iltifatsızlıq
iltihablı
OBASTAN VİKİ
İltihab
İltihab (lat. inflammatio) yerli və ümumi patoloji prosess, və ya patoloji qıcıq və təsirlərin nəticəsində orqanizmin hüceyrə strukturlarının zədələnməsinə qarşı bir reaksiyadır.Normal halda immun sisteminin hüceyrələri toxuma hüceyrələrinin bütün hissələrində səpələnmiş vəziyyətdə olur .Əgər orqanizmin müəyyən sahəsində yoluxma mərkəzi yaranırsa immun sisteminin hüceyrələri və onların sintez etdikləri faktorlar həmin sahədə cəmlənirlər .Bunu təmin edən proseslərə ilktihab reaksiyaları deyilir .İltihab prosesi üçün 3 əsas əlamət xarakterikdir : yoluxmuş sahənin qanla təchizatının güclənməsi endotelial hüceyrələrin yığılması nəticəsində kapilyarların keçiriciliyinin artması leykositlərin venullardan ( venoz kapilyarlardan) yoluxma sahəsinə doğru miqrasiyası.İltihabın ilk mərhələlərində buraya neytrofillər , sonra isə monositlər və limfositlər toplanırlar . Yoluxmanın tipindən asılı olaraq patogenə qarşı müxtəlif cür immunoloji reaksiyalar yaranır:1.Hüceyrəxarici patogenlərə yoluxma zamanı immun sisteminin mübarizəsi bilavasitə bu patogenlərin məhv olmasına və onların toksiki məhsullarının təsirinin neytrallaşdırılmasına yönəlir . Bu Bu prosesdə əsas işi komplement sistemi və faqositar hüceyrələr yerinə yetirir . Anticisimlər isə köməkçi və neytrallaşdırıcı funksiyanı yerinə yetirir. Hüceyrədaxili patogenlərə qarşı mübarizənin isə 2 alternativ üsulu mövcuddur : 1.yoluxmuş hüceyrənin T sititoksiki limfositlərlə məhvi 2 .T helperlər tərəfindən makrofaqların aktivləşdirilməsi . Qədim Roma yazıçısı Avl Korneliy Sels ilk dəfə iltihabın xarici əlamətlərini təsvir etmişdir: lat. rubor — "qızartı", qızarma, eritema lat. tumor — "şiş", şişginlik lat. calor — "hərarət", yerli (nahiyyənin) hərarətin(in) qalxması lat.
Ekssudativ iltihab
Ekssudativ iltihab — İltihab ocağında ekssudatın (iltihabi maye) əmələ gəlməsi ilə müşayiət olunur. İltihab ocağında əsasən neytrofillər müşahidə edilir. Ekssudativ iltihabın bir neçə növü vardır: 1)Seroz ekssudativ iltihab-bu zaman iltihab mayesi ən duru formada olur və tərkibində 2–8% zülal olur. İkinci dərəcəli yanıqlar zamanı dəridə suluqların əmələ gəlməsi buna aiddir. 2)Fibrinoz ekssudativ iltihab-ekssudatın tərkibində çoxlu miqdarda fibrin telləri müşahidə olunur və bu zaman ərp əmələ gəlir. İki növü məlumdur: a)Krupoz fibrinoz iltihab-təkqatlı epitel nahiyəsində əmələ gəlir. Bu zaman əmələ gələn ərp nazik olur və asanlıqla qopur, qanaxma baş vermir. Krupoz pnevmoniyasında, difteriyanın yuxarı tənəffüs yolları formasında rast gəlinir. b)Difteritik fibrinoz iltihab-çoxqatlı epitel nahiyəsində əmələ gəlir. Bu zaman əmələ gələn ərp qalın olur və qopma zamanı qanaxma baş verir.
Ağciyər iltihabı
Ağciyər iltihabı, sətəlcəm, pnevmoniya — ağciyərin tez-tez təsadüf edilən xəstəliyi. Gedişinə görə kəskin və xronik olur. Krupoz, ocaqlı, intersisial və s. formaları var. Krupoz pnevmoniya kəskin ağciyər xəstəliyidir, bakterial pnevmoniyaların ən təhlükəlisidir. Krupoz pnevmoniyada ağciyərin bir, bəzən də bir neçə payında patoloji dəyişiklik olur; xəstəliyi, əsasən, pnevmokoklar törədir. Xəstəlik başağrısı, yüksək hərarət (39–40°S), quru və bəlğəmli öskürəklə başlayır, döş qəfəsi sancır (öskürdükdə və dərin nəfəs aldıqda artır). Xəstəliyin ikinci günündən başlayaraq selikli bəlğəm ifraz olunur. Sonralar qan qarışdığından bəlğəm pas rəngi alır. İlk günlər xəstənin yanaqları qızarır, dodağı, burnunun ucu, bəzən boyun və qulağı uçuqlayır; nəbzi dəqiqədə 100–120 vurur, arterial təzyiqi aşağı düşür.
Ortaqulaq iltihablanması
Ortaqulaq iltihablanması - otitis media. Ortaqulaq iltihablanması burun boşluğu və ya boğazdan ortaqulağa açılan kanallardan (tuba auditiva, pharyngotympanic tube) yüksələn bakteriya və ya viruslar tərəfindən iltihablanmağa səbəb olur. Ortaqulağ qulaq pərdəsi ilə iç qulaq arasında içi hava dolu olan bir orqandır. Nadir olaraq da qulaq pərdəsinin cırılması nəticəsi, buradan bakteriya və viruslar içəri girərək iltihablanmağa səbəb ola bilər. Ortaqulağ iltihablanması böyük ağrı və irinlənmələrin axışına səbəb olur. Əgər iltihablar, qulaq pərdəsinin arxasında toplanib sərtləşsə eşitmənin keyfiyyəti aşağı düşər və ağrıdan insan yata bilməz. Burada sərtləşən iltihablar qulaq pərdəsini deşər və burdan iltihablar çölə axar.
Öd kisəsinin iltihabı
Öd kisəsinin iltihabı (yun. cholecyst, "öd kisəsi", lat. itis, "iltihab") lat. cholecystitis) — öd kisəsinin xəstəliklərindən biri. Adından məlum olduğu kimi kəskin iltihabi bir proses olub xroniki hala da keçə bilir. Hazırda kəskin öd kisəsinin iltihabı dərhal cərrahi müdaxilə ilə müalicə olunduğundan xroniki hallar kəskin azalmışdır. Çox vaxt (90–95 %) öd daşı xəstəliyi ilə müştərək meydana çıxır. Daha doğrusu öd daşı xəstəliyinin fəsadı kimi özünü büruzə verir. Bu hal tibbdə daşlı xolesistit adlanır.

Digər lüğətlərdə