Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pişkin tüməni
Pişkin tüməni — inzibati vahid. Elxanilər dövləti Azərbaycan vilayətinin tüməni. H.Qəzvininin “Nüzhət əl qülub” əsərində verilmiş məlumatların təhlili göstərir ki, Pişkin Azərbaycan vilayətinin tərkibində bir tümənə çevrilmişdir. Belə ki, əsərin VIII bölümündə Azərbaycan vilayətinin tərkibindəki tümənliklər sırasında Təbriz, Ərdəbil, Pişkin, Xoy, Sərab, Marağa və Mərəndlə yanaşı Naxçıvanın da adı çəkilmişdir. Pişkin tüməni öz növbəsində mahallara bölünmüşdü. Tümən əmir tərəfindən, mahal isə mahal hakimi tərəfindən idarə edilirdi.
Çiskin
Çiskin — narın yağışlı-dumanlı hava. Su damlaları kicik diametrli (0,05 mm-ə qədər) olur. Adətən laylı buludlardan çox xırda damcılar şəklində düşən yağıntıdır.
Diskin tutumu, diskin həcmi
Diskin tutumu, diskin həcmi (disk capacity)– diskə yerləşdiriləbilən baytların (simvolların) ümumi sayı. Kompüterin əməliyyat sistemi öz məqsədləri üçün diskdə müəyyən yeri ehtiyatda saxlayır, bundan başqa, fayıllar diskə bayt-bayt ardıcıl olaraq deyil, bloklar şəklində yazıldığından, diskin gerçək tutumu onun saxlamaq üçün mümkün olan sahəsindən bir qədər çox olur. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Miskin Abdal
Miskin Abdal (1430, Zərgərli – 1535, Zərgərli, Çuxursəəd) — Səfəvilərin görkəmli dövlət xadimi, diplomat, Şah İsmayıl Xətainin mürşidi, "Ricalül-Qeyb" ("Qeyb Ərəni"), böyük Övliya, Sufi şeyxi, sərkərdə, sufi-şair, ozandan aşığa (Haqq aşiqliyinə), qopuzdan saza keçidin banisi, çoxsaylı aşıq havalarının müəllifi, Ocaq-Pir sahibi. Miskin Abdal adı ilə tarixə düşən Seyid Hüseyn Məhəmməd oğlu 1430-cu ildə Göyçə mahalının Sarıyaqub (Zərgərli) kəndində anadan olub. Hüseynin mənsub olduğu "Zərgərli" tayfası o dövrün tanınmış tayfalarından biri idi. Hüseynin ulu babası Yaqubla Şeyx Səfi arasında qırılmaz dostluq əlaqələri olmuş, bu mənəvi yaxınlıq sonralar hər iki nəslin törəmələri arasında davam etmişdir. Hüseynin babası Cəfər, atası Məhəmməd Ərdəbil şeyxlərinin ən sınanmış müridləri kimi Göyçədə sufiliyin təriqət ideyalarının yaranmasına hamilik etmişdilər. Belə bir mühitdə böyüyən Hüseyn müqəddəs nəslin tarixi və mənəvi-dini missiyasını ləyaqətlə daşıyır. Miskin Abdal adı ilə aşıq-sufi ədəbiyyatının binasını qoyur, Zərgərli şəcərəsinin Mövlana Miskin Abdalı — ruhun memarı kimi tanınıb şöhrət tapır. Təriqət ideologiyası ilə ədəbiyyata, aşıq sənətinə büllurluq, müqəddəslik gətirir. Əksər Haqq Aşiqləri kimi Miskin Abdala da yuxusunda Təbriz şəhərindən olan Sənubər adlı qıza buta verilmiş, Təbrizə gedib, butasına qovuşmuş, onunla evlənmişdir. Bir müddət sonra bədbəxt hadisə nəticəsində Sənubər vəfat etmiş, bundan sonra o uzun müddət evlənməmiş, yalnız 50 yaşından sonra İrəvandan tacir qızı Həlimə ilə evlənmiş, bu nikahdan onların 4 övladı – Şadman, Əli və Həsən adlı oğulları, Məleykə adlı qızı olmuşdur.
Miskin Qələm
Miskin Qələm (ing. Mishkín-Qalam) - XIX əsrdə yaşamış məşhur kalliqrafiya ustası və rəssam. Miskin Qələm eyni zamanda bəhai dinin qəbul edərək dinin əsas təbliğatçılarından birinə çevirilmişdir. Bəhai dinində Bəhaullahın 19 həvarisindən biri hesab olunur. Miskin Qələm dünyada ən geniş yayılmış bəhai simvollarından olan ismí al-a'zamın (azərb. ən uca ad‎) kalliqrafik müəllifi kimi tanınır. Miskin Qələm 1826-cı ildə Şiraz şəhərində anadan olmuşdur. Bəhailik dinin yayılmasını xəbərini alanda İsfahan şəhərində yaşayırdı. Bir necə il sonra Bağdad şəhərinə gedərək burada digər bir bəhai həvarisi Nəbili-Əzəm ilə görüşmüş və dinin təməl prinsipləri ilə daha ətraflı tanış olmaq imkanı əldə etmişdir. Miskin Qələmin Ədirnə şəhərinə gedərək burada Bəhaullah ilə də görüşdüyü məlumdur.
Pinski bataqlığı
Pinski bataqlığı və ya Priyatski bataqlığı— bataqlıq Pripyat çayı boyunca ərazidə yerləşir. Priyat çayının Ukraynanın şimalından və Belarusun cənubundan keçən hissəsində formalaşır. Bataqlıq Belarusun Brest şəhəri ətrafından başlayır və Luninesə qədər olan ərazini əhatə edir. Onun ümumi sahəsi 98 419,5 km² təşkil edir. İnqilaba qədərki ədəbiyyatda Priyatski olaraq adlandırılır. Ərazi Beynəlxalq Əhəmiyyətli Sulu Bataqlıq Yerləri Siyahısına daxil edilmişdir. Pinski bataqlığı əsasən Poless çökəkliyində yerləşir. Cənubi Belarusun böyük hissəsini, Ukraynanın isə şimal-qərbini əhatə edir. Bataqlıq vadisini Pripyat çayı və onun qolları olan Stır, Qorın, Ubort, Sloveçna (sağ tərəfdən tökülən qollar) və Yaselda, Çna, Sluç, Ptiç (sol tərəfdən tökülən çaylar) çayları tərəfindən kəsilir. Torf və bitki örtüyünün qalınlığı bəzi yerlərdə 6 metrə çatır.
Miskin Vəli
Bayramov Vəli Alı oğlu (Miskinli Vəli) (1894, Miskinli, Yelizavetpol qəzası – 21 dekabr 1995, Gədəbəy rayonu) — Azərbaycan aşığı. Miskinli Vəli 1894-cü ildə Gədəbəy rayonunun Böyük Qarabulaq (indiki Miskinli) adlanan kənində yoxsul bir ailədə doğulmuşdur. Atası Vəlinin 2 yaşı olanda vəfat edib. O, doqquz yaşında ikən muzdurluğa başlamış, sonralar bir müddət çobanlıq etmişdir. 19–20 yaşlarında aşıqlığa başlamışdır. Onun ustadı olmayıb. Saz çalmağı, məclis aparmağı və ümumiyyətlə, aşıqlıq sənətinin sirlərini müstəqil öyrənib. Aşıq Vəli təhsil almadığından yazıb-oxumağı bacarmasa da, güclü hafizəsinin köməyi ilə Azərbaycan el ədəbiyyatından saysız-hesabsız şeirləri, dastanları və folklor nümunələrini yadda saxlamışdır. Miskinli Vəlinin şerləri janrca müxtəlifdir. Onun qoşma, qoşayarpaq qoşma, gəraylı, təcnis, dodaqdəyməz, gedərgəlməz təcnis, müxəmməs, divani, qıfılbənd və s.
Məhəmməd Cəfər Miskin
Məhəmməd Cəfər Miskin (XIX əsr, Şəmkir) — XIX əsr Azərbaycan şairi və satirikçisi. Məhəmməd Cəfər Miskin Şəmkirdən idi. O, lirik şeirlərlə yanaşı, zadəganları, bəyləri və şah idarəçilərini ifşa etdiyi satirik əsərlər də yazmışdır. Miskin kəndlilərə vurduqları zərəri təsvir edərək rüşvətxor çar məmurlarını qınayırdı. Şair dini xarakterli müqayisələrdən də istifadə etmiş, burada məmurları İmam Hüseynin qatilinə bənzətmişdir. Ф. С. Касимзаде. Очерки по истории азербайджанской литературы XIX века. Баку: Азернешр. 1962.
Mışkin
Mışkin — Rusiya Federasiyasında yerləşən şəhər Yaroslavl vilayətinə daxildir
Puşkin
Yaşayış məntəqələri Puşkin (Avurğazı) Puşkino — Rusiya Federasiyasında yerləşən şəhər, Moskva vilayətinə daxildir. Puşkin rayonu — indiki Biləsuvar rayonunun əvvəlki adı. Digər Puşkin küçəsi (Bakı) — Bakı şəhərinin Nəsimi rayonunda Fikrət Əmirov və Rixard Zorqe küçələrinə paralel küçə.
Sərt diskin məhsuldarlığı
Sabit disklər əvvəl yerlərinə istifadə olunan storage vahidləri "maqnetik zolaqlar" və "maqnetik davul" adlandırılan terminlərdir. 1950-ci ildə edilmiş olan ilk ticarət maşın (nümunə ERA 110) maqnetik davul, 1 megabit (1 bit = 1/8 bayt) məlumat saxlayabilməkdə və bir sözü 5000 saniyədə oxuyabilməkdəydi. Mövzu ilə əlaqədar digər əhəmiyyətli tarixlər: 1956 — IBM firması 50 ədəd 61 sm diametrində diskdən ibarət 5 MB-lıq 305 RAMAC'ı çıxardı. 1973 — IBM 3340 Winchester markalı 30 MB-lıq məşhur sabit diski çıxardı, bəzi ölkələrdə sabit disk hələ bu şəkildə adlandırılmaqdadır. 1980 — Seagate firması günümüzdəki 5,25 düymlük CD sürücülərinin iki qatı yüksəklikdəki 5 MB-lıq ST 506 modelini çıxardı. 1983 — IBM çıxardığı PC / XT kompüterləri ilə birlikdə sabit disk bir çox fərdi kompüter üçün təməl təchizat halına gəldi. 1985 — Günümüzdəki 5,25 düymlük CD sürücülərinin böyüklüyündə (1,6 düym yüksəklikdə) sabit disklər çıxarıldı. 1987–3,5 düymlük, 500 MB'a çatan böyüklüklərdə sabit disklər çıxarıldı. 1997 — IBM masaüstü kompüterlər üçün 16,8 GB-lıq bir sabit diski bazara sürdü. 1998–25 GB-lıq disklər bazara çıxdı.
Sərt diskin tutumu
Sərt disk – informasiya daşıyıcıları hər iki tərəfi maqnit material təbəqəsi ilə örtülmüş dairəvi alümin lövhələr (platterlər) olan maqnit diskdir. Bu plastina və ya hesablayıcı/yazı bloku ilə birgə plastinalar qrupu toz, nəm və çirkdən qorunması üçün hermetik qutuda yerləşir. Sərt disk iki əsas hissədən – hermetik blokdan və elektronika platasından ibarətdir. Hermetik blokda sərt disklər, mövqe vermək üçün qurğudan ibarət başlıqlar bloku, şpindelin elektrik məftili və ilkin siqnal gücləndiricisi quraşdırılıb. Hermetik blokun ilkin gücləndiricisindən siqnal elektronika blokuna daxil olur. Həmçinin onun vasitəsilə başlıqlara, yazan siqnal daxil olur. Elektronika bloku ibarətdir: idarəedici blok, daimi yaddaş qurğusu (DYQ), bufer yaddaşı, interfeys bloku və siqnalın rəqəmsal emalı bloku Verilənlərin yazılma texnologiyası Sərt disklərin iş prinsipi maqnitofonların işinə oxşayır. Diskin işlək səthi hesablayıcı başlığa əsasən hərəkət edir (məsələn, maqnit məftilində kəsiklə induktiv çarx formasında). Dəyişən elektrik cərəyanı verildikdə başlığın kəsiyində yaranan dəyişən maqnit sahəsi diskin səthinin ferromaqnitinə təsir edir və siqnalın həcmindən asılı olaraq domenlərin vektorunun istiqamətini dəyişir. Hesablama zamanı başlığın kəsiyində domenlərin yerdəyişməsi başlığın maqnit məftilində maqnit axınının dəyişməsinə səbəb olur ki, bu da elektromaqnit induksiyası effektinə görə çarxda dəyişən elektrik siqnalının yaranmasına gətirib çıxarır.
Pişin
Pişin (İran) — İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Pişin bəxşində şəhər və bu bəxşin mərkəzi.
Aleksandr Puşkin
Aleksandr Sergeyeviç Puşkin (26 may (6 iyun) 1799[…], Moskva[…] – 29 yanvar (10 fevral) 1837, Sankt-Peterburq[…]) — rus realist istiqamətinin əsasını qoyan rus şairi, dramaturqu və nasiri, ədəbiyyatşünas və ədəbiyyat nəzəriyyəçisi, tarixçi, publisist, jurnalist; 19-cu əsrin birinci üçdəbirinin ən nüfuzlu ədəbi simalarından biri. Puşkin sağlığında ən böyük rus şairi kimi şöhrət qazandı. Puşkin müasir rus ədəbi dilinin banisi hesab olunur. == Həyatı == === Mənşəyi === Aleksandr Sergeyeviç Puşkinin mənşəyi, şəcərə əfsanəsinə görə, "vicdanlı ər" Ratşeyə qayıdan Puşkinlərin adsız nəcib ailəsindən gəlir. Puşkin öz şəcərəsi haqqında şeir və nəsrdə dəfələrlə yazıb; o, öz əcdadlarında əsl "aristokratiya" nümunəsini, vətənə vicdanla xidmət edən, lakin hökmdarların rəğbətini qazanmayan, "təqiblərə" məruz qalan qədim ailəni görürdü. O, dəfələrlə (o cümlədən bədii formada) I Pyotrun qulluqçusu və şagirdi, sonra isə hərbi mühəndis və general olmuş anası tərəfdən ulu babası — Afrikalı Abram Petroviç Hannibalın obrazına müraciət etdi. 17-ci əsrdə Puşkinin ata-babaları stüard rütbəsindən yuxarı qalxmadılar. I Pyotrun dövründə yaşamış ulu baba Aleksandr Petroviç Puşkin qarovulda çavuş idi və 1725-ci ildə dəlilik halında arvadını öldürdü; babası Lev Aleksandroviç artilleriya polkovniki, qvardiya kapitanı idi. Ata — Sergey Lvoviç Puşkin (1770–1848), dünyəvi ağıl və həvəskar şair. Puşkinin anası — Nadejda Osipovna (1775–1836), Hannibalın nəvəsi.
Puşkin (Auırqazı)
Puşkin (başq. Пушкин, rus. Пушкинский) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Bişqayın kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Bişqayın): 23 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 12 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Çuvaşlar (100%) üstünlük təşkil edir.
Puşkin (Avurğazı)
Puşkin (başq. Пушкин, rus. Пушкинский) — Başqırdıstan Respublikasının Avurğazı rayonunda yerləşən kənd. Kənd Bişqayın kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Talbazı): 18 km, kənd sovetliyindən (Bişqayın): 23 km. ən yaxın dəmiryol stansiyasından (Ağ Göl stansiyası): 12 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə Çuvaşlar (100%) üstünlük təşkil edir.
Puşkin rayonu
Biləsuvar rayonu (əvvəlki adı: Puşkin rayonu) — Azərbaycan Respublikasında inzibati-ərazi vahidi. İnzibati mərkəzi Biləsuvar şəhəridir. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Puşkin rayonunun tarixi adı özünə qaytarılaraq, Biləsuvar rayonu adlandırılmışdır. Biləsuvar rayonu Azərbaycanın zəngin tarixi keçmişi olan ərazilərdən biridir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvar X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır və şəhər də öz adını ondan almışdır. XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür. Rusiya İmperiyası daxilində qalan hissəsinin əhalisi 1914-cü ildə bu imperiya cənub sərhədlərini keçilməz etdikdən sonra sərhəddən 20–40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır. 1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur.
İvan Şişkin
İvan İvanoviç Şişkin (rus. Иван Иванович Шишкин; 25 yanvar 1832, Alabuqa — 1 aprel 1898, Sankt-Peterburq) — rus rəssamı, mənzərə ustası, Düsseldorf rəssamlıq məktəbinin nümayəndəsi, akademik (1865), professor (1873). İvan Şişkin 25 yanvar 1832-ci ildə Rusiya İmperiyasının Vyat quberniyasının Alabuqa şəhərində anadan olmuşdur. Ortabab tacirin oğlu, qeyri-adi istedada malik İ. Şişkin Moskva Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq Məktəbini bitirib və üç il xaricdə yaşayıb. Qürbətdə olduğu illərdə daim qızıl çovdar zəmiləri, bol sulu çayları, yamyaşıl meşələri olan ucsuz-bucaqsız rus təbiətinin həsrəti ilə yaşayıb. Yaradıcılığının erkən dövründə Şişkin XIX əsrin ortaları romantik mənzərə rəssamlığı ənənələrini davam etdirmişdir. 1860-cı illərdən yaradıcılığının əsas mövzusunu rus meşəsi təşkil etmişdir . Rəssamın vətənə qayıdan kimi yaratdığı şedevrlərdən biri “Günorta. Moskva ətrafında” (rus. Полдень.
Şişkin qovağı
Populus × canescens (lat. Populus × canescens) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin qovaq cinsinə aid bitki növü. Zaqafqaziyada rütubətli yerlərdə təbii halda yayılmışdır. Hündürlüyü 20-30 m-ə çatan, boz qabıqlı, piramidal çətirli ağacdır. Yarpaqları 5-8 sm uzunluqda, 3-4 sm enində, yumurtavari-üçbucaqşəkillidir. Dilimləri aydın nəzərə çarpmır, kənarları dişlidir, alt tərəfi sıх, nazik, ağ tüklü, üst tərəfi isə çılpaqdır. Mart-aprel aylarında çiçəkləyir. İşıqsevən və istiyə davamlıdır. Çay vadilərində yüngül torpaqlarda yaхşı bitir. Qubada, Kür-Araz ovalığında, Naхçıvan MR-da yayılmışdır.
Puşkin dağnanəsi
Puşkin dağnanəsi (lat. Ziziphora puschkinii) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin dalamazkimilər fəsiləsinin dağnanəsi cinsinə aid bitki növü. Çoxillik, kökümsovu nazik uzun bitkidir. Gövdəsi çoxsaylı, nazik, çox budaqlı, sərilən və ya qalxan, çox xırda buruqvari tüklü, çox vaxt qırmızımtıl və ya bənövşəyitəhər rəngli, uzunluğu 12 sm-ə qədər olan bitkidir. Yarpaqları qısa saplaqlı, xırda, 4-8 mm uzunluqda, yumurtavari, enli yumurtavari və ya yumru, küt və ya birdən ucu az sivri, əsasında az daralan və ya yumrutəhər, tamkənarlı və ya yuxarı hissədə seyrək dişli, hər iki tərəfdən çılpaq və ya zəif və qısa tüklüdür. Çiçəkqrupu başcıqlı, şarvari, ağtəhər, 1-1,5 sm diametrdədir. Çiçək çox qısa saplaqda, kasacıq 5-6 mm uzunluqda, dar boruvari; sıx uzun ağtüklüdür. Tacı 6-7 mm uzunluqda, bənövşəyi rənglidir. Böyük Qafqazın Quba sahəsinin rayonlarında subalp və alp qurşağında yayılmışdır. Qayalı-daşlı və daşlı töküntülərdə bitir.
Puşkin Muzeyi
A.S.Puşkin adına Dövlət təsviri incəsənət muzeyi və yaxud A.S.Puşkin adına DTİM, həmçinin Puşkin muzeyi — Moskvada Rusiya dövlət incəsənət muzeyi, müasir Rusiyada Qərb incəsənətinin ən böyük kolleksiyalarından biri. Tarixçi və arxeoloq, Moskva Universitetinin professoru İvan Vladimiroviç Svetayevin təşəbbüsü ilə yaradılan muzey 1912-ci ildə "İmperator Moskva Universitetində İmperator III Aleksandr adına Təsviri İncəsənət Muzeyi" adı ilə açılıb. Muzeyin əsas binası memar Roman Kleyn tərəfindən neoklassik üslubda qədim məbəd formasında layihələndirilib. Əvvəlcə muzey maarifləndirici bir muzey kimi düşünülmüşdü, lakin 1917-ci il inqilabından sonra müəssisə Dövlət Təsviri İncəsənət Muzeyinə çevrildi. 1937-ci ildə muzeyə şair Aleksandr Puşkinin adı verildi. 1991-ci ildə Puşkin Dövlət Təsviri İncəsənət Muzeyi Rusiya Federasiyası Xalqlarının Xüsusi Qiymətli Mədəni İrs Obyektlərinin Dövlət Məcəlləsinə daxil edildi. 2018-ci ilə olan məlumata görə, ekspozisiya 670 mindən çox əşyadan ibarətdir və burada qədim heykəllər, sənət əsərləri, arxeoloji abidələr, həmçinin Qədim Misir və Qədim Romaya aid əşyalar kolleksiyası yer alır. 2018-ci ildə muzeyi 1,3 milyon insan ziyarət edib və bu, dünyanın ən çox ziyarət edilən 47-ci incəsənət muzeyi olub. XIX-XX-ci əsrlərin sonlarında Rusiya imperiyasında mesenatlar və sahibkarlar tərəfindən maliyyələşdirilən özəl sənət qalereyaları meydana gəlməyə başladı. Moskva Universitetində Təsviri İncəsənət Muzeyinin yaradılması ideyası ilk dəfə 1831-ci ildə knyaginya Zinaida Volkonskaya və professor Stepan Şevıryev tərəfindən irəli sürüldü.
Pişin (İran)
Pişin — İranın Sistan və Bəlucistan ostanının Sərbaz şəhristanının Pişin bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 10,477 nəfər və 1,832 ailədən ibarət idi.
Pişin rayonu
Pişin rayonu — Bəlucistan əyalətində rayon.1975-ci ilədək Kvetta rayonunun tərkibində olub.Daha sonra status qazanıb.Əhalisi 2005-ci 300,000 nəfər.Əhalinin 90 faizində çoxu Puştundur.
Puşkin abidəsi (Tbilisi)
Puşkin abidəsi — Gürcüstanın paytaxtı Tiflisdə yerləşən Pişkin bağında qoyulmuş abidə. Abidənin müəllifi Feliks Xodoroviçdir. 1892-ci ildə şairin vəfatının 55-ci il dönümündə şəhərin «Yeni Bağ» hissəsində (1885-ci ildə qədər təsis edilib), Puşkinin Tiflisdə qaldığı (1829) evin yaxınlığında qoyulmuşdur ("Puşkinin qaldəığı" ev günümüzə qədər gəlib çıxmamışdır. Abidənin hazırlanmasının təşəbbüskarı Tiflis polis məmuru Rossinski idi. Adidənin hazırlanması ilə bağlı hətta vəsait toplama belə təşkil edilir. Bir büstü hazırlamaq üçün 2281 rubl toplanmışdır. 30 aprel 1890-cu ildə Şəhər Duması tərəfindən layihə qəbul edilmiş və layihə martın 14-də 1891-ci ildə Sankt-Peterburqda təsdiq edilmişdir. Bürünc büst Sankt-Peterburqdakı Verfel zavodunda hazırlanır - bədii brünc istehsalında Rus İmperiyasının aparıcı müəssisələrindən biri idi. Qırmızı və boz alqeti daşından hazırlanan postament Vinçenso Pilacinin Tiflis emalatxanasında hazırlanmışdır. Müasirlər şairin büstünün bədii dəyərlərini tənqid edirlər 2007-ci ildə Gürcüstan parlamentinin deputatı Nuqzar Siklauri paytaxt administrasiyasına Puşkin meydanınnın adını Varşava meydanı olaraq dəyişməyi barədə müraciət etmişdir.
Puşkin abidəsi (Tiflis)
Puşkin abidəsi — Gürcüstanın paytaxtı Tiflisdə yerləşən Pişkin bağında qoyulmuş abidə. Abidənin müəllifi Feliks Xodoroviçdir. 1892-ci ildə şairin vəfatının 55-ci il dönümündə şəhərin «Yeni Bağ» hissəsində (1885-ci ildə qədər təsis edilib), Puşkinin Tiflisdə qaldığı (1829) evin yaxınlığında qoyulmuşdur ("Puşkinin qaldəığı" ev günümüzə qədər gəlib çıxmamışdır. Abidənin hazırlanmasının təşəbbüskarı Tiflis polis məmuru Rossinski idi. Adidənin hazırlanması ilə bağlı hətta vəsait toplama belə təşkil edilir. Bir büstü hazırlamaq üçün 2281 rubl toplanmışdır. 30 aprel 1890-cu ildə Şəhər Duması tərəfindən layihə qəbul edilmiş və layihə martın 14-də 1891-ci ildə Sankt-Peterburqda təsdiq edilmişdir. Bürünc büst Sankt-Peterburqdakı Verfel zavodunda hazırlanır - bədii brünc istehsalında Rus İmperiyasının aparıcı müəssisələrindən biri idi. Qırmızı və boz alqeti daşından hazırlanan postament Vinçenso Pilacinin Tiflis emalatxanasında hazırlanmışdır. Müasirlər şairin büstünün bədii dəyərlərini tənqid edirlər 2007-ci ildə Gürcüstan parlamentinin deputatı Nuqzar Siklauri paytaxt administrasiyasına Puşkin meydanınnın adını Varşava meydanı olaraq dəyişməyi barədə müraciət etmişdir.
Puşkin dağ nanəsi
Puşkin küçəsi (Bakı)
Puşkin küçəsi — Bakı şəhərinin Nəsimi rayonunda Fikrət Əmirov və Rixard Zorqe küçələrinə paralel küçə. Küçə dahi rus şairi, dramaturq və nasiri Aleksandr Puşkinin adını daşıyır. Səməd Vurğun və Puşkin bağı da bu küçədədir. Küçə Dilarə Əliyeva küçəsi ilə kəsişmədən başlayaraq Neftçilər prospektində bitir. 28 May küçəsi Nizami küçəsi Xəqani küçəsi Üzeyir Hacıbəyov küçəsi Zərifə Əliyeva küçəsi № 13 — "Bətül" dini mağaza № 1214 — "Семья" Apteki № ?