Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pasifik yupikləri
Supiklər, Alyutiklər və ya Pasifik yupikləri (öz dilində olan adı: Sugpiaq tək Sugpiak iki Sugpiat cəm və ya Alutiiq tək Alutiik iki Alutiit cəm; İngiliscə Alutiiq, Sugpiaq, Pacific Yupik) — Amerika Birləşmiş Ştatlarında, Alyaska ştatının cənub cəhətində yaşayan Yupik qolundan bir Eskimos xalqıdır. Yupik xalqları içində ən cənubda yaşayan xalqdır. Mədəni olaraq Yupiklərə deyil Aleutlara yaxındır. Ona görə digər adları olan Alyutik adı Aleutların adından gəlir Eskimos-Aleut xalqları Aleut xalqı Eskimoslar Sirenik eskimosları¹ Yupik xalqları Sirenik yupikləri¹ Əsl Yupik xalqları Sibir yupikləri Naukan yupikləri Alyaska yupikləri Unaliq-Pastuliq yupikləri : Norton Sound bölgəsində Əsl Alyaska yupikləri : Yukon və Kuskokvim bölgələrində Egegik yupikləri : Bristol Bay bölgəsində Çupiklər : Hooper Bay və Chevak bölgələrində Nunivak çupikləri : Nunivak adasında Supiklər İnuit xalqları İnyupiklər və ya Alyaska inuitləri İnuitlər və ya Kanada inuitləri Qərbi Kanada inuitləri Şərqi Kanada inuitləri Qrenlandiya inuitləri Özlərini suk ('insan') və -piaq ('gerçək') sözlərinin birləşməsindən əmələ gəlmiş "Supiklər", dillərini isə Sugcestun və ya Sugt'stun, Sugtestun ('insana bənzər, insan kimi') adlandırırlar. Alyaska'yı Aleut adalarından kəşfə başlayan rus kaşif, kürk kürk taciri və məskunlaşmaçılar tərəfindən Aleut (rus. Алеут) adı verilen yerlilər, o zamanın Rusçasında bugünkü Aleutları ve Kodiak adasındaki yupik eskimoslarını (ing. Alutiiq) əhatə edirdi. Rusçadaki Aleut adının, Rusiyanın şimalında yaşayan Çukçaların dilindən olan "daimi sahil sakini" sözündən yarandığı ehtimal olunur. 1784-ci ildə Kodiak adasında olan Three Saints koyuna (supikcə Sun'alleq) yerləşən rus kürk tacirləri (промышленник), Supiklərlə qarşılaşan ilk Avropalılardır. Supiklər, mədəni olaraq Aleutlara ən çox bənzəyən eskimoslardır.
Pasifik (Formula-1 komandası)
Pasifik ( ing. Pacific Racing) Britaniyanın avtomobil yarış komandası idi. 1994-1995-ci illərdə Formula 1 yarışlarında iştirak etmişdir. 1974-cü ildə keçmiş mexanik və yarışçı Keith Wiggins tərəfindən Avropa Formula- Ford çempionatında iştirak etmək üçün yaradılmışdır. Komandaya Amerikanın tanınmış siqaret markası Marlboro sponsorluq edirdi. Yarışçı isə Harald Huysman idi. İlk sezon uğurlu oldu. Huysman iki titul: Avropa və Benilüks çempionluğu qazandı. Növbəti sezonda, Huysmanın məsləhəti ilə komandanın Formula 3-də iştirakı üçün Bertrand Gachot dəvət olunur. Qrup həmçinin Reynard Motorsports avtomobillərini istifadə etməyə başladı.
Pasifida
Mu qitəsi və ya Pasifida — Məhv olmuş sivilizasiya; Sakit okeanda sulara qərq olmuş hipotetik qitə. Müxtəlif xalqların mifologiyasında tez-tez Sakit okeanın yerində ada və ya torpaq olması ilə bağlı rəvayətlərə rast gəlmək mümkündür. Amma bununla əlaqədar olan məlumatlar bir-birindən fərqlənir. Okkult və paraelmi ədəbiyyatlarda Mu qitəsinin mövcudluğu ilə bağlı müxtəlif xalqların miflərinə və müəlliflərin fantaziyalarına əsaslanan çox sayda bir-birindən fərqli versiyalar var (Atlantik okeanındakı Atlantida, Hind okeanındakı Lemuriya, Şimal Buzlu okeanındakıdakı Arktida kimi). "Mu" termini ilk dəfə mayya əlyazmasının səhv interpretasiyası kimi abbat Şarl-Etyen Brassyor de Burbur tərəfindən işlədilmişdir. Onun fikrincə bu, Qərbdəki - Atlantik okeanındakı torpağı bildirmək üçün istifadə olunan addır. Okkult yazıçılar Oqyust Le-Plonjon və Ceyms Çyorvard da abbatın bu terminindən geniş istifadə etmişlər. Onların əsərlərində Mu Sakit okeandakı bütün dünya mədəniyyətlərinin beşiyi olan nəhəng materikin adıdır. Bu terminə tez-tez mistiklərin və pataelmi nəzəriyyə tərəfdarlarının da əsərlərində rast gəlmək olar. Məhv olmuş Mu imperiyasının var olduğunu təsdiqləyən mənbələr az deyil.
Pasifist
Pasifizm (lat. pacificus — sülhməramlı, pax- dan — sülh və facio — edirəm) — zorakılığa və onun yox olması naminə müqavimət ideologiyası. Hətta özünə zərər vermək bahasına da olsa, zorakı müqavimət göstərməmək dərəcəsində müharibə və zorakılıq əleyhinə olan hərəkatdır. "Pasifizm" sözü fransız Emil Arno (1864–1921) tərəfindən düşünülüb və 1901-ci ildə Qlazqoda X Beynəlxalq Sülh Konqresində başqa aktivistlər tərəfindən qəbul edilmişdir. Müasir dövrdə Mahatma Qandi (1869–1948) tərəfindən bu hərəkat "satyaqraha" adlandırdığı qeyri-zorakı müqavimət praktikasında təkmilləşdirilmişdir. Bunun effektivliyi Martin Lüter Kinq və başqalarını ruhlandırmışdır. Pasifizmin ikonik rəsmi 1989-cu ildə Tyananmen Meydanında Etiraz-da "Naməlum üsyançı"nın tank sütunu qarşısında qeyri-zorakı müqavimətlə durmasından götürülüb. Alimlər hesab edirlər ki, bu hadisə kommunizmin tənəzzülünü sürətləndirən Berlin divarının çökdürülməsi üçün başlıca motivasiya olmuşdur. Pasifizm qeyri-zorakılıq, anti-imperializm, tərksilah, silahlara nəzarət, demilitarizasiya, antimilitarizm, anti-müharibə və anti-nüvə hərəkatlarını əhatə və ehtiva edir. Pasifist hərəkat, sülh uğrunda hərəkat, siyasi münaqişələrin həllinin müharibə üsullarına qarşı çıxan, xüsusən də bu cür metodların əxlaqsızlığını pisləyən müharibə əleyhinə ictimai hərəkatdır .
Pasifizm
Pasifizm (lat. pacificus — sülhməramlı, pax- dan — sülh və facio — edirəm) — zorakılığa və onun yox olması naminə müqavimət ideologiyası. Hətta özünə zərər vermək bahasına da olsa, zorakı müqavimət göstərməmək dərəcəsində müharibə və zorakılıq əleyhinə olan hərəkatdır. "Pasifizm" sözü fransız Emil Arno (1864–1921) tərəfindən düşünülüb və 1901-ci ildə Qlazqoda X Beynəlxalq Sülh Konqresində başqa aktivistlər tərəfindən qəbul edilmişdir. Müasir dövrdə Mahatma Qandi (1869–1948) tərəfindən bu hərəkat "satyaqraha" adlandırdığı qeyri-zorakı müqavimət praktikasında təkmilləşdirilmişdir. Bunun effektivliyi Martin Lüter Kinq və başqalarını ruhlandırmışdır. Pasifizmin ikonik rəsmi 1989-cu ildə Tyananmen Meydanında Etiraz-da "Naməlum üsyançı"nın tank sütunu qarşısında qeyri-zorakı müqavimətlə durmasından götürülüb. Alimlər hesab edirlər ki, bu hadisə kommunizmin tənəzzülünü sürətləndirən Berlin divarının çökdürülməsi üçün başlıca motivasiya olmuşdur. Pasifizm qeyri-zorakılıq, anti-imperializm, tərksilah, silahlara nəzarət, demilitarizasiya, antimilitarizm, anti-müharibə və anti-nüvə hərəkatlarını əhatə və ehtiva edir. Pasifist hərəkat, sülh uğrunda hərəkat, siyasi münaqişələrin həllinin müharibə üsullarına qarşı çıxan, xüsusən də bu cür metodların əxlaqsızlığını pisləyən müharibə əleyhinə ictimai hərəkatdır .
Spesifik Qalaktikalar
Pekulyar qalaktika (ing. Peculiar galaxy) - Mənası qəribə deməkdir. Ona görə ki, digər qalaktikalardan fərqli olaraq Habbl ardıcıllığına tabe deyil. 1966-cı ildə "Pekulyar qalaktikaların atlası" tərtib edilmişdir.
Cəmil Aleksandroviç-Nasifi
Cəmil Aleksandroviç-Nasifi (1882- ?) - tarixçi, arxeoloq, etnoqraf. == Həyatı == Cəmil Aleksandroviç-Nasifi 1882-ci ildə Qrodnenski vilayətində anadan olub. Mənşəcə litva tatarıdır. "Krımın tədqiqi cəmiyyəti"ndə işləyib. 1920-ci illərin əvvəllərində Bakıya gəlmişdir. 1923-cü ildən başlayaraq Azərbaycan Arxeoloji Komitəsində, 1927-ci ildən "Azərbaycan asari-ətiqələri, incəsənət və təbiət abidələrinin mühafizəsi komitəsi"ndə ("Azkomstaris"də) işləyib. Xarici Şərq bürosunun, o cümlədən də türk-əfqan komissiyası bölməsinin üzvü olub. C.Aleksandroviç XX əsrin 20-ci illərinin ortalarında Arxeoloji Komitənin sədr müavini seçilib. Bir neçə dili bilirdi: alman, fransız, rus, ukrain, türk, ərəb, fars, ingilis, polyak dillərini. 1924-cü ildən "Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti"nin tarixi-etnoqrafiya bölməsinin işində fəal şəkildə iştirak edib.
Swire Pacific Offshore (Caspian) LLC
Asia Pacific Internet Exchange Association
Asia Pacific Internet Exchange Association — Asiya və Sakit okean regionunda internet mübadilə məntəqələri assoasiyası. APIX həmçinin, qlobal IX-F İnternet Mübadilə Federasiyasının bir hissəsidir.
Hüseyn Vaiz Kaşifi
Mövlanə Kəmaləddin Hüseyn ibn Əli Beyhəki-yi Səbzəvari (1461, Səbzivar[d], Rəzəvi Xorasan ostanı – 1504, Herat) — İranlı müfəssir, mütəsəvvüf və şair. == Həyatı == İranın Xorasan bölgəsində Səbzəvarda doğuldu. 1456-cı ildə Məşhədə getdiyi sıralarda iyirmi yaşlarında olduğu qəbul edilirsə 1436-cı il civarında doğulduğu söylənə bilər. Vəəzləriylə tanındığı üçün "Vaiz" ləqəbi və şeirlərində istifadə etdiyi Kaşifi təxəllüsü ilə tanınır. Uşaqlıq və gənclik illərini Səbzəvar və yörərəsində keçirən Hüseyn Vaizin mükəmməl bir təhsil gördüyü, Herata getdiyində elmi və vəəzləri ilə özünü qısa müddətdə qəbul etdirməsindən anlaşılır. Hüseyn Vaiz, geniş bilgisi və təsirli vəəzləriylə şöhrəti ətrafa yayılınca ölkəsindən ayrılıb Nişapura getdi, oradan Məşhədə yollandı. Dönəmin böyük Nəqşibəndi şeyxi Sadəddin Qaşqarinin Heratda öldüyünü (may 1456) öyrəndiyi günlərdə yuxusunda onu görməsi, məzarını ziyarət etmək üzrə Herata getməsinə səbəb oldu. Burada Sadəddin Qaşqarinin müridi ünlü sufi və şair Əbdürrəhman Cami ilə tanış oldu və onun vasitəsiylə Nəqşibəndi təriqətinə intisab etdi. Heratda verdiyi vəəzlərlə qısa zamanda məşhur olan Hüseyn Vaiz, bir müddət sonra Hüseyn Baykara və Əlişir Nəvainin himayəsinə daxil oldu. Onların təşviqiylə müxtəlif kitablar yazdı.