Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pirkal
Pirkal- Aquifoliaceae fəsiləsində 400-600 növ Çiçəkli bitkilərdən olan bitki cinsi. Ilex affinis Gardner Ilex ×altaclerensis (Loudon) Dallim. Ilex amelanchier M. A. Curtis ex Chapm. Ilex aquifolium L. Ilex ×aquipernyi Gable ex Whittem. Ilex argentina Lillo Ilex arimensis (Loes.) Britton ex R. O. Williams Ilex asprella (Hook. & Arn.) Champ. ex Benth. Ilex ×attenuata Ashe Ilex ×beanii Rehder Ilex bioritensis Hayata Ilex brasiliensis (Spreng.) Loes. Ilex brevicuspis Reissek Ilex buergeri Miq. Ilex canariensis Poir.
Paraqvay pirkalı
Yerba mate və ya Paraqvay pirkalı(isp. yerba mate, port. erva-mate) —Pirkallar fəsiləsinə və Pirkal cinsinə aid bitki növü.Ən yaxşı mate içkisinin mənbəyi kimi tanınır.Bu bitki,subtropik Cənubi Amerikaya : şimal-şərq Argentina, Boliviya, cənubi Braziliya, Uruqvay və Paraqvaya məxsusdur. İlk dəfə Quaranilər və həmçinin cənubi Braziliyada bəzi Tupi icmalarının tərəfindən istifadə edilib və becərilibdir.
Hirkan şümşəsi (Hirkan pirkalı)
Elmi adı- Ilex hyrcana Pojark IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir- VU D2. Azərbaycanın nadir növüdür. 3–6 m hündürlüyündə, 7 −8 sm-ə qədər diametrdə həmişəyaşıl, alçaqboylu ağac və ya koldur. Yarpaqları 2–7 sm uzunluğunda, 1–3 m enində, dərivari, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir. Çiçəkləri xırda, ağımtıl, çətirvari qoltuq çiçək qrupunda toplanmışdır. Tacı sünbülşəkillidr. Meyvəsi qırmızıdır, 7–9 m m uzunluğunda, 6–7 mm diametrindədir, uzunsov-şarşəkilli, sapları 3–8 mm uzunluğunda, 4çəyirdəklidir, çəyirdəkləri ensizdir, yan tərəfdən tillidir. May ayında çiçəkləyir. Meyvələri sentyabr-oktyabr aylarında yetişir. Tozlanması entomofildir.
Pirkax
Pirqax (Pirgah, Pirqaxbinə) — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.
Piral
Piral — Azərbaycan Respublikasının Qusar rayonunun inzibati ərazi vahidində kənd. Piral Azərbaycan Respublikasının Qusar rayonunda kənddir. O, rayon mərkəzindən 20 km şimal-qərbdə yerləşir. Piral kəndinin adı onun yerləşdiyi məkanı göstərir, “pirdə” və “pirlərin əhatəsində” mənasını verir. Məlumatara gorə qədim tarixi olan kənd bir neçə dəfə yerini dəyişib. “Piçxal” və “Likar” adlanan sahələrdə kəndin keçmiş qalıqları, qəbir yerləri, orada və hazırkı kənddə Alban dövrünə aid baş daşı yazıları qalmaqdadır. Piral kəndi orta dağlıq ərazidə, dəniz səviyyəsindən 850 metr hündürlükdə yerləşir. Coğrafi koordinatları 41o31’ 37.05” şimal en dairəsi, 48o18’03.54” şərq uzunluqdadır. Cənubdan və qərbdən Böyük Qafqaz dağları ilə əhatə olunur. Kəndin ətrafı enliyarpaq meşəliklərdir.
Hirkan pırkalı
İranda təbii arealı vardır. Lerik, Lənkəran, Masallı ilə Yardımlı arasında olan Viləşçay vadisində, Yuxarı Qarabağda və Daşaltı meşələrində rast gəlinir. Nəsli kəsilmək təhlükəsində olan relikt növdür. CR A1ab; B1bc (iii,iv). Enliyarpaqlı meşələrin alt yarusunda daha çox rast gəlinir. Arealı geniş deyildir. Həmişəyaşıl, yarpaqları növbəli düzülüşlü, ağac və ya koldur. İki və ya birevli bitkidir. Budaqlarının qabığı ağımtıl-bozdur, zoğları qonurumtuldur, qısa tüklüdür. Yarpaqları 2-7 sm uzunluqda, 1-3 sm enində olur, həmişəyaşıl, dərivarı, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir.
Hirkan
Hirkan (əvvəlki adı: Avrora) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Avrora qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Avrora şəhər tipli qəsəbə Hirkan şəhər tipli qəsəbə, Avrora qəsəbə inzibati-ərazi vahidi Hirkan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. SSRİ dövründə bura Lənkəranın ən çox çay istehsal edən sovxozu olmuşdur. SSRİ dövründə "Avrora Çay Sovxozu" adlandırılmışdır. 1930-cu ildə Sovet hakimiyyəti dövründə şəhər tipli qəsəbə olaraq yaradılmışdır. 1934-cü ildə Baltik donanmasının "Avrora" kreyserinin şərəfinə "Avrora" çayçılıq sovxozu əsasında Avrora adlandırılmışdır və beləliklə qəsəbənin əsası qoyulmuşdur. Dağatəyi düzənlikdədir. 1964-cü ildə Hirkana şəhər tipli qəsəbə statusu verilmişdir. Xanbulançay su anbarı bu qəsəbədədir. Çayçılıq sahəsinin inkişafı 1970–1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon m³ (kubmetr) olan Xanbulançay su anbarı Bəşəru çayının üzərində inşa olunmuşdur, bu böyük bənd bu günə kimi hələ də öz möhkəmliyi ilə seçilir.
Miskal
Misqal və ya miskal (ərəb. مثقال‎‎) — ölçü vahidi. Misqal məişətdə çox az işlənsə də, hamıya tanış olan çəki vahidlərindən biridir. Təxminən 4,26 q-a bərabərdir. Bu gün zərgərlik və boyaqçılıq işlərində istifadə olunur. Misqal haqqında müxtəlif ədəbiyyatlarda verilən bilgilər eyni deyildir. Onun ayrı-ayrı ədəbiyyatlarda 4,4 q (4,464 q) olduğu göstərilir. IX-XII əsrlərdə misqal 4,25 q olmuşdur ki, bu da onun indiki ölçüsünə uyğun gəlir. Misqal Azərbaycan folklorunda və yazılı ədəbiyyatında bir şeyin azlığını bildirmək üçün işlənmişdir: "De görüm, nə qədər ət istəyirsən? Bir çetvert, ya altı misqal?" Və yaxud, "dərd xalvarla gəlir, misqalla çıxır".
Pinkel
Pinkel (нем. Pinkel)-Almaniyanın şimal-qərb zonasının milli yeməyidir. Oldenburq, Bremen, Frislandiya da geniş yayılıb. Qarniyeri kələm olur. Cənubi Almaniyada isə demək olar heç məşhur deyil. Pinkeldə istifadə edilən kolbasa, donuz ətindən, mal ətinin piyindən, yulafdan, soğandan, duz, istiotdan ibarətdir. Pinkelin əsas resepti demək olar ki, gizli saxlanılır. Buna görə də müxtəlif bölgələrdə müxtəlif cür hazırlanır. Əgər pinkelin əti çoxdursa o ətli pinkel və ya oldenburq pinkeli adlanır. Kələmli-pinkellər qış aylarında Almaniyanın şimal regionlarındakı kəndlər üçün hazırlanırdı.Oldenburq əyalətinin ətraflarında bu adət ənənə geniş yayılıb.
Pirdağ
Pirdağ (Qubadlı) — Qubadlı rayonunda dağ. Hündürlüyü 1376 m. Pirdağ (Oğuz) — Oğuz rayonu ərazisində dağ. Hündürlüyü 764 m.
Pirqax
Pirqax (Pirgah, Pirqaxbinə) — Azərbaycan Respublikasının Balakən rayonunun Püştətala kənd inzibati ərazi dairəsində kənd.
Pirrol
Pirrol (C4H5N) – beşüzvlü bir azot atomundan ibarət heterotsiklik aromatik birləşmədir. Zəif turşu xassəsinə malikdir.Sümük yağında (heyvan mənşəli sürtkü yağı), eləcə də daşkömür qatranında olur . Pirrol həlqələri hemoqlabin tərkibində də vardır. Qarışıq pirrollar Paal-Knorr reaksiyasına əsasən alınır. Yəni 1,4 diketonların amonyakla və ya aminlərlə reaksiyası nəticəsində alınır.Laboratoriyada ammonium duzlarının turş (qalaktozanın oksidləşməsindən asanlıqla alınır) mühitdə pirolizindən alınır: Rəngsiz, xloform iyli, havada tündləşən , yüngül hidroskopik , suda qismən, lakin üzvi həlledicilərdə yaxşı həll olan maddədir. Qələvi metallar və onların amid duzları ilə maye ammonim mühitində reaksiyaya daxil olur. Qrinyar reaktivləri ilə analoji reaksiyalar baş verir. Nəticədə N-maqnezium duzları əmələ gəlir. RX+Mg → RMgX Pirrol zəif turş –NH- (pKa17,5 suda) xassəyə malikdir. Hidratlaşma nəticəsində pirolidin əmələ gəlir.
Pirtac
Pirtac — İranın Kürdüstan ostanının Bicar şəhristanının Çəng Almaz bəxşində şəhər və bu bəxşin mərkəzi. 2016-cı ilin məlumatına görə şəhərdə 1,199 nəfər yaşayır (359 ailə). Əhalisi Azәrbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Pirçay
Pirçay — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində çay. Naxçıvançayın sol qolu Piçayın uzunluğu 10 km-dir. 2600 m hündürlükdəki bulaqlardan başlanır. Qar, yağış suları yeraltı sularla qidalanır.
Portal
Portal (memarlıq)
Sirkan
Sirkan-İranın Sistan və Bəlucistan ostanının Səravan şəhristanının Bəmpoşt bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,347 nəfər və 284 ailədən ibarət idi.Əhalisinin əksəriyyəti bəluclardan ibarətdir və bəluc dilində danışırlar və hənəfi sünni müsəlmandırlar.
Spiral
Spiral — riyaziyyatda, mərkəzi nöqtəyə müəyyən qanunauyğunluqla tədricən yaxınlaşan (uzaqlaşan) əyilən xətt.
Pirola
Pirola (lat. Pyrola) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinə aid bitki cinsi. Actinocyclus Klotzsch Amelia Alef. Braxilia Raf. Erxlebenia Opiz Thelaia Alef.
Birka
Björkö adasındakı Birka (orta əsr mənbələrində Birca) Viking dövründə Skandinaviya ilə Şərqi Avropa və Şərq arasında əhəmiyyətli bir ticarət mərkəzi idi. Björkö, müasir Stokholmdan 30 kilometr qərbdə, Ekerö bələdiyyəsindəki Mälaren gölündə yerləşir. Birka adasında və Adelsö yaxınlığındakı Hovgarden'in arxeoloji yerləri Viking Skandinaviyalıların ətraflı ticarət şəbəkələrini və Avropa tarixinə təsirlərini göstərən bir arxeoloji kompleks meydana gətirir. Ümumiyyətlə, İsveçin ən qədim şəhəri sayılan Birka 1993-cü ildə UNESCO tərəfindən Dünya mirası elan edilib. Birkadakı Vikinq türbəsindən gələn gümüş üzük, bu dövrün Skandinaviyada olan ərəb yazılı ilk üzüyüdür. == Tarix == Birka, ticarəti idarə etmək və genişləndirmək üçün bir padşah tərəfindən qurulmuşdu. Skandinaviyanın ən erkən şəhər yaşayış yerlərindən biridir. Birka, Ladoga (Aldeigja) və Novqorod (Holmsgard) yolu ilə Bizans İmperiyası və Abbasilər Xilafətinə gedən çay və portaj yolundakı Baltik bağlantısı idi. Birka, İsveçdə 831-ci ildə Müqəddəs Ansqar tərəfindən qurulan ilk məşhur xristian icmasının yeri kimi də əhəmiyyətlidir. Birka, həmçinin, İsveçdə 831-ci ildə Müqəddəs Ansqar tərəfindən təsis edilmiş xristian icması kimi tanınırdı.
Piran
Pirat
Dəniz quldurluğu və ya piratlıq — orta əsrlərdə dəniz quldurları tərəfindən okean və dənizlərdə, əsasən, ticarət gəmilərinə qarşı həyata keçirilən quldurluqdur. Dəniz quldurlarını, adətən, "flibustyer", "bukanyer", "kaper", "pirat" adlandırırdılar. Latınca "pirat" sözü "taleyini sınayan" deməkdir.
Tikal
Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir. Tikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi. B.e. I–IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100–200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.
Cəbəl-Barkal
Cəbəl-Barkal ( ərəb. جبل بركل‎) — Xartumdan təxminən 400 km şimalda, Sudanın Şimal əyalətindəki Kərimə şəhərində, Nil çayının böyük əyilməsində, Nubiya adlanan bölgədə yerləşən olduqca kiçik bir dağ. Dağın 98 m hündürlüyü, düz bir zirvəsi var və yəqin ki, ticarətçilər tərəfindən Mərkəzi Afrika, Ərəbistan və Misir arasındakı vacib marşrutda böyük çayı keçməyin asan olduğu nöqtə olaraq istifadə edilmişdir. 2003-cü ildə dağ, tarixi Napata şəhəri ilə birlikdə UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmidşir. Ərazidə Cəbəl-Barkal muzeyi yerləşir. Cəbəl-Barkal piramidaları Nubiya piramidaları nümunələridən biridir. Cəbəl-Barkal ətrafındakı dağıntılara ilk dəfə 1820-ci illərdə Avropa tədqiqatçıları tərəfindən izah edilən ən az 13 məbəd və 3 saray daxildir. 1862-ci ildə Üçüncü Aralıq dövrünə aid beş kitabə Misirli bir zabit tərəfindən bərpa edilərək Qahirə Muzeyinə aparıldı. 1916-cı ildə ərazidə Harvard Universiteti və Boston İncəsənət Muzeyinin ortaq ekspedisiyası tərəfindən Corc Reysnerin rəhbərlik etdiyi elmi arxeoloji qazıntılar aparıldı. 1970-ci illərdən sonra Serqio Donadoninin rəhbərliyi altında Roma Sapienza Universitetinin komandası, 1980-ci illərdə isə Timoti Kendallın rəhbərliyi altında Boston Muzeyindən başqa bir komanda araşdırmaları davam etdirdi.
Dəyirmiyarpaq pirola
Dəyirmiyarpaq pirola (lat. Pyrola rotundifolia) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin erikakimilər fəsiləsinin pirola cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Kritik təhlükə həddində olanlar" kateqoriyasına aiddir –CR B1ab (i,ii,iii,iv,v). Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 20-35 sm hündürlükdə olur. Kökətrafı rozetdə yerləşən yarpaqlar dairəvi və ya oval, əsasında nisbətən ürəkşəkilli, demək olar ki, tam kənarlı, çılpaq, 3-5 sm uzunluqda, 2-5 sm enindədir. Salxım düz, uzun, 8-15 çiçəklidir. Çiçəklər dairəvi yerləşir. Kasacığın dilimləri yumurtavari-lansetşəkilli, iti, təpə hissəsi aşağı ayilmişdir.
Emi Paskal
Emi Bet Paskal (ing. Amy Beth Pascal) — amerikalı biznesmen və film istehsalçısı. 2006-cı ildən 2015-ci ilə qədər Sony şirkətində işləmişdir. Paskal 2016-cı ildə Pascal Pictures şirkətini qurmuşdur. Paskal keçmiş müxbir Bernard Ueinraub ilə 1997-ci ildə evlənmişdir. Oğulları ilə birlikdə Los-Anceles şəhərinin Brentvud ərazisində yaşayırlar.