Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pirəzə
Pirəzə — Azərbaycan Respublikasının Ağdaş rayonunun Pirəzə kənd inzibati ərazi dairəsində kənd. Rayon mərkəzindən 30 km cənubda, Kür çayının sahilində yerləşir. Kənddə şəhid Mirzali Əliyar oglu Əliyev adına orta məktəb, şəhid Adil Sirac oglu Eminov adına uşaq bağçası, mədəniyyət evi, kitabxana, 100 yerlik elektron ATS, poct şöbəsi fəaliyyət göstərir.[mənbə göstərin] Kəndin adi Həsənbəy Zərdabinin 1875-1877-ci illərdə nəşr etdirdiyi "Əkinçi" qəzətində qeyd edilmişdi. 1916-cı il məlumatlarına əsasən kənddə 101 ev olmuşdur.[mənbə göstərin] Kəndin adının Pir (ocaq) və Aza (yer, məskən, şəhər) sözlərindən yaranaraq "ocaq, pir olan yer" mənasında ifadə olunduğu ehtimal edilir.[mənbə göstərin] Kənddə 1547 nəfər əhali yaşayır.
Pirəzə bələdiyyəsi
Ağdaş bələdiyyələri — Ağdaş rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Siyəzən (Siyəzən)
Siyəzən — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Siyəzən kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. Siyəzən adlanan ərazidə hələ qədimdən neft yatağı aşkar edilmişdir. Topo­nimin yaranması da məhz bununla əlaqədar­dır. Tədqiqatçılar oykonimi "qara su", "qara torpaq", "qara düzənlik" kimi mənalandır­mışlar. Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Əhalisinin sayı 132 nəfərdir (2009-cu il).
Pirəmsən
Pirəmsən — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Kəndin əhalisi 908 nəfərdir. 2013-cü ildə kənd ərazisində Şahdağ milli parkının inzibati bina kompleksi inşa olunmuşdur.
Siyəzən
Siyəzən — Azərbaycanın Siyəzən rayonunun inzibati mərkəzi. 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. Siyəzən rayon kimi ilk dəfə 11 fevral 1940-cı ildə təşkil olunmuş və 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun tərkibinə verilmişdir. 2 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Siyəzən rayonu 1959-cu il sərhədləri daxilində yenidən bərpa olunmuşdur. 1950-70-ci illərdə Siyəzəndə neftçıxarmanın sürətli inkişafı rayonun dağ kəndlərinin dağılmasına gətirib çıxarmışdır. Qızıl-Burun dəmir yolu stansiyası bu prosesin hesabına böyüyərək Siyəzən şəhərinin yaranmasına səbəb olmuşdur. Gilgilçay səddi – Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddidir. İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdil qaynaqlarında "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı Qubad (488-531) zamanında qoyulduğu bildirilir.
Rəzən
Rəzən — İranın Həmədan ostanında şəhər. Həm də Rəzən şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 11,390 nəfər və 2,871 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Allahyarlı (Siyəzən)
Allahyarlı — Azərbaycan Respublikasının Siyəzən rayonunun Ərziküş kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Siyəzən rayonunun Ərziküş kənd inzibati-ərazi vahidi tərkibindəki Allahyarlı kəndi rayonun yaşayış məntəqələri uçot məlumatından çıxarılmışdır.
Alxanlı (Siyəzən)
Alxanlı — Siyəzən rayonunda yerləşən qədim kənd. Yaranma tarixi XVIII əsrin sonu-XIX əsrin əvvəllərinə təsadüf edir. Kənd haqqında qısaca olaraq Abbasqulu ağa Bakıxanovun “Gülüstani-İrəm” əsərində məlumat verilib. == Toponimikası == "Alxanlı" adının mənası haqqında müxtəlif fikirlər var. Azərbaycanın digər rayonlarında eyni adlı kəndlər vardır.Mənşəyinin eyni olduğu düşünülür.Kəngərli tayfasının bir qolu olduğu və XVIII əsrdə Pənahəli xanın Naxçıvandan köçürdüyü camaat olması barədə fikirlər vardır. == Tarixi == XX əsrin 50-ci illərinə qədər Alxanlı kəndi böyük yaşayış məskəni kimi qalıb. Lakin həmin dövrdə SSRİ rəhbərliyi tərəfindən "xam torpaqlara hücum" elan edilməsi nəticəsində kəndin əhalisi 6–7 km şərqdə, Xəzər dənizinə doğru düzən ərazidə salınmış Yenikənd kəndinə köçürülmüşdür. Hazırda kənddə əsasən maldarlıqla məşğul olan bir-neçə ailə yaşayır. Kəndin ərazisində qədim məscid, istifadə olunmayan kəhriz qalıqları, qədim qəbiristanlıq və evlərin xarabalıqları qalmaqdadır. == Coğrafiyası və iqlimi == Kənd Bakı-Quba avtomobil yolunun üzərində, Gilgilçayın sol sahilindəki dağ yamacında yerləşir.
Gilgilçay (Siyəzən)
Gilgilçay — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Gilgilçay fəhlə qəsəbəsi Həmyə kənd Sovetindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla Gilgilçay qəsəbə Soveti yaradılmışdır. == Tarixi == === Tarixi abidələri === Pir Xəlil türbəsi — Gilgilçay qəsəbəsində yerləşir. Şərq memarlıq üslubunda tikilmiş Pir Xəlil türbəsi VIII əsr abidəsidir. Türbədə dəfn edilmiş XVII əsr Sufi dərvişlərindən Xəlil Baba haqqında yazılı qaynaqlarda dəqiq məlumat yoxdur.
Kolanı (Siyəzən)
Kolanı — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisinin sayı 28 nəfərdir. == Toponimikası == Siyəzən rayonunun Yenikənd inzibati ərazi vahidində kənd. Dəniz sahilindədir. Keçmiş adı Kolanıqışlaq olmuşdur.
Nardaran (Siyəzən)
Nardaran — Azərbaycanın Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Siyəzən rayonunun Zarat kənd Sovetinin Nardaran kəndi Beşdam kənd Sovetinin tərkibinə verilmişdir. Yaşayış məntəqəsi Şıx Aladınlı kəndinin qışlaq yeri olmuş­dur. Sonralar həmin kənddən çıxmış ailələr bu qışlaq yerində məskən salmış və kənd də Şıx Aladınlı adlanmışdır. Tədqiqatçılara görə, yaşayış məntəqəsinin adı fars dilin­dəki nar (ikihürgüclü erkək dəvə) və daran (yer, məkan) komponentlərindən düzəlib, "dəvə saxlanılan, dəvə yetişdirilən yer" mənasındadır. Etnoqrafik materiallar da yaşayış məntəqələrində əhalinin keçmişdə dəvəçiliklə geniş məşğul olduğunu sübut edir. Xalq etimologiyasına əsaslanan bəzi tədqiqatçılar oykonimi "nar bitkisinin çox olduğu yer" və ya atəşpərəstliklə əlaqədar "od olan yer" kimi izah edirlər. Kənd Samur-Dəvəçi ovalığında yerləşir. Əhalisinin sayı 54 nəfərdir (2009-cu il).
Pirəmsən bələdiyyəsi
Şabran bələdiyyələri — Şabran rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pirəziz (Çaroymaq)
Pirəziz (fars. پيرعزيز‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 31 nəfər yaşayır (6 ailə).
Qaragöz (Siyəzən)
Qaragöz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 18 nəfərdir. Əhalini tatlar təşkil edir.
Siyəzən (dəqiqləşdirmə)
Siyəzən rayonu — Azərbaycanın rayonlarından biri. Siyəzən — Azərbaycanın Siyəzən rayonunun inzibati mərkəzi. Siyəzən (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Siyəzən bələdiyyələri
Siyəzən bələdiyyələri — Siyəzən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Siyəzən bələdiyyəsi
Siyəzən bələdiyyələri — Siyəzən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Siyəzən rayonu
Siyəzən rayonu — Azərbaycan Respublikasında inzibati – ərazi vahidi. İnzibati mərkəzi Siyəzən şəhəridir. "Siyəzən" sözünün etimalogiyası dəqiq müəyyənləşdirilməmişdir. Bəzi tədqiqatçıların fikrincə bu söz İran qrupu dillərində "qara torpaq" digərlərinə görə isə hələ qədimdən buradan cıxan neftlə əlaqədar "quru su" deməkdir. Siyəzən rayonu 11 fevral 1940-cı ildə yaradılıb. 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun (indiki Şabran) tərkibinə verilmişdir. 1992-ci ildə Siyəzən yenidən ayrı rayon olmuşdur. Dəvəçi rayonundan ayrıldıqdan sonra Siyəzənin qədim kəndləri Ağbaş və Qalaalti sanatoriyasi Şabran rayonuna qalmışdir Rayonun ümumi sahəsi 0,738 min kv. km-dir. Siyəzən rayonu Azərbaycanın şimalında, Böyük Qafqaz dağları ilə Xəzər sahilində olan Samur-Dəvəçi ovalığında yerləşir.
Siyəzən şəhəri
Siyəzən — Azərbaycanın Siyəzən rayonunun inzibati mərkəzi. 1954-cü ildə rayon tabeli şəhər statusu almışdır. Siyəzən rayon kimi ilk dəfə 11 fevral 1940-cı ildə təşkil olunmuş və 1959-cu ildə ləğv edilərək Dəvəçi rayonunun tərkibinə verilmişdir. 2 aprel 1992-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurasının qərarı ilə Siyəzən rayonu 1959-cu il sərhədləri daxilində yenidən bərpa olunmuşdur. 1950-70-ci illərdə Siyəzəndə neftçıxarmanın sürətli inkişafı rayonun dağ kəndlərinin dağılmasına gətirib çıxarmışdır. Qızıl-Burun dəmir yolu stansiyası bu prosesin hesabına böyüyərək Siyəzən şəhərinin yaranmasına səbəb olmuşdur. Gilgilçay səddi – Erkən orta əsrlərdə Azərbaycanda inşa edilmiş ən böyük müdafiə səddidir. İlkin orta əsrlərdə Azərbaycanı şimaldan bir neçə möhtəşəm sədd qoruyurdu. Onlardan Dərbənd qalası ölkənin şimal sərhəddində idisə, Gilgilçay səddi Şirvanın içərilərində çəkilmişdi. Ərəbdil qaynaqlarında "Sur ət-Tin" ("Gil divar") adlandırılan bu səddin əsasının Sasani hökmdarı Qubad (488-531) zamanında qoyulduğu bildirilir.
Yenikənd (Siyəzən)
Yenikənd — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. XX əsrin 50-ci illərində SSRİ rəhbərliyinin "Xam torpaqlara hücüm" proqramının irəli sürülməsi nəticəsində dağ kəndlərinin əhalisinin böyük bir hissəsinin düzənlik əraziyə köçürülməsi nəticəsində meydana gəlib. Yenikənd inzibati ərazi vahidinin mərkəzidir. İnzibati ərazi vahidliyinin tərkibinə Yenikənddən başqa Tağay və Kolanı kəndləri, eləcə də qədim Alxanlı kənd yeri daxildir. Əhalisinin sayına görə Siyəzən rayonunda ən böyük kənddir. Kənd əhalisinin sayı 2009-cu ildə 3067 nəfər olmuşdur. 01.08.2016-cı ilə görə əhalinin sayı artaraq 3925 nəfərə çatmışdır. Əhalinin əsas hissəsini etnik tərkibcə azərbaycanlılar təşkil edir. Əhali əsasən kənd təsərrüfatı sahələri-əkinçilik, maldarlıq və quşçuluqla məşğul olur. Kənd əhalisi köçüb gəldikləri qədim kəndlərə uyğun olaraq eyni məhəllələrdə yaşadıqları üçün həmin məhəllələrin qeyri rəsmi olaraq həmin adlarla adlandırılması qalmaqdadır.
Zarat (Siyəzən)
Zarat — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Kənd Azərbaycanın gözəl guşələrindən biridir. Orada yayda həddindən artıq isti, qışda isə həddindən artıq soyuq olur. Azərbaycanın məşhur Beşbarmaq dağı da bu kənddə yerləşir. Əhalisinin sayı 1410 nəfərdir (2009-cu il). Siyəzən rayonunun Çuxur-əzəmi inzibati ərazi vahidində kənd. Dağətəyi ərazidədir. Tədqiqatçılar oykonimi ərəb dilindəki ziraət (əkin yeri) sözü ilə əlaqələndirir, yaşayış məntəqələrinin keçmiş əkin yerlərində salınmalarına əsaslanırlar.
Çarxana (Siyəzən)
Çarxana — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 17 fevral 1993-cü il tarixli, 514 saylı Qərarı ilə Siyəzən rayonunun Çarxana kəndi Sədan kənd Sovetinin tərkibinə verilmişdir. Əsl adı Çaparxana olmuşdur. Yerli əhalinin verdiyi məlumata görə, əvvəllər burada çaparxana (poçt məntəqəsi) var idi. Sonralar yaranmış yaşayış məntəqəsi ərazinin əvvəlki adını saxlamışdır. Çarxana çaparxana sözünün fonetik variantıdır. Kənd dağətəyi ərazidə yerləşir. Əhalisinin sayı 80 nəfərdir və tatlardır (2009-cu il).
Pireney
Pireney yarımadası (digər adı İberiya yarımadası, port. , isp. , qalis. , astur. Península Ibérica, bask Iberiar penintsula, araq. Peninsula Iberica, kat. península Ibèrica, estr. península Ibérica, fr. péninsule Ibérique, lat. Iberia Paeninsula) — Avropanın cənub-qərbində yerləşən və İspaniya, Portuqaliya, Andorra, Cəbəllütariq və Fransa ərazisinin kiçik bir hissəsini əhatə edən yarımada.
Siyəzən Şərab zavodu
Siyəzən Şərab zavodu — şərab istehsalı ilə məşğul olan Azərbaycan müəssisələrindən biri. Zavod 1970-ci ildə qurulmuş, 1990-cı illərdə isə fəaliyyətini dayandırmışdır. 2010-cu ildə "Synergy Group" ASC tərəfindən yenidən qurulmuş və burada beynəlxalq standartlara uyğun istehsal prosesi təşkil edilmişdir.
Yenikənd Bələdiyyəsi (Siyəzən)
Siyəzən bələdiyyələri — Siyəzən rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Çıraqqala Siyəzən FK
Çıraqqala futbol klubu Siyəzəndə yaranmışdır. 1 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Pireney dağları
Pireney dağları (fr. Pyrénées, isp. Pireneos) — Fransa ilə İspaniya arasında dağ sistemi.
Pireney xıncalausu
Pireney yarımadası
Pireney yarımadası (digər adı İberiya yarımadası, port. , isp. , qalis. , astur. Península Ibérica, bask Iberiar penintsula, araq. Peninsula Iberica, kat. península Ibèrica, estr. península Ibérica, fr. péninsule Ibérique, lat. Iberia Paeninsula) — Avropanın cənub-qərbində yerləşən və İspaniya, Portuqaliya, Andorra, Cəbəllütariq və Fransa ərazisinin kiçik bir hissəsini əhatə edən yarımada.
Pireney pişiyi
Pireney pişiyi (lat. Felis pardinus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin pişiklər fəsiləsinin pişik cinsinə aid heyvan növü. Əvvəllər tez-tez adi vaşaqın alt növü hesab olunurdu. Bu gün sübut edilmişdir ki, bunlar Pleistosen dövründə bir-birindən asılı olmayaraq təkamül keçirmiş iki fərqli növdür. Rəngini bəbir rənginə bənzədən daha açıq rəngi və açıq ləkələri ilə sonuncudan fərqlənir. Qışda xəz matlaşır və nazikləşir. O, adi bir vaşaqın yarısı qədərdir və buna görə də əsasən kiçik ov heyvanlarını - dovşanları və dovşanları ovlayır, yalnız bəzən maral balalarına hücum edir. İber vaşaqına İspaniyanın cənub-qərbində (əksəriyyəti Koto Donana Milli Parkında) rast gəlinir, baxmayaraq ki, əvvəlcə İspaniya və Portuqaliyada geniş yayılmışdı. İndi onun əhatə dairəsi yalnız dağlıq ərazilərlə məhdudlaşır. İber vaşaqları arbutus, mastik və ardıc kimi sıx kollarla, holm və mantar palıdları kimi ağaclarla qarışıq açıq çəmənliyin heterojen mühitinə üstünlük verir.
Pireney quşsüdü
Pireney quşsüdü (lat. Ornithogalum pyrenaicum) — bitkilər aləminin qulançarçiçəklilər dəstəsinin qulançarkimilər fəsiləsinin quşsüdü cinsinə aid bitki növü. Hündürlüyü 30-65 sm olan bitkidir. Soğanağı qismən iri, yumurtaşəkilli, eni 1,5-3 sm olub, bayır tərəfinin çox hissəsi ağ pərdəşəkilli, şəffaf və ya qonur rəngli qurumuş qınla örtülüdür. Gövdəsi düz, dəyirmi, çılpaq, içi boş, möhkəm və yarpaqlardan uzundur. Yarpaqları ensiz-neştərvaridir, qismən novşəkillidir, eni 4-6 mm-dir və gövdədən qısadır. Çiçək qrupu çoxçiçəklidir, uzunluğu 10-25 sm-dir. Çiçəkləri qismən uzun saplaq üzərində yerləşmişdir; aşağı hissədəki saplaqlar yuxardakılardan qısadır; çiçəkləmə dövründən sonra saplaq çiçək qrupunun oxuna doğru qismən sıxılır. Çiçək qrupunun uzunluğu 10 25 sm-dir. Çiçəkaltlıqları çiçək saplağından qısadır, neştərvaridir, sivriləşmişdir və ağ pərdəvaridir.