Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Piranilər
Piranilər (lat. Serrasalmus) — Şüaüzgəclilər yarımsinfinə, Piranikimilər fəsiləsinə aid, tropiklərin şirinsulu hövzələrində yaşayan balıq cinsi. Uzunluqları 11,4 sm-dən (Serrasalmus sanchezi) 41,5 sm qədər (rombşəkilli pirani) olur. Cənubi Amerikanın şirinsulu hövzələrində yayılmışdır. Amazonka hövzəsində yaşayan hindular tərəfindən qida kimi istifadə edilir. Bəzi növləri akvariumda saxlanılır.
Pirana
Pirana — Cənubi Amerikadakı axarsularda yaşayan, kiçik amma yırtıcılığıyla diqqət çəkən bir çox balıq növü.
Piran
Piran (əvvəlki adı: İyirminci) — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Lerik rayonunun Siyov kənd Sovetinin İyirminci kəndi Piran kəndi adlandırılmışdır. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Piran kəndi Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == == Tarixi == == Əhalisi == Əhalisi 1065 nəfərdir. Kənd əhalisi əsasən etnik talışlardan ibarətdir. == İqtisadiyyatı == Kəndə Lənkəran rayonundakı Narbağı qaztənzimləyici stansiyasından qaz boruları çəkilmiş və 2012-ci il dekabr ayının 22-də ilk dəfə olaraq təbii qaz verilmişdir. == Din == Kənddə Piran kənd məscidi dini icması fəaliyyət göstərir.
Mirani (Ərdəbil)
Mirani (fars. ميرني‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 129 nəfər yaşayır (30 ailə).
Pirkani (Piranşəhr)
Pirkani (fars. پيركاني‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 181 nəfər yaşayır (26 ailə).
Şirani (Səlmas)
Şirani (fars. شيراني‎‎‎‎‎) - İranın Qərbi Azərbaycan ostanının Səlmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 280 nəfər. yaşayır (45 ailə).
Şirani (Sərdəşt)
Şirani (fars. شيراني‎) - İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 81 nəfər yaşayır (17 ailə).
Aruna İrani
Aruna İrani (18 avqust 1952)— hind aktrisası. == Həyatı == Aktrisa, prodüser, rəqqasədir. 18 avqust 1952-ci ildə Mumbayda anadan olmuşdur. 1960-cı illərdən filmə çəkilməyə başlayıb. ”Bobbi” filmində rəqqasə rolunu oynayıb. 2002-ci ildə “Yeganə" filminə çəkilib. Ailəlidir, övladı yoxdur.
Gəzgəsək (Piran)
Gəzgəsək (fars. گزگسك‎‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı, Piran dehistanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 915 nəfər yaşayır (155 ailə).
Piran eli
Piran eli (kürd. پیران) — Kürd ellərindəndir ki İran (Qərbi Azərbaycan) və İraqda yaşayırlar. Piranlar kürd dilinin soran ləhcəsində danışırlar və sünni müsəlmandırlar. Piran eli, Məməş və Məngur elləri ilə birlikdə böyük Balbas elini təşkil edirlər, Balbas eli Qərbi Azərbaycana köçmədən öncə Ərbilin şərqində yaşayırdı == Tarixçə == Piran eli ki İraqda sakinidirlər, 14-cü (Hicri şəmsi) əsrdən başlayaraq İrana köçüblər və Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanında sakinləşiblər.
Piran qrupu
Piran qrupu- altıtaqımlı birheteroatomlu tsiklik birləşmələrinin azot və oksigen heteroatomlu ən sadə nümayəndələridir. == Piran qrupu == Piranlar sərbəst halda məlum deyildir. α-piran (2H-piran;) və γ-piran (4H-piran,). α-piran törəmələri üçün sis –dienonlarla tez və dönən tarazlıq xarakterikdir:γ-piran rəngsiz mayedir.Etanolda, dietil efirində , benzolda yaxşı həll olur. Davamsızdır. Otaq temperaturunda hava təsiri ilə parçalanır. == Alınması == α-piranların törəmələri maqnezium üzvi birləşmələrlə α-piranların qarşılıqlı təsirindən alınır. γ-piran 350oC-də 2-asetoksi-3.4-dihidropirandan pirolizlə alınır. Eləcə də qatı HCl mühitində aldehidin tsiklik hidratlaşması ilə alınır.γ-piranın ən çox istifadə edilən alınma metodu piril duzlarının qələvi metalların bor hidridləri ilə və ya maqnezium üzvi birləşmələri ilə qarşılıqlı təsiridir. Bu birləşmələr digər piranlara nisbətən daha davamlıdırlar.
Mutallib İrani
Mutallib Abdulla oğlu İrani (13 avqust 1926, Təbriz – 1 yanvar 1982, Bakı) — Tibb elmləri doktoru, professor. 1944-cü ildə İran Həmkarlar təşkilatına daxil olmuşdur. == Həyatı == 13 avqust 1926-cı ildə Cənubi Azərbaycanın Təbriz şəhərindən 60 km. məsafədə yerləşən Şəbüstəridə kəndli ailəsində doğulmuşdur. Mutallib İrani 4 yanvar 1982-ci ildə Bakı şəhərində vəfat etmişdir. == Təhsili == 1931-ci ildə Gülşənroz kənd səkkizillik məktəbinə daxil olmuş və 1939-cu ildə təhsilini başa vuraraq Təbrizə getmiş , oradakı Razi adına orta məktəbdə təhsilini davam etdirmişdir. 1942-ci ildə natamam orta təhsilini başa vuran. M. İrani elə həmin il Təbrizdəki Firdövsi adına tam orta məktəbdə təhsilini davam etdirmişdir. Uşaqlıqdan həkim olmaq arzusunu reallaşdırmaq istəyən Mütəllib 1945-ci ildə Bakı şəhərinə gələrək. Azərbaycan Dövlət Tibb İnstitunun (indi Azərbaycan Tibb Universiteti adlanır) "Müalicə" fakültəsinə daxil olmuş və 1950-ci ildə həmin institutu bitirmişdir.
Mirzə Sadıq Piran
Mirzə Sadıq İmanxan oğlu Piran 1822, Şuşa, Qarabağ xanlığı – 1893, Şuşa — şair, xanəndə. == Həyatı == Mirzə Sadıq İmanxan oğlu 1822-ci ildə Şuşa şəhərində anadan olmuşdu. Əslən Dizaq mahalının Rəfəddinli kəndindəndir. İbtidai təhsilini molla yanında almışdı. Sonra mədrəsədə təhsilini davam etdirmişdi. Savadlı olduğundan dolayı mirzə ünvanı daşıyırdı. Gözəl səsi vardı. Arabir toylarda oxuyurdu. Mirzə Sadıq 1893-cü ildə vəfat edib. Mirzə Sadıq şair idi.
Qışlaq (Piran, Lerik)
Qışlaq — Azərbaycan Respublikasının Lerik rayonunun Piran kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 15 mart 2002-ci il tarixli, 273-IIQ saylı Qərarı ilə Lerik rayonunun Qışlaq kəndi Siyov kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, Piran kəndi mərkəz olmaqla Piran kənd inzibati ərazi dairəsi yaradılmışdır.
ANS Pivani Bakı FK
ANS Pivani Bakı - Azərbaycan futbol klubu, Bakı şəhərində yaranmışdır. Müxtəlif vaxtlarda "Bakı Fəhləsi", "Nicat", "ANS-Pivani" adları ilə 8 dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.UEFA İntertoto kubokunda Litva təmsilçisi İnkaras Kaunasa qarşı oyunda mübarizəni dayandırıb və mərhələ adlaya bilməyib.2000-ci ildə klub maliyyə problemləri səbəbindən fəaliyyətini rəsmən dayandırdı == Daşıdığı adlar == 1992 – "Nicat Maştağa" 1994 – "Bakı Fəhləsi Maştağa" 1995 – "Bakı Fəhləsi" 1999 – "ANS-Pivani Bakı" == UEFA turnirlərində == "Bakı Fəhləsi" UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 1 dəfə iştirak edib. "Bakı Fəhləsi"ın iştirak etdiyi yeganə turnir UEFA İntertoto Kubokudur.
Bədinabad-i Piran (Piranşəhr)
Bədinabad-i Piran (fars. بادين ابادپيران‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 518 nəfər yaşayır (84 ailə).
Boman Irani
Boman İrani (2 dekabr 1959, Bombey) — Daha çox “Don.Mafiya başçısı” (2011), “Yeni iliniz mübarək!” (2014), “Pikey” (2014), “Aşiqlər” (2015), “Qardaş Munna: Xoşbəxtlik satıcısı” (2003), Mən sənin yanındayam (2004), “Yaxın dostlar” (2008) filmlərində komediya rolları ilə tanınıb. “Don.Mafiya başçısı 2” filmindəki komediya rolu ilə yadda qalmışdır. Aktyorluq karyerasına teatrdan başlayan Boman, 14 yaşında teatr tamaşalarında oynamağa başlayıb. Sonra isə reklam çarxlarında çəkilməyə başlayıb. Bollivudda İrani 2000-ci ildə “Sevgi ehtirası” filmində Şahrux Xanla birlikdə çəkilib. Yalnız 2003-cü ildə rejissor Rackumar Hiraninin “Qardaş Munna: Xoşbəxtlik satıcısı” filmindən sonra məşhurlaşıb. Bu roluna görə ən yaxşı komediya aktyoru nominasiyasında Filmfare Awards mükafatına namizəd olsa da, aktyor Sancay Datta məğlub olub. Buna baxmayaraq aktyorun işi Screen Weekly Award ilə qiymətləndirilib. Arda-arda “Vir və Zara” (2004), “Don.Mafiya başçısı” (2011), “Qardaş Munna: Xoşbəxtlik satıcısı” (2003), “Yaxın dostlar” (2008) kimi uğurlu filmlərə çəkilən Boman “Mən səninləyəm!” filminə görə Filmfare mükafatı qazanıb. 2009-cu ildə rejissor Rackumar Hiraninin “3 dəli” filmində ən yaxşı ikinci dərəcəli kişi roluna görə Filmfare Awards mükafatına layiq görülüb.
Amirani
Amirani ing. Amirani— Amirani və ya Amiran (gürcü: ამირანი), klassik Prometeyi xatırladan gürcü eposunun mədəniyyət qəhrəmanının adıdır. Mifin müxtəlif versiyaları, mifin zamanla necə çevrildiyini ortaya qoyur, ancaq əfsanənin özü eramızdan əvvəl təxminən 3000-2000-ci illər arasında ilk Dəmir dövrünün əvvəllərində izlənilə bilər, mifdə olduğu kimi Demiurq Amirani insanlığı təmsil edərək Tanrıya meydan oxuyur. Prometey kimi lənətlənmiş iti Kurşskiy ilə birlikdə Qafqazda cəzalandırılır və daha sonra da zəncirlənir. Prometey mifi kimi qey olunmuşdur ki, Amirani qartal qaraciyərini gündüz yeyir, gecələr də özünü sağaldırmış. == Tarixi == Amirani, Qafqaz ovu ilahəsi Dalinin oğlu idi, ancaq vaxtından əvvəl anasının qarnından çıxarıldı və ovçu Sulkalmaks və həyat yoldaşı Darejanın himayəsində onlarında iki oğlu olan Badri və Yusup ilə birlikdə böyüdüldü. Bərabər böyüyən bu igidlər pis ruhlarla mübarizə aparmağa başladılar və başları ilana çevrilən üç başlı nəhəngi məğlub etdilər. Amirani əjdahalarla mübarizə aparan zaman Qara Əjdaha tərəfindən udulur. Daha sonra Amirani əjdahanın qarnını kəsib çıxır.Gəlin axtarışında digər pis ruhlarla mübarizə apararkən, iki ölümcül qardaşı öldürüldü və Amirani intihar etmək istədi, amma dəhşət içində həyata qayıtdığını anladı. Bundan sonra, Amirani gəlin axtarışından əl çəkdi və uca Tanrı Qmerti (Tanrı üçün gürcü sözü) tərəfindən gücləndirilərək başqa bir nəhəngi, sonra da Qmerti (və ya Tanrı) özünə aldı.
Biruni
Əl-Biruni Əbu Reyhan Muhəmməd ibn Əhməd (4 sentyabr 973, Kayat[d], Xarəzm, Samanilər dövləti – 9 dekabr 1048, Qəzni) – iranlı ensiklopediyaçı alim və mütəfəkkiri. == Həyatı == Əl-Biruni 4 sentyabr 973-cü ildə Xarəzmdə anadan olmuşdur. Əbu Reyhan Məhəmməd əl-Biruni Xarəzm şəhərinin qədim paytaxtı "Kayat" şəhərində dünyaya gəlib. Uşaqalıqdan valideynlərini itrib, tərbiyəsi ilə bir yunan məşğul olub və onda təbiətşünaslığa maraq yaranıb. == Elmi fəaliyyəti == Əl-Biruni XI əsrin ən böyük coğrafiyaşünası hesab olunur. Əl-Biruni tarix, etnoqrafiya, təbiət elmləri, riyaziyyat, astronomiya, mineralogiya və s. elm sahələrinə aid 150-dən çox əsərin müəllifidir. Özünün uzun səyahətləri zamanı İran yaylasını, Xəzər dənizinin şərq və cənub sahillərindəki ölkələri, Mərkəzi Asiyanın böyük hissəsini öyrənmişdir. Bu səyahətlər zamanı Biruni türk xalqlarının yaşadıqları ərazilər, onların adət-ənənə və mərasimləri barədə ətraflı məlumatlar əldə etmişdir. O, özündən əvvəlki coğrafiyaşünaslardan irəli gedərək, Hind okeanı ilə Atlantik okeanının Afrikanın cənubunda dar bir boğaz vasitəsilə birləşdirildiyini söyləmişdir.
Biryani
Biryani və ya Biriyani (urdu بریانی; hind बिरयानी) – Düyüdən (adətən basmati növləri) və ədviyyatlı ət, balıq, yumurta və ya tərəvəzlərin əlavəsi ilə hazırlanmış ikinci yemək. Biryani hazırlamaq üçün lazım ədviyyatlar və souslar: əridilmiş yağ, kərəvüz, mixək, hil, darçın, dəfnə yarpağı, keşniş, zəfəran, nanəli göyərtilər, zəncəfil, soğan və sarımsaq. Ancaq bu siyahı tam deyil. Yemək müxtəlif çeşidlərdə bütün Cənubi Asiyada, həmçinin ərəb ölkələrində və Qərbdə olan Cənubi Asiya icmaları arasında yayılmışdır. Göründüyü kimi, o İran mənşəlidir və Hindistan subkontinentinə İranlı tacirlər və səyyahlar sayəsində daxil olmuşdur. "Biryani" sözü fars beryā(n) (fars بریان, qızardılmış) sözündən alınmışdır. Biryani dahi çatni və ya raita, korma, karri, badımcan turşusu, xırda dəniz xərçəngi kimi hind mətbəxindən olan digər yeməklərlə üst-üstə düşür. Plovdan ətli biryani onunla fərqlənir ki, plovda duyu ilə ət bir yerdə, biryanidə isə ayrı-ayrı hazırlanır. == Biryaninin növləri == === Heydərabad biryanisi === Heydərabad biryanisi qeyri-vegeteryandır və bütün Hindistanda yayılmışdır. Bu yeməyin balıq, bıldırcın, dovşan, şimal maralı, xırda dəniz xərçəngi ilə bir çox çeşidi var.
Divani
Divani — coşğun, təntənəli, döyüşkən ruhlu aşıq şeiri. Divani aşıq məclisinin girişində xüsusi saz havası ilə oxunan fəlsəfi-didaktik və dini-ürfani ruhlu klassik şeir şəkli. Daha çox əruz vəzninin rəməl bəhrində olub, aşıq poeziyasına divan ədəbiyyatından adlamışdır. Üç-beş bənddən ibarət olan divaninin hər bəndi dörd misradır.Divanini təşkil edən misralar 15–16 hecalı olur. Birinci bəndin üçüncü misrası sərbəst, I, II və IV misraları həmqafiyə, sonrakı bəndlərdən ilk üç misra bir-birilə, son misra isə birinci bəndin axırıncı misrası ilə həmqafiyə olur: aaba, ccca, ççça və s. Məsələn; Ələstidən bəli dedim. Nə xoş kamaldı yüküm, Bir gözəlin aşiqiyəm, vəsfi-camaldı yüküm. Həm dərindi, həm dayazdı, həm acıdı, həm şirin, Həmi dürdü, həmi gövhər, həm şəhdi-baldı yüküm. Nütfəsindən əyri olan tez göstərir isbatın, Hər ağac kökündə bitər, hər meyvə gözlər zatın. Hər cayı nədyana sayar, naşı bilməz qıymatın, Əhli-ürfan məclisində gövhər misaldı yüküm.
Figani
Figani — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. == Həyatı == Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Fiqani
Figani — XVI əsrdə yaşamış Osmanlı divan şairi. Figani Sultan Süleyman Qanuninin dövründə yazıb-yaratmışdır. Qanuninin şahzadələrinə həsr etdiyi Suriya Qəsidəsi Figaninin ən məşhur əsəridir. Şeirlərinin birində Osmanlı imperiyasının vəziri Parqalı İbrahim Paşanı sərt şəkildə tənqid etmiş və onun kafir adlandırmışdır. Qurulan məhkəmədə sözlərini geri götürmədiyi üçün Parqalı İbrahim Paşanın əmri ilə gənc yaşda edam edilmişdir. == Həyatı == Figani XVI əsrin əvvələrində Trabzon şəhərində anadan olmuşdur. Əsil adı Ramazandır. Gənclik dövründə İstanbul şəhərinə köçüb burada dini və tibbi biliklər aldığı ehtimal olunur. Fiqani tibbi biliklərini daha da dərinləşdirmək üçün İsfahan şəhərinə Şah Məhmədin yanına getmişdir. Fiqani İstanbul şəhərində bir müddət mirzəlik etdikdən sonra şeir yazmağa başlamışdır.
Gorani
Gorani dili və ya qorani dili (Goranî) — İranın Kürdüstan və Kirmanşah ostanları və İraqda danışılan dil. Bir çox gorani dilinə danışanların dini qruplaşdırılması Yarsanizm dininə məxsusdur. İran–İraq sərhədindəki Oraman dağlarında danışılan bu di, olduqca zəngin bir keçmişə sahibdir. İndiki dövrdə çoxu sünni olan bir qismi isə yarsan olan, təxminən 300 min adam bu dildə danışır. Gorani dilinə ən yaxın dillər: Zaza dili, Mazandaran dili və Gilan dili. Bu dil həmçinin məhv olmaqda olan dillər siyahısında daxildir.
Qışlaq-i Piranlı (Xudafərin)
Qışlaq-i Piranlı (fars. قشلاق پيرانلو‎) - İranın Şərqi Azərbaycan ostanının Xudafərin şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 35 nəfər yaşayır (8 ailə).
Pinaki
Pinaki (fr. Pinaki) — Tuamotu arxipelaqına daxil olan kiçik atoll (Fransa Polineziyası). Nukutavake atolundan 10 km cənub-qərbdə yerləşir. == Coğrafiya == Adanın sahəsi 1,3 km²-dir. Daxilində böyük laqun vardır. == İnzibati bölgüsü == İnzibati baxımından Nukutavake kommunasına daxildir. == Tarixi == Ada 1767-ci ildə ingilis Samuel Vallis tərəfindən kəşf edilir. Digər adı - Nqanati. == Əhali == 2007-ci il məlumatına görə adada yaşayış yoxdur.
Abbas Lisani
Abbas Lisani (az.-əbcəd عباس لسانی‎; 18 fevral 1967, Ərdəbil ostanı) — azərbaycanlı milli mədəni fəal, vicdan məhbusu, şair, yazıçı. Göstərdiyi milli mədəni fəaliyyətə görə 1997-ci ildən etibarən dəfələrlə həbs olunub. Təkcə 2006-cı ildə 6 ay ərzində 4 dəfə mühakimə edilib, 30 ay həbs, 50 zərbə şallaq və 3 il sürgünə məhkum olunub. Buna səbəb 2005-ci ildə Babək Qalası Qurultayında, Məşrutə inqilabının ildönümündə, Təbrizdə Bağır Xanın məzarı üstündə keçirilən mərasimlərdə və 2006-cı ilin may ayında Milli Qiyam Günündə iştirak etməsi olub. Sonrakı illərdə də dəfələrlə həbs olunub, təzyiqlərə məruz qalıb və sürgün edilib. Həbsinə qarşı müxtəlif beynəlxalq təşkilatlar, partiyalar və fəallar bəyanatlar veriblər. 2007-ci ildən etibarən Beynəlxalq Amnistiya Təşkilatı tərəfindən vicdan məhbusu elan edilib. Həbsdən azad olunması üçün bir sıra təşkilatlar və fəallar onlarla imzatoplama və etiraz aksiyaları keçiriblər. Öz haqlarını o cümlədən də digər məhbusların haqlarını qorumaq üçün dəfələrlə aclıq aksiyaları edib. 2023-cü il fevral ayında Ərdəbil həbsxanasından azad edilərək Yəzd şəhərinə sürgün edilib.
Aureliyo Milani
Aurelio Milani (it. Aurelio Milani; 14 may 1934 – 25 noyabr 2014, Milan) — İtalyalı keçmiş futbolçu. Mövqeyi mərkəz hücumçusu olub. İtaliya A Seriyasının 1961/62 mövsümunun bombardiri olub. == Karyera == Milani peşəkar karyerasına "Atalanta" klubunda başlayıb. Daha sonra, 1958-ci ildə "Sampdoriya" klubuna transfer olunana qədər bir neçə il İtaliyanın aşağı liqalarında oynayıb. 1958-ci ildə "Sampdoriya"nın heyətində və A Seriyasında debüt edib. Sonrakı illərdəki karyerası boyunca (son mövsüm xaric) A Seriyası klublarında oynayıb. "Fiorentina" klubunda oynayarkən Kubok Kubokunun finalında iştirak edib və 1961/62 mövsümündə A Seriyasında bombardir olub. Milaninin karyerasının zirvəsi "İnter" klubunun heyətində keçirdiyi iki mövsumdur.
Aydın İmrani
Aydın İmrani "Azərbaycanfilm" kinostudiyasının direktor müavini, inzibatçı və film direktoru. == Həyatı == Aydın İmrani 1979-cu ildən inzibatçı və film direktoru olaraq Azərbaycan kinosunda fəaliyyət göstərmişdir. Uzun illər "Azərbaycanfilm" kinostudiyasının direktor müavini vəzifəsində çalışmışdır. 80-ci illər Azərbaycan kinosunda bir neçə uğurlu filmin direktoru kimi fəaliyyət göstərmişdir. Hazırda Minsk şəhərində yaşayır.
Ağaxan Kirmani
Mirzə Rza Kirmani (1854–12 avqust 1896) — Nəsirəddin şahın qatili. == Həyatı == Mirzə Rza Kirmani Cəmaləddin Əfqaninin inanılmış tərəfdarlarından biri idi. O, son dəfə 1894-cü ildə zindandan xilas olduqdan sonra İstanbula getmək məqsədilə əvvəlcə Gilana gəlmiş, səfər vəsaiti, pulu olmadığından, bir müddət Ənzəlidə qalmağa məcbur olmuşdur. "Hövzeye bidaran"ın başçısı Əminüddövlə Ənzəli poçt idarəsi rəisi vasitəsilə Mirzə Rzaya kifayət qədər pul çatdırdıqdan sonra o, İstanbula gedə bilmişdir. Mirzə Rza bir müddət "İttihade İslam" başçılarının yanında yaşamış, sonra İrana qayıtmaq istəmişdir. İran hökuməti Mirzə Rzanın İrana qayıtmasının qarşısını almaq üçün İstanbul səfirliyinə göstəriş vermişdi. Mirzə Rza isə "İttihade İslam" üzvlərindən Əfzəlülmülk Kirmaninin pasportundan istifadə edərək İstanbuldan Trabzon, Batumi, Bakı yolu ilə Barfruşa (Babol), oradan da Tehrana getmişdir. Bir müddət Şahəbdüləzimdə yarıgizli yaşayan Mirzə Rza Babolda üç tümənə (302) aldığı tapança ilə 1896-cı il may ayının əvvəlində Nəsirəddin şahı öldürmüşdü. Nəsirəddin şahın öldürülməsi Sultan Əbdülhəmidi daha da qorxutmuş, Trabzon zindanında saxlanılan iranlı dustaqları İran hökumətinə təslim etmək əmri vermişdir. Onlar 1896-cı il avqustun 12-də Mirzə Rzanın Tehranda boğazdan asıldığı günün axşamı Təbrizdə Məhəmmədəli mirzənin tərəfindən öldürülmüşdülər.
Boranı
Balqabaq (lat. Cucurbita) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinə aid bitki cinsi. == Botaniki təsviri == Balqabağın dünyada 700-ə qədər növü vardır. Aşxana sortlu balqabaqlar dadlı və xoş ətirlidir. Tərkibində orta hesabla ətli hissədə 91,85% su, 0,95% sellüloza, 0,55% kül, 0,8% azotlu maddə, 0,1% yağ vardır. Qabıq hissəsində isə sellülozanın miqdarı 3,3%-dir. Yetişmiş balqabaqda şəkərin miqdarı orta hesabla 8%-dir. Vitaminlərdən 5-8 mq% C, 12 mq%-ə qədər karotin olur. Toxumunun tərkibində 40% yağ, 28% zülal vardır. Ümumi çəkisinin 75%-ni yeməli hissə təşkil edir.
Kiranlı
Kiranli — İrəvan quberniyasının Еçmiadzin qəzasında kənd adı. == Toponimi == Mənşəyi məlum olmayan türkmənşəli Kiran tayfasının adındandır. Bu tayfanın adı ilk dəfə "Kitabi Dədə Qorqud"da çəkilir. İranda İndi də Kiran tayfası yaşayır. [146, 134]. Erkən orta əsrlərdə Beyləqan yaxınlığında Kiran qalası vardı. Kiran adlı digər qala Tovuz rayonunun ərazisində idi. Bu qalanın xarabalıqları İndi Ağcaqala adı ilə məlumdur və həmin rayondakı Quşçu-Kirən və Xınna-Kirən kənd adları da bu qalanın adı ilə bağlıdır. 1727-ci ilə aid mənbədə Tovuz rayonun ərazisində Kiran kəndi çəkilmişdir. 1728-ci ilə aid mənbədə İrəvan əyalətinin Sürməli mahalında da Kirən kəndinin adı qeyd olunmuşdur.
Irania
Ağboğaz bülbül (lat. Irania) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinə aid heyvan cinsi.
Adi boranı
Adi balqabaq (lat. Cucurbita pepo) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Birillik mədəni birevli ot bitkisi olub, gövdəsinin uzunluğu 10 m olub, spiralvari burulan bığcıqları vardır. Adi balqabaq gövdəsi rəndələnmiş, yonulmuş, tikanlı və sərt tükcüklü, yarpaqları tikanlı-kələ-kötür, ürəkşəkilli, beşpərli və itidir. Çiçəkləri bircinsiyylətli, sarı, iri, tək və ya erkəkciyi dəstəlidir. Çiçək tacı zəngşəkilli, 5-10 sm diametrli, itiuclu və düzqalxandır. Meyvəsi iri, diametrli, 15-40 sm, şarşəkilli və ya ellipsvari formalı, çoxsaylı sarımtıl-ağ toxumlardan ibarətdir. İyun ayında çiçəkləyir. Muskat balqabağın gövdəsi küt, yumşaq tükcüklü, yarpaqları 5-7 pərli, dəyirmi-böyrəkşəkilli və iti pərlidir. Tacı iti qatlanmışdır.