Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Dəniz patrul təyyarəsi
Dəniz patrul təyyarəsi uzun müddət dəniz patrul rollarında işləmək üçün hazırlanmış sabit qanadlı təyyarədir. Dəniz patrul təyyarələri xüsusilə sualtı, donanma və axtarış-xilasetmə missiyalarında iştirak edir.
Gürzə patrul maşını
Müdafiə Sənayesi Nazirliyi mühəndisləri tərəfindən yaradılmış patrul maşını barədə məlumatı ictimaiyyətə 2012-ci ilin dekabr ayının 17-sində nazir Yavər Camalov açıqlayıb. Toyota HILUX 12 modelinin bazasında hazırlanmış "Gürzə" 4x4 təkər formuluna və 2500 kq yük daşıma imkanına malikdir. Maşının silahlanmasına üst hissədə 360 dərəcə bucaq altında fırlana və 45 dərəcə bucaq altında hədəflərə atəş aça bilən 12.7 mm-lik 1 ədəd pulemyot, yanlarda isə 2 ədəd 7.62 mm çaplı pulemyot, bu silahlar üçün böyük həcmdə patron ehtiyatı daxildir. Maşının silahlanmasına həmçinin avtomatik qumbaraatan və digər vasitələr əlavə etmək olur. Yüksək keçicilik qabiliyyətinə malik maşın 114 at gücündə mühərriklə təchiz olunub. Müdafiə Sənayesi Nazirliyinin istehsalı olan, xüsusi təyinatlı qüvvələr və güc strukturları üçün nəzərdə tutulmuş "Gürzə" adlı patrul maşını mayın 7-dən 10-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək İDEF-2013 beynəlxalq müdafiə sərgisində nümayiş olunmuşdur. Hərbi maşın tam silahlandırılmış şəkildə sərgilənəmişdir.
ASPA Patrulu
Aspa Patrulu (isp. Patrulla ASPA) — İspaniya Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Uçuşlar üçün 5 ədəd Eurocopter EC120 Colibri helikopteri istifadə olunur. == Tarixi == Komanda 23 sentyabr 2003-cü ildə qurulmuşdur. İlk aviaşou 16 may 2004-cü ildə baş tutmuşdur. Komandanın ölkə kənarlarındakı ilk debütü 2005-ci ildə Portuqaliyada baş tutmuşdur.
Qartal Patrulu
Qartal Patrulu (isp. Patrulla Águila) (ing. Eagle Patrol) İspaniya Hava və Kosmik Qüvvələrinə məxsus aerobatika eskadronudur. 4 iyul 1985 tarixində qurulmuşdur. 27 fevral 2020: Solo pilot Eduardo Fermín Garvalena La-Manqa dili yaxınlığında təyyarəsinin okeana çırpılması nəticəsində həlak olub.
REVA patrulu
REVA patrulu (Patrouille REVA) Fransada mərkəzləşən mülki aerobatika komandasıdır. Uçuşlar üçün Rutan LongEZ və Rutan VariEZ təyyarələri istifadə olunurdu. Komanda 1992-ci ildə qurulmuşdur. 30 illik fəaliyyətdən sonra komanda fəaliyyətinə son qoyduğunu və təyyarələrin satışa çıxarıldığını açıqladı.
İsveçrə Patrulu (aerobatika eskadronu)
İsveçrə Patrulu (fr. Patrouille Suisse) İsveçrə Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. 1964-cü il 22 avqust tarixində qurulmuşdur. Uçuşlar üçün Northrop F-5 təyyarələri istifadə olunur. 2016-cı ilin iyun ayında Leuwarden aviabazasında təşkil edilən hava şousunda havada toxunuş baş verib, pilot katapult edərək qurtulub. 15 iyun 2023-cü il tarixində təlim zamanı komandanın 2 təyyarəsi hava bir-birinə toxunub, təyyarələrdən birinin burnu qoparaq evin fasadına dəyib. Təyyarə qəza enişi edə bilib.
Fransanın Aerobatik Patrulu (aerobatika eskadronu)
Fransanın Aerobatik Patrulu (fr. Patrouille acrobatique de France) Fransa Hərbi Hava Qüvvələrinə məxsus aerobatika eskadronudur. Ən qədim aerobatika eskadronudur. 1981-ci ildən etibarən uçuşlar üçün Alpha Jet təyyarələri istifadə olunur. Təyyarələr ağ, qırmızı və göy rəngli tüstü generatorları ilə təchiz olunub. Komanda Paris aviaşousunun daimi iştirakçısıdır.
Polis Akademiyası 4: Vətəndaşlar patrulda
Polis Akademiyası 4: Vətəndaşlar patrulda (ing. Police Academy 4: Citizens On Patrol) — 1987-ci ildə kriminal komediya janrında Cim Dreyk tərəfindən çəkilən ABŞ filmidir. Hər cür günahın bir yaşandığı Los-Anceles şəhərini quldurlardan təmizləməyə and içmiş, cəsur amma bir az qorxaq qəhrəmanlarımız, eyni zamanda da polis olmağı öyrəndikləri akademiyalarını yaşatma döyüşü içindədirlər. Yaşlı müdir Lassard, həm cinayətə qarşı daha güclü olmaq, həm də Polis Akademiyasının vacibliyini isbat etmək üçün xalqı öyrədib onları da polis təşkilatının bir parçası halına gətirmək lazım olduğunu düşünür. Bunun üçün də köhnə məzunlarını köməyə çağırır. Amma zəncisi, ağı, gülməlisi, dəlisi ilə dolu olan Los Anceles xalqını öyrətmək heç də asan olmayacaqdır... Polis Akademiyası 4 — Internet Movie Database saytında.
Nissan Patrol
Nissan Patrol — Yapon avtomobil istehsalçısı Nissan tərəfindən 1951-ci ildən bu günə kimi istehsal olunan 4x4 təkər formullu yolsuzluq avtomobili. Yaponiyada Nissan Safari adı ilə satılır.
Space Patrol Luluco
Space Patrol Luluco (宇宙パトロールルル子, Uchū Patorōru Ruruko) — Trigger tərəfindən Hiroyuki İmaişinin ssenaristliyi ilə istehsal olunmuş anime serialı. Anime 1 aprel 2016-cı ildən 24 iyun 2016-ci ilə kimi Ultra Super Anime Time veriliş bloku vasitəsilə Yaponiyada yayımlanmışdır. Luluko Kosmik Patrul üçün işləyən atası ilə birlikdə yaşayan on üç yaşlı qızdır. Onlar Günəş sisteminin sərhədində yerləşən, kosmik məskunlaşma zonasında olan Ogikobo adlanan ərazidə yaşayırlar. 20 il əvvəl yad immiqrantların öz ecazkarlığı ilə seçilən bu şəhərə gəlmələrinə baxmayaraq, Luluko normal məktəbli qızın həyatını yaşayırdı. Hekayə bir gün Lulukonun atasının təsadüfən özünü dondurması ilə başlayır. Luluko isə çıxış yolu olmayaraq atasının iş yerinə gedir. Burada şöbə müdiri tərəfindən Kosmik Patrulun üzvü seçilir. Bundan sonra Lulokunun normal həyatında əsaslı dəyişikliklər baş verir. Luluko yeni iş tərəfdaşı AΩ Nova ilə birlikdə Ogikobonu kosmik cinəyatkarlardan qorumaq üçün hər gün yeni-yeni missiyalara göndərilir.
Katral
Katral (isp. Catral) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Veqa-Baxa-del-Sequra ərazisinin 20,01 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 8926 nəfərə çatmışdır.
Maarul
Avarlar (Qafqaz avarları) (avar. аварал, магІарулал) — Dağıstan Respublikasında ən böyük, Azərbaycanda sayca altıncı böyük etnik qrup. Qafqazın ən qədim yerli xalqlarından biri. Həmçinin, Rusiyanın Çeçenistan, Kalmıkiya və digər federasiya subyektlərində məskunlaşmışlar. Azərbaycanda əsasən Balakən Qax Şəki və Zaqatala rayonlarında yaşayırlar. Avarların etnik-mədəni ərazisi Avariya və ya Avarıstan adlanır. Mərkəzi Xunzaxdır. == Etimologiya == Bir çox mənbələrdə eyni zamanda Qafqaz Avarları olaraq anlandırılır. Özlərini "магIарулал" olaraq adlandırırlar. Mənası "dağların xalqı", "dağlılar" deməkdir.
Patras
Patras (q.yun. Πάτραι, yun. Πάτρα, lat. Patrae) və ya Baliyabadra (türk. Balyabadra) – Yunanıstanda şəhər. Konstantinos Stefanopulos — 1995-2005-cı illərdə Yunanıstanın prezidenti.
Petrel
Petrer (isp. Petrer) — İspaniyada yerləşən bələdiyyə. Bələdiyyə Vinalopo-Mica ərazisinin 104,26 km² hissəsini əhatə edir. 2010-cu ildə hesablamalara görə əhali 34634 nəfərə çatmışdır. Əyalət paytaxt şəhərindən 39 km uzaqlıqda yerləşir.
Petrol
Petrol (mahnı) —
Parol
Parol (fr. parole, en. password) — rəqəm, söz, işarələrin gizli kombinasiyası olub, şəxslərin bir-birlərini tanıması üçün və ya informasiya təhlükəsizliyində istifadə edilir. Parol subyektin identifikatorudur. Autentikasiyanın ən geniş yayılmış növüdür. Daxil edilmiş parol və istifadəçi üçün əvvəlcədən verilmiş parol müqayisə edilir. Onlar üst-üstə düşdükdə istifadəçinin həqiqiliyi təsdiqlənmiş sayılır. Parolların ən başlıca nöqsanı onların elektron ələ keçirilməsidir. Praktik olaraq yeganə çıxış yolu rabitə xətləri ilə ötürülməzdən əvvəl parolların kriptoqrafik şifrələnməsidir. Aşağıdakı tədbirlər parol mühafizəsinin etibarını artırmağa xeyli imkan verir: texniki məhdudiyyətlər qoyulması (parol çox qısa olmamalıdır, parolda hərf, rəqəm, durğu işarələri olmalıdır və s.) parolun fəaliyyət müddətinin idarə olunması, onların vaxtaşırı dəyişdirilməsi; parollar faylına icazənin məhdudlaşdırılması; sistemə uğursuz daxilolma cəhdlərinin məhdudlaşdırılması; istifadəçilərin təlimatlandırılması; parol generasiya edən proqramların istifadəsi.
Parus
Arıquşu (lat. Parus) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin arıquşları fəsiləsinə aid heyvan cinsi.
Parux
Fərrux — Azərbaycan Respublikasının Xocalı rayonunun Pirlər kənd inzibati ərazi dairəsində kənd. Kənd Əsgərandan 16 km, Xankəndidən 32 km aralı yerləşir. Kənddə 1932-ci ildə kolxoz təşkil olunub. 1958-ci ildə kəndə elektrik xətti çəkilib. 1988-ci ildə Qarabağ hadisələri başlayandan Fərrux kəndində yuva qurmuş əsasən İrəvandan, Livandan, Suriyadan gəlmiş erməni silahlıları, muzdluları Ağdamın Cinli, Əlimədədli və digər yaxın kəndləri atəşə tutur, dinc insanları qətlə yetirir və yaralayırdılar. Münaqişənin ilk illərində dəfələrlə ermənilər Fərruxdan Cinli kəndinə hücum edib. Münaqişə dövründə kənd və yaxınlıqdakı Fərrux yüksəkliyi xüsusi strateji əhəmiyyətə malik bir yer idi. 31 yanvar 1992-ci ildə Azərbaycan ordusunun birlikləri olan Şirin Mirzəyevin batalyonu və Ağdamın yerli OMON qüvvələri Fərrux kəndini erməni quldurlarından azad edilməsi əməliyyatında iştirak etdi. 1993-cü ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Fərrux kəndinin əhalisinin sayı 42 nəfər təşkil edirdi.
Perul
Perul (fr. Peyroules, oks. Peirolas) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Kastellan kantonuna daxildir. Kommunanın dairəsi — Kastelan. INSEE kodu — 04148. 2008-ci ildə əhalinin sayı 2875 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 136 nəfər arasında (15-64 yaş) 95 nəfər iqtisadi cəhətdən fəal, 41 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 69.9%, 1999-cu ildə 72.1%). Fəal olan 95 nəfərdən 76 nəfər (46 kişi və 30 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi.
Atriplex patula subsp. patula
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Atriplex patula var. patula
Atriplex patula (lat. Atriplex patula) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin sirkən cinsinə aid bitki növü. == Sinonimləri == Atriplex agrestis Schur Atriplex amana Post Atriplex angustifolia Sm. Atriplex erecta Huds. Atriplex hastata subsp. patula (L.) E.Pons Atriplex hastata var. patula (L.) Farw. Atriplex hastilifolia Rchb. ex Steud. Atriplex macrodira Guss.
Eclipta patula
Hermione patula
Tazet nərgizgülü (lat. Narcissus tazetta) — nərgizgülü cinsinə aid bitki növü. == Sinonim == Hermione ambigena Salisb. Hermione amoena Jord. & Fourr. Hermione antipolensis Jord. & Fourr. Hermione aperticorona Haw. Hermione auranticorona Haw. Hermione biancae Tod.
Müqəddəs Petrus
Müqəddəs Pyotr (e.ə. 1 – ən tezi 13 oktyabr 64 və ən geci 68) — Xristianlıqda İsa peyğəmbərin on iki həvarisindən biri. Həmçinin İsa peyğəmbərin digər bir həvarisi olan Andreasın qardaşı. Xristianlığın katolik cərayanında ənənəvi olaraq ilk Roma Papası hesab edilir. Xristianlıqda adının əvvəlinə "Müqəddəs" titulu gətirilir. Qalileyada, Fələstində anadan olmuşdur. Əsl peşəsi balıqçılıq idi. Katolik kilsəsinə görə ilk Papa və İsa peyğəmbərin varisidir. 29 iyun 67-ci ildə çarmıxa çəkilərək öldürüldüyünə inanılır. Xristian ənənəsinə görə, Pyotr Romada İmperator Neronun rəhbərliyi altında tərs formada çarmıxa çəkildi.
Othonna patula
Patrik Andrade
Patrik Andrade (Erickson Patrick Correia Andrade) — Kabo-Verdeli peşəkar futbolçu. Ağdamın "Qarabağ" futbol klubunun və Kabo-Verde millisinin yarımüdafiəçisi. Futbolçu karyerasına, 2009-cu ildə Kabo-Verdenin "Sportinq Praia" klubunda başlayır. 2013-cu ildə futbolçu Avropaya gələrək Portuqaliyanın "Riberio" klubu ilə müqavilə bağlayır. Daha sonra, 14 iyul 2014-cu ildə Portuqaliyanın birinci liqasında yarışan "Moreirense" klubuna keçir. 14 yanvar 2015-ci ildə "Nasional" klubuna qarşı oyunda yeni komandasında debüt edir. Portuqaliyada 5 illik futbol karyerasından sonra, 2018-ci ildə Portuqaliyanı tərk edərək Bolqarıstana gedir. 26 iyun 2018-ci ildə Bolqarıstanın "Çernoe More" klubu ilə mqavilə bağlayır. Yeni klubunun heyətində 30 iyul 2018-ci ildə "Levski Sofiya" ilə oyunda dübüt edir. 28 avqust 2020-ci ildə 150 min avro qarşılığında, Azərbaycanın ən güclu klubu və son 6 ilin çempionu olan "Qarabağ" klubuna transfer olunur.
Patrik Aşi
Patrik Aşi (fr. Patrick Achi; 17 noyabr 1955, Paris) — 26 mart 2021-ci ildən etibarən Kot-d'İvuarın Baş naziri vəzifəsini icra edən Kot-d'İvuar siyasətçisi. Aşi Parisdə Kot-d'İvuar əsilli ana və fransız əsilli atadan doğulub. O, Fransa və ABŞ-da təhsil alıb. Atasının adı Eratum, anasının adı isə Attiyedir. 16 aprel 2020-ci ildə COVID-19-dan müsbət test verdiyini və növbəti bildirişə qədər özünü təcrid etdiyini açıqladı. 2021-ci ilin may ayında o, yorğunluq və tibbi müayinədən keçmək üçün Parisə aparılıb. 2010–2017-ci illər arasında Aşi Qiyom Soro, Janno Aussu-Kuadio və Deniyel Kablan Dunkan hökumətlərində İqtisadi İnfrastruktur Naziri olub. Aşi xəstəxanaya yerləşdirilən Baş nazir Həməd Bakayokonun vəzifələrini icra etmək üçün 8 mart 2021-ci ildə Baş nazir təyin edildi. Bakayoko iki gün sonra vəfat etdi.
Patrik Berger
Patrik Berger (d. 10.11.1973, Praqa, Çexoslovakiya) — çex futbolçu.