Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Peqmatit
Peqmatit — damar, linza, yuva, ştokvari və başqa formalı, mineral tərkibinə görə ana süxurdan fərqlənməyən, əsasən iri dənəli maqmatik süxur. Peqmatit turş (qranit, qranodiorit), əsasi (qabbro), qələvi (nefelinli siyenitlər) və başqa intruziv süxurlarla əlaqədardır. Turş süxurların peqmatit bir neçə qrupa ayrılır: keramik, muskovit, muskovit-nadir metal və nadir metal. Bu süxurlarda müxtəlif miqdarda turmalin, berill, floqopit, spodumen, nadir torpaq elementlərinin mineralları da olur. Qələvi süxur peqmatit nadir torpaq element (niobium, tantal, fosfor və s.) mineralları, əsasi süxur peqmatit isə nikel, dəmir, mis və başqa sulfidlərlə zəngin olur. Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press, 2006.
Dermatit
Dermatit (yun. δέρμα, δέρματος — dəri + lat. itis — keçmək, dönmək) — dərinin üzərinə xarici fiziki və ya kimyəvi faktorun birbaşa təsir etdiyi yerdə əmələ gələn iltihab. Bəzən bu termin daha geniş mənada dərinin hər hansı iltihabının adı kimi istifadə olunur (məs. atopik dermatit). Tibbdə çaşqınlığı azaltmaq üçün "kontakt dermatit" termini qəbul edilir. Digər səbəblərdən yaranan dəri zədələri toksikermiya adlanır. == Təsnifatı == Sadə — zərərverici faktorun təsiri altında dəri hüceyrələrində nekrobiotik dəyişikliklər nəticəsində sürətlə inkişaf edən dermatit; Allergik — həssaslaşmış limfositlərin təsiri nəticəsində gecikmiş tipli iltihablı dermatit. İnkişaf səbəblərinə görə dermatit travmatik, tibbi, termik (yanıq, donma), rentgen şüaları və müxtəlif radioaktiv maddələrin şüalanması, yaraya yaxın olması, ziyil, nekrobasil, parazitar (qotur) və s. əlamətlərə görə fərqlənir.
Miqmatit
Miqmatit – qeyri-bircins maqmadan və ətraf süxuların ərinməmiş qalıqlarından ibarət mürəkkəb tərkibli süxur. Maqmanın substrata və ya ətraf süxurlara inyeksiyası nəticəsində (Miqmatitləşmə) əmələ gəlir. Miqmatit iki böyuk qrupa ayrılır: inyeksiya yolu ilə yaranmış miqmatit -arterit, selektiv ərinmə, yaxud metamorfik diferensiasiya yolu ilə yaranan miqmatit -venit. Müxtəlif mənşəli və tərkibli, yaxud quruluşlu və teksturlu miqmatit növləri məlumdur. Maqma Süxurlar Substrat Miqmatitləşmə Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
Hematit
Hematit — triqonal sinqoniya. Rast gəlmə tezliyi şkalası: hər yerdə rast gələn. == Növ müxtəliflikləri == Alümohematit (30 mol. %-dək Al2O3), hidrohematit (4-8% H2O). == Xassələri == Rəng – kristalları qara, torpaqvari aqreqatları parlaq-qırmızı rənglidir; Mineralın cizgisinin rəngi – albalı kimi qırmızı, qırmızımtıl-qəhvəyi; Parıltı – yarımmetal; Şəffaflıq – qeyri-şəffaf, nazik qırıntıları yarımşəffafdır; Sıxlıq – 4,9-5,3; Sərtlik – 5,5-6,5; Kövrəkdir; Ayrılma – yoxdur; Bölünmə – {0001} və {1011} üzrə; Sınıqlar – yarımqabıqlı; Başqa xassələr – yarımkeçiricilik xassələri ilə səciyyələnir; Morfologiya – kristallar: lövhə - və təbəqəvarı, romboedrik, nadir hallarda prizmatik və skalenoedrik; İkiləşmə: tez-tez rast gəlir; {1011} üzrə polisintetik; nadir hallarda – sadə; pinakoid üzlərində üçbucaqlı, romboedr üzlərində paralel diaqonal cizgilənmə səciyyəvidir; Mineral aqreqatları: bütöv sıx, vərəq-, pulcuq-, salxım-, böyrək və torpaqvari, konsentrik - zonal kütlələr, axın formaları, oolitlər, maqnetit üzrə psevdomorfozalar – martit, kristalların dəmir gülü şəklində bitişikləri, nadir hallarda təbəqəvari dendritlər; aqreqatlarının xarakterinə görə mineralın növ müxtəliflikləri: dəmir parıltısı – metal parıltılı lövhəvari əmələgəlmələr; dəmir xaması – əldə yağlı hiss edilən incəpulcuqlu kütlələr, qırmızı dəmir filizi – sıx gizlikristallik aqreqatlar, «qırmızı şüşə kəllə» – səthi parıldayan böyrəkvari kütlələr. == Mənşəyi və yayılması == Müxtəlif proseslər nəticəsində – maqmatik, kontakt-metasomatik, hidrotermal, ekzogen və metamorfogen yolla əmələ gəlir. Hematitin ən iri yığınları çökmə mənşəli qonur dəmir filizi qatlarının regional metamorfizmi ilə əlaqədar olub, dəmirli kvarsitlərdə toplanır. Mineralın əsasən martitdən ibarət olan kontakt - metasomatik əmələgəlmələri maqnetitlə sıx assosiasiyada skarnlarda müşahidə olunur. Hematitin əhəmiyyətli kütlələri hidrotermal yolla əmələ gəlir. Aksessor mineral kimi tez-tez müxtəlif maqmatik əmələgəlmələrin, həm intruziv (xüsusilə turş), həm də effuziv süxurların tərkibində iştirak edir.
Kontakt dermatit
Kontakt dermatit — kimyəvi və ya fiziki agentlərin təsirindən yaranan dərinin kəskin və ya xroniki iltihabı. Tez-tez allergik kontakt dermatitin səbəbi bəzi şampunların, losyonların, nəmləndirici kremlərin bir hissəsi olan törəmələrdən ayrılan formaldehidə reaksiyadır. == Epidemiologiyası == Kontakt dermatit bütün peşə dəri xəstəliklərinin 95%-ni təşkil edir. Kontakt dermatitin vaxtı və yayılması ilə bağlı dəqiq statistika azdır. Bir neçə aparılan tədqiqatın nəticələri metodoloji fərqlərə görə müqayisə edilə bilməz. == Simptomları == Kontakt dermatit, yad bir maddə ilə təmas nəticəsində yaranan lokallaşdırılmış səpgi və ya dəri qıcıqlanmasıdır. Kontakt dermatitə dərinin yalnız səthi bölgələri təsirlənir. Təsirə məruz qalan toxumanın iltihabı epidermisdə (dərinin ən xarici təbəqəsi) və xarici dermisdə (epidermisin altındakı təbəqə) mövcuddur. Kontakt dermatit şiddətli qaşınma ilə nəticələnir. Onların sağalması bir neçə gündən həftələrə qədər çəkə bilər.
Atopik dermatit
Atopik ekzema və ya atopik dermatit xəstəliyi — dərinin qaşıntılı qızartılı xroniki allergik mənşəli patologiyasıdır. Qaşıntılı qızartılar bədənin istənilən yerində yarana bilər. Lakin, əsasən yanaqlarda, bükənəklərdə, əl və ayaqda yaranır. Gecələr qaşıntı kəskinləşir. Atopik ekzema xəstəliyi erkən uşaqlıq vaxtlarından başlayır. == Etiopatogenez == Atopik ekzema xəstəliyinin yaranması genetik səbələrə bağlıdır. Adətən valideynlərdin birində atopik vəziyyət olur. Yəni, valideynlərdən birində allergik rinit, konyuktivit, astma və ya atopik ekzemanın özü olur. Dərinin barier funskiyasında məsul olan fillagrin və bənzəri proteinlərin genetik pozunutusu əsasə səbəblərdən biridir. Bu səbəbdən dəridə qaşıntı və qızartılar yaranır.
Alabaşlı hematit yatağı
Alabaşlı hematit yatağı — Azərbaycanın Gəncə şəhərindən 16 kilometr şimal-qərbdə, Şəmkirdən 20 kilometr şərqdə, Kiçik Qafqazın şimal-şərq yamaclarında hematit yatağı. Yatağın geoloji quruluşunda qalınlığı 200–250 metr olan vulkan mənşəli Orta Yura süxurları (tufqumdaşlı, tuf-brekçiya, tuf-konqlomerat) iştirak edir. Bu süxurlarda qalınlığı 1–3 metr olan 10-a qədər hematit layı var. Oxşarlığına və formasına görə yataqda üst və alt filiz təbəqələri ayrılır. Təbəqələrin yatım bucağı 15–20°-dir. Filizin tərkibində 18,3–48,4% dəmir olur. Filizdə hematitdən başqa pirit, xalkopirit, kvars, kaolinit və s. minerallar da var. Yataq hidrotermal mənşəlidir.