Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Klebsiella pneumoniae
Klebsiella pneumoniae - fakultativ anaerob, qrammənfi çöpşəkilli Klebsiella cinsindən olan bakteriya növü, pnevmoniya törədicisi. Klebsella pneumoniae pnevmoniya törədicisi olmaqla yanaşı sidik-cinsiyyət sistemi infeksiyaları ilə də assosiyasiya olunur. Normada bu bakteriya insanın mədə-bağırsaq traktında və ağız boşluğu florasında məskunlaşmışdır. Normal insanlar üçün bir o qədər də təhlükəli sayılmasa da immun sistemi zəifləmiş yaxud zədələnmiş insanlarda təhlükəli iltihabi prossesin yaranmasına səbəb ola bilir. Nadir hallarda pnevmoniya törədicicsi olan klebsella pneumoniae ilk dəfə 1883 ci ildə alman mikrobioloqu Karl Fridlender (1847-1887) tərəfindən aşkar edilmişdir. Bu bakteriyanın törətdiyi ağciyərlərin iltihabı tibbdə Friedlender pnevmoniyası da adlandırılır. Karl Fridlender o zaman bu mikrobu lat. diplococcus adlandırır. Bir qədər sonra bakteriyanın 3 yarımnövü aşkar edilir: Klebsiella pneumoniae subsp. ozaenae (Abel 1893) Ørskov 1984 Klebsiella pneumoniae subsp.
Pnevmoniya
Ağciyər iltihabı, sətəlcəm, pnevmoniya — ağciyərin tez-tez təsadüf edilən xəstəliyi. Gedişinə görə kəskin və xronik olur. Krupoz, ocaqlı, intersisial və s. formaları var. Krupoz pnevmoniya kəskin ağciyər xəstəliyidir, bakterial pnevmoniyaların ən təhlükəlisidir. Krupoz pnevmoniyada ağciyərin bir, bəzən də bir neçə payında patoloji dəyişiklik olur; xəstəliyi, əsasən, pnevmokoklar törədir. Xəstəlik başağrısı, yüksək hərarət (39–40°S), quru və bəlğəmli öskürəklə başlayır, döş qəfəsi sancır (öskürdükdə və dərin nəfəs aldıqda artır). Xəstəliyin ikinci günündən başlayaraq selikli bəlğəm ifraz olunur. Sonralar qan qarışdığından bəlğəm pas rəngi alır. İlk günlər xəstənin yanaqları qızarır, dodağı, burnunun ucu, bəzən boyun və qulağı uçuqlayır; nəbzi dəqiqədə 100–120 vurur, arterial təzyiqi aşağı düşür.