Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pilaster
Pilaster, pılyastr və ya plyastra – memarlıqda divara yapışdırılmış sütun şəklində istifadə edilən bir tikinti texnikasıdır. Binalarda bəzək elementi kimi istifadə olunur. Dörd künclü bir sütun sütunun yarısı divarın içərisinə yerləşdirilmiş şəkildə olan şaquli bir sütundur. Bəzi hallarda pilaster yarı dairəvi formada da tətbiq oluna bilər. Ümumiyyətlə, binaların fasadında bir-birinə bağlanmış şaquli sütunlarla harmoniya şəklində görüntü yaratmaq üçün istifadə olunur. Bəzi hallarda, qapı və ya pəncərələrin kənarında bəzək kimi də istifadə edilə bilər. Qədim Roma və Qədim Yunanıstan memarlığında və İtalyan İntibahı dövründə geniş şəkildə istifadə edilmişdir. New Yorkdakı Carnegie Hallda tətbiq olunmuş və Almaniya, İspaniya, İtaliya və Hindistan kimi bir çox fərqli sivilizasiyalarda da izlərinə rast gəlinmişdir. İntibah və ya Yunan oyanışı memarlığı dövrlərində də geniş istifadə edilmişdir. Leone Battista Albertinin pilaster texnikasının binalarda tətbiq etmə xüsusiyyətlərini öyrənən Rudolf Wittkower, pilaster üçün aşağıdakı tərifi vermişdir: “Pilaster, sütundan divara keçid mərhələsi üçün son dərəcə ağıllı bir tətbiq texnikasıdır.
Plyastra

Pilatr de Rozye
Jan-Fransua Pilatr de Rozye (fr. Jean-François Pilâtre de Rozier; 30 mart 1754 – 15 iyun 1785) — fransız ayronavtı, kimyaçısı, fiziki, aviasiya sahəsində pionerlərindən biri. O, ayrostatla (Hava şarı ilə) səmaya qalxmağa qərar verən ilk adamdır. Cavanlıq illərində Pilatr de Rozye riyaziyyat, fizika, kimya və təbiət elmlərinə böyük maraq göstərirdi. Sonralar o kimya fənnini tədris edirdi. "Ateney" Paris elmi cəmiyyətinin təsisçisi idi. Monqolfye qardaşlarının ixtiralarının böyük pərəstişkarı kimi o, ilk dəfə tək, sonra isə Jiru de Villet ilə hava şarında səmaya qalxır. 1783-cü ilin 21 noyabr tarixində isə diametri 48 paris futu (15,5 metr), hündrlüyü 74 fut (24 metr) olan ayrostatla tam uçuş həyata keçirilir. Rozye və markiz Fransua Loran d’Arland yüksək səmaya qalxırlar. 15 iyun 1785-ci ildə Rozye ayrostatla La-Manş boğazını uçub keçmək qərarını verir, lakin şar alışır və Rozye, Romen adlı yol yoldaşı ilə həlak olur.