BIRD

bird1

n 1. quş; ~ of passage köçəri quş; ~ of prey vəhşi quş; 2. yüngülxasiyyət arvad / qız; 3. oğlan, adam;

◊ ~ of Juno tovuz; ~ of wonder simurq; to do smth. like a ~ bir işi quş kimi görmək; a ~ in the bush ≅ dəryada balıq; a ~ in the hand həqiqətdə əldə olan; A bird in the hand is worth two in the bush at. söz. ≅ Soğan olsun, nağd olsun; Birds of a feather flock together at. söz. Taylı tayını tapar; to kill two ~s with one stone bir oxla iki dovşan vurmaq

bird2

v ovlamaq, tutmaq (quşu və s.)

BIRCHEN
BIRD-BRAINED
OBASTAN VİKİ
Flappy Bird
Flappy bird — 2013-cü ildə Vyetnam əsilli oyun yaradıcısı Nquyen Ha Donq tərəfindən Hanoi şirkətində yaradılan və dotGEARS Studio tərəfindən paylaşılan mobil telefon oyunudur. Bu oyun 24 may 2013-cü ildə App Store və Google Playdə paylaşılmış, 10 fevral 2014-cü ildə isə silinmişdir. == Geympley == Flappy bird retro üslublu yan-hərəkət görünüşlü 2D oyundur. Oyunun əsas məqsədi sağa doğru hərəkət edən quşu ekrana toxunmaqla havada saxlamaq və boruların arasından keçirməkdir. Əgər quş borulardan birinə dəysə, oyun bitmiş sayılır. Xallar isə quşun uğurla keçdiyi boruların sayına bərabərdir. 10–20 xal arası bürünc medal, 20–30 xal arası gümüş medal, 30–40 xal arası qızıl medal, 40 xalda çox olduqda isə "Xüsusi medal" verilir. == Yaradılışı == Oyun vyetnamlı Nquyen Ha Dong tərəfindən Iphone 5 üçün yaradılıb və 2013-cü ilin sentyabrında iOS 7 əməliyyat sistemində uğurla sınaqdan keçirilib. 2014-cü ilin yanvar ayında oyun ABŞ və Çİn App Storelarında 1-ci yerə çıxıb və Böyük Britaniya App Storeında "yeni Angry Birds" adı alıb. 30 Yanvar 2014-cü ildə bu oyun Android əməliyyat sistemi üçün çıxdı.
Corc Miller Bird
Corc Miller Bird (8.5.1839, Konnektikut ştatı, Montvil – 23.1.1883, Nyu-York) — Amerika nevropatoloqu. == Fəaliyyəti == Andoverdə (Massaçusets ştatı) Fillips Akademiyasında (1854–58) və Yel Universitetində (1862) təhsil almışdır. 1866-cı ildən Nyu-Yorkda Tibb-Cərrahiyyə kollecində, 1868-ci ildən Nyu-York Universitetində işləmişdi. Əsas əsərləri elektriklə müalicə, sinir və psixi pozuntu məsələlərinə aiddir. 1869-cu ildə gərgin fəaliyyət nəticəsində sinir yorulması vəziyyətini (Bird xəstəliyi adlandırılan) təsvir etmiş, onun adlandırılması üçün 1880-ci ildə nevrasteniya terminini irəli sürmüşdü. Dəniz xəstəliyi simptomlarının təsvirini ilk dəfə o vermiş və onun müalicəsini göstərmişdi (1881). Çoxsaylı elmi-kütləvi kitabların, o cümlədən "Spiritizmin psixolo giyası" (1878), "Psixi xəstəliklərin problemləri" (1880), "Amerika əsəbiliyi, onun səbəbləri və nəticələri"nin (1881) müəllifidir.
Çarlz Ostin Bird
Çarlz Ostin Bird (27.11.1874, İndiana ştatı, Naytstaun – 1.9.1948, Konnektikut ştatı, Nyu-Heyven) — Amerika tarixçisi, politoloq, ABŞ tarixşünaslığında "iqtisadi" cərəyanın banisi. == Fəaliyyəti == Oksford, Kornell və Kolumbiya universitetlərində təhsil almışdır. 1904–17-ci illər də Kolumbiya Universitetində dərs demişdir (1915–17-ci illərdə professoru). Nyu-Yorkdakı kom munal xidmətlər üzrə ixtisas məktəbinin direktoru olmuşdur (1917–22). 1926-cı ildə Amerika Siyasi Elmlər Assosiasiyasının, 1933-cü ildə Amerika Tarix Assosiasiyasının prezidenti olmuşdur. Bird ABŞ tarixinin ən mühüm problemlərinin iqtisadi təhlilini etmiş, Amerika Birləşmiş Ştatlarında vətəndaş müharibəsini (1861–65) "ikinci Amerika inqilabı" kimi şərh edən ilk Amerika tarixçisi olmuşdur. F.D. Ruzveltin "Yeni kurs"unu müsbət qiymətləndirərək, izolyasionizm mövqeyindən onun xarici siyasətini tənqid etmişdir. Bir neçə əsərini arvadı, tanınmış tarixçi və feminist Meri Birdlə (1876–1958) birlikdə yazmışdır.
Angry Birds
Angry Birds (azərb. Qəzəbli Quşlar‎) — mərkəzi Finlandiyada yerləşən Rovio Mobile tərəfindən mobil cihazlar üçün təkmilləşdirilən oyun. 2009-cu ilin dekabr ayında Apple iOS üçün təkmilləşdirilən oyun daha sonra digər platformalarada uyğunlaşdırıldı. Məsələn Facebookda oynanıla bilər, internet saytlardan demoları yüklənilə bilər və Google Chrome istifadəçilərinə xüsusi, veb mağazasından Chrome-a əlavə edilə bilər. Oyun, yaşıl donuzların quşların yumurtalarını oğurlamasıyla başlayır. Buna qəzəblənən quşlar donuzları yox etməyə çalışırlar. == Oyunun məqsədi == Oyunda məqsəd sahib olduğunuz quşları quşatanla çəkib-atmaqla donuzları öldürməkdir. Rio versiyasında isə həbs olunmuş quşları sərbəst buraxmaq və ya meymunları öldürməkdir. Bəzi hissələrdə gizli qızıl yumurtalar vardır. Yumurtaları toplayaraq yeni hissələr açıla bilər.
Angry Birds Transformers
Angry Birds Transformers — Angry Birds seriyasının onuncu oyunu. Angry Birds və Transformers dünyaları arasında bir keçiddir. Oyun 15 oktyabr 2014-cü ildə buraxılıb. Həmin ilin oktyabrın 30-da oyun Android platformasında buraxılıb.
Birdişicikli yemişan
Birdişicikli yemişan (lat. Crataegus monogyna) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin yemişan cinsinə aid bitki növü. == Təbii yayılması == Rusiyanın Avropa hissəsinin mərkəzi və cənub rayonlarında, Qafqazda, Orta Asiyada yabanı halda bitir. == Botaniki təsviri == Bioloji xüsusiyyətlərinə görə iynəli yemişana bənzəyir, lakin nisbətən tez böyüməsi, çəhrayı rəngli çiçəkləri və s. xüsusiyyətləri ilə fərqlənir. Hündürlüyü 3-6 m-ə, əlverişli şəraitdə isə 8-12 m-ə çatan, simmetrik yumru çətirli, çoxillik budaqları qonur-boz rəngdə olan ağacdır. Yarpaqları yumurta və ya rombşəkilli, 3,5-sm, eni 2,5 sm-dir. Çiçəkləri 10-18 ədəd olmaqla çətir çiçək qrupuna yığılmışdır. Meyvələri yumru, uzunluğu 0,7-sm olan çəyirdəkmeyvədir, 6 yaşından meyvə verir. == Ekologiyası == İstiyə, soyuğa və rütubətə davamlıdır.
Birdja
Birdja (gürc. ბირჯა) – Gürcüstanın Abxaziya bölgəsinin Suxumi ərazisində yerləşən kənd. Dəniz səviyəsindən 400 m hündürlüktə, Qara dənizdən 11 km və Suxumidən 15 km uzağlıktadır. 2008-ci ildə Rusiya Federasiyası tərəfindən işğal edilib. == Ədəbiyyat == ენციკლოპედია „საქართველო“, ტ. 1, თბ., 1997. — გვ. 443.
Birdmor buzlağı
Birdmor buzlağı, (ing. Beardmore Glacier) Antarktidada yerləşən bir buz kütləsidir. Vilyam Birdmorun şərəfinə Birdmor buzlağı adnlandırılıb. == Coğrafiyası == Lambert buzlağından sonra, uzunluğu 160 km-dən çox olan və 30 km-ə çatan genişliyi ilə dünyanın ən böyük buzlaqlarından biridir. Transantarktika dağlarından başlayaraq, Şekliton sahili üzərindən Ross buz sahəsinə qədər uzanır. Buzlaq bir "U" şəkilli vadidə yerləşir. == Kəşfi == Birdmor buzlağı, 1908-ci ildə Ernest Şeklton tərəfindən, ikinci Antarktida elmi gəzintisində aşkar edilir. Buzlaq adını, Şelkton səfərinin bir sponsoru olan Vilyam Birdmorun adından alır. Birdmor buzlağı, Ross buz sahəsindən çıxaraq Transantarktika dağları üzərindən daha doğrusu arasından, Cənub Qütbünə gedən dəhliz rolunu oynayır. Bu dəhlizin sayəsində Cənub Qütbünə çatmaq mümkündü.
Birds
Birds — (Azərbaycanca: Quşlar) Niderlandın 2013 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Birdy
Jasmin van den Boqard (15 may 1996) — Birdy təxəllüsü ilə tanınan Britaniya müğənnisi. == Bioqrafiya == Jasmin van den Boqard 15 may 1996-cı ildə, Layminqton şəhərində anadan olmuşdu. Anası pianoçu olduğundan, Jasmin artıq 7 yaşından pianoda ifa edə bilir, 8 yaşından isə artıq öz mahnılarını yazırdı. Birdy təxəllüsü — (ing. quşcuğaz) valideynlərindən ona verilən addır.
Birdəliklilər
Birdəliklilər (lat. Monotremata) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi.
Angry Birds kinoda
Angry Birds kinoda (ing. Angry Birds Movie) — 2016-cı il istehsalı kompüter animasiyalı ABŞ-Finlandiya filmi. Animasiya filmi Rovio Entertainment istehsalı "Angry Birds" videooyunu əsasında çəkilmişdir. Filmin rejissorları Kley Keytis və Ferqal Reyli, prodüserləri Con Koen və Katrin Uinder, ssenaristi Con Vittidir. Filmin istehsalında Sony Pictures Imageworks də iştirak etmişdir. Filmdəki əsas rolları Ceyson Sudeykis, Coş Qed, Denni Makbrayd, Mayya Rudolf, Keyt Makkinnon, Toni Heyl, Kiqan-Maykl Key, Bill Heyder, Piter Dinkleyc eləcə də Youtube-də uğur qazanmış Smosh səsləndirir. == Məzmun == Dörd Qəzəbli quş (Red, Çak, Bomb və Matilda) kiçik bir cənnətdə yaşayırlar. Lakin bir gün yaşadıqları yerə Donuzların gəldiyini öyrənirlər. Buna görə də Donuzların məkrli planlarını öyrənmək üçün birlikdə işə başlayırlar. == Rollarda == == İstehsal == Finlandiya videooyun istehsalçısı Rovio Entertainment Vankuverdə Sony Pictures Imageworks ilə Angry Birds haqqında tammetrajlı animasiya filmi hazırlayacağını açıqlamışdır.