Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Pluton
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Pluto
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Pluton (dəqiqləşdirmə)
Pluton — Günəş ətrafında dövr edən ən böyük cırtdan planetlərdən biri. Həmçinin bu mənaları da ifadə edə bilər: Pluton (mifologiya) — Roma mifologiyasında yeraltı dünyanın tanrısı. Plutos — Qədim yunan mifologiyasında var-dövlət tanrısı. Plutonium — Aktinoidlər qrupundan olan radioaktiv kimyəvi element. Pluton cırtdan planetinin şərəfinə adlandırılmışdır.
Pluton (mifologiya)
Pluton – Roma mifologiyasında yeraltı dünyanın tanrısı. Mifologiya ilə əlaqədar olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
Seylor Pluton
Seylor Pluton (セーラープルート, Sērā Purūto) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Setsuna Meyo (冥王 せつな, Meiō Setsuna) olan Seylor Pluton Günəş sistemini qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Pluton digərlərindən fərqli olaraq əsas vəzifəsi Məkan-zaman darvazasının keşiyində durmaq, bu darvazadan icazəsiz keçmək istəyənləri dayandırmaqdır. Buna görə də Məkan-zaman darvazasını heç vaxt tərk etmir. Gücləri məkan, zaman, yeraltı dünya və qaranlıq ilə əlaqələndirilir. Seylor Pluton "Seylor Mun R" seriyasının axırlarına qədər görünməmişdir. O, zaman darvazalarında keşik çəkən qoruyucudur. Seylor Pluton ilk dəfə Luna-P vasitəsilə Çibiusa ilə əlaqə saxlayarkən görünmüşdür. Seylor Pluton Çibiusaya Balaca Leydi kimi müraciət edir. Çibiusa Seylor Plutonu "Puu" (ingilis versiyasında "Plu") kimi çağırır.
Pluto (okeanida)
Pluto (yun. Πλουτώ) — yunan mifologiyasında mifik personaj, okeanida, titanlar Okean və Tefidanın qızı.
Pluto (personaj)
Pluto (ing. Pluto, ing. Pluto the Pup) — 1930-cu ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır.
Pluton (cırtdan planet)
Pluton (134340 Pluto; simvolı: , və ya ) — Günəş ətrafında dövr edən ən kiçik cırtdan planetlərdən biri. Kəşf edildiyi 1930-cu ildən 2006-cı ilədək planet kimi qəbul edilən Pluton, hal-hazırda Koyper qurşağında Eridadan sonra ikinci böyük obyekt hesab edilir. 1930-cu ildən 2006-cı ilədək Pluton Günəş sistemində doqquzuncu planet kimi qəbul edilirdi. Ancaq XX əsrin sonları və XXI əsrin əvvəllərində Günəş sistemində plutonsayağı xeyli səma cismi kəşf edildi. Onlardan Erida kütlə baxımından Plutondan 27% böyükdür. 24 avqust 2006-cı ildə Beynəlxalq Astronomiya İttifaqı özünün XXVI assambleyasında ilk dəfə olaraq "planet" anlayışına tərif verdi. Pluton bu tərifdə deyilən əsaslara uymadığından o planet kateqoriyasından kənarda qaldı. NASA 19 yanvar 2006-cı ildə Plutonun kəşfi üçün "New Horizons" adlı qurğunu kosmosa göndərdi. Həmin qurğu 9 il sonra yəni, 14 iyul 2015-ci ildə Plutona 12000 km yaxınlaşaraq planetin fotosunu çəkib. Xatırladaq ki, Plutonun fotosu dünyadan 5 milyard km uzaqda çəkilib.
Platon
Platon (yun. Πλάτων; ən tezi e.ə. 428 və ən geci e.ə. 427[…], Afina – ən tezi e.ə. 348 və ən geci e.ə. 347, Afina), şərq mənbələrində Əflatun — qədim yunan filosofu, Klassik yunan fəlsəfəsinin ikinci nümayəndəsi, Sokratın şagirdi, Aristotelin müəllimi. Platon Afinada aristokrat ailəsində dünyaya gəlmiş, orada yaşayıb yaratmışdır. Platonun atası Ariston (m. ö. 465–424) Attika çarı Kodrunun, anası isə Afinalı islahatçı Solonun nəslindən idilər.
Luton
Luton (ing. Luton [ˈluːtən]) — Böyük Britaniyada, İngiltərədə şəhər.
Plato
Plato — dəniz səviyyəsindən xeyli hündürdə yerləşən, səthi hamar və ya dalğalı, ətrafındakı düzənliklərdən dik yamaclarda ayrılmış yüksəklikdir. Məs: Xəzər dənizi ilə Aral gölü arasında yerləşən Üst-Yurt platosu. Plato həm üfüqi yatmış süxur laylarından, həm də çox kəsilib parçalanmış relyefin lava ilə örtülməsindən əmələ gəlmişdir.
Dövlət (Platon)
"Dövlət" (yun. Πολιτεία) — ideal dövlət problemi ilə bağlı Platonun dialoqudur. E.ə. 360-cı ildə yazılmışdır. Platonun fikrincə dövlət ədalət ideyasının ifadə şəklidir. Dialoqda ilk dəfə filosoflar əbədi olaraq mövcud olan ideyaya çata bilən şəxslər kimi təqdim edilir. Platonun dövləti üç zümrədən ibarətdir: Ali zümrə: yalnız müdrik insanlar vətəndaşların düzgün həyat tərzi sürmələrinə cavabdeh ola bilərlər. platonun fikrincə dövlətin başında filosoflar dayanmalıdırlar (tərbiyəçilər zümrəsi) Mühafizəçilər zümrəsi: bu zümrə dövlətin daxili və xarici təhlükəsizliyinə cavabdehdir(döyüşçülər zümrəsi). Digər vətəndaşların zümrəsi(sənətkarlar, tacirlər, kəndlilər) onların vəzifəsi dövləti zəruri ehtiyaclarının təmin edilməsidir (təchizatçılar zümrəsi). Platonun dövlətində mülkiyyətin ictimai növü mövcuddur və şəxsi mülkiyyət qadağandır.
Platon (fotoqraf)
Platon (tam adı: Platon Antoniou; 20 aprel 1968, London) — Britaniya fotoqrafı.
Platon Akademiyası
Platonun Akademiyası — E.ə. 380-ci illərdə Afina yaxınlığında mifik qəhrəman Akademanın şərəfinə adlandırılmış bölgədə Platon tərəfindən əsası qoyulmuş dini-fəlsəfi birlik. Platon Afinada ilk dəfə “Akademiya” - qəhrəman Akademin şərəfinə belə adlanan - fəlsəfə məktəbini yaratdı. O, fəlsəfi idealizm sistemini işləyib hazırladı ki, ona uyğun olaraq, insanın hissləri ilə qavranılan dünya, – bütün şeylərin hissən duyulmaz, dəyişməz, təkcə filosofun təfəkkürü ilə dərk olunan obrazların - sərbəst surətdə mövcud olan real “ideyalar” dünyasının yalnız zəif inikasıdır. Əsası bu konsepsiya üzərində qoyulmuş Platon Akademiyası Aralıq dənizinin hər tərəfindən alimləri özünə cəlb edirdi və təqribən 900 il - b.e. VI əsrinə qədər mövcud oldu. Demokritin mexanistik materializminin əksinə olaraq, Platon idealizminin etik sistemi insan həyatını rifah və xeyirxahlıq anlayışları baxımından nəzərdən keçirərək, dünyanı şüurlu başlanğıc tərəfindən nizamlanmış, ruhlandırılmış (ruh verilmiş) təsəvvür edirdi. Platon etikası onun qəlbin üç tərkib hissəsi: ağıl, iradə və hiss haqqında təliminə əsaslanır ki, buna da üç məziyyət uyğun gəlir: ağıl - müdrikliyin əsası kimi; iradə - mətinliyin əsası kimi; hissiyyatı cilovlama – ağılın və ya özünü ələ almanın16 əsası kimi. Bu məziyyətlərin harmonik birləşməsi dördüncünü - ədaləti yaradır. Akademiyada müxtəlif elm sahələri tədqiq olunurdu:fəlsəfə, riyaziyyat, astronomiya, təbiət elmləri və s.
Platon Melioranski
Platon Mixailoviç Melioranski (18 noyabr 1868 - 16 may 1906) — türkoloq, professor. Platon Mixailoviç Melioranski 18 noyabr 1868-ci ildə Sankt-Peterburq şəhərində anadan olmuşdur.Orta təhsilini Peterburqda almışdır. Uşaq yaşlarından başlayaraq xarici dillərə böyük maraq göstərən Melioranski universitetə daxil olmaq vaxtı gələndə Peterburq Universitetinin filologiya fakültəsi ilə şərq dilləri fakültəsi arasında seçim etmək məcburiyyətində qalmışdır. Nəhayət, şərq dilləri fakültəsinin ərəb, fars və türkcə-tatarca bölməsini seçən Melioranski hələ liseydə oxuduğu vaxtlarda tanış olduğu V. Radlovun tövsiyəsi ilə türk dialektləri üzərində çalışmağa başlamışdır. Şərq dilləri fakültəsində təhsilinə davam edən Melioranski xüsusi olaraq V. Radlovdan türk dili dərsi alırdı. Radlov kimi Melioranski də ilk olaraq Altay dialektlərini öyrənməyə başlamış, daha sonra isə qazax dili üzərində dayanmışdır. Bundan başqa, Radlov ilə birlikdə «Kutadğu bilik»i oxumuş, çağatayca dil nümunələri üzərində çalışmışdır. Bu dərslər gənc Melioranski üçün olduqca yararlı idi. Çünki şərq dilləri fakültəsində həmin vaxtlarda türkologiyanın öyrənilməsində təkcə osmanlı türkcəsinin öyrənilməsinə yer verilirdi. 1820-ci ildə Melioranski şərq dilləri fakültəsinin köməyi ilə qırğız (qazax) dil və folkloru sahəsində axtarış etmək üçün Orenburq və Turğay ərazilərinə səyahətə çıxmışdır.
Platon Oyunski
Platon Oyunski (10 noyabr 1893, 29 oktyabr (10 noyabr) 1893 və ya 1893 – 31 oktyabr 1939 və ya 1939, Yakutsk) — Yakut yazıçısı, alim-filoloq və ictimai xadim, Yakut sovet ədəbiyyatının banisi. Platon Oyunski 11 noyabr 1893-cü ildə Yakutiyada doğulmuşdu. Oyunski XX əsrin böyük və faciəvi fiqurlarından biri olub. Onun haqqında danışanda adətən belə yazırlar: Şair və inqilabçı. Yazışı və publisist. Romantik və praqmatik. İdealist və materialist. Qurucu və dövlətçi. O zamankı SSRİ tərkibində Yakutiya Sovet Sosialist Muxtar Respublikasının yaradılması məhz onun uzun mübarizəsi nəticəsində mümkün olub. Respublikasının dövlət kimi təşəkkül tapmasında, elm və mədəniyyətinin inkişafında və doğma ana dilində məktəb və nəşrlərin olmasında Platon Oyunski gərgin əmək sərf edib.
Platon mağarası
Mağara haqqında mif — Platonun "Dövlət" əsərinin yeddinci kitabında özünün "ideya" haqda təlimini izah etmək üçün istifadə etdiyi məşhur alleqoriya. Ümumilikdə platonizmin və obyektiv idealizmin təməl daşı hesab olunur. Mif Sokratla Platonun qardaşı Qlavkonun dialoqu şəklində ifadə olunur. — Sən ziyalılıq və cəhalətlə bağlı bizim insan təbiətimizi belə bir hala bənzədə bilərsən… Təsəvvür et ki, insanlar sanki yerin altında, işığın geniş düz xətt boyunca uzandığı bir mağarada yaşayırlar. Kiçik yaşlarından onların boyunlarında və ayaqlarında tərpənməyə imkan verməyən zəncirlər var və yerlərindən tərpənə, həm də başlarını döndərə bilmədikləri üçün onlar yalnız gözlərinin önündəkini görürlər. İnsanlar hündürdə yerləşən ocaqdan saçan işığa öz arxalarını çeviriblər, ocaq və insanlar arasında sehrbazların öz köməkçilərini arxasında gizlədib ordan müqəvvaları oynatdıqları parça kimi, çox da hündür olmayan hasarla əhatələnmiş bir dağ yolu keçir. — "Mən bunu təsəvvür edə bilirəm" — Qlavkon dedi. — Onda təsəvvür et ki, hasarın o biri tərəfində başqa insanlar özləri ilə müxtəlif əşyalar aparırlar və onu elə tutublar ki, əşyalar hasarın üstündən görünür. Onlar daşdan və taxtadan hazırlanmış müxtəlif canlıların heykəllərini və təsvirlərini aparırlar. Bu zaman adətən onların bəziləri danışır, bəziləri isə susur.
Siyasətçi (Platon)
Siyasətçi(qəd. yun. Πολιτικός) — Platonun yaradıcılığının yekun mərhələsinə yaxın yazılmış və bir növ "Sofist" dialoqunun davamı kimi dəyərləndirilən dialoqdur. Dialoqun iştirakçıları: Sokrat və Feodor yalnız əsas iştirakçıları təmsil edirlər və onların iştirakı yalnız bir neçə giriş frazasının səsləndirilməsi ilə məhdudlaşır. Əsas dialoq iştirakçıları gənc Sokrat və Eleydən gəlmiş gəlmədir.
Hubert Lukot
Hubert Lukot (1935 - 18 Yanvar 2017) — Fransalı şair və metaalətlər yazarı. Lukot 60-dan çox kitabın müəllifidir. Hubert Lukot 1935-ci ildə Parisdə anadan olmuşdur. Lukot ədəbi yaradıcılığına şeirlə başlamışdır. 1960-cı illərdə düz yazı və meta fantastikanı ehtiva edən kitablar yazmağa başlamışdır. Ömrü ərzində Lukot 60-dan çox kitab nəşr etdirmişdir. Lukot 18 yanvar 2017-ci ildə vəfat etmişdir.
Lilli Platt
Lilli Platt (ing. Lilly Platt) — İngilis əsilli holland ekoloqu. Platt ekoloji problemləri səsləndirdiyi gəncliyi və dinc tətilləri ilə tanınır. O, YouthMundus, Earth.org və WODI üçün qlobal səfir; Plastik Çirklənməyə Qarşı Koalisiyanın Gənclər Səfiri və How Global; Dünya Təmizlik Günü üçün uşaq səfiri. Platt topladığı və çeşidlədiyi plastik zibilləri yerləşdirdikdən sonra əvvəlcə sosial mediada məşhurlaşır. Bu illər ərzində o, 100.000-dən çox zibil toplayır. Platt Böyük Britaniyada anadan olub. Onun yeddi yaşı olarkən ailəsi Hollandiyaya köçür. 2015-ci ildə Platt babası ilə Hollandiyada parkda gəzərkən yerə səpələnmiş plastik zibilləri görür. O, holland dilini məşq etmək üçün onları saymağa qərar verir.
Marsel Şlutt
Marsel Şlutt (alm. Marcel Schlutt‎; 1 avqust 1977) — Almaniyalı kino aktyoru, model, fotoqraf və kolumnist. Marsel Demmin şəhərində (Meklenburq-Ön Pomeraniya), nalbəndçi ailəsində anadan olmuşdu. Ailənin yeganə uşağı idi. Almaniya birləşəndən sonra o Bilefeldə (Şimali Reyn-Vestfaliya) köçür. Gənc yaşlarından at yarışları ilə dərindən maraqlanır, hətta bir neçə dəfə yarışlarda qələbə də qazanır. Məktəbi bitirdikdənn sonra o Münsterə köçür. Marselin 18 yaşı tamam olanda, fotoqraf TeeJott onu Kölndə dərc edilən bir sıra jurnallarda model qismində çəkilməyi təklif etdi. O bir sıra illüstrə edilmiş jurnal və kitab üz qabıqlarında göründü, onun hətta çılpaq şəkilləri də burada yer aldı. So Dam Tuff agentliyinin yeni üzü olduğundan, ona Londonda və Madriddə yaşamağı təklif etdilər.
Plato departamenti
Plato departamenti — Beninin 12 departamentindən biri. Plato departamentinin ərazisi 3 264 km2-dır. Plato departamentinə 5 şəhər daxilidir. 2013-cü ilə olan məlumatlara əsasən Plato departamentinin əhalisi 624 146 nəfərdir.
Plato ştatı
Plato ştatı (ing. Plateau State) — Nigeriyanın Şimal-mərkəzi geosiyasi zonasında ştat. Ştatın adı onun ərazisində yerləşən Cos dağlıq platosundan (yayladan) gəlir.
Platt (Vayominq)
Platt Rayonu (ing. Platte County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 8 807 nəfər olmuşdur. Rayonun paytaxtı Uitlend şəhəridir.
Pitot Borusu
Pito Borusu — cari maye (suspenziya) və ya qazın tam təzyiqini ölçmək üçün cihaz. Onun ixtiraçısı, fransız mühəndis-hidravlik Henri Pito (Henry Pito) adı ilə adlandırılmışdır (1732). L - formali bir boru şəklindədir. p ∂ ≈ ξ ρ V o 2 2 , {\displaystyle p_{\partial }\approx \xi {\frac {\rho V_{o}^{2}}{2}},} Harda ki, ρ {\displaystyle \rho } – hərəkət edən (qələn) mühitin sıxlığı; V o {\displaystyle V_{o}} – axın sürəti; ξ {\displaystyle \xi } – əmsal. Təzyiq altında olan (pnevmometrik və ya tam təzyiq borusu) Pito borusu xüsusi cihaz və qurğulara qoşulur. Diferensial manometrlərlə komplektdə qaz gəlirlərdə və ventilyasiya sistemlərində nisbi sürətin və həcm sərfinin müəyyən edilməsində tətbiq olunur.
Alütor dili
Alütor dili — Çukot-kamçatka dillərindən biridir. Əsasən Koryak muxtar vilayətində yayılmışdır. 200-dən bir qədər artıq daşıyıcısı vardır. Alütoran, palan və karaqin dialektlərinə bölünür.