Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Planetar dumanlıq
Planetar dumanlıq — ionlaşmış qaz örtüyündən və mərkəzi ulduzdan ibarət olan astronomik obyekt. Ulduzlararası mühit və dumanlıqlar, Scientific.ru (rus.) Astroqalaktika saytı (rus.) Dumanlıqlar.
Planetar geologiya
Planetar geologiya və ya astrogeologiya, ekzogeologiya —planetologiyanın planetlər və onların peykləri, asteroidlər, kometlər və meteorlar kimi göy cisimlərinin geologiyasını öyrənən bölməsidir. Geo- sözönü ümumiyyətlə Yeri və ya əlaqəli mövzularını göstərsə də, planetar geologiya tarixi və rahatlıq səbəbi ilə belə adlandırılmışdır. Planetar geologiya Yerə əsaslanan geologiya ilə sıx bağlıdır. Planetar geologiyaya bərk planetlərin daxili quruluşunu müəyyənləşdirmək, həmçinin planetar vulkanizm və zərbə kraterləri, flüvial və eol prosesləri kimi yerüstü proseslər daxildir. Günəş sisteminin asteroidlər, Koyper qurşağı və kometlər kimi kiçik cisimləri ilə birlikdə nəhəng planetlərin quruluşları və onların peykləri də araşdırılır. 1960-cı illərin əvvəllərində Yugin Şumeykerə geologiya prinsiplərini planetar xəritələrə tətbiq etmək və planetologiyanın yeni qolunu yaratmaq etibar edilir. O planetologiya sahəsinə və zərbə kraterlərinin, peyklərin, astroid və kometlərin öyrənilməsinə əhəmiyyətli töhfələr vermişdir. Bu gün bir çox qurum planetar elmlərin və planetar geologiyanın öyrənilməsi ilə maraqlanır. Arizona yaxınlığındakı Arizona kraterindəki Ziyarət Mərkəzinə planetar geologiya muzeyi də daxildir. Bundan əlavə Montana Dövlət Universiteti, Braun Universiteti, Arizona Universiteti, Kaliforniya Texnologiya İnstitutu, Kolorado Universiteti, Qərbi Miçiqan Universiteti, Massaçusets Texnologiya İnstitutu və Sent Luis Vaşinqton Universiteti kimi bir sıra universitetlər geniş planetar tədqiqatlar aparırlar.
Planetar ötürmə
Planetar dişli çarx ötürməsi- bir mərkəzi ulduz çarxının oxu ətrafında fırlanan bir neçə dişli çarxdan ibarət olan mexaniki sistemdir (şəkil 1). Dişli çarxlar aparıcı bəndlə (1) birlikdə saxlanılır. İlişmədə mütəhərrik oxlu dişli çarx satellit adlanır (2). Aparıcı çarxın oxuna əsas ox deyilir. Satellitlərlə təmasda olan, əsas oxla tuşoxlu olan dişli çarxlara mərkəzi dişli çarxlar deyilir (1, 3). Əsas oxla üst-üstə düşən, yükü qəbul edən bənd əsas bənd adlanır. Əsas bəndlərdən hər üçü 2, 3 və 4 ilişmədə iştirak edərsə, belə ötürmə diferensialdır. Adətən planetar ötürmədə iştirak edən dişli çarxlar radial qüvvəni kompensasiya etmək məqsədilə xarici səth boyunca bərabər paylanır. Bu ötürməni quraşdırmaq üçün mərkəzi çarxların dişlərinin cəminin satellitin sayına nisbəti tam ədəd olmalıdır. Planetar ötürmədə dişlərin yüklənməsi adi silindrik dişli çarxlarda olduğu kimi hesablanır.
Typhlodromalus planetarius
Planetarium
Planetarium — səma sferasını ulduzlar, planetlər və peyklərlə, meteorlarla nümayiş etdirən elm və təhsil müəssisəsi; həmçinin günəş və ay tutulmaları, Ay, Mars, Veneranın panoramaları və yer kürəsinin iqlim zonaları da daxildir. Planetariumlarda nümayiş xüsusi “Planetarium” qurğusundan istifadə etməklə həyata keçirilir. Adətən nümayiş astronomiya, astronavtika və yer elmləri üzrə mühazirələr ilə müşayiət olunur. Planetariumun yaradılması ilk dəfə 1919-cu ildə Münhendəki Alman Muzeyinin yaradıcısı O.Miller tərəfindən təklif edilmişdir. 1923-cü ilə qədər, ilk proyeksiya aparatı Yenadakı Zeiss fabrikində quruldu, oktyabr ayında Deutsches muzeyinin illik iclasında nümayiş etdirildi və dekabrın sonunda ictimaiyyət üçün quraşdırıldı. 1925-ci ilin mayında həmin Alman Muzeyində planetarium açıldı. Elə həmin il Yenada ikinci aparat quraşdırılıb. İlk proyeksiya cihazları müəyyən coğrafi enlik üçün nəzərdə tutulmuşdur. Ulduzlu səmanın istənilən enliyə malik bir nöqtə üzərində nümayişi 1925-ci ildə V.Bauersfeld tərəfindən dünya şöhrəti qazanmış böyük Zeiss aparatının yaradılmasından sonra mümkün olmuşdur. Qərb yarımkürəsində ilk planetarium (Adler Planetarium və Astronomiya Muzeyi, Çikaqo, ABŞ) 1930-cu ildə yaranmışdır.
Xarkov planetariyası
Xarkov planetariyası — Xarkov kosmik və təhsil mərkəzi. Planetariumun zalında Ukraynada Yerin ən böyük relyef qlobusu var. Xarkov Planetariumu ilk süni Yer peyki buraxıldığı ildə - 1957-ci ildə açılıb. Bina 1912-1915-ci illərdə sinaqoq kimi tikilmiş, 1915-1936-cı illərdə fəaliyyət göstərmişdir. 1920-ci illərdə Xarkovdakı bütün yəhudi icması Mordvinov sinaqoqundan idarə olunurdu. İkinci Dünya Müharibəsi zamanı binanın dağıdılması aradan qaldırıldıqdan sonra onun T.Şevçenko adına Ukrayna Dram Teatrı bir müddət orada fəaliyyət göstərmişdir.
Plantar əzələ
Plantar əzələ — arxa baldır əzələsi. İncə əzələli qarın və uzun nazik vətərdən ibarətdir. Axilles vətəri qədər qalın olmasa da, plantar vətər (uzunluğu 30-45 sm (12-18 düym) arasındadır) insan bədənindəki ən uzun vətərdir. Vətər istisna olmaqla, plantar əzələ təxminən 5-10 sm (2.0-3.9 düym) uzunluğundadır və əhalinin 8-12% -ində yoxdur. Baldırın ikibaşlı əzələsi və soleus əzələləri ilə birlikdə ayağın arxa hissəsindəki plantar bükmələrdən biridir. İnsan əcdadları ağaca dırmaşmaqdan dik yeriməyə keçdikdə plantar əzələnin əhəmiyyətsiz bir əzələyə çevrildiyi düşünülür və anatomik cəhətdən müasir insanlarda o, ilk növbədə baldırın ikibaşlı əzələsi vasitəsilə hərəkət edir. Plantar əzələsi bud sümüyünün lateral suprakondilar silsiləsinin aşağı hissəsi, baldırın ikibaşlı əzələsinin yan hissəsinin mənşəyindən bir qədər yuxarı hissədə olur. O, diz oynağının arxasından inferomedial istiqamətdə keçir və distal olaraq Axilles vətərinə yapışaraq vətəri olur. Bəzən daban sümüyününün orta hissəsinə ayrıca bağlanır. Plantar əzələ oma kələfindəki oturaq sinirin bir qolu olan qamış siniri tərəfindən innervasiya olunur.
Planetler
Planet (yun. πλανήτες α') — Günəş ətrafına dolanan və səthi əks olunmuş günəş şüaları ilə işıqlanan göy cismidir. 15-ci əsrədək 7 planet (Günəş, Ay, Merkuri, Venera, Mars, Yupiter və Saturn) olduğu fərz edilirdi. Hesab olunurdu ki, onlar Yer ətrafında fırlanır. XVI əsrdə Nikolay Kopernik Dünyanın heliosentrik sistemini yaratdı və sübut etdi ki, bütün planetlər Günəş ətrafında, Ay isə digər planetlərin peykləri kimi Yerin ətrafında fırlanır. Yer planet, Günəş isə özü şüalandığı üçün ulduzdur. 1781-ci ildə Uran, 1846-cı ildə Neptun və 1930-cu ildə Pluton, daha sonra diametrləri 1 km-dən bir neçə yüz kilometrədək olan kiçik planetlər kəşf edildi. Günəş sistemində doqquz böyük planet və təqribən 2300 kiçik planet məlumdur (1983-cü il etibarilə). 2006-cı ildən etibarən Beynəlxalq Astronomiya İttifaqının qərarı ilə Pluton planetlər sırasından çıxarıldı və kiçik planetlər adlı yeni qrupa aid edilməyə başladı. Planetlər daxili və xarici planetlərə bölünür.
Planetlər
Planet (yun. πλανήτες α') — Günəş ətrafına dolanan və səthi əks olunmuş günəş şüaları ilə işıqlanan göy cismidir. 15-ci əsrədək 7 planet (Günəş, Ay, Merkuri, Venera, Mars, Yupiter və Saturn) olduğu fərz edilirdi. Hesab olunurdu ki, onlar Yer ətrafında fırlanır. XVI əsrdə Nikolay Kopernik Dünyanın heliosentrik sistemini yaratdı və sübut etdi ki, bütün planetlər Günəş ətrafında, Ay isə digər planetlərin peykləri kimi Yerin ətrafında fırlanır. Yer planet, Günəş isə özü şüalandığı üçün ulduzdur. 1781-ci ildə Uran, 1846-cı ildə Neptun və 1930-cu ildə Pluton, daha sonra diametrləri 1 km-dən bir neçə yüz kilometrədək olan kiçik planetlər kəşf edildi. Günəş sistemində doqquz böyük planet və təqribən 2300 kiçik planet məlumdur (1983-cü il etibarilə). 2006-cı ildən etibarən Beynəlxalq Astronomiya İttifaqının qərarı ilə Pluton planetlər sırasından çıxarıldı və kiçik planetlər adlı yeni qrupa aid edilməyə başladı. Planetlər daxili və xarici planetlərə bölünür.
Plantae
Bitki (lat. Plantae və ya lat. Vegetabilia) — mamırlar, qıjılar, qatırquyruğular, plaunlar, çılpaqtoxumlular və çiçəkli bitkiləri özündə birləşdirən çoxhüceyrəli orqanizmlərin əsas qruplarından biri. Bəzi mütəxəssislər[kimlər?] yosunları bütünlüklə, bəziləri[kimlər?] isə onların bir qismini bitkilər qrupuna aid edirlər. Botanika elminin tədqiqat obyekti olan bitkilər Yer kürəsində geniş yayılmışdır. Quru səthində hər il yaşıl bitkilər tərəfindən atmosferdən CO2 mənimsəməklə, günəş enerjisindən, torpaqdan daxil olan su və mineral birləşmələrdən istifadə etməklə 53 milyard ton biokütlə sintez edilir. Bu biokütlənin bir hissəsi kök və yerüstü qalıqlar şəklində təzədən torpağa qayıdır. Yaşıl bitkilər torpaqda üzvi maddələrin yeganə ilkin mənbəyidir. Onların torpaqəmələgətirici kimi əsas funksiyası maddələrin bioloji dövranı – torpaqdan qida elementlərinin və suyun mənimsənilməsi, üzvi kütlənin sintezi və həyat dövranı başa çatdıqdan sonra onun təzədən torpağa qaytarılmasıdır. Bioloji dövranın nəticəsi kimi – torpağın üst qatlarında potensial enerjinin və bitkilərin qida elementlərinin akkumulyasiyası torpaq profilinin tədrici inkişafını və torpağın əsas xassəsi olan münbitliyin inkişafını şərtləndirir.
Planea
Planea (lat. Planea) — astraçiçəklilər sırasının mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi.
Planer
Planer (fr. planeur, lat. planus sözündən yaranıb) — heç bir enerji mənbəyi olmadan uça bilən sabit qanadlı təyyarədir. Bəzi planerlərin motorlu modelləri də vardır. Pilot kabinəsi tək və ya iki pilotluq ola bilər. Bir təyyarənin yedəkləməsi vasitəsilə hərəkətə gəlirlər. Çəkici ilə müəyyən bir yüksəklikdə ayrılır və atmosferdəki hava cərəyanlarından istifadə edərək uça bilirlər. Xüsusilə təşkil edilən yarışlarda məqsəd, ən qısa müddətdə, ən uzun yolu qət etməkdir. Aerodinamikanın ümumi prinsipləri haqqında bəzi fikirlər hələ Qədim Misirdə məlum idi. 1898-ci ildə ağacdan hazırlanmış "Ficus Sicomorus" heykəlcik aşkar edilib.
Planet
Planet (yun. πλανήτες α') — Günəş ətrafına dolanan və səthi əks olunmuş günəş şüaları ilə işıqlanan göy cismidir. 15-ci əsrədək 7 planet (Günəş, Ay, Merkuri, Venera, Mars, Yupiter və Saturn) olduğu fərz edilirdi. Hesab olunurdu ki, onlar Yer ətrafında fırlanır. XVI əsrdə Nikolay Kopernik Dünyanın heliosentrik sistemini yaratdı və sübut etdi ki, bütün planetlər Günəş ətrafında, Ay isə digər planetlərin peykləri kimi Yerin ətrafında fırlanır. Yer planet, Günəş isə özü şüalandığı üçün ulduzdur. 1781-ci ildə Uran, 1846-cı ildə Neptun və 1930-cu ildə Pluton, daha sonra diametrləri 1 km-dən bir neçə yüz kilometrədək olan kiçik planetlər kəşf edildi. Günəş sistemində doqquz böyük planet və təqribən 2300 kiçik planet məlumdur (1983-cü il etibarilə). 2006-cı ildən etibarən Beynəlxalq Astronomiya İttifaqının qərarı ilə Pluton planetlər sırasından çıxarıldı və kiçik planetlər adlı yeni qrupa aid edilməyə başladı. Planetlər daxili və xarici planetlərə bölünür.
Daxili planetlər
İç planetlər (ing. Inner planet) — yüksək sıxlığa və qaya səthə sahib olan Günəş sisteminin ilk dörd planetidir. Təbii peykləri ya çox azdır, ya da heç yoxdur. Bu planetlərin halqaları yoxdur. Daxili planetlər yüksək ərimə nöqtəsinə sahib olan elementlərdən formalaşmışdır. Silikatlar qatı yer qabığını və yarı qatı olan mantiyanı meydana gətirir. Dəmir və nikel kimi metallarsa planetlərin nüvəsini meydana gətirir. Daxili planetlərdən Venera, Yer və Marsın atmosferləri vardır. Daxili planetlərin hamısında göy cismlərinin toqquşması nəticəsində meydana gələn kraterlər, vulkanlar və vadilər kimi relyef formaları vardır. == Merkuri == Merkuri Günəşə ən yaxın və ən kiçik planetdir.
Nəhəng planetlər
Nəhəng planetlər (ing. Giant planets) və ya Yupiter tipli planetlər— Günəş sisteminin Əsas Asteroid qurşağından kənarda yerləşən Yupiter, Saturn, Uran və Neptun planetlərinə deyilir. Dörd xarici planet ya da nəhəng qaz planetləri Günəşin ətrafında dövr edən kütlənin 99%-ni təşkil edir. Yupiter və Saturnun atmosferləri əsasən hidrogen və heliumdan ibarətdir. Uran və Neptunun atmosferlərində əhəmiyyətli dərəcədə su, ammonyak və metan buzu vardır. Bəzi astronomlar Uran və Neptunun nəhəng qaz planetləri kimi yox, nəhəng buz planetləri kimi təsnif olunmasını təklif etmişdir. Nəhəng planetlərin dördünün də halqaları vardır. Saturunun halqaları Yerdən müşahidə edilə bilir. Yupiter Günəşdən uzaqlığına görə beşinci planetdir. Planetlər arasında ən nəhəng və ağır olanıdır.
Xarici planetlər
Nəhəng planetlər (ing. Giant planets) və ya Yupiter tipli planetlər— Günəş sisteminin Əsas Asteroid qurşağından kənarda yerləşən Yupiter, Saturn, Uran və Neptun planetlərinə deyilir. Dörd xarici planet ya da nəhəng qaz planetləri Günəşin ətrafında dövr edən kütlənin 99%-ni təşkil edir. Yupiter və Saturnun atmosferləri əsasən hidrogen və heliumdan ibarətdir. Uran və Neptunun atmosferlərində əhəmiyyətli dərəcədə su, ammonyak və metan buzu vardır. Bəzi astronomlar Uran və Neptunun nəhəng qaz planetləri kimi yox, nəhəng buz planetləri kimi təsnif olunmasını təklif etmişdir. Nəhəng planetlərin dördünün də halqaları vardır. Saturunun halqaları Yerdən müşahidə edilə bilir. Yupiter Günəşdən uzaqlığına görə beşinci planetdir. Planetlər arasında ən nəhəng və ağır olanıdır.
Erida planeti
Erida (simvolı: ; q.yun. Ἔρις, lat. Eris, əvvəllər 2003 UB|313) şərti adı istifadə edilirdi — cırtdan planet, 5 yanvar 2005-ci ildə astronomlardan ibarət qrup tərəfindən kəşf edildi. Qrupa Maykl Braun (Kaliforniya texnologiya institutu), Devid Rabinovic, Cedvik Truxilo (Cemini rəsədxanası) daxil idi. Qrup Palomar rəsədxanasındakı 122 sm-lik teleskopdan istifadə etmişdir. 29 iyul 2005-ci ildə kəşf haqqında artıq ictimaiyyətə məlumat verildi. Perihelisi 5.7 milyard km, afelisi 14,6 milyard km-dir. Orta radiusu 1163 km-dir. Səthində temperatur −231S dir. Günəş ətrafında 1 dövrü 557 ildir.
Karbon planeti
Karbon planeti — Yer kürəsindən bir neçə dəfə böyük olan, demək olar ki, bütünlüklə kristallaşmış karbondan ibarət planet. Səthində 1600 dərəcə isti olan bu planet sürətlə fırlanır. Səthində 400 dərəcə istilik olan bu planetdə cazibə qüvvəsi çox güclüdür və səthindən qalxan buxar yuxarıda buz qatı əmələ gətirir. Buna baxmayaraq aşağıda, səthdə yanmaqda olan təbəqə var. Karbon planet bəşəriyyətə məlum olan ən qaranlıq planetdir. O, səthinə düşən işığın yalnız 1 faizini əks etdirə bilir. Bu planet eyni zamanda qalaktikada elmə məlum olan ən böyük su kütləsidir. Qalaktikada sərbəst halda rast gəlinən bu su kütləsi elmə yeni məlum olub. Onun su tutumu yer üzündəki okeanın nə az nə çox 140 trilyon qatına bərabərdir. ABŞ Milli Kosmik Agentliyinin mütəxəssisləri bu kütləyə qalaktikanın su anbarı adını verib.
Makemake planeti
Makemake (kiçik planetlər təsnifatında 136472 Makemake; simvolı: ) — Günəş sistemində yerləşən cırtdan planet. Koyper qurşağında yerləşən məlum olan ikinci ən böyük kosmik cisimdir və ölçüsü Plutonun 2/3-nə bərabərdir. Makemakenin S/2015 (136472) 1 adlandırılan bir məlum təbii peyki vardır. Makemakenin orta səth temperaturunun −230 °C göstərici ilə çox aşağı olması, səthin Metan, Etan və ehtimal ki, Azot buzları ilə örtülü olmasını bildirir. Makemake Mayk Braunun rəhbərlik etdiyi komanda tərəfindən 31 mart 2005-ci ildə kəşf olundu. Buna baxmayaraq, cırtdan planetin kəşfi ictimaiyyətə 29 iyul 2005-ci ildə açıqlandı. Əvvəlcə 2005 FY9 olaraq adlandırılsa da, daha sonra 136472 kiçik planet kodu ilə təsnif olundu. Beynəlxalq Astronomiya İttifaqı tərəfindən kəşfin cırtdan planet olaraq qəbul olunması ehtimalına görə, ona Pasxa adasında yaşayan rapanui xalqının yaradıcı tanrısı hesab olunan Makemakenin adı verildi. == Tarixi == === Kəşfi === Makemake Mayk Braunun rəhbərlik etdiyi komanda tərəfindən 31 mart 2005-ci ildə Palomar Rəsədxanasında aparılan müşahidələrin nəticəsi olaraq kəşf edilsə də, bu kəşf ictimaiyyətə 29 iyul 2005-ci ildə açıqlandı. Komanda izlədikləri parlaq kosmik cisimlər olan Erida və Makemakenin kəşfinin elanını hesablamalar dəqiqləşənə qədər təxirə salmağı düşünürdü.
Mars planeti
Mars, şərqdə köhnəlmiş adı Mərrix — Günəş sisteminin Günəşə yaxınlığına görə dördüncü və kiçikliyinə görə Merkuridən sonra ikinci planeti. Adını Roma mifologiyasının müharibə tanrısından alan bu planetin səthində dəmir oksidinin geniş yayılması ona qırmızı görünüş verir və o, tez-tez "qırmızı planet" kimi təsvir edilir. Mars nazik atmosferi və həm ayın çarpışmadan sonra yaranan kraterləri, həm də Yerin vulkanları, dərələri, səhraları, qütb buz örtüklərini xatırladan səth xüsusiyyətləri olan terrestrial (əsasən silikat süxurları və metallardan ibarət) planetdir. Marsın fırlanma periodu və mövsümi dövrləri Yerinkinə oxşardır; oxunun mailliyi mövsümləri əmələ gətirir. Mars Günəş sistemində məlum ən hündür ikinci (planetdə birinci ən hündür) dağ — Olimp Dağının və ən böyük kanyonlardan biri Valles Marinerisin olduğu yerdir. Şimal Yarımkürəsindəki hamar Borealis hövzəsi planetin 40%-i əhatə edir və nəhəng bir çarpışmadan sonra yaranan xüsusiyyət ola bilər. Marsın iki peyki var: Fobos və Deymos. Kiçik və nizamsız formalaşmış peyklərdir. Bu peyklər Mars troyası 5261 Evrika kimi planet tərəfindən tutulmuş asteroidlər ola bilər. 1965-ci ildə Mariner 4 tərəfindən kəşf edilən Mars flaybayından əvvəl bir çoxları planetin səthində suyun olmasını iddia edirdilər.
Merkuri planeti
Merkuri və ya Ütarid — Günəş sistemində yerləşən ən kiçik və Günəşə ən yaxın olan planet. Yer qrupu planetlərə aid olan Merkuri Günəş ətrafında ən sürətlə dövr edən planetdir və 88 günə tam bir dəfə dövr edir. Buna baxmayaraq Merkuri öz oxu ətrafında çox yavaş hərəkət edir. 1 Merkuri günü Yerdə keçən 116 günə bərabərdir. Merkuri planetinin təbii peyki yoxdur. Planetin adı Roma mifologiyasında gəlir, ticarət və xəbər tanrısı hesab olunan Merkuridən qaynaqlanır. Merkuri demək olar ki, istiliyi qoruya bilməyəcək dərəcədə çox nazik atmosfer qatına sahibdir. Bu səbəbdən də gecə və gündüz əvəzlənməsi zamanı planetin səthində kəskin istilik fərqləri yaranır. Merkurinin ekvatoruna yaxın yerlərdə gündüz vaxtı istilik 427 °C-yə çatsa da, gecə vaxtı istilik −173 °C-yə qədər düşə bilir. Merkurinin qütb bölgələrində istilik həmişə −93 °C-dən aşağı olur.
Neptun planeti
Neptun — Günəş sistemində səkkizinci və məlum olan ən uzaq planet. Nəhəng planetlər qrupuna daxil olan Neptun Günəş sistemində diametrinə görə dördüncü, kütləsinə görə isə üçüncü yeri tutur. Neptunun kütləsi Yerin kütləsindən 17 dəfə daha çoxdur. Bu göstərici Neptunun əkizi hesab olunan Uranda 15 dəfəyə uyğun gəlir. Neptun Günəşdən 30,1 AV uzaqlıqda (4,50×109 km) yerləşir və Günəş ətrafında hərəkətini 164,8 ilə tamamlayır. Neptun adı Roma mifologiyasından qaynaqlanır. Neptun Roma mifologiyasında dəniz tanrısı hesab olunurdu. Planetin astronomik simvolu olan ♆ işarəsi də Neptunun əlində təsvir olunan üçdişli mizraqla bağlıdır. Neptunu adi gözlə görmək mümkün deyildir və Günəş sistemində varlığı riyazi hesablamalarla qabaqcadan xəbər verilərək empirik müşahidələrlə tapılan ilk planetdir. Aleksi Buvanın rəhbərliyində aparılan tədqiqatlar nəticəsində, Uranın orbitində baş verən gözlənilməz dəyişikliklərə bilinməyən planetin səbəb ola biləcəyi düşüncəsi ortaya atıldı.
Phyllanthus (Plantae)
Fillantus (lat. Phyllanthus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin fillantkimilər fəsiləsinə aid bitki cinsi. {{SS|3| Phyllanthus abditus G.L.Webster Phyllanthus abnormis Baill. Phyllanthus acacioides Urb. Phyllanthus acidus (L.) Skeels Phyllanthus acinacifolius Airy Shaw & G.L.Webster Phyllanthus actephilifolius J.J.Sm. Phyllanthus acuminatus Vahl Phyllanthus acutifolius Poir. ex Spreng. Phyllanthus acutissimus Miq. Phyllanthus adenodiscus Müll.Arg. Phyllanthus adianthoides Klotzsch Phyllanthus aeneus Baill.
Saturn planeti
Saturn, köhnəlmiş adı Zühəl — Günəş sistemində Yupiterdən sonra ən böyük ikinci, Günəşdən məsafəsinə görə altıncı planet. Saturn radiusu Yerin radiusundan təqribən doqquz onda beş dəfə böyük olan qaz nəhəngidir. Saturnun orta sıxlığı Yerin orta sıxlığının səkkizdə biri qədər olsa da, kütləsi Yerin kütləsindən 95 dəfə çoxdur. Planetin adı Roma mifologiyasında tanrı olan Saturndan gəlir və astronomik simvolu (♄) Saturnun orağını təmsil edir. Ehtimal olunur ki, Saturnun daxili nüvəsi dəmir-nikel və qayadan (silisium və oksigen birləşmələri) təşkil olmuşdur. Bu nüvənin də metallik hidrogenlə əhatələndiyi, orta təbəqələrdə maye hidrogenlə maye heliumun yerləşdiyi və Frenkel xəttindən xaricdə qalan hissənin də qaz təbəqəsindən ibarət olduğu düşünülür. Saturnun yuxarı atmosferi ammonyak kristallarından təşkil olunduğundan rəngi açıq sarı görünür. Metallik hidrogen təbəqəsindəki elektrik axınının planetin maqnit sahəsinin yaranmasına səbəb olduğu düşünülür. Bu axın Yerdəkinə nisbətən daha zəif olmasına baxmayaraq, planetin böyük ölçüləri səbəbindən onun maqnit momenti Yerin maqnit momentindən 580 dəfə böyükdür. Saturnun maqnit sahəsinin gücü Yupiterin maqnit sahəsinin gücünün iyirmidə birinə bərabərdir.
Serera planeti
Serera (simvolı: , ing. Ceres) — Günəş sisteminə daxil olan 5 cırtdan planetdən biri. Diametri təxminən 945 kilometrdir. 1801-ci ildə italiyalı astronom Cüzeppi Pyaççi tərəfindən kəşf olunmuşdur. 2006-ci ildə Beynəlxalq Astronomiya İttifaqı planet və cırtdan planet anlayışlarını dəqiqləşdirdikdən sonra Sereraya cırtdan planet statusu verilmişdir. Serera Mars və Yupiter arasında asteroid qurşağının ortasına yaxın bir orbit izləyir, orbital dövrü (ili) 4,6 Yer ilinə bərabərdir.
Uran planeti
Uran planeti — Günəşə yaxınlığına görə yeddinci planet. Günəş sistemində radiusuna görə üçüncü, kütləsinə görə dördüncü ən böyük planetdir. Uranın tərkibi Neptunun tərkibi ilə eynidir, hər ikisində də eyni kimyəvi elementlər mövcuddur, bu tərkib hissələri onları böyük qaz nəhəngləri olan Yupiter və Saturndan fərqləndirir. Bu səbəblə, alimlər Uran və Neptunu qaz nəhənglərindən ayırmaq üçün onları "buz nəhəngləri" kimi təsnif edirlər. Uranın atmosferinin əsasən hidrogen və helium tərkibi ilə Saturn və Yupiterin atmosferinə oxşarlığına baxmayaraq, ammonyak, metan və başqa hidrokarbonlarla birlikdə tərkibində daha çox buz mövcuddur. Uran minumum 49 K (−224 °C; −371 °F) temperatur ilə Günəş sistemində ən soyuq atmosferə sahibdir. Uran kompleks təbəqəli bulud strukturuna malikdir. Ən aşağı təbəqədəki buludlarda su, ən üst təbəqədəki buludlarda isə metan olduğu düşünülür. Uranın daxili əsasən buz və qayalıqdan ibarətdir. Digər nəhəng planetlər kimi Uranın halqa sistemi, maqnitosferi və çoxlu sayda peyki vardır.
Venera planeti
Venera, köhnəlmiş adı Zöhrə — Günəş sistemində yerləşən ikinci planet. Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır. Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir.
Yer planeti
Yer — Günəşə yaxınlığına görə Günəş sistemindəki üçüncü planet və həyat aşkar olunan yeganə göy cismi. Radiometrik tanışlıq və digər dəlillərə görə Yer 4,5 milyard il əvvəl yaranmışdır. Yerin cazibə qüvvəsi kainatdakı digər cisimlərə, xüsusən də Yerin yeganə təbii peyki olan Aya və Günəşə qarşılıqlı təsir göstərir. Yer 365 gün ərzində Günəş ətrafında öz orbiti boyu hərəkət edir. Bu müddət ərzində Yer öz oxu ətrafında 365 (366) dəfə fırlanır. Yerin fırlanma oxunun sabit müstəviyə əyilməsinə görə Yerdə fəsillər yaranır. Yer ilə Ay arasındakı qravitasiya qarşılıqlı əlaqəsi qabarma və çəkilmələrə səbəb olur. Yer Günəş sistemindəki ən sıx planetdir və dörd daxili planetin (Günəşdən olan uzaqlığa görə daxili planetlər —Merkuri, Venera, Yer, Mars) ən böyüyü və ən ağırıdır. Yerin xarici təbəqəsi (litosfer) milyonlarla ildir ki, səth boyunca hərəkət edən bir neçə sərt tektonik plitələyə bölünmüşdür. Yer səthinin təxminən 29 %-i qitələr və adalardan ibarət qurudur.