Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Herbert Pitman
Herbert Pitman (ing. Herbert John "Bert" Pitman; 20 noyabr 1877 – 7 dekabr 1961) — Titanik gəmisinin üçüncü ofiseri.
Volt Uitman
Volter "Volt" Vitmen (31 may 1819[…] – 26 mart 1892[…]) — Amerikalı şair, oçerkist və jurnalist. == Həyatı == Humanist olaraq, həm də transsendentalizm və realizm arasındaki keçidin bir hissəsi idi və öz əsərlərində hər iki görünüşü daxil edib. Vitmen Amerika kanonun ən nüfuzlu şairləri arasında yer alır və çox vaxt sərbəst şer atası adlandırılır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib.
Sevdiğime Hiç Pişman Olmadım
Sevdiğime Hiç Pişman Olmadım — Yıldız Tilbənin 2004-cü ildə çıxardığı 9-cu albomu. == Albomun mahnıları == 1. Sevdiğime Hiç Pişman Olmadım 2. Değerini Bilmek Gerekir Aşkın 3. Ne Var Ne Yoksun 4. Sevdiğime Hiç Pişman Olmadım 5. Değerini Bilmek Gerekir Aşkın 6.
Hitman: Agent 47 (film, 2015)
== Süjet xətti == Film 2000-ci illərin məşhur video oyununun motivləri əsasında lentə alınıb. Baş qəhrəman gen mühəndisliyinin son məhsulu, ideal qətl maşını "Hitmen – 47 nömrəli agentdir". Adi insanlardan daha çevik, daha güclü və daha ağıllıdır. Emosialar və duyğular ona yaddır, ifrat dərəcədə soyuqqanlı olduğundan ən çətin şəraitlərdə belə tapşırıqları qüsursuz yerinə yetirir. Agent adlandırılan elit, səssiz qatillərin təşkilatına aiddir. Soyuq müharibənin ən qızğın vaxtında hərbi genetik super əsgərlərin hazırlanması üzrə məxfi layihə üzərində çalışıb. Bir çox dünya qüvvələrinin hədəfində olduğundan hər kəsdən gizlənir. Alimi tapmaq cəhdləri heç bir nəticə vermir. Yeganə ipucu onun qızı Katerinadır. Agent 47-i onun izinə düşüb və qarşısına çıxan bütün maneələri aradan qaldırır.
Batman
Betmen (ing. Batman), başlanğıcda Bet-men (ing. Bat-man "Yarasa - adam") — DC Comics nəşriyyat evində buraxılmış ən məşhur komiks personajlarından biri. Bu superqəhrəman personaj rəssam Bob Keyn və yazıçı Bill Fingerin birgə müəllifliyi ilə yaradılmışdır. İlk dəfə 1939-cu ilin may ayında "Detektiv komiksləri" (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilmişdir. Yaxın vaxtlara qədər Bob Keyn personajın əsas yaradıcısı hesab edilirdi, lakin aparılmış bir çox tədqiqatlardan sonra, 2015-ci ildə müəlliflik hüququ Bill Fingerə təqdim edilmişdir, çünki qəhrəmanın yaradılmasında Keynin töhfəsi olduqca əhəmiyyətsiz idi. Betmenin orijinal tərcümeyi-hal versiyasında — baş qəhrəman, müvəffəqiyyətli sənaye sahibi, filantrop və qadınların sevimlisi olmuş milyarder Bryus Ueynın gizli alter-eqosudur. Uşaqlıqda, öz valideynlərinin qətlinin şahidi olmuş, Bryus öz həyatını ədalət uğrunda cinayətin aradan qaldırılmasına və mübarizəyə həsr etməyə and içir. Özünü fiziki və mənəvi şəkildə hazırlayaraq, o, yarasanın stilizə edilmiş kostyumunu geyinərək və cinayətkarlarla qarşı durma üçün şəhərin küçələrinə çıxır.
Dilman
Dilman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dilman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Kənd Türkmənçay sulh müqaviləsindən (1828-ci ildən) sonra Cənubi Azərbaycan-nm Dilman mahalından köçüb gəlmiş 200 ailənin məskunlaşması nəticəsində yarandığına görə belə adlandırılmışdır. == Coğrafiyası və iqlimi == Ağsunun İsmayıllı ilə qonşuluqda yerləşən və Böyük Qafqazın cənub yamaclarına səpələnən 16 yüksək dağ kəndlərindən biridir. Buralardan etibarən yaşıllıq çoxalır və yüksəklik artır. Bu kəndləri əhatə edən meşələr piknik cənnəti hesab edilir. Meşənin dərinliklərində bir neçə şəlalə mövcuddur. Onlardan ən yaxını olan Dilman şəlaləsinə 1.5 – 2 saatda getmək olur. Maşın yolu yoxdur.
Kirman
Kirman şəhəri İranın cənub-şərqində yerləşən şəhər. Kirman ostanının mərkəzi. 515 114 nəfər əhalisi var.
Miçman
Miçman (ing. michman) sözündən; hərfi mənası — "gəmi ortasındakı insan") — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində hərbçilərə verilən hərbi gəmi rütbəsi.
Piratman
Piratman — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Pithana
Pithana (e. ə. XVIII əsr – e. ə. XVIII əsr) — e.ə. XVIII əsrdə Anadoluda yaşayan Kušsara kralı idi. Pithana haqqında məlumatların əksəriyyəti oğlu və növbəti kralı Anitta tərəfindən yazılmış sənəddən məlumdur. Orijinalı bir daş stel üzərinə yazıldığı düşünülən bu sənəd e.ə XVI və XIII əsrlərdə yazılmış və Boğazköy 'də tapılmış Hititçe kopyalarından bilinməkdədir. Bu mətndə, Anitta atasından deyir: Kuššara kralı şəhərdən böyük bir güclə enib ... Neša'yı gecə güclü bir hücumla aldı.
Pithon
Pithon, qədim yunan mifologiyasında tanrı Apollonun öldürdüyü nəhəng bir ilanın adı, yer ana Geyanın oğlu idi.
Pittak
Pittak (yunanca: Πιττακός , latınca: Pittacus; e. ə. 650-ci illər, Mitilini – e. ə. 570-ci illər) — Yunanıstanın yeddi müdrikindən biri sayılır. Pittak E.ə. 650 — E.ə. 570 -ci illər arasına yaşamışdır. == Həyatı == Lesbos adasının Mitilena şəhərində frakiyalı ailəsində anadan olmuşdur. Qardaşı Alkeylə birləşib Lesbos adası tiranı Melanxrı taxtdan salıb ada əhalisinin böyük hörmətini qazanmışdır.
Vatman
Vatman, vatman kağızı - (ing. Whatman paper ) rəsmxət və şəkil üçün əla, yüksək keyfiyyətli, möhkəm kağız növüdür. 1750-ci illərin ortalarında vatman ilkin olaraq kağız fabrikinin sahibi ingiltərəli Ceyms Vatman (ing. James Whatman) tərəfindən istehsal olunmuş, hansıki o cizgisiz kağızın yeni növünü istehsala gətirmişdir. Vatman öz icadını wove paper adlandırdı.
Xatman
Xatman — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Xatman Ağsu rayonunun Kalva inzibati ərazi vahidində kənd. Niyaldağ silsiləsinin ətəyindədir. Kəndin adı XVIII əsrin əvvəllərində Gilanın Lahican bölgəsindən köçüb gəlmiş tat ailələrin adı ilə bağlıdır. Ulu əcdadaları Lahıc Əhməd adı ilə Gilanda məşhur olmuşdur. Kəndin öz adı Hətəm adlı lahıclı şəxsin adı ilə bağlıdır(Hətəman- Hətəm şəxs adına -an cəmlik şəkilçisi ilə əlavə edilməklə yaranmış toponim).
İtoman
İtoman (yap. 糸満市 — Yaponiyanın Okinava adasındakı Kyusyu regionunun Okinava prefekturasında yerləşən şəhər. == Coğrafi yerləşməsi == Şəhərin yaxınlığında Tomiqusuku şəhəri və Yese qəsəbəsi yerləşir. == Əhalisi == Şəhərin əhalisi 58 142 nəfər təşkil edir (1 avqust 2014), hər km² əraziyə 1246,88 nəfər düşür. == Rəmzi == Adanın rəmzi (Ficus microcarpa) Kiçik meyvəli fikus ağacıdır. == Görməli yerləri == 1975-ci ildə şəhərdə Okinava adasının Sülh Memorial Muzeyi (ing. Okinawa Prefectural Peace Memorial Museum) açılmışdır.
Vitxan
Vitxan (vyet. Vị Thanh) — Vyetnamın cənubunda vilay't tabeliyində olan şəhər, Xauzyan vilayətinin inzibati mərkəzi (2004-cü ildən). Bu, Kantxo şəhərindən təxminən 60 km, Hanoydan 1,930 km və Hoşimin şəhərindən 211 km məsafədə yerləşir. == Əhalisi == 2009-cu ildə əhalinin sayı 41,713 nəfər idi. Sahəsi təxminən 118 km2-dir.
Alan Rikman
Alan Sidni Patrik Rikman (ing. Alan Sidney Patrick Rickman, 21 fevral 1946[…] – 14 yanvar 2016[…], London) - teatr tamaşaları və filmlərdə daha çox antoqonist xüsusiyyətli obrazları ilə yadda qalmış ingilis aktyor olmuşdur. Rikman klassik və modern teatr tamaşaları təqdim edən Kral Şekspir kompaniyasının üzvü olmuşdur. Televiziyada ilk dəfə 1982-ci ildə görünsə də, Kristofer Hemptonun "Təhlükəli əlaqələr" pyesinin 1985-ci il teleadaptasiyasında canlandırdığı Vikomt de Valmont obrazı ilə məşhurlaşmış və bu roluna görə Toni mükafatına namizəd göstərilmişdir. Rikman "Məğlubedilməz" filmində yaratdığı Hans Qruber və "Harri Potter" filmlər seriyasında yaratdığı Severus Sneyp obrazları ilə daha çox diqqət çəkmişdir. Rikman "Robin Hud:Oğrular şahzadəsi" filmində Notingem şerifi, "Həqiqətən, dəlicəsinə, dərindən" filmində Ceymi, Enq Linin "Ağıl və hiss" filmində Kolonel Brendon, "Gerçək sevgi" filmində Harri, "Dəhşətli böyük macəra" filmində P.L. O'Hara, "Qalaktika axtarışında" filmində Aleksandr Deyn, Stiven Sondhaymın myuziklı əsasında çəkilmiş "Suini Todd:Flit-stritdən olan şeytan bərbər" filmində Hakim Turpin obrazlarını yaratmışdır. 1995-ci ildə "Rasputin" filmində yaratdığı Rasputin obrazına görə Qızıl Qlobus, Emmi və Ekran Aktyorları Gildiyasının mükafatına layiq görülmüşdür. "Robin Hud" filmindəki roluna görə, Rikman Britaniya Akademiya Film mükafatını qazanmışdır. Aktyor Tom Byörkun xaç atasıdır. Rikman 14 yanvar 2016-cı ildə 69 yaşında xərçəng xəstəliyindən vəfat etmişdir.
Anton Portman
Anton Portman (ing. Anton Portman) – Niderland əsilli ABŞ siyasətçisi. Edo dövrünün sonlarında və Meyci dövrünün əvvəllərində Yaponiyada fəaliyyət göstərmişdir. Niderlandda doğulmuşdur. Yaponiyaya ilk dəfə 1853-cü ildə Metyü Perri ilə birlikdə holland tacir kimi gəlmiş və 1854-cü ildə Kanaqava müqaviləsinin imzalanmasında iştirak etmişdir. 1861-ci ildə ABŞ nümayəndəliyinin katibi kimi Yaponiyaya qayıtmış, 1865-66-cı illərdə ABŞ hökumətinin Yaponiyadakı müvəqqəti işlər vəkili kimi xidmət göstərmişdir. 1866-cı ildə katib vəzifəsinə qayıtmışdır. Yaponiyada ikən Tokuqava şoqunluğunu dəstəkləmişdir. Şoqunluğun rəsmisi olan Oqasavara Naqamiçi ilə 1868-ci ilin yanvarında Edo ilə Yokohama arasında dəmiryolunun tikintisi ilə bağlı razılığa gəlmişdir. 1869-cu ildə Portman və ABŞ naziri Çarlz Lonq Meyci hökumətindən bu razılığı tanımağı tələb etmişdirlər.
Arslanşah (Kirman)
Arslanşah (1072 – 1142) — Səlcuq şahzadəsi, Kirmanşahın oğlu. == Hakimiyyəti == İranşahın hakimiyyəti dövründə saraydan qaçıb sadə bir ayaqqabıçı ailəsində yaşayırmış.Onun ölümündən sonra Kirman əyanları tərəfindən taxta çıxarılmışdır. 40 illik hakimiyyəti 1141-ci ildə sonlanmışdır. Ölümü ilə Yəzd Atabəylər dövlətinin hakimi Sam ibn Vərdanruz Yəzdi ələ keçirmiş, Səlcuqlarla problemlər yaranmışdı.
Batman ili
Batman ili — Türkiyədə il.
Baş miçman
Baş miçman — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində miçmandan daha yüksək, kiçik leytenant kimi zabit rütbələrindən isə daha aşağı tutulan hərbi rütbə.
Bilman Qüdrət
Bilman Qüdrət, Dədə Bilman, (azərb. Nağıyev Bilman Qüdrət oğlu‎; 15 fevral 1957, Şidli, Vedi rayonu) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü == Həyatı == 15 fevral 1957-ci ildə Ermənistan SSR Vedibasar mahalının Şidli kəndində anadan olmuşdur. Rostov Dəmiryol İnstitutunu bitirib. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. == Ailəsi == Ailəlidir, bir qızı, iki oğlu var. == Yaradıcılığı == Bilman Qüdrət təxəllüsü ilə yazır. "Ağrıdağ ağrısı" (1999-cu il), "Sinəmin çarpaz dağı" (2001-ci il), "Qızlar eşqə düşəndə" (2007-ci il), "Ömürdən düşən illər" (2007-ci il), "Ömrün əlli birinci baharı" (2009-cu il) kitabları işıq üzü görüb.
Birman dili
Birman dili (birm. မြန်မာဘာသာ) - Çin-Tibet dillərindəndir və Myanmanın rəsmi dilidir.Bamarların danışdığı dildir.Birman dili 32 milyon nəfər tərəfindən ilk dil kimi və 10 milyon nəfər tərəfindən ikinci dil kimi danışılır.
Brayen Piterman
Brayen Piterman (ing. D. Brian Peterman) – ABŞ Hərbi Dəniz Qüvvələrinin sabiq vitse-admiralı.
Corc Pulman
Corc Pulman (ing. George Pullman; 3 mart 1831[…] – 19 oktyabr 1897[…], Çikaqo, İllinoys) — Amerikalı mühəndis və sənayeçi. O Pullman yataqlı vaqonunu layihələndirib istehsal etdi və istehsalat ilə məşğul olan işçilər üçün Çikaqoda bir şirkət şəhərciyi qurdu.
Corc İstman
Corc İstmen (ing. George Eastman, 12 iyul 1854[…] – 14 mart 1932[…], Roçester[d], Nyu-York ştatı) — amerikalı biznesmen, ixtiraçı, Eastman Kodak şirkətinin qurucusu. == Həyatı == === Uşaqlıq və gənclik dövrü === Corc İstmen 1854-cü ildə ABŞ-nin Uotervill şəhərciyində varlı olmayan biznesmen aliləsində anadan olub. Yeddi yaşında ikən atası vəfat edib, anası isə ailəni saxlamaq üçün evlərinin otaqlarının kirayəsi ilə məşğul olub. Çəmi yeddi il orta təhsil olan İstmen məktəbi ataraq sığorta şirkətinə, həftəlik 3 dollar əmək haqqı ilə işə düzəlir. Aldığı məvacib ailəsinin dolanışığına ancaq çatdığı üçün Corc əlavə olaraq Roçester bankına işə düzəlir, gecələr isə mühasibatlığı öyrənir. === Şirkətin yaranması === 24 yaşında İstmen Santo-Dominqoda dincəlməyi və şəhərin bütün gözəlliyini fotolentə çəkmək istəyirdi. Aldığı fotokamera çox böyük olduğundan, daşınması və istifadəsi çətin olur və o bu ideyadan yan keçməli olur. Elə bu vaxtdan onun fikri ancaq fotoqrafiya ilə bağlanır. Beləliklə o, bu prosesi maksimum dərəcədə asanlaşdırmağı qarşısına məqsəd qoyur.
Dilman bələdiyyəsi
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Pıtraq
Pıtraq — dərman bitkisi. Pıtırqanın müalicəvi xüsusiyyətlərini saxlamaq üçün onun kökü yuyulmur, bir az havaya verilib fırça ilə təmizlənir, uzununa kəsilir və qurudulur. Gündə qalıb qıcqırmasın deyə onu duxovkada qurutmaq lazımdır. Pıtırqan sidikqovucu və tərlədici vasitədir. Xalq arasında onun kökündən hazırlanmış həlimdən istifadə olunur. Sidikqovucu vasitə kimi digər sidikqovucularla birgə işlədilir. Məsələn, diabetdə pıtırqan kökü bərabər hissələrdə götürülmüş paxla qabığı və qaragilə yarpağı ilə birkə işlədilir. Ondan raxitdə, babasildə, revmatizmdə də istifadə olunur. Revmatizmin müalicəsində bərabər hissələrdə götürülmüş pıtırqan və andız (zökəm otu) köklərindən bişirilmiş həlimdən istifadə edilir. Revmatizmdə və maddələr mübadiləsinin pozulmasında (dəridə səpkilər əmələ gəldikdə) pıtırqac kökünün həlimini nəinki içmək, həm də isidici kompres kimi xaricə iştlətmək məsləhət görülür.
Qılman
Qılman (ərəb. غِلْمَان‎; təkdə qulam, ərəb. غُلاَم‎) — bütün islam dünyasının ordularında qul əsgərləri və/yaxud muzdlular. IX əsrin əvvəllərindən XIX əsrin əvvəllərinə qədər islam dövlətləri ardıcıl olaraq qulları əsgər kimi yerləşdirmişdilər. Bu, İslam dünyasından kənarda çox nadir rastlanan bir hadisə idi. Quranda qılman 52:24-cü ayədə cənnətdə xidmət edən oğlanlara aid edilmişdir. == Etimologiyası == Qılman (غِلْمَان) və onun tək variantı qulam (غلام) ərəb mənşəlidir. Bu söz "oğlanlar" və ya "qulluqçular" deməkdir. Ərəbcə ḡ-l-m (غ ل م‎). kökündən gəlir.
Adi pıtraq
Adi pıtraq (Xanthium strumarium) == Sinonim == Xanthium abyssinicum Wallr. Xanthium acerosum Greene Xanthium acutilobum Millsp. & Sherff Xanthium acutum Greene Xanthium affine Greene Xanthium albinum subsp. ripicola (Holub) J. Dostal Xanthium americanum Walt. Xanthium americanum Walter Xanthium arcuatum Millsp. & Sherff Xanthium arenarium Lasch Xanthium aridum St.John Xanthium barcinonense Sennen Xanthium brevirostre Hochst. [Invalid] Xanthium brevirostre Wallr. Xanthium bubalocarpon Bush Xanthium californicum var. rotundifolium Widder Xanthium calvum Millsp. & Sherff Xanthium campestre Greene Xanthium cenchroides Millsp.