Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dark Passage
Dark Passage – 2003-cü ildə yaradılmış Türkiyə kiberidman klubu. Ölkənin ən qədim kiberidman klubudur. "League of Legends" və "Valorant" komandaları fəaliyyət göstərir. Əvvəllər "Counter-Strike: Global Offensive", "Zula", "Point Blank", "Starcraft", "FİFA" komandaları da mövcud olmuşdur. == Tarixi == Klub 2003-cü ildə Ertuğ Okçuoğlu tərəfindən yaradılmışdır. == League of Legends == "Dark Passage" 2013-cü ildən Türkiyə Çempionluq Liqasından çıxış edir. Klub 2013 və 2014 mövsümlərində həm qış, həm yaz, həm yay turnirlərinin qalibi olaraq ardıcıl 6 çempionluq yaşamış, həmin mövsümlərin böyük final turnirlərinin də qalibi olmuşdur. Komanda 2013-cü ildə Bolqarıstanda keçirilmiş Balkan liqasının finalında Serbiya çempionu "Kalu OP" klubunu məğlub etmiş, xaricdə kubok qazanan ilk türk klubu olmuşdur. 2014-cü ildə Dünya çempionatına qatılmağa haqq qazanan ilk türk klubu olsa da, "Samsung White", "Edward Gaming" və "Ahq Esports" klubları ilə düşdüyü qrupdakı bütün oyunlarını uduzmuşdur. 2015 mövsümündən etibarən Türkiyə Çempionluq Liqası yeni formata keçmişdir.
Passat
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Hassane Bande
Boureyma Hassane Bande (30 oktyabr 1998-ci ildə anadan olub) — Belçika Birinci Diviziya A təmsilçilərindən olan Mexelen klubunda hücumçu kimi çıxış edən peşəkar Burkina-Fasolu futbolçudur. == Klub karyerası == === Mexelen === Bande peşəkar karyerasında debütünü Mexelen klubu ilə 19 avqust 2017-ci ildə Belçika Birinci Diviziya A-da Royal Antverpen klubuna qarşı oyunda etmişdir. O, sonradan meydana daxil olmuş və komandasının yeganə qolunun müəllifi olmuşdur. === Ayaks === 4 dekabr 2017-ci ildə Bande Mexelen klubunu tərk edərək Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. == Milli karyerası == Bande Burkina-Faso milli futbol komandası ilə debütünü 14 noyabr 2017-ci ildə 2018 Dünya Kubokunun təsnifat mərhələsində Kabo-Verde millisinə qarşı oyunda etmişdir.
Çiçək passajı
Çiçək passajı (türk. Çiçek Pasajı) — İstanbulun Beyoğlu rayonunda yerləşən tarixi passaj. Passaj İstanbulun İstiqlaliyyət küçəsini Səhnə küçəsi ilə birləşdirir. == Tarixi == 1876-cı ildə açılmış olan Çiçək passajı tarixi kafelər, şərab barları və restoranlarla örtülü bir qalereyadır. Binanın İstiqlaliyyət küçəsinə baxan girişinin ən üst hissəsində yer alan saatdakı rəqəmlar rum rəqəmlarından ibarətdir. Saat bu gündə oluduğu kimi işləyir. Əvvəllər Çiçək passajının yerində Naum qardaşlarına aid teatr binası yerləşirdi. Teatr 1870-ci yanğınından böyük zərər görmüşdür. Teatrı tez-tez Osmanlı sultanları Əbdüləziz və II Əbdülhəmid ziyarət edirdi. Hətta burada Cüzeppe Verdinin Trubadur operası Parisdən öncə nümayiş etdirilmişdir.
Le-Passaj
Le-Passaj (fr. Le Passage) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Viryo kantonuna daxildir. Kommunanın dairəsi — La-Tur-dyu-Pen. INSEE kodu — 38296. Kommunanın 1999-cu il üçün əhalisi 648 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 405 ilə 700 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 440 km cənub-şərqdə, Liondan 60 km cənub-şərqdə, Qrenobldan 45 km şimal-qərbdə yerləşir.
Passat cərəyanları
Passat cərəyanları — Həm şimal yarımkürəsinin, həm də cənub yarımkürəsinin tropik enliklərində hakim passat küləklərinin təsirilə əmələ gələn okeanın səth cərəyanlarıdır. == Xüsusiyyətləri == Passat cərəyanları dreyf cərəyanlarına ən yaxşı misaldır. Passat cərəyanları passat küləklərinə uyğun olaraq daima şərqdən qərbə 1–2 km/s. sürətlə hərəkət edir.Passat cərəyanları şimal yarımkürəsində sağa, cənub yarımkürəsində sola meyil edərək, ekvatora paralel-şərqdən qərbə doğru hərəkət edirlər. Sürəti ekvatora yaxınlaşaraq, 100–150 sm/saniyəyə çatır. Su kütləsinin qalınlığı 150–300 m-dir. Cərəyanların temperaturu şərqdən qərbə doğru getdikcə artır (25–280-yə çatır). Duzluluq 33–36 promildir.
Passat küləyi
Koriolis qüvvəsinin təsiri altında daimi küləklər Şimal yarımkürəsində sağa, Cənub yarımkürəsində sola doğru istiqamətlənir.Passat küləyi yelkənli gəmilərin istiqamətində də dəyişiklik edə bilər. Odur ki, passatlar Şimal yarımkürəsində şimal-şərqdən cənub-qərbə, Cənub yarımkürəsində cənub-şərqdən şimal-qərbə doğru əsir. Bu proseslər 30º şimal enliyi ilə 30 cənub enliyi arasında baş verir və bu coğrafi enliklər passat zolağı adlandırılır. Okean üzərindən əsən passatlar rütubətli, materik üzərindən əsən passatlar isə quru olur. Passatların təsirinə daha çox məruz qalan materiklər Afrika, Cənubi Amerika və Avstraliyadır Öz daimiliyinə və gücünə görə, yelkənli gəmilər dövründə bu küləklər Qərb küləkləri ilə birlikdə gəmilərin Avropa və Amerika arasındakı hərəkət marşrutlarının qurulmasında əsas rol oynayırdılar. Qurşaqda atmosferin aşağı qatları Günəş şüalarının təsiri ilə istidən genişlənərək yuxarı qalxır və qütblərə doğru istiqamətlənir, eyni zamanda şimaldan və cənubdan daha soyuq hava axınları gəlir.
Android Application Package
APK və ya tam adıyla Android Aplication Package (azərb. Android proqram arxivi‎) deməkdir. APK faylları Google Play və digər üçüncü tərəf web səhifələrindən tapıla bilinir. Bu fayllar BlackBerry 10.2.1 üstü bütün Android tabanlı cihazlarda çalışır. APK Fayllar Android Cihazlarda Paket Quraşdırıcı və ya Paket oxuyucu kimi tətbiqlər vasitəsilə açılır və cihaza həmin proqramı yükləyir (APK Faylında olan tətbiqi). Bu sistemdən istər Android proqramlı, istərsə də Anroid proqram əsaslı istifadəçilər istifadə edə bilərlər.
Cənubi Passat cərəyanı
Cənubi Passat cərəyanı və ya Cənubi Ekvatorial cərəyanı — passat küləklərinin hakim olduğu ərazilərdən keçən isti dəniz cərəyanı. Bu dəniz cərəyanı dünya okeanında daima şərqdən qərbə doğru istiqamətdə əsir. Passatlar Cənub yarımkürrəsinin tropik enliklərində hakimdir. Cərəyan Sakit okeanda Cənubi Amerika sahillərinə yaxın (Qalapaqos adaları) istiqamətdən başlayır və Yeni Qvineya və Avstraliya sahillərinə doğru istiqamətlənir. Cərəyanın şimal sərhədi qışda 3 dərəcə cənub enliyi, yayda isə 1 şimal enliyinindən keçir. Sakit okeanın qərb sahillərində şərqə yönəlir. Buna səbəb isə Ekvatorial əks cərəyanıdır. Onun bir qolu Şərqi Avstraliya cərəyanıdır. == Cərəyanın fiziki xüsusiyyətləri == Cərəyanın fiziki sürəti gün ərzində 24 - 80 mildir. Orta göstərici 40 mil.
Şimali Passat cərəyanı
Şimali Passat cərəyanı və ya Şimali Ekvatorial cərəyanı — Sakit, Hind və Atlantik okeanları ərazisindən keçən isti dəniz cərəyanı. Sakit okeanda cərəyan Kaliforniya cərəyanı yaxınlığından başlayır və şimal yarımkürəsinin 10° və 20° arası ilə qərbə istiqamətlənir. Filippin sahillərində Kurosio cərəyanı onun qarşısını alır. Atlantik okeanda Kanar cərəyanı yaxınlığından başlayır və 10° - 30° şimal enlikləri ilə şimal-qərbə yönəlir. Qolfstrim cərəyanının əsas qidalandırıcılarından biri hesab edilir. Hind okeanında Şimali Passat cərəyanının istiqaməti mövsümdən asılıdır. Qışda şimal-şərqə, yayda isə cənub-qərbə yönəlir. Burada Somali cərəyanını güçləndirir.
Internet Message Access Protocol
İnternet-məlumatlara erişmə protokolu(en. IMAP (Internet Messaging Access Protocol ~ ru. протокол доступа к интернет-сообщениям ~ tr. İnternet Mesaj Erişim Protokolü). İnternetdə məlumatlara (mesajlara) erişmək üçün protokoldu. 1986-cı ildə Stenford Universitetində işlənib hazırlanıb. elektron poçt məktublarını hostinq serverdə olduğu kimi oxumağa imkan verir. Məktublarla bağlı edilən bütün əməliyyatlar (silmə, cavabvermə, yönləndirmə, yerdəyişmə) serverdə öz əksini tapır. Bu isə o deməkdir ki, eyni e-poçt hesabı ilə işləyən və digər webmail və ya IMAP kliyentdən daxil olan istifadəçilər də bu dəyişiklikləri görmüş olurlar.POP3 protokolu ilə müqayisədə daha geniş imkanlara malikdir: gələn poçtun gözdən keçirilməsi zamanı yalnız başlıqların oxunması ilə kifayətlənməyə imkan verir. POP3 protokolunda olduğu kimi, IMAP server və poçt müştərisi arasında əlaqə üçün SMTP protokolundan istifadə edir.
Fate/stay night: Heaven's Feel I. presage flower
Fate/stay night: Heaven's Feel I. presage flower (azərb. Tale/gecə mübarizəsi: Cənnət hissi I. nişanə çiçəyi‎) – Ufotable studiyası tərəfindən Tomonori Sudonun rejissorluğu və Akira Hiyamanın ssenaristliyi ilə 2017-ci ildə istehsal olunmuş fentezi anime filmi. "Fate/stay night" vizual romanının üçüncü və sonuncu hekayəsindən bəhs edən "Heaven's Feel" film trilogiyasının birinci filmidir. Əvvəlki hekayələrdə olduğu kimi bu hekayədə də baş qəhrəman Şiro Emiya şəhərini qorumaq üçün Müqəddəs qədəh döyüşünə qatılır. Lakin bu dəfə Şiro sadəcə sehrbaz və xidmətçilərlə yox, iştirakçıları öldürən müəmmalı kölgə ilə də qarşılaşır. Filmin Yaponiyada premyerası 13 oktyabr 2017-ci ildə baş tutmuşdur. Film tənqidçilərin müsbət rəylərini almış və uğurlu olmuşdur. Davam filmi "Fate/stay night: Heaven's Feel II. lost butterfly" 12 yanvar 2019-cu ildə buraxılmışdır. == Məzmun == Zədəyə görə məktəbin oxçuluq klubunu buraxan Şiro Emiya aşağı sinifdə oxuyan və evini tez-tez ziyarət edən Sakura Mato ilə dostlaşır. Bir gecə Şiro iki qədim döyüşçünün döyüşünə şahidlik edir və aralarındanizə ustası olan döyüşçü ona hücum edərkən Seyber adlı və qılınc ustası tərəfindən xilas edilir.