür.
Panter
Panter (lat. Panthera) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinə aid heyvan cinsi. Qırtlaqları xüsusi quruluşa malikdir və nərə çəkmək imkanı verir.
Paster
Paster (əsl adı: Pərviz Quluzadə; 18 oktyabr 1991, Bakı) — Azərbaycan repçisi. Paster müxtəlif dövrdə Xpert, Uran və digər sənətkarlar ilə əməkdaşlıq edib. Paster 1991-ci il oktyabr ayının 18-də Bakıda dünyaya gəlmişdir. Hip-hopla 10 yaşından həvəskar olaraq məşğul olmağa başlayıb. İlk peşəkar fəaliyyətinə 2009-cu ildə Difai qrupunun tərkibində oxuduğu "Artıq sabahdır" treki ilə başlayıb. Pasterin Difai qrupunda "Mən gedirəm", "Cavab ver", "Newschool", "Həyatın oyunu", "Marshal ve biz", "Forever", "Smackdown", "Music Note", "Love and peace", "Küçələr bizimdir", "Huk" kimi trekləri işıq üzü görüb. 2012-ci ildə də Difai qrupundan ayırlaraq "All in Label" və "Synaps Production" tərkibinə qatılıb. Həmin illərdə Klick Klick Bau, Pis teatr, Like 10, Meqabaytlar, TTM, Fransızsayağı işgəncə, North west, Bang bang, Demo, X noise, Label 3, Ağır metal, İri çaplı kimi treklərə imza atmışdır. Bu dövrdə Uran, Xpert, Sansar Salvo kimi repçilərlə əməkdaşlıq edib. 2016-cı ildə Pasterin karyerasında yeni mərhələ başayır.
Andre Mariner
Andre Mariner (ing. Andre Marriner) — İngiltərə futbol hakimi Marinerin hakimlik karyerasında ciddi bir hadisə yaşanmasa da, bu sənətə sırf təsadüf nəticəsində gəlib. Doğma şəhərində — Şeldonda keçirilən bütün matçlara yollanan və heç kimə azarkeşlik etməyən Andre 1992-ci ildə iki həvəskar komandanın qarşılaşmasına gedir. Lakin bu görüşün hakimi naməlum səbəbdən stadiona gəlib çıxmır. Vəziyyətin belə olduğunu görən 21 yaşlı Mariner təşkilatçılara yaxınlaşıb, matçı idarə edə biləcəyini deyir. Və bu işin öhdəsindən gəlir. Çəkdiyi əziyyətə görə ona 10 funt-sterlinq qonorar verirlər. Bundan sonra gənc oğlan hakim olacağını qətiləşdirərək, ölkə miqyaslı turnirlərə 13 il vaxt sərf edir. 2005-ci ildə İngiltərə çempionatında peyda olan Mariner müxtəlif liqalarda oyunları sıralayır və nəhayət, FİFA hakiminə çevrilir. Onun 2009-cu ilin yanvarında FİFA referisinə çevrilməsi böyük müzakirələrə səbəb olub.
Ava Qardner
Ava Qardner (ing. Ava Gardner; 24 dekabr 1922 — 25 yanvar 1990) — amerikalı aktrisa.
Cinsi partnyor
Cinsi partnyor cinsi əlaqədə olan insanlara verilən addır. Cinsi partnyorlar istənilən cinsə və yaxud da hər hansısa bir cinsi oriyentasiyaya məxsus ola bilərlər. İnsanlar bir-birləri ilə evli, nişanlı, sevgili və ya dost ola bildikləri kimi, bir-birlərini tanımadan təsadüfi cinsi əlaqədə də ola bilərlər. Onlar bir-birlərini tanıya və yaxud da bir-birlərinə yad ola bilərlər. Yad insanlar bir-birləri ilə bir gecəlik münasibətdə və yaxud da fahişələr vasitəsilə münasibət yarada bilərlər. Çox vaxt xoşa gəlməyən bir hadisə olsa da, bir insanın eyni anda bir neçə cinsi partnyorunun da olması mümkündür. Bu termin təcavüz və yaxud da qeyri-ixtiyari intim münasibətlərə girənləri ifadə etmir.
Con Qardner
Con Çamplin Qardner (21 iyul 1933, Nataviya (Nyu-York) — 14 sentyabr 1982, Pensilvaniya) — ABŞ yazıçısı. == Həyatı == Con Çamplin Qardner (John Champlin Gardner, 1933–1982) XX əsr Amerika ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Yazıçı romanlarında insan problemi, onun mövcudluğu, mahiyyəti kimi problemlər qoyur. Məhz bu problemlərin qoyuluşu Qardnerin romanlarının müasir dünya ədəbi prosesinə qoşulmasına imkan verir. Yazıçının bədii metodu özündə realist, postmodernist, həmçinin ekzistensialist ənənələri birləşdirir. Qardner yazıçı və tənqidçi kimi XX əsrin II yarısındakı Amerika ədəbiyyatının ən görkəmli nümayəndələrindən biridir. Onun "Dirilmə"("The Resurrection") adlanan ilk romanı 1966-cı ildə nəşr olunmuş və artıq 10 il sonra Qardner ölkəsinin aparıcı nasirlərindən birinə çevrilmişdi. Qısa yaradıcılıq həyatına malik olmasına baxmayaraq (50 yaşına çatmamış Qardner motosikl qəzasında həlak olmuşdu), o, dünya ədəbiyyatına romanlar, hekayələr, operalara yazılmış librettolar, radiopyeslər və s. müəllifi kimi daxil olmuşdur. Qardner gözəl rəsmlər çəkən, ədəbiyyat tarixini və pedaqogikanı dərindən bilən çox istedadlı bir insan idi.
Laytner Uitmer
Laytner Uitmer (28 iyun 1867, Filadelfiya, Pensilvaniya – 19 iyul 1957, Filadelfiya, Pensilvaniya) — klinik psixologiyanın qurucusu, Amerikalı psixoloqdur. 1896-cı ildə dünyada ilk psixloji klinikanın qurucusu hesab olunur. L. Uitmer Vilhelm Vundt tərəfindən ilk doktorantura dərəcəsini alan amerikalılardan həmçinin Amerika Psixologiya Dərnəyinin təşkilatçılarından biridir. == Həyatı == L. Uitmer, təhsilin vacibliyinə inanan uğurlu bir əczaçının oğlu idi. L. Uitmer 1888-ci ildə Pensilvaniya Universitetini bitirmişdir. Hüquq dərsləri üçün qeydiyyatdan keçmək məqsədilə universitetə ​​qayıtmazdan əvvəl Filadelfiyadakı özəl bir məktəbdə tarix və İngilis dili dərslərini tədris etdi. L. Uitmer psixologiyada karyera qurmaq barədə heç düşünməmişdi. Lakin təcrübi bir səbəbdən ötrü fikrini dəyişdi. Ödənişli assistent olmaq istəirdi. Mövcud olan vəzifələrdən biri Ceyms Makkin Kettell ilə psixologiya şöbəsində idi.
Liza Maytner
Liza Meytner (7 noyabr 1878[…], Vyana[…] – 27 oktyabr 1968[…], Kembric) – yəhudiəsilli Avstriya–İsveç fiziki. Nüvə fizikası və radiasiya üzərində işləmişdir. == Həyatı == Avstriyanın Vyana şəhərində doğulan Liza Meytner o dövrdə qızların ala biləcəyi bütün təhsili aldı. Sonra universitetə daxil olmaq üçün 14 yaşında özəl fizika və riyaziyyat dərsləri aldı. 1901-ci ildə Vyana Universitetinə qəbul olundu. Burada nəzəriyyəçi fizikaçı Lüdviq Boltzman ilə işlədi. 1907-ci ildə Maks Plankla işləmək üçün Berlinə getdi. Mariye Kuriyenin işlərindən təsirləndiyi üçün radiasiya üzərində işləmək istədi. Sonra Otto Han ilə tanış oldu. Otto Hanın kimya bilikləri ilə öz riyaziyyat və fizika biliklərini birləşdirib işləməyə başladılar.
Mariner 4
Mariner 4 (ing. Mariner 4) — NASA-nın Mariner Mars 1964 avtomatik planetlərarası stansiyası. Mars kosmik planı, Marsa uçuş yolundan elmi araşdırma aparmaq, planetlərarası məkan haqqında məlumat və Mars ətrafı haqqında məlumat ötürmək üçün nəzərdə tutulmuşdur. Səthin şəkillərini çəkmək, atmosfer və ionosfer haqqında məlumat almaq üçün stansiya siqnalını işıqlandıran planet radiosunda bir sınaq keçirmək nəzərdə tutulmuşdu. Mariner 4 Mariner seriyasından dördüncü NASA kosmos vasitəsidir. Layihənin hazırlanması üzrə əsas təşkilat Reaktiv mühərriklər laboratoriyasıdır (Jet Propulsion Laboratory). Fərdi sistemlərin inkişafı müxtəlif sənaye təşkilatları tərəfindən həyata keçirilmişdir. Elmi alətlərin inkişafı ali təhsil müəssisələrinin iştirakı ilə həyata keçirilmişdir. 14-15 iyul 1965-ci ildə Mariner 4 Mars ətrafında ilk müvəffəqiyyətli uçuşunu etdi və yaxın məsafədən bir planetin surətini çəkmək və onları Yer üzünə ötürmək üçün ilk kosmik vasitə oldu.
Panther (Tank)
Panzerkampfwagen V (Zirehli müharibə texnikası V, ləqəb: Panther),Alman istehsalı olan Panther ikinci dünya müharibəsinin orta çəkili tanklarından biridir.Şərq cəbhəsində Almanların Pzkpfw III (50 mm top) və nisbətən müasir texnika olan Pzkpfw IV Sovet T-34 tanklarına qarşı təsirsiz qaldıqlarına görə istehsal olunmuşdur. İlk öncə Panzer III və Panzer IV tanklarını dəyişdirmək fikri ortaya atılsa da, Panther tankı bu tanklar ilə bərabər müharibənin sonuna qədər Almanlar tərəfindən istifadə olundu. Panther, zireh, atəş gücü, sürət, hərəkətlilik kimi faktorları özündə əks etdirən bir tank olduğu üçün bir çox insanlar onu ikinci dünya müharibəsinin ən yaxşı tankı olduğunu bildirir. İldırım Müharibəsi (Blitzkrieg) doktrinasına əsasən istehsal olunan Alman tankları ilk dəfə 23 iyun 1941-də qarşılaşdığı T-34 tanklarına qarşı təsirsiz qaldılar. Düşmana hücum məqsədi ilə istehsal olunan Panzer III tanklarının düşmana qarşı heç bir şansı yox idi. Ona görə piyada qoşunlarına dəstək məqsədi ilə istehsal olunan Panzer IV tankına daha böyük toplar taxaraq istifadə etdilər. Almanlar bunun müvəqqəti bir həll olduğunu bilirdi, ona görə yeni bir tanka ehtiyac duyurdular. Yeni tank T-34 kimi meylli zirehə və daha uzun lüləyə sahib olacaqdı. Eyni zamanda yumşaq Sovet torpaqlarında rahat iləriləyə bilməsi üçün geniş paletlərə və böyük təkərlərə sahib olmalı idi.30–35 ton olacağı gözlənilən tank üçün MAN və Daimler-Benz şirkətlərinə tapşırıq verildi. Kod adı VK3002 olan tank 20 aprel 1940 tarixində (Adolf Hitlerin ad günündə) Hitlerə göstərildi.
Partene (rayon)
Partene (fr. Parthenay) — Fransanın Puatu-Şaranta regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Dö-Sevr. Suprefektura — Partene. Rayon əhalisi 2006-cı ildə 63 230 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 40 nəf / km². Rayon ərazisi — 1585 km².
Qardner Villiams
Qardner Villiams (16 aprel 1877, Yamayka Pleyn[d] – 14 dekabr 1933, San-Dieqo, Kaliforniya) — Birləşmiş Ştatları təmsil edən üzgüçü. Birləşmiş Ştatları 1896 Afina Olimpiadasında təmsil edib. Qardner Villiams 1877-ci ilin 17 aprel günündə Birləşmiş Ştatların Massaçusets ştatında anadan olub. 1933-cü ilin 14 dekabr tarixində isə ömrünün 56-cı yaşında vəfat edib. Qardner Villiams 1896-cı ildə Yunanıstanın Afina şəhərində I Yay Olimpiya Oyunlarına qatıldı. 100 və 1200 metr məsafəyə sərbəst üsulla yarışlarında mübarizə aparan Qardner Villiams medalçılar sırasına düşə bilmədi.
Su Qardner
Su Qardner (ing. Sue Gardner) (d. 11 may 1967, Brictaun) hazırda Vikimedia Fondunun San-Fransiskodakı idarə heyətinin başçısıdır. Su Qardner Kanadanın Ontario əyalətinin Port hop bələdiyyəsində büyümüşdür, o bir Anqlikanizm keşişi və məktəb direktorunun qızıdır.
Syu Qardner

Taylor Lautner
Taylor Lautner (ing.: Taylor Daniel Lautner, 11 fevral, 1992, Qrand Rapids, ABŞ) — Amerika aktyoru.
Qardner sindromu
Qardner sindromu (ing. Gardner's syndrome) – triadalı autosom-dominant xəstəlikdir: çoxsaylı osteomalar, yumşaq toxumalar və yoğun bağırsağın şişləri və poliplərlə xarakterizə olunur.
Eleanor Porter
Filip Parker
Filip Parker (20 iyun 1960, ABŞ) — INSEAD-ın elmi idarəetmə üzrə professoru; dünyanın ən sürətlə yazan yazıçısı; 200 mindən çox kitabın müəllifi. == Yazma texnologiyası == Filip Parker internetdən axtarışla götürülən informasiya ilə şablonla kitab yazmaq metoduna patent almış və bu üsulla indyə qədər 200 mindən çox kitab çap etdirmişdir. Onun tək ayaqqabılar haqqında 188, şamlar haqqında isə 219 kitabı vardır.
Houard Karter
Houard Karter (9 may 1874[…] – 2 mart 1939[…], London) — İngilis arxeoloq və Misirşünas. Misirin Luksor şəhərindəki məşhur Krallar vadisində firon Tutanxamon türbəsini kəşf etməsi ilə məşhur olmuşdur. Buna baxmayaraq Misirdən uzaqda ölmüş və cənazəsində yalnız Xanım Evelyn iştirak etmişdir. == Bioqrafiyası == Houard Karter 1874-cü ildə İngiltərənin paytaxtı Londonun Kensington regionunda anadan olub. Atası istedadlı bir sənətçi Samuel Karter, anası Marta Coys (Sands) olmuşdur. Uşaqlığının çox hissəsini Norfolkun Suafhem şəhərində keçirmişdir. Misirdə arxeoloji tədqiqatlar aparan və F. Petrienin "Tell el-Amarna" qazıntılarında (1892) iştirak edən Houard Karter, Misir hökuməti tərəfindən antik abidələrin müdiri olaraq təyin edilmişdir. Thebes qazıntılarında iştirak etmiş (1910) və Misir kraliçası Hatshepsutun türbəsinin kəşf edilməsində mühüm rol oynadıqdan sonra, Thebesdəki Krallar vadisini tədqiq etmək üçün Lord Carnarvon ilə əməkdaşlıq etmiş və uşaq kral olan Tutanxamonun məzarını kəşf etmişdir (1922). Ancaq bu kəşfdən sonra bir sıra xoşagəlməz hallarla üzləşdi. Misir mətbuatı Times jurnalına verdiyi imtiyazlara görə onu sevmirdi.
Hovard Karter

Howard Carter

Kevin Karter
Kevin Karter (ing. Kevin Carter; 13 sentyabr 1960, Yohannesburq, Transvaal[d] – 27 iyul 1994[…], Yohannesburq) — Cənubi Afrika Respublikasından (CAR) olan fotojurnalist və 1993-cü ildə Sudanda aclığı təsvir etdiyi fotoya görə Pulitser mükafatının sahibi. O, 1990-1994-cü illərdə Cənubi Afrikada fəaliyyət göstərmiş “Bang-Bang Club”un üzvü olmuşdur. 33 yaşında intihar etmişdir. Onun hekayəsi 2010-cu ildə çəkilmiş “Bang-Bang Club” filmində nümayiş olunmuşdur. Bu filmdə onun obrazını Teylor Kits canlandırmışdır. == Erkən illəri == Kevin Karter Yohannesburq şəhərində anadan olmuşdur. Karter orta sinfə məxsus rayonda böyümüşdür. Bu rayonda ancaq ağdərili insanlar yaşamışdır. O, uşaqlıqda bu rayonda qeyri-qanuni yaşayan qaradərililərin həbs edilməsi üçün həyata keçirilən bir sıra polis reydlərinin şahidi olmuşdur.
Lui Paster
Lui Paster (fr. Louis Pasteur; 27 dekabr 1822[…] – 28 sentyabr 1895[…]) — Fransa bioloqu, kimyaçı, əczaçı, müasir mikrobiologiya və immunologiyanın banisi. O quduzluğa qarşı vaksin kəşf etmiş və bakteriyaların bu xəstəliyi necə meydana gətirdiyinin izahını vermişdir.Hətta Parisdə , 1888 - ci ildə inşa edilmiş Paster instutu adını Lui Pasterdən almışdır.Lui Paster cansız materiyadan canlıların yaranmasının (abiogenez) mümkünlüyünü tədqiq etmişdir. 1861-ci ildə çox sadə vasitələrlə apardığı təcrübədə sübut etdi ki, abiogenez fərziyyəsi deyil, biogenez qanunu (canlı canlıdan ortaya çıxır) elmi təsdiqini tapır. O deyirdi: “Ən adi təcrübənin vurduğu öldürücü zərbədən sonra öz-özünə yaranma nəzəriyyəsi heç vaxt duruş gətirə bilməyəcək... Öz valideynlərinin iştirakı olmadan mikroskopik canlıların dünyaya gəlməsini təsdiq etmək üçün hal-hazırda əlimizdə heç bir əsasımız yoxdur. Bunu mümkün hesab edənlər isə öz xəyallarının və qaçılmaz səhvlərlə nəticələnmiş yanlış təcrübələrin qurbanına çevriliblər”.. Ölümü:Lui Paster 72 yaşında insult və iflic nəticəsində vəfat etmişdir. Onun məqbərəsi Paster İnstitutunun yeraltı qatındadır. == Həyatı == Atası adı Jan Jozef Paster pərən-pərən salınmış Napoleon ordusunun keçmiş çavuşu idi.