Tarla paxlakolu
Tarla paxlakolu (lat. Ononis arvensis) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin paxlakolu cinsinə aid bitki növü.
Çoxillik ot bitkisidir. Gövdəsinin hündürlüyü 40-80 sm düzqalxan, budaqlanan, tikanlı, bəzən tikansız olur. Kökü oxabənzər, 100 sm-ə qədər uzunluğunda, budaqlanan, yuxarıya doğru keçici olmaqla, qısa çoxbaşcıqlı kökümsovdan ibarətdir. Yarpaqları üç hissədən ibarət qovuşuq, metalabənzər parıltılı, kənarları dişcikli, oval və ya uzunsov-ellipsşəkilli, uzunluğu 1,5-3 sm, eni isə 0,5-1,5 sm, yapışqanlı, özünəməxsus iyli olmaqla, saplaqlıdır. Yuxarı yarpaqları aşağı yarpaqlarından xeyli kiçikdir. Çiçəkləri qısa, yan budaqlarında sıx sünbül çiçəkqrupu vardır. Kasacığının uzunluğu 10 mm, 6 ləçəkli, kəpənəkçiçəkli, uzunluğu 15-20 mm, çəhrayı, çəhrayı-ağ və ya ağ, enli yumurtavari, tükcüklü, azacıq şişkin, uzunluğu 7mm, eni isə 5-6mm-dir. Zəif iyli, şirin-acıtəhər dadlı və büzücüdür.