pırıltı
pırpır
OBASTAN VİKİ
Hirkan pırkalı
== Ümumi yayılması == İranda təbii arealı vardır. == Azərbaycanda yayılması == Lerik, Lənkəran, Masallı ilə Yardımlı arasında olan Viləşçay vadisində, Yuxarı Qarabağda və Daşaltı meşələrində rast gəlinir. == Statusu == Nəsli kəsilmək təhlükəsində olan relikt növdür. CR A1ab; B1bc (iii,iv). == Bitdiyi yer == Enliyarpaqlı meşələrin alt yarusunda daha çox rast gəlinir. == Təbii ehtiyatı == Arealı geniş deyildir. == Bioloji xüsusiyyətləri == Həmişəyaşıl, yarpaqları növbəli düzülüşlü, ağac və ya koldur. İki və ya birevli bitkidir. Budaqlarının qabığı ağımtıl-bozdur, zoğları qonurumtuldur, qısa tüklüdür. Yarpaqları 2-7 sm uzunluqda, 1-3 sm enində olur, həmişəyaşıl, dərivarı, üstdən tünd yaşıl, parlaq, kənarları oyuqdişlidir.
Pırkalyarpaq mahoniya
Pırkalyarpaq mahoniya (lat. Mahonia aquifolium) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin mahoniya cinsinə aid bitki növü. == Təbii yayılması == Vətəni Şimali Amerikadır. == Botaniki təsviri == Hündürlüyü 1 m-ə qədər olan həmişəyaşıl koldur. Cavan zoğlarının qabığı uzununa zolaqlı, çəhrayı-boz olub, tədricən qonur-boz rəng alır. Yarpaqları 20 sm uzunluğundadır, mürəkkəb, təklələkvaridir, uzunluğu 3-9 sm, eni 1,5-2,5 sm-ə çatan üst səthdən parlaq, tünd-yaşıl, alt səthdən isə tutqun, açıq-yaşıl rəngdə, dərivari olub, 5-9 yarpaqcıqdan ibarətdir. Yarpaqaltlıqları 2-5 mm uzunluğunda, qılvaridir. Aprel-may aylarında çiçəkləyir. Çiçəkləri sarı rəngdədir, diametri 9 mm-ə çatır. Çoxçiçəkli salxımların uzunluğu 1 sm olub, yumurtavari təpə tumurcuqların qoltuğundan çıxır.

Digər lüğətlərdə

видеопрока́тный Влади́мир денди́зм драчли́вость краса́вушка не́ту посолове́лый протря́хиваться су́ппорт вселя́ться доползти́ драгмета́ллы масшта́бный нарожа́ть оксиди́ровать прита́ивание форси́рованно холоди́ться кубура borax Colt motorbus неувядаемый спалить шлагбаум