Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Şanxay
Şanxay (çin. 上海, ing. Shanghai) — Çində şəhər. Çinin ən böyük şəhəridir. Çinin şərq sahilində Yangtze çayı deltasında qurulmuşdu. Olduqca sıxlıq olan bu şəhər ayrıca Çin Xalq Respublikasının ən əhəmiyyətli liman şəhəridir. Şanghay, Şərq Çində Yangtze Çayı Deltasının sahilində iştirak edən Çin Xalq Respublikasının ən böyük və dünyanın da səkkizinci ən böyük şəhəridir. Məşhur olaraq Çinin müasir iqtisadiyyatının qalası olaraq hesab edilən şəhər bu istiqamətiylə, xalqın ən əhəmiyyətli mədəni, ticari, sənaye və ünsiyyət mərkəzlərindən biri olaraq xidmət görər. İnzibati olaraq Şangay Çin Xalq Respublikasının əyalət statusundakı bir bələdiyyəsidir. Bununla birlikdə Şangay dünyanın ən sıx limanlarından biridir və 2005də dünyadakı ən böyük yük limanı olmuşdur.
Şaxxat
Şaxxat (ərəb. شحات‎) — Liviyanın şimal-şərqində, Əl-Cəbəl əl-Əxdar rayonunda yerləşən şəhər. Kirena qədim zamanlarda eyni ərazidə yerləşirdi. Əl-baydanın 24 kilometr (15 mil) şərqində yerləşir. Şaxxat Dernayla iki yol ilə: Liviya Sahil Yolunun bir hissəsi və Susa və Ras Əl-Həlalın arasından keçən başqabir sahil yolu ilə bağlıdır. Liviya Vətəndaş Müharibəsi dövründə ilk olaraq şəhər üsyançıların nəzarətinə keçdi.
Panay
Panay (taqal Panay) — Filippinin orta ölçülü adasıdır. Neqros adasından Himaras boğazı ilə ayrılır. Şimaldan Visayan dənizi və Sibuyan dənizi, cənubdan isə Sulu dənizi onun sahillərini yuyur. Sahəsi — 12 011,1 km², Əhalisi — 4 031 636 nəfər təmkil edir. == Coğrafiyası == Ada dağlıqdır və ən hündür nöqtəsi Nanqtud vulkanıdır (2049 m). Qərbi əsasən dağ silsilələri, şərqi isə təpəlik, mərkəzi isə sabit hüdürlüyə malikdir. Ən iri çayı Panaydır. İqlimi subekvatorial, mussondur. Qərb hissədə illik yağıntının miqdarı 3000 mm təşkil etdiyi halda şərq çox quraqdır. Talalar şəklində savannalara rast gəlinir.
Papay
Pasxa
Fəsh və ya Pasxa (anqlosaks. Ēostre, lat. Pascha; q.yun. Πάσχα Pasxa, ivr. ‏פֶּסַח‏‎ Pesax) – el arasında həm də Qızıl yumurta bayramı kimi tanınan Əhdi-Cədiddə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd edilən xristian festival və bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə" adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır. Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi (325-ci il) Pasxa tarixini Mart ekinoksundan (gecə ilə gündüzün bərabərləşməsi) sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edir.
Paxla
Paxla (broad bean, faba bean eng.) Vitamin və zülal baxımından son dərəcə zəngin bir qida olan paxlanın dənələri təzəykən yaşıl, quruyanda qəhvəyidir. Quru paxla, təzə paxlaya görə daha bəsləyicidir. Quru paxlanın 100 gr.ımında təxminən 26 qr. zülal, 58 qr. karbonhidrat və 341 kalori vardır. Ayrıca paxla B1, B2, B6 və K vitaminlərinin yanında azot, nişasta, kalium və maqnezium mineralları baxımından da olduqca zəngindir. == Faydaları == Paxla həzmi asanlaşdırır. Sidik yollarını təmizləyir. Böyrəklərə olduqca faydalıdır: Böyrək ağrılarını yüngülləşdirər, böyrək qumlarının və daşlarının tökülməsinə köməkçi olur. Sinə xəstəlikləri və öskürəyə yaxşı gəlir.
Çaxay
Çaxay - türk və altay mifologiyasında ildırım tanrısı. Çakay (Çakkay) və ya Şakay (Şakkay) olaraq da bilinir. == Xüsusiyyətləri == Şimşəklər və ildırımlar çaktırır. Yayına qoyub atdığı oxlar ildırımlardır. Yerdəki pis ruhları izlər və onların saxlandığı ağacların üzərinə atəşini göndərir. İldırım düşən ağacdan bir parça alınıb saxlansa evə pis ruhların girməsi maneə törədilər. Bəzi Türk birlikləri İldırım ilahına süd ya da ayranı saçı (cansız qurban) olaraq verərlər. Süd ildırım atəşini söndürebilen və uzaq tuta bilən tək şeydir. İldırımın düşdüyü yer, artıq Çaxay Xana aiddir və oranı kimsə mülk edinmez. Monqollar şimşək və ildırım'dan qorxarkən türklər bundan sevinc duyurlar.
Salxay adası
Salxay — Laptevlər dənizinə daxil olan Oleyok körfəzində yerləşən ada. İnzinati cəhətdən Yakutiya ərazisinə daxildir. Adanın uzunluğu 6,7 km, eni 3 km təşkil edir. Olenok körfəzinin qərbində Olenok deltasından 40 km şimal-qərbdə yerləşir. Maksimal hündürlüyü 18 metrdir. Üzəi bstaqlıqlaşmışdır. Kiçik göllərə sahibdir. Sahil ərazidində dərinlik 2 metrdir.Şimalında Orto-Arı adası yerləşir. Ondan 1,5 km eni olsm Çuqas boğazı ilə ayrılır. İlin 9 ayı buzla örtülü olur.
Yaxsay (Dağıstan)
Yaxsay (qum. Яхсай) — qumuq kəndi. == Coğrafiyası == Yaxsay Xasavyurtun şimalında Axsay çayının sahilində, Çeçenstanla sərhəddə yerləşir. == Tarixi == Yaxsay yaxın yüzillərdə Dağıstanın ən inkişaf etmiş inzibati mərkəzlərindən biri olmuşdur. Buradakı mədrəsədə dövrünün savadlı din bilginləri çalışmışlar. Onlarda təhsil və tərbiyə alanların bir çoxu sonralar Doğuda məşhurlaşmışlar. Şair Seyid Əzim Şirvani də bu mədrəsədə oxumuşdur. 1835-ci il iyulun 10-da Şamaxıda anadan olan Seyid Əzim 7 yaşında atasını itirir. Anası Gülsüm xanım övladlarını da götürüb Yaxsayda qazi-şəriət hakimi işləyən atası Molla Hüseynin yanına gedirMolla Hüseyn Seyid Əzimin fərasətinə, hazırcavablığına, diribaşlığına görə onu əzizləyir və təhsilini davam etdirməsinə yardımçı olur. On ilə yaxın Yaxsayda yaşayan Seyid Əzim 1853-cü ildə anası Gülsüm xanımla geriyə — Şamaxıya qayıdır.
Şanxay Universiteti
Şanxay Universiteti (çin. 上海大学) — Çin Xalq Respublikasının Şanxay şəhərində yerləşən ali təhsil müəssisəsi. Universitet "Şanda" (çin. 上大) adı ilə də tanınır. Çinin ən nüfuzlu ali məktəblərindən biri hesab olunur. == Tarixi == Universitetin əsası 1922-ci ildə qoyulmuşdur. 1994-cü ildə yenidən qurulmuşdur. == İdarəçiliyi == Universitet əyalət hökuməti tərəfindən idarə olunur.Universitetin hazırkı prezidenti Jin Donqhandır. == Kampusları == Universitetin 3 əsas kampusu var: Baoşan kampusu; Yançanq kampusu; Jiadinq kampusu.
Şanxay (Azərbaycan)
Şanxay – Azərbaycanın paytaxtı Bakı şəhərində yerləşən qəsəbə. Şəhərin şərqində yerləşən Keşlə qəsəbəsi bu adla tanınır. Qəsəbə sökülməkdədir. == Tarixi == Şanxay qəsəbəsi kəndlərdən 1950-ci illərin sonlarında, 1960-cı illərin əvvəllərində gələn şəxslər tərəfindən salınmışdır. Onlar SSRİ dövründə burada yerləşən beton zavodunun işçiləri olmuşdurlar. Onların arxasınca qohumları gəlmiş, daha sonra isə uşaqları doğulmuşdur. İlk evlər dəmiryolu xəttindən uzaqda tikilsə də, sonrakı evlər yaxınlıqda tikilməyə başlamışdır.Qəsəbə adının tarixçəsi qəsəbədə yaşamış Hacı Salman adlı şəxslə bağlıdır. O, bir dəfə Çinin Şanxay şəhərinə səfər edib. Qəsəbəyə geri qayıdanda burada yaşayan sakinlər ondan səfər etdiyi yerlərin necə olduğunu soruşublar. Hacı Salman isə onlara "Ora məhəlləmizdən heç də fərqlənmir.
Şanxay (dəqiqləşdirmə)
Şanxay — Çində şəhər. Şanxay (Azərbaycan) — Bakıda qəsəbə.
Papay Noel
Şaxta baba (rus. Дед Мороз və ya Дедушка Мороз; belar. Дзед Мароз; ukr. Дід Мороз; serb. Деда мраз; bolq. Дядо мраз; sloven. Dedek Mraz; mak. Дедо мраз; xorv. Djed Mraz ) — Yeni il bayramının əsas nağıl personajı.
Pasxa adası
Pasxa adası (isp. Isla de Pascua) — Sakit Okeanın cənub-şərqində - Polineziya üçbucağının cənub-şərqdəki nöqtəsində yerləşən Polineziya adasıdır. Ada qədim Rapa Nui insanları tərəfindən yaradılan 887 sanballı abidə ilə məşhurdur. 1995-ci ildə YUNESCO Pasxa adasını Rapa Nui Milli Parkının tərkibində qorunan adanın çox hissəsi ilə Ümumdünya irsi elan etdi. Şərqi Sakit okean silsiləsinin səthə çıxdığı yerdə yerləşir. Pasxa ada plitəsi üzərində yerləşir. Burada günümüzədək sirri açılmayan heykəllər var. Onların M.S(Miladdan sonra) 1000-1600-cu illərdə inşa edildiyi nəzərdə tutulur. Deyilənə görə yerlilər bu heykəllər vasitəsilə ruhlarla dialoqlar aparırlar və onlardan ən uzunu təxmini 10 metr hündürlüyündə və 82 ton ağırlığındadır.
Pasxa bayramı
Fəsh və ya Pasxa (anqlosaks. Ēostre, lat. Pascha; q.yun. Πάσχα Pasxa, ivr. ‏פֶּסַח‏‎ Pesax) – el arasında həm də Qızıl yumurta bayramı kimi tanınan Əhdi-Cədiddə təsvir edildiyinə əsasən, İsanın çarmıxa çəkilməsindən üç gün sonra dirilməsi münasibətilə qeyd edilən xristian festival və bayramıdır. Pasxa, qırx günlük oruc və ibadət müddəti olan Böyük pəhrizdən əvvəlki İsanın ehtirasının kuliminasiyasıdır. Böyük pəhrizin, Pasxa triduumu, Sonuncu şam yeməyi və ayaq yumanın anıldığı Müqəddəs cümə axşamının, həmçinin, İsanın çarmıxa çəkilməsi və öldürülməsinin anıldığı Müqəddəs Cümə gününün də daxil olduğu sonuncu həftəsi "Müqəddəs həftə" adlanır. Pasxadan sonra əlli günlük Pasxa fəsli adlı dövr başlanır ki, həmin dövr də Müqəddəs Üçlük günü ilə başa çatır. Pasxa günü dəyişən bayramdır və qeyd edildiyi gün müasir təqvimlə uyğun deyil. Birinci Nikeya Kilsə Məclisi (325-ci il) Pasxa tarixini Mart ekinoksundan (gecə ilə gündüzün bərabərləşməsi) sonrakı ay bütövlənməsindən (Pasxa bütöv ayı) sonrakı ilk bazar günü olaraq müəyyən edir.
Pasxa yumurtası
Pasxa yumurtası (rus. Пасха́льные я́йцa) — xüsusi olaraq rənglənən və Pasxa bayramına bağışlanan yumurta. Yumurta ənənəvi olaraq məhsuldarlıq və dirçəliş simvolu hesab edilir. Xristianlıqda Pasxa yumurtası ilk növbədə Müqəddəs qəbirin simvolu hesab edilir. Yumurta formasına görə qəbirin üstünü örtdükləri daşları xatırladır və yeni həyatın başlanğıcını xarakterizə edir. Həmçinin xristianlar üçün o Xristosun dirilməsini yada salır.[2][3] == Mənbə == Яйцо Arxivləşdirilib 2014-04-17 at the Wayback Machine // Российский Этнографический Музей Игры и забавы с яйцами Arxivləşdirilib 2014-04-17 at the Wayback Machine // Российский Этнографический Музей Исторические особенности возникновения пасхальных яиц А. В. Амфитеатров.
Pasxa üsyanı
Pasxa üsyanı — İrlandiyalı respublikaçıların İngiltərəyə qarşı 24 aprel 1916-cı ildə başlatdıqları üsyan. Çarls Stuart Parnelin Böyük Britaniya İcmalar palatasındakı nümayəndəliyinə son verilməsi gənc milliyətçilərin narazıçılığına səbəb oldu. Kelt Atletik Birliyinin, Kelt Liqasının, Kelt Kültürəl Oyanış təşkilat və dərnəklərinin təşkil etdiyi Sin Feyn qəzeti İrlandiyanın müstəqilliyinin vacibliyi ilə bağlı yazılar yazmağa başladı. 24 aprel 1916-cı il bazarertəsi günü Patrik Pears, Tom Klark, Ceyms Konoli, Oyin Məkneil və Tomas MəkDonaqın başçılıq etdiyi üsyan 200 nəfərlik İrlandiya Vətəndaş Ordusu və 1560 nəfər konüllü İrlandiyalı ilə birlikdə başlayır. Başda Dublin Mərkəzi Poçt Binası olmaqla, bir neçə mühüm strateji nöqtələri ələ keçirən üsyançılar krallığın göndərdiyi ingilis birliklərinə qarşı müvəffəq ola bilmir və üsyan yatırılır. Üsyanın 15 önəmli lideri edam edilir. Qlasnevin məzarlığındakı rəqəmlərə görə, üsyan zamanı 260 İrlandiyalı vətəndaş, 126 ingilis əsgəri, 86 İrlandiyalı üsyançı və 17 polis həyatını itirir.
Paxan Cəbrayıl
Qurd Cəbrayıl və ya Paxan Cəbrayıl (əsl adı: Cəbrayıl Əlibaxış oğlu Baxşıyev) — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri. Filmdə mənfi obraz kimi təqdim olunsa da, insanların yaddaşında filmin qəhrəmanı kimi məhz Qurd Cəbrayıl qalıb. Elçin Əfəndiyevin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən filmin qəhrəmanının real həyatda, yəni sənəd üzərindəki adı belədir: Baxşıyev Cəbrayıl Əlibaxış oğlu. == Həyatı == Qurd Cəbrayıl 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. 6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur. == Səhv gəmiylə Həştərxana == Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub.
Paxla plov
Paxla plov - Talış mətbəxinə aid plov. == Tərkibi == Bu plovu hazırlamaq üçün aşağıdakı ərzaqlar lazımdır: Qoyun əti-100 q, düyü-150 q, ərinmiş yağ-50 q, paxla-100 q, şüyüd-60 q, zəfəran, habelə tam üçün istiot, duz tökülür. == Hazırlanma qaydası == Qoyun əti hərəsi 8-10 q-lıq tikələrə doğranır, tavada yağ içində qovrulur və üstünə azacıq bulyon, ya da isti su tökülüb hazır olunca bişirilir. Bir böyük qaba yığılır, duz, istiot səpilir. Təzə paxla, şüyüd təmizlənir, yuyulur, xırda-xırda doğranır. Düyü təmizlədikdən sonra yuyulur, düyü 4-6 saat duzlu suda islağa qoyulur. Su qaynadıqda düyü qazana tökülür, qarışdırılır, duzu tökülür, kəfi alınır. Düyü yarımbişdikdə paxla və şüyüd tökülüb qarışdırılır. Sonra süzülür. Zövqə görə qazmaq hazırlanıb qazanda dağ üstünə bir tərəfdən yığılır, sonra qalan düyü ətin yenidən qapağı örtülüb dəmə qoyulur.
Yunı Paxar
Yunı Paxar – Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd rayonunda yerləşən kənd. Yunı Paxar kəndi «„Bir may“» inzibati vahidliyinə daxildir. == Əhali == Əhalisi 475 nəfərdir. Milli tərkibi: Azərbaycanlılar, Darginlər. Dini baxımdan islam dininin həm sünni həmdə şiə məzhəbində etiqad edirlər. == Coğrafiyası == Sahil düzənliyində, Xəzər dənizindən 3 km aralıda, Dərbənd şəhərindən isə 32 km şimal-qərbdə, Dərvaqçayın sahilində yerləşir.
Pasxa hücumu
Pasxa hücumu (ing. Easter Offensive), həmçinin 1972-ci il yaz–yay hücumu (vyet. Chiến dịch Xuân–Hè 1972), "Nquyen Hyue" əməliyyatı (Chiến dịch Nguyễn Huệ) və ya Qırmızı alovlu yay (Mùa hè đỏ lửa) — 30 mart–22 oktyabr 1972-ci il tarixlərində, Vyetnam müharibəsi zamanı Vyetnam Xalq Ordusu (VXO; Şimali Vyetnamın nizami ordusu) tərəfindən Vyetnam Respublikası Ordusuna (VRO; Cənubi Vyetnamın nizami ordusu) və ABŞ Silahlı Qüvvələrinə qarşı həyata keçirilən hərbi kampaniya. Əməliyyat Çin qüvvələrini məğlub etmiş Vyetnam imperatoru Nquyen Hyue şərəfinə adlandırılmışdır.Bu şərti işğal Şimali Vyetnamın əvvəlki hücumlarından köklü şəkildə fərqlənirdi. Hücum əməliyyatı həlledici qələbəyə nail olmaq üçün hazırlanmışdı və Paris Sülh Sazişlərində Şimal Vyetnamın danışıqlar mövqeyini xeyli yaxşılaşdırmışdı, baxmayaraq ki, Cənubi Vyetnamın süqutuna səbəb olmamışdı. ABŞ ali komandanlığı 1972-ci ildə hansısa bir hücum əməliyyatının baş tutacağını proqnozlaşdırırdı, lakin hücumun ölçüsü və şiddəti müdafiəçiləri tarazlıqdan çıxarmış, çünki eyni vaxtda üç cəbhədə zərbələr endirmişdilər. Bu, Vyetnam Demokratik Respublikasının 1968-ci il Tet hücumundan sonra cənubu işğal etmək üçün ilk cəhdi olmuşdu. Bu kampaniya hər iki tərəfin silah sistemlərində ən son texnoloji nailiyyətləri tətbiq etməsi, ağır artilleriya ilə dəstəklənən adi piyada-zireh hücumları ilə səciyyələnmişdi. Şimali Vyetnam qüvvələri I Korpus Taktiki Zonasında bir ay davam edən döyüşdə Cənubi Vyetnamın müdafiə mövqelərini dağıtmış, Kuanqçi şəhərini ələ keçirəndən sonra Hyue şəhərinə doğru cənuba hərəkətə keçmişdilər. VXO oxşar şəkildə II Korpus Taktiki Zonasında sərhəd müdafiə qüvvələrini məhv etmiş və Cənubi Vyetnamı ikiyə bölmək üçün Kontum istiqamətində irəliləmişdi.
Şanxay Əməkdaşlıq Təşkilatı
Şanxay Əməkdaşlıq Təşkilatı (çin. 上海合作组织) — 2001-ci ildə yaradılmış beynəlxalq təşkilatdir. Hazırda 9 ölkə bu təşkilatın üzvüdür.
Pasxa ada plitəsi
Pasxa ada plitəsi — kiçik ölçülərə (550 km x 410 km) malik olan tektonik plitə. Sakit okean plitəsinin tərkibinə daxildir. 0,00411 steradian ölçüyə malikdir. Plitə qərbdə Sakit okean plitəsi, şərqdən isə Naska plitəsi ilə əhalətənmişdir. Sakit okean daxilində yerləşir. Mikroplitə üzərində yerləşən Pasxa adasının adına uyğun olaraq adlandırılmışdır. == Mənbə == Bird, P., An updated digital model of plate boundaries, Geochem. Geophys. Geosyst., 4 (3), 1027, doi: 10.1029/2001GC000252, 2003.
Pasxa yumurtası (virtual)
Pasxa yumurtası – (slenq) kompüter proqramının sənədlərdə göstərilməmiş (təsvir olunmamış) gizli hissəsi. “Pasxa yumurtası”, adətən, qəribə hərəkətlər ardıcıllığı ilə aktivləşir. Məsələn, WinRAR proqramında menyudan “About WinRAR” bəndini seçib, açılan pəncərədə kitab qalağını çıqqıldatdıqda o, aşağı düşür və bir neçə dəfə qalxıb enir. WinRAR yazısını çıqqıldatdıqda dəniz dalğalanmağa başlayır, bir neçə dəfə çıqqıldatdıqda isə yelkən görünür. Bəzən “yumurtanı” görmək üçün çox mürəkkəb hərəkətlər etmək lazım gəlir və proqramın adi istifadəçisi onu heç zaman yerinə yetirməyəcək. “Pasxa yumurtaları” haqqında informasiya çox zaman İnternetdə yayımlanır. Bəzən “pasxa yumurtaları”na avadalıqlarda da rast gəlmək olur. Məsələn, Hewlett-Packard LaserJet 1100 printerinin alt qapağını açdıqda, interfeys lövhəsində işarələnmiş elementlərlə yanaşı, belə bir yazı da oxumaq olar: “This product is dedicated in memory of our good friend Ming-Zen Kuo” (“Bu məhsul bizim yaxşı dostumuz Min Zen Ko’nun xatirəsinə həsr olunub”). == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 251 s.
Şanxay Jiao Tonq Universiteti
Şanxay Jiao Tonq Universiteti (çin. 上海交通大学; hərfi tərcüməsi: azərb. Şanxay Nəqliyyat Universiteti‎) — Çin Xalq Respublikasının Şanxay şəhərində yerləşən ali təhsil müəssisəsi. "Academic Ranking of World Universities" 2003-cü ildən bu universitet tərəfindən tərtib olunur. == Tarixi == Universitetin əsası 1896-cı ildə qoyulmuşdur. == Xarici əlaqələri == Liman Şəhərlərinin Universitet Liqasının üvüdür. "Universitas 21" adlı beynəlxalq elmi-tədqiqat assosiasiyasına daxildir.