PASİFİ́ZM

[ lat. pacificus – sakitləşdirən] Hər cür müharibəni, o cümlədən milli azadlıq, inqilabi və b. ədalətli müharibələri inkar edən və əbədi sülhü kapitalizm münasibətlərinin mövcudiyyəti ilə bağlayan siyasi cərəyan.
PASİFİST
PÁSKVİL
OBASTAN VİKİ
Pasifizm
Pasifizm (lat. pacificus — sülhməramlı, pax- dan — sülh və facio — edirəm) — zorakılığa və onun yox olması naminə müqavimət ideologiyası. Hətta özünə zərər vermək bahasına da olsa, zorakı müqavimət göstərməmək dərəcəsində müharibə və zorakılıq əleyhinə olan hərəkatdır. "Pasifizm" sözü fransız Emil Arno (1864–1921) tərəfindən düşünülüb və 1901-ci ildə Qlazqoda X Beynəlxalq Sülh Konqresində başqa aktivistlər tərəfindən qəbul edilmişdir. Müasir dövrdə Mahatma Qandi (1869–1948) tərəfindən bu hərəkat "satyaqraha" adlandırdığı qeyri-zorakı müqavimət praktikasında təkmilləşdirilmişdir. Bunun effektivliyi Martin Lüter Kinq və başqalarını ruhlandırmışdır. Pasifizmin ikonik rəsmi 1989-cu ildə Tyananmen Meydanında Etiraz-da "Naməlum üsyançı"nın tank sütunu qarşısında qeyri-zorakı müqavimətlə durmasından götürülüb. Alimlər hesab edirlər ki, bu hadisə kommunizmin tənəzzülünü sürətləndirən Berlin divarının çökdürülməsi üçün başlıca motivasiya olmuşdur. Pasifizm qeyri-zorakılıq, anti-imperializm, tərksilah, silahlara nəzarət, demilitarizasiya, antimilitarizm, anti-müharibə və anti-nüvə hərəkatlarını əhatə və ehtiva edir. Pasifist hərəkat, sülh uğrunda hərəkat, siyasi münaqişələrin həllinin müharibə üsullarına qarşı çıxan, xüsusən də bu cür metodların əxlaqsızlığını pisləyən müharibə əleyhinə ictimai hərəkatdır .

Digər lüğətlərdə

бомжо́нок дву́шка наследи́ть обшто́пывать подшивно́й стеклоде́лие ура́н чудско́й штибле́тка землеко́п кинове́д компете́нция лы́чки мужичо́нка пиро́лог писать как ку́рица лапой поднырну́ть яри́ть billing hitparade non-jumping shooting-jacket wiggen сивка технический