PARA BOZDURMAK
PARALAMAK
OBASTAN VİKİ
Bauhinia paradisi
Bauhinia seleriana (lat. Bauhinia seleriana) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin bauhinia cinsinə aid bitki növü.
Chrysopelea paradisi
Uçan ilan (lat. Chrysopelea paradisi) — Asiya torpaqlarında yaşayan Chrysopelea paradisi növünə aid olan ilanlar uçuş prosesi reallaşdırırlar. 20 ilə 40 metrlik bir məsafəni havada qət edirlər. Çikaqo Universitetinin bioloqlarından Jake Sohca Sinqapurdakı bir zooparkda bu cür ilanlar üzərində 6 il davam edən tədqiqat aparıb. Yetkinlərinin uzunluğu 1 metrə çatan bu uçan ilanların havada uça bilmək qabiliyyətlərinin aerodinamikası haqqında əvvəllər heç bir şey bilinmirdi. Quşlardan başqa, sincab siçovul və kərtənkələ kimi bəzi quru canlıların və bəzi balıqların qısa da olsa müəyyən məsafələri uçaraq, yəni havada süzərək yol qət etdikləri bilinir. Bu canlıların uçuşları həqiqətən çox heyrətləndiricidir. Ancaq Chrysopelea ilanının uçuşu daha fərqlidir. Bu uçuşu digər bütün uçuşlardan üstün edən cəhət bu akrobatik ilanın havada süzərkən istifadə edəcəyi qanad, pərdəli pəncə və s. kimi heç bir uzantısının olmamasıdır.
Citrus paradici
Citrus paradisi (lat. Citrus paradisi) – sitrus cinsinə aid bitki növü. == Təbii yayılması == Şimali Amerikanın subtropik rayonlarında geniş yayılmışdır. == Botaniki təsviri == Görünüşünə görə pompenusa çoх oхşayır. Ondan meyvəsinin хırda və basıqkürəvi olması, salхımda sıх yerləşməsi, həmçinin çiçək və yarpaqlarının хırdalığına görə də fərqlənir. Yarpaqlarının saplağı ürəkvarıdır, qanadlı deyildir, toхumları çoх rüşeymlidir. Meyvəsi çoх qalın qabıqlı, ləti isə ətirli, acıtəhərdir. == Ekologiyası == Şaxtaya davamsız, rütubətsevən bitkidir. Zəngin torpaqlarda yaxşı bitir. Azərbaycanda yayılması: Cənub zonasında mədəni halda rast gəlinir.
Paradiqma
Paradiqma (yun. παράδειγμα, - nümunə, model)- müəyyən tarixi dövr ərzində elmdə mövcud konseptual sxem, problemin qoyuluşu, həlli və öyrənilməsi modeli, tədqiqat metodunu bildirən əsas elmi baxış, cərəyan.
Paradisaeidae
Cənnət quşları (lat. Paradisaeidae) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinə aid heyvan fəsiləsi. Böyük Coğrafi Kəşflər dövründə Avropa səyyahları bu quşlara çox maraq göstərirdilər. Belə hesab olunurdu ki, bu quşlar yerə enmir və həyatlarının havada keçirirlər. Odur ki, tacirlər bu əfsanələrdən gəlir almaq üçün bu quşların qıçlarını qoparırdılar. Cənnət quşları Yeni Qvineyada və Avstraliyada yaşayırlar. Cənnət quşu Papua Yeni Qvineyanın milli simvoludur və ölkənin bayrağı üzərində yerləşir.
Paradise Lost
Paradise Lost — 1988-ci ildə yaranmış doom metal qrupudur. Qrup adını, 17-ci yüzillikdə yaşamış John Milton'un Paradise Lost adlı epik şerindən almışdır. Qrup, 1988-ci ildə gitarada Gregor Mackintosh və Aaron Aedy, bas gitarada Stephen Edmondson, barabanda Matthew Archer və vokalda Nick Holmes'dan ibarət heyətiylə İngiltərənin Halifax şəhərində yaranmışdr. Günümüzdə bu orijinal heyətdən yalnız barabançı Matthew Archer qrup ilə birlikdə deyil, digər 4 musiqiçi quruluşundan bu yana qrupda fəaliyyət göstərir. Paradise Lost'un 1990-cı ildə yayımladığı debüt albomu "Lost Paradise" və 1991-ci tarixli "Gothic" albomları dövrünə görə olduqca fərqli albomlar hesab edilirdi. Xüsusilə "Gothic" albomundakı riff'lər, sözlər və albomun tutqun atmosferi alboma ayrı bir hava qatırdı. Qrup bu albomdan sonra bəziləri tərəfindən Gotik metalın qabaqcılı olaraq qəbul edilməyə başlamışdı. 1992-ci ildə "Shades of God", 1993-cü ildə "Icon" və 1995-ci ildə yayımlanan "Draconian Times" kimi dövrünün olduqca fərqli albomlarıyla metal aləmində yaxşıca tanınan qrup, məşhur metal qruplarının arasına girmiş və underground bazardan çıxaraq böyük səhnələrə addım atmağı bacarmışdı. Draconian Times albomundan sonra daha təcrübəli işlərə əl atan qrup 1997-ci ildə "One Second" adlı albomu yayımladı. 1999-cu ildə qrup artıq yaracılığının zirvəsində idi.
Paradise Oskar
Paradise Oskar (azərb. Paradays Oskar‎; gəlçək adı- Aksel Enström isv. Axel Ehnström; 23 oktyabr 1990) — Finlandiyada yaşayan İsveçli müğənni.
Paradise sənədləri
Paradise sənədləri (ing. Paradise Papers) — əsasən ofşor maliyyəsi sahəsində aparıcı bir şirkətdən baş vermiş sızma 13,4 milyon sənəddən ibarətdir.
Proqramlaşdırma paradiqması
Proqramlaşdırma paradiqması — kompüter proqramlarının tərtibat tərzini müəyyən edən fikir və anlayışlar dəsti (proqramlaşdırma yanaşması). Hesablamaların təşkilini və kompüter tərəfindən həyata keçirilən işlərin strukturlaşdırılmasını müəyyən edən konsepsiya üsuludur. Qeyd etmək lazımdır ki, proqramlaşdırma paradiqması proqramlaşdırma dili ilə nadir şəkildə müəyyən edilmir; demək olar ki, bütün müasir proqramlaşdırma dilləri bir və ya bir başqa şəkildə müxtəlif paradiqmalardan istifadə etməyə imkan verir (paradiqma proqramlaşdırma). Qeyd etmək vacibdir ki, mövcud paradiqmalar tez-tez bir-biri ilə üst-üstə düşür (məsələn, modul və obyekt yönümlü proqramlaşdırma), belə ki, müxtəlif müəlliflər müxtəlif paradiqmalardan adları istifadə edərək, eyni fenomen. == Terminin tarixi == "Paradiqma" termini, əlbəttə ki, elmi və texniki sahəsində müasir mənaya Tomas Kun və "Elmi İnqilabların Quruluşu" kitabına (paradiqma bax) borcludur. Kun paradiqmalara əsaslanan tədqiqatlar aparılmış elmi fikir sistemlərini qurmuşdur. "Proqramlaşdırma paradiqması" termini 1978-ci ildə Robert Floyd tərəfindən Turing Award mükafatına layiq görülmüşdür.
Sterna paradisaea
Qütb susüpürəni (lat. Sterna paradisaea) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin çovdarçıkimilər dəstəsinin qağayılar fəsiləsinin susüpürən cinsinə aid heyvan növü.
Yeni kinoteatr "Paradiso" (film, 1988)
Yeni kinoteatr "Paradiso" (it. Nuovo Cinema Paradiso) — rejissor Cüzeppe Tornatorenin filmi. == Məzmun == Tanınmış rejissor Salvador Di Vita bir axşam evə qayıdır. Orada onun bir rəfiqəsi yuxulu-yuxulu anasının zəng etdiyini deyir. Anası telefonla sadəcə Alfredo adlı bir nəfərin öldüyünü xəbər vermişdi. Qız ondan Alfredonun kimliyi ilə bağlı danışmasını xahiş edir. Bundan sonra Salvador özünün keçmiş uşaqlıq illərinə qayıdır.
Gangsta’s Paradise
"Gangsta’s Paradise" (azərb. "Qanqster Cənnəti"‎) — Coolio və L.V. duetinin ifasında səslənən mahnı. 1995-ci ildə eyni adlı albomda buraxılmışdır. Bu mahnıya görə Coolio 1996-cı ildə "Qremmi" mükafatına, həmçinin iki "MTV Video Music Awards" mükafatına layiq görülüb. Mahnı 1995-ci ildə ABŞ Billboard çartında ən çox satılan sinql olub. 2008-ci ildə isə VH1-in "100 Ən yaxşı hip-hop mahnısı" siyahısında 38-ci yeri tutub. ABŞ, Böyük Britaniya və Almaniyada beş milyondan çox nüsxəsi satılıb."Gangsta’s Paradise" 1995-ci il ABŞ istehsalı olan "Təhlükəli düşüncələr" filminin saundtrekinə daxil edilmişdir.
бесси́льный ксе́нии ложноно́гие митьки́ наваля́ть облива́нец пассиро́вка пома́яться речни́к смола́чивание хлеборо́б а-ля фурше́т окуля́рный радиолюби́тельский свиноко́мплекс слои́стость шерсти́нка пиво скирд Haifa phenomenalism tetrahedron unappealing оспаривать ярость