Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Patimat Abakarova
Patimat Abakarova (23 oktyabr 1994, Mahaçqala, Dağıstan) — 2010–2012-ci illərdə Rusiya yığmasının heyətində mübarizə aparan, 2012-ci ildən isə Azərbaycan yığmasının heyətində çıxış edən taekvondoçu. Patimat Abakarova 2015-ci ilin iyununda Azərbaycanda baş tutan I Avropa Oyunlarının bürünc medalına sahib olmaqla, birinci ciddi uğuruna imza atdı. 2016-cı ildə isə Patimat Abakarova ən ciddi uğuruna imza atdı. Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarının bürünc medal uğrunda görüşündə Fransa nümayəndəsi Yasmina Əziz üzərində 8:2 hesabı ilə qələbə qazanaraq Olimpiadanın bürünc medalına oldu. Bununla da o, bu idman növü üzrə Olimpiadalarda medal qazanan olan birinci Azərbaycan idmançısı olaraq tarixə düşdü. Karyerası ərzində 44 beynəlxalq turnirdə mübarizə aparan Patimat Abakarova, onların 8-də qızıl medala, 4-də gümüş medala, 16-da isə bürünc medala sahib olub. Patimat Abakarova Azərbaycan idmanında xidmətlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29 iyun 2015-ci il tarixli Sərəncamına əsasən "Tərəqqi" medalı ilə, 22 avqust 2016-cı il tarixli Sərəncamına əsasən isə Azərbaycan Prezidentinin fəxri diplomu ilə təltif edilib. Patimat Serajutdinovna Abakarova 1994-cü il oktyabrın 23-də Mahaçqala şəhərində anadan olub. Milliyyətcə avardır. 1999-cu ildən idmanla məşğul olur.
Patimat Abakərova
Patimat Baqomedova
Patimat Aydəmirməhəmmədovna Bəhəmmədova (6 avqust 1993, Mahaçqala) — Azərbaycanı təmsil edən qadın güləşçi. Patimat Bəhəmmədova 2008-ci ildə Latviyanın Dauqavpils şəhərində yeniyetmələr arasında Avropa Çempionatını gümüş medalla başa vurdu. 2010-cu ildə Azərbaycan Güləş Federasiyası (AGF) tərəfindən Patimat Bəhəmmədova qadın güləşi üzrə Azərbaycan yığmasının heyətinə cəlb edildi. Patimat Bəhəmmədova 2010-cu ildə Bolqarıstanda yeniyetmələr arasında Avropa Çempionatının bürünc medalına sahib oldu. Həmin ilin avqustunda isə Patimat Bəhəmmədova Sinqapurda baş tutan Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında mübarizə apardı. -52 Kq. turnirində mübarizə aparan Patimat Bəhəmmədova qrup mərhələsinin birinci görüşdə Əlcəzair nümayəndəsi Sabrina Azzuz ilə üz-üzə gəldi. Həmin görüşdə Patimat Bəhəmmədova rəqibinə qalib gəldi — 2:0 (7:0, 6:0). Növbəti görüşdə isə onun rəqibi Özbəkistan nümayəndəsi Nilüfər Qadayeva oldu. Bu görüşdə Patimat Bəhəmmədova rəqibi üzərində təmiz qələbə qazandı.
Patimat Baqometova

Patimat Bəhəmmədova

Hordeum vulgare var. patimatae
Petimat Petirova
Petimat Petirova (12 fevral 1982) — Çeçen şairəsi və jurnalisti, Çeçenistan Respublikası Yazıçılar Birliyinin və Çeçenistan Respublikası Jurnalistlər Birliyinin üzvü, 2017-ci ilin oktyabrından " Qoç" ədəbi-bədii jurnalının baş redaktorudur. 1998-ci ildə Elistanjinski orta məktəbini, 2004-cü ildə Çeçenistan Dövlət Universitetinin filologiya fakültəsini bitirir. Bir neçə il Xattuni kəndində rus dili və ədəbiyyatı müəllimi işləyir. 2006-cı ildən Qroznıda kitab nəşriyyatında işləmişdir. Petimat Petirova işdən asudə vaxtlarında sevdiyini edir — şeir yazır. Şairə ilk şerlər toplusunu 2009-cu ildə buraxır. Petimat yalnız Çeçen dilində yazır. 2008–2017 Petimat "Zori İslam" qəzetində baş redaktor müavini vəzifəsində çalışmışdır. 2006–2008-ci illərdə Qroznı şəhərində kitab nəşriyyatında çalışır. Petimatın şeirləri "Nana", "Orqa", "Vaynax", "Stelaqad" (Göyqurşağı) jurnallarında və "Islaman zanarsh", (Zori Islam) "Daimoxk", "Hiekharxo" qəzetlərində, "Zluqa" (Arı) yumoristik jurnalında nəşr olunur. .
Polimat
Universal insan, ensiklopedist, polimat (Yunanca: πολυμαθής, romanlaşdırılmış: polymathēs, lit. ‘çox öyrənilmiş’; Latınca: homo universalis, lit. ‘universal insan’) biliyi xeyli sayda mövzunu əhatə edən və kompleks strukturlardan istifadə etdiyi məlum olan fərddir. Xüsusi problemlərin həlli ilə bağlı biliklər. Qərbi Avropada polimatiya terminini öz başlığında istifadə edən ilk əsər (De Polymathiatractatio: integri operis de studiis veterum) 1603-cü ildə Hamburq filosofu İohann von Vuern tərəfindən nəşr edilmişdir. Von Wowern polimatikanı "hər cür tədqiqatlardan əldə edilən müxtəlif mövzular üzrə biliklər… intizamların bütün sahələrində sərbəst şəkildə yayılan, insan şüurunun onları yorulmaz bir sənaye ilə izləyə biləcəyi dərəcədə" kimi təyin etdi. Von Voern hikməti, ədəbiyyatı, filologiyanı, filomatiyanı və çox tarixini sinonimlər kimi sadalayır. Termin ingilis dilində qeydə alınmış ən erkən istifadəsi 1624-cü ildə Robert Burton tərəfindən yazılmış The Anatomy of Melancholy kitabının ikinci nəşrindədir; Polimatist forması bir qədər köhnədir ilk dəfə 1621-ci ildə Riçard Montaqunun Ondalıq Tarixinin mərhum hissəsində Diatribae-də görünür. Oxşar polihistor termininin ingilis dilində istifadəsi 16-cı əsrin sonlarına aiddir. Polimatlara elm, texnologiya, mühəndislik, riyaziyyat və incəsənətin bir neçə sahəsində üstün olan İntibah və Maarifçiliyin böyük alimləri və mütəfəkkirləri daxildir. İtalyan İntibahında, polimat ideyası, iddiaya görə, özü də polimatik Leon Battista Alberti (1404–1472) tərəfindən "insan istəsə hər şeyi edə bilər" ifadəsində ifadə edilmişdir. Qotfrid Leybnits tez-tez polimat kimi görünürdü.
Akimat
Akimat, Akimiat (idarəetmə; qaz. әкімшілік, әкімдік, qırğ. акимчилик) — Qazaxıstanda regional icra orqanı, Qırğızıstanda rayon dövlət idarəsi. Əyalət başçısı (regional hökumət) bələdiyyə sədridir, bölgədə respublikanın prezidentini və hökumətini təmsil edir. Bölgələrin, respublika əhəmiyyətli şəhərlərin və paytaxtın icra hakimləri prezident tərəfindən təyin edilir. Təşkilati struktur yerli icra hakimiyyətinin icra orqanı kimi məsuliyyət və səlahiyyətləri ilə müəyyən edilir. Bələdiyyə, bələdiyyə sədrindən, müavinlərindən, şöbələrdən, şöbələrdən və digər xidmət bölmələrindən ibarətdir. Əyalətin quruluşu bölgənin, rayonun, şəhərin idarəetmə sxeminə uyğun olaraq müəyyən edildikdən dərhal sonra bələdiyyə başçısının təklifi ilə məsləhət tərəfindən təsdiq edilir. Yerli icra orqanlarının iqtisadi və maliyyə əsaslarını inzibati ərazi vahidlərinin əmlakı (onlara aid olan məsləhətin və yerli idarəetmə orqanlarının əmlakı), yerli büdcədən vəsaiti, büdcədən ayrılan yerli vergilər, qrantlar və yardımlar, dövlət rüsumları təşkil edir. Şəhər və rayon mülkləri üçün icarə, vergi və digər ödənişlər tutulur.
Fatima
Fatima (port. Fátima) — Santarem qraflığında Portuqaliyanın şəhəri. Həmçinin 1917-ci ildə Məryəm ananı gördüyünü iddia edən üç çobanın yaşadığı və sonradan müqəddəs bir yer olaraq qəbul edilən kəndin adıdır. Katolik kilsəsi bunun xatirəsinə dövlətin də köməyi ilə nəhəng bir Katedral inşa etdirmişdir. Fatima yalnız Portuqaliyanın deyil, Roma-Katolik Kilsəsinin ən əhəmiyyətli həcc yerlərindən biridir.
Primat
Primatlar (lat. Primates) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinə aid heyvan dəstəsi. Bu dəstəyə meymunlar və insan da daxildir. Dəstədə 400-dən çox növ mövcuddur. Yaşburunlar (Strepsirrhini) Cırtdan lemurlar (Cheirogaleidae) Lemurlar (Lemuridae) Lepilemurlar (Lepilemuridae) İndrilər (Indridae) Əlayaqlılar (Daubentoniidae) Lorilər (Lorisidae) Qalaqolar (Galagidae) Quruburunlar (Haplorhini) Uzuntopuqlar (Tarsiidae) Oynağanlar (Callitrichidae) İlməquyruqlar (Cebidae) Gecə meymunları (Aotidae) Sakolar (Pitheciidae) Hörümçəyəbənzərlər (Atelidae) Əntərmeymunlar (Cercopithecidae) Hibbonlar (Hylobatidae) Hominidlər (Hominidae) Primatkimilər dəstəsinə daxil olan canlılar formasına və boyuna görə müxtəlifdir. Müasir primatlar Asiya, Afrika və Amerikanın tropik və subtropik ərazilərində, Zond və Filippin adalarında yaşayırlar. Ətrafları 5 barmaqlıdır, bu da onlara ağacdan möhkəm tutmağa imkan verir. Beyin yarımkürələri iri olur. Göz çuxurları kəllənin ön tərəfində yerləşir. Müəyyən edilmişdir ki, primatlar cücüyeyən məməlilərin qədim qruplarından əmələ gəlmişdir.
Xalimat Bayramukova
Xalimat Bayramukova (15 avqust 1917, Xurzuk, Kuban vilayəti[d] – 8 noyabr 1996, Çerkessk) — Sovet şairi, nasir, dramaturq, 1939-cu ildən Yazıçılar İttifaqının üzvü. 1917-ci il avqustun 15-də Qaraçay-Çərkəz Respublikasının qədim Qaraçay Xurzuk kəndində anadan olmuşdur. Pedaqoji İnstitutunda oxuyur, sonra M. Qorki adına Ədəbiyyat İnstitutunu və Moskvada Ali Ədəbiyyat Kurslarını bitirir. Müharibə illərində 2436 saylı evakuasiya xəstəxanasında tibb bacısı, komsomol təşkilatının katibi olur. Rayon qəzetinin məsul katibi, Qaraçay yazıçılar təşkilatının birinci məsləhətçisi, Qaraçay-Çərkəz kitab nəşriyyatının baş redaktoru olur. 10 ildən artıq Qaraçay-Çərkəz yazıçılar təşkilatına rəhbərlik etmişdir. 1935-ci ildən, yəni 18 yaşı tamam olandan rayon “Qızıl Qaraçay” qəzetində ədəbi işçi kimi fəaliyyətə başlayır. Bir il sonra bu qəzetin səhifələrində onun “Ölkəmə” adlı ilk şeiri dərc olunur. Xalimat Bayramukova 14 şeir toplusunun, dörd romanın, beş povestin və bir çox hekayənin, dörd qeyri-bədii kitabın, "Sonuncu sürgün" librettosu ilə ilk milli operanın, həmçinin “Ailəsiz gəlin” əsəri ilə ilk qaraçay musiqili komediyasının müəllifidir. Əsərləri dünyanın əlli dilində nəşr olunmuşdur.
Fatima (şəhər)
Fatima (port. Fátima) — Santarem qraflığında Portuqaliyanın şəhəri. Həmçinin 1917-ci ildə Məryəm ananı gördüyünü iddia edən üç çobanın yaşadığı və sonradan müqəddəs bir yer olaraq qəbul edilən kəndin adıdır. Katolik kilsəsi bunun xatirəsinə dövlətin də köməyi ilə nəhəng bir Katedral inşa etdirmişdir. Fatima yalnız Portuqaliyanın deyil, Roma-Katolik Kilsəsinin ən əhəmiyyətli həcc yerlərindən biridir.
Fatima Mustafina
Fatima Mustafina (tam adı: Fatima Xəmitovna Mustafina, başq. Мостафина Фатима Хәмит ҡыҙы; 26 dekabr 1913, Dinqizbay[d], Nikolayev qəzası[d], Samara quberniyası[d], Rusiya imperiyası – 2 noyabr 1998, Ufa, Başqurdıstan, Rusiya) — pedaqoq, partiya və dövlət xadimi, fəlsəfə elmlər namizədi, RSFSR əməkdar məktəb müəllimi, Başqırd Komsomol Regional Komitəsinin birinci katibi (1936—1944), Sovet İttifaqı Kommunist Partiyası Başqırdıstan Regional Komitəsinin Elm və Təhsil Qurumları Bölməsinin rəhbəri (1951—1955), Başqırd Muxtar Sovet Sosialist Respublikasının Təhsil Naziri (1955—1971). == Bioqrafiya == Fətimə Xamitovna Mustafina 26 dekabr 1913-cü ildə Samara vilayətinin Puqaçev rayonunun Dinqizbay kəndində anadan olmuşdur (indi Rusiya Federasiyasının Samara vilayəti Bolşeyçerniqovvski rayonu). Onun uşaqlığı Povoljedəki 1921—1922-ci il aclığına təsadüf edir. Onun atası Xamid bəy ailəsinin korluq çəkməməsi üçün əlindən gələni etmişdir. Bu zaman Xəmit Mustafin ailəsini cənuba Daşkəndə aparmışdır. Ancaq Xəmit Mustafin təyinat nöqtəsinə çatmadan Tif xəstəliyinə tutulur və həlak olur. Fatimanın anası Əzizə uşaqları xilas etmək məqsədi ilə uşaq evlərinə verir. Bir necə ildən sonra Əzizə xanım övladları ilə birlikdə Ufaya, Başqırdıstana qayıdır. 1930-cu ildə Fatimə Mustafina Başqırdıstan Dövlət Universitetinə daxil olmuşdur.
Şəhidlik Fatima
Fatimiyə günləri — şiələr tərəfindən Cəmadiyələvvəl və Cəmadiyəlaxır aylarında 20 gün ərzində Məhəmmədin qızı Fatimənin şəhid olmasının ildönümü münasibətilə mərasimlərin keçirilməsi.
Rafflesia patma
Rafflesia patma (lat. Rafflesia patma) — rafflesiyakimilər fəsiləsinin rafflesiya cinsinə aid bitki növü.
Fatima Sana Şaix
Fatimə Səna Şeyx - hind kino aktrisasıdır. == Erkən həyat == Fatima Sana Şeyx 11 yanvar 1992-ci ildə Mumbayda anadan olub və böyüyüb . Anası Rac Tabassum Şrinaqardan , atası Vipin Şarma isə Cammudandır . Atası hindu, anası isə müsəlman olaraq böyüdüyü halda, Şeyx özünü ateist kimi tanıyır . O, aktrisa olmamışdan əvvəl fotoqrafiya sahəsində təcrübə qazanmışdı.
Ophrys apifera var. patinata
Arı qaş səhləbi (lat. Ophrys apifera) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin səhləbkimilər fəsiləsinin ofris cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 20-30 sm hündürlükdədir. Soğanaqları şarvari və ya xırda ellipsvaridir. Yarpaqları iti, uzunsov, lansetvaridir. Çiçək yanlığı lansetvari, yumurtalıqdan uzundur. Çiçək yanlığının kənar yarpaqları uzunsov, küt, parlaq və ya açıq-çəhrayı rəngli, 5 damarlıdır.
Qatıyat (Həştrud)
Qatıyat (fars. قطعات‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.