Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Google Doodle
Google Doodle — Google-ın ana səhifəsinin loqosunda bayram, hadisə və ya hansısa şəxsin xatirəsinə aparılan dəyişiklik zamanı ortaya çıxan loqo. == Tarix == Dudl qavramı ilk dəfə 1998-ci ildə, şirkət hələ anonim şirkət olmamışdan qabaq Google-ın qurucuları Larri Peyc və Sergey Brinin Nevada çölündə keçirilən "Yanan Adam Festivalı"na qatıldıqlarını göstərmək üçün loqo üzərində kiçik dəyişiklik aparmalarından sonra yaranmışdır. "Google" sözünün ikinci "o" hərfinin arasında çöp adam yerləşdirmişdilər. Şirkət belə də Google-nin bir şirkətdən artıq olduğunu göstərmək istəyirdi. İlk dudl sadə olsa da, sonradan əhəmiyyətli günlər üçün loqonu bəzəmək fikri yaranmışdır. 2000-ci ildə Larri Peyc və Sergey Brin Dennis Hvanqdan Bastilya günü üçün bir dudl hazırlamalarını istədilər. Bu istifadəçilərinin o qədər xoşuna gəlmişdi ki, hətta Dennis şirkətdə dudllardan məsuliyyət daşıyan şəxsə çevrildi və dudllar daha tez-tez göstərilməyə başlandı Əvvəllər dudllar ancaq özəl günlərə həsr olunurdu, indi isə məşhur şəxslərin və vacib ixtiraların da dudlları hazırlanır ABŞ və digər ölkələrdə dudllara olan təlabat artdı. Bu gün dudlları dudler adlandırılan dizaynerlər və mühəndislər hazırlayır. === Azərbaycana aid Doodle === 2013-cü il 18 sentyabrda "Google.az" Üzeyir Hacıbəyovun anadan olmasının 128 illiyi münasibətilə xüsusi dudl yerləşdirib. Saytda bəstəkarın doğum günü ilə bağlı "Ər və arvad", "O olmasın, bu olsun", "Leyli və Məcnun", "Arşın mal alan" əsərlərinin fotolarını əks etdirən dudl hazırlanıb.
Doodle Jump
Doodle Jump — Xorvatiyanın Lima Sky videooyun şirkəti tərəfindən Windows Phone, BlackBerry, Android, Java Mobile, Nokia Symbian və Xbox 360 kimi platformalar üçün hazırlanan videooyun. İlk dəfə 2009-cu ilin 16 aprelində iOS qurğular üçün buraxılmışdır. Daha sonra oyunun 2 mart 2010-cu ildə Android və BlackBerry üçün, 1 may 2010-cu ildə Symbian üçün, 1 iyun 2011-ci ildə Windows Phone üçün, 1 sentyabr 2011-ci ildə iPad üçün olan versiyaları çıxmışdır. Oyun yaxşı rəylər almışdır. Sunflat Games tərəfindən hazırlanan PaiJump oyununda personajlar və oyunun quruluşu bu oyundan ilhamlanaraq yaradılmışdır. Hazırda oyun 9 platformada oynana bilinir. Doodle Jump App Store-də 4 ay ardıcıl gündə 25.000 dəfə yüklənməsindən sonra məşhurlaşmışdır. iTunes və Google Playdan 10 milyon, ümumilikdə isə 15 milyon dəfə yüklənmişdir. Xorvat İqor və Marko Pusenyak oyunun yaradıcılarıdır. == Oynanılması == Doodle Jump oyununda əsas məqsəd Dudler adlı 4 ayaqlı heyvanı idarə edərək sonsuz davam edən platformalar üzərində düşmədən yuxarı qalxmaqdır.
.Google
.google — İnternet Domen Ad Sistemində istifadə olunan, brendə aid yüksək səviyyəli sahə adı sonluğudur. 2014-cü ildə yaradılan, Google-un üst şirkəti olan Alphabet Inc. tərəfindən idarə olunur. Bu, bir brendin ictimai bir tor şəbəkə səhifəsinə aid ilk sahə adı sonluğudur. Digər Alphabet məhsullarını və sahə adlarını .google-a köçürmək üçün planlar mövcuddur. Google Sahə Adları, https://domains.google şəbəkə səhifəsində bir sahə adı qeydiyyatı xidmətidir. Bundan əlavə, Google şirkəti, .goog (https://partnergainage.goog və https://pki.goog kimi saytlar üçün) və .gle (goo.gle və forms.gle kimi qısaldılmış ünvanlar üçün) sahə adlarına da sahibdir. Eyni zamanda Quqlun bəzi səhifələri, aşağıdakı nümunələr kimi .google sahə adı sonluğu istifadə edir: https://about.google – Google məhsulları və şirkət məlumatlarını nümayiş etdirir. https://blog.google – Google məhsulları haqqında xəbərlər nümayiş etdirir. https://registry.google – Google-un sahib olduğu sahə adı sonluqlarını nümayiş etdirir.
Google
Google (translit. Quql) — dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-də yerləşən transmilli şirkət. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir. Gəlirinin böyük hissəsini AdWords proqramı ilə reklamlardan əldə edir. Şirkət Larri Peyc ve Sergey Brin tərəfindən, Stanford Universitetində doktorantura tələbəsi olduqları vaxt qurulmuşdur. Bu ikili tez-tez Google Guys kimi adlandırılır. Google ilk dəfə 4 sentyabr, 1998-ci ildə özəl bir şirkət olaraq quruldu və 19 avqust, 2004-cü ildə ictimai təklif edildi. İctimai təklif edilən dövrdə Larri Peyc, Sergey Brin və Erik Şmidt, 2024-cü ilə qədər biryerdə işləmək üçün razılığa gəldilər. Quruluşundan sonrakı vəzifəsi dünyadakı məlumatları təşkilatlandırmaq və əlçatan etməkdir. Qeyri-rəsmi şüarı isə, Google mühəndisi Amit Patel tərəfindən tapılan və Paul Buçet tərəfindən dəstəklənən Don't be evil (azərb.
Google+
Google+ (bəzən "Google Plus" olaraq da bəhs edilir və G+ şəklində qısaldılır), qurucusu olan Google tərəfindən idarə edilən sosial şəbəkə. 28 iyun 2011 tarixində duyurulan servis ilk vaxtlarda dəvət sistemi ilə istifadəçi qəbul etmiş, 20 sentyabr 2011 günündən etibarən isə sayta qeydiyyatlar gerçək adını istifadə etmək şərti ilə 18 yaş üzəri hər kəs üçün açılmışdır. Google+, Google Profillər üzərinə inşa edilmişdir. Google Buzz kimi digər Google proyektlərində də enteqrə işləyən servis Çevrələr, Mövzular və Video Söhbət Otaqları kimi sosial şəbəkə dünyasında yeni olan funksiyalar mövcuddur. Mobil proqramlar ilə də daxil oluna bilən Google+, Google-un ən böyük sosial şəbəkə girişimi olaraq 800.000.000 istifadəçisi olan Facebookun rəqibi olaraq görülməkdədir. Bu servis, Google Buzz, Google Friend Connect və Orkut'un ardından Google-un dördüncü sosial şəbəkə girişimidir. 27 dekabr 2011 tarixində 62.000.000 istifadəçi barajını aşan Google+un böyümə analizi göz önünə alındığında hər gün 625.000 yeni istifadəçi qazanaraq 2012 ili sonunda 400.000.000 istifadəçi barajını aşacağı təxmin edilmişdir. 2012 ili dekabr ayı etibarı ilə Google+ 500 milyon istifadəçi sayını keçmişdir. 52,5 milyon istifadəçini əhatə edən təhlükəsizlik boşluğunun aşkarlanması ilə əlaqədar olaraq, Google 2 aprel 2019-cu il tarixində xidməti fərdi və kommersiya məqsədli istifadə üçün bağladı.
Podolye
Podolye (Podolia) — Ukraynanın cənub-qərb və mərkəzi qərb hissəsini əhatə edən tarixi bir bölgə. 17-ci əsrdə Osmanlı-Litva Knyazlığının hər zaman diqqət mərkəzində olmuşdur. Osmanlı hakimiyyəti dövründə, bölgədə Podolye Əyaləti qurulmuştur. Rus İmperiyası nın hakimiyyəti dövründə isə, bölgədə Podolye Quberniyası qurulmuştur. Slavyanların yaşadığı ərazi 13-cü əsrdə tatarlar tərəfindən işğal edilmişdir. Bölgə 1362-ci ildə Litva şahzadəsi Olgierd tərəfindən işğaldan azad edilmiş və Jagellonların Poloşa-Litva dövlətinə qatılmışdır. Bu dövrdə polşalıların sayı kəskin surətdə artmış və bölgə iqtisadi baxımdan sürətlə inkişaf etmişdir. Türklər 1672-ci ildə bölgəni işğal etdilər, lakin 1699-cu ildə isə Polşalılara geri qaytardılar. Bölgə 1772-ci ildə iki hissəyə bölündü. Qərbi Polşa Habsburqlarların, Şərqi Polşa Rusların tərkibinə qatılmışdır.
Wordle
Wordle, əvvəllər Reddit üçün Place və The Button sosial təcrübələrini yaradan proqramçı Coş Uordl tərəfindən hazırlanmış veb əsaslı söz oyunudur. Beş hərfli sözü oyunçular altı cəhddə təxmin etməyə çalışırlar; Hər bir təxminə rəngli qutular şəklində rəy verilir və oyunçulara cavab sözündə hansı hərflərin düzgün və hansının digər mövqelərdə olduğu bildirilir. Bu cür oyun mexanikası Mastermind kimi oyunlara bənzəyir, lakin Wordle hər bir təxmində hansı hərflərin düzgün olduğunu dəqiq müəyyənləşdirir. Hər gün və hər kəs üçün eyni olan xüsusi bir cavab sözü var. Uordl oyunu əvvəlcə yalnız özü və sevgilisi üçün hazırlamışdı. Oyun, 2021-ci ilin oktyabrında ictimaiyyətə təqdim edilmişdir. Uordl oyuna gündəlik nəticələri Twitter -də geniş şəkildə paylaşılan emoji kvadratları kimi kopyalamaq imkanı əlavə etdikdən sonra oyun 2021-ci ilin dekabrında kütləvi populyarlıq qazandı. Oyunun ingilis dilindən başqa dillərdə çoxlu nüsxələri, uyğunlaşdırmaları və versiyaları da yaradılmışdır. Oyun 2022-ci ilin yanvarında açıqlanmayan yeddi rəqəmli məbləğə The New York Times şirkəti tərəfindən alınıb və əvvəlcə bütün oyunçular üçün pulsuz saxlanması planlaşdırılıb. Hər gün oyunçuların altı cəhddə təxmin edəcəyi beş hərfdən ibarət bir söz seçilir.
Jooble
JOOBLE kimi stilizə edilmiş Jooble, 2006-cı ildə əsası qoyulmuş beynəlxalq iş toplayıcı və iş elanı axtarış sistemidir. == Tarixi == JOOBLE ideyası 2006-cı ildə ortaya çıxdı. Başlandıqdan altı ay sonra startap əməliyyat mənfəəti əldə etməyə başladı. İlk böyük investor Horizon Capital 2014-cü ildə Jooble-a sərmayə qoydu. 2014-cü ildə Google axtarış motoru sıralama qaydalarını dəyişdi, bu da müxtəlif sənayelərdəki şirkətlər üçün böhrana səbəb oldu və Jooble özü yalnız 2017-ci ildə çıxdı. Üç il sonra, 2020-ci ildə Jooble, o vaxtlar postsovet ölkələrində məşhur olan Hotwork iş toplayıcısını əldə etdi. 2022-ci ildə Jooble İndoneziyanın onlayn təhsil platforması olan JayJay startapına 1 milyon dollar sərmayə qoydu. O, 2022-ci ildə iOS və Android-də JOOBLE Job Search mobil proqramını işə salıb. 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra sayt Rusiya və Belarusda fəaliyyətini dayandırdı. Elə həmin il JOOBLE Avropa şirkətləri ilə birlikdə ukraynalı qaçqınların işlə təmin olunmasına kömək edən UA üçün iş ver layihəsinə start verdi.
Google (dəqiqləşdirmə)
Google
Google AdSense
Google Adsense — Google şirkətinin tərkibində olan bir reklamçılıq saytıdır. Adsense vasitəsilə "YouTube" kanallarından, saytlara banner yerləşdirərək pul qazanmaq olar. Reklam başına yayımçıya verilən məbləğ onun yaşadığı ölkədən asılıdır. AdSense ayrıca reklam yerləşdirənlərə xüsusi veb və ya sayt axtarışlarını təklif etməyə imkan verir. Beləliklə, yayımçılar axtarış nəticələri səhifələrində görünən reklamlarla da pul qazana bilərlər. AdSense texnologiyası, səhifələrə hədəfləmiş reklamlar nümayiş etdirməyi hədəfləyir. Buna görə məzmun dəyişdikcə reklamlar da dəyişir. Eynilə, yayım haqları reklam məzmununa görə dəyişir. Qazancın, baxış sayı və klik başına olmaqla 2 fərqli yolu vardır. Qazanc metodu reklam verən tərəfindən müəyyən edilir.
Google Adwords
Google şirkətinin böyük layihələrindən biridir. İnternetdə reklamverənlər tərəfindən istifadə olunur. Adwords ilə verilən reklamlar Google Adsense vasitəsilə reklam yayımçıların qeydiyyatdan keçirdiyi saytlarda və ya bloqlarda yayımlanır. == İşləmə prinsipi == Reklam sahibi yayımlanmasın istədiyi reklamı reklam başlığı, reklam mətnini, URL daxil edərək büdcə təyin edir. Reklamçılar reklamların göstəriləcəyi ölkəni, bölgəni və ya şəhəri seçə bilərlər. Bundan əlavə, onlar reklamların göstəriləcəyi gün və vaxt intervallarını, həmçinin reklamların nümayiş ediləcəyi yaş və cins kimi demoqrafik xüsusiyyətləri göstərə bilərlər. Reklamlar Google axtarış nəticələrində açar sözlərlə əlaqəli mətn reklamları şəklində göstərilir. Google reklam sahələrini 2016-cı ilin fevralında həyata keçirmiş olduğu bir yeniləmə ilə dəyişdirmişdir. Müvafiq olaraq, axtarış nəticələrinin üst hissəsindəki reklamçıların sayı 3-dən 4-ə artırılmış və sağ sütundakı reklamlar çıxardılmış və yalnız alış-veriş elanları daxil edilmişdir. Axtarış nəticələri səhifəsinin altında isə 3 ədəd reklam sahəsi açılmışdır və beləliklə açar sözlər rəqabətinə müvafiq olaraq maksimum cəmi 7 reklam sahəsi təyin olunmuşdur.
Google Akademiya
Google Akademiya (ing. Google Scholar) — bütün format və fənlərin elmi nəşrlərinin tam mətnləri üçün pulsuz axtarış sistemi. Layihə 2004-cü ilin noyabr ayından bəri beta statusunda davam edir. Google Scholar Index, Avropada və Amerikadakı ən böyük elmi nəşrçilərin nəzərdən keçirdiyi onlayn jurnalların əksəriyyətinin məlumatlarını ehtiva edir. Google Scholar funksionallığı baxımından Scirus, CiteSeerX və GetCITED-ə bənzəyir. Ayrıca, Google Scholar, pullu bir abunəlikdən sonra nəşrlərə giriş imkanı verən saytlara bənzəyir, məsələn, Scopus və Web of Science. Google Scholar-un reklam şüarı — "nəhənglərin çiyinlərində durmaq" — İsaak Nyutonun məşhur "Başqalarından daha çox şey görməyimin səbəbi nəhənglərin çiyinlərində dayandığım üçün idi" ifadəsinin bir hissəsidir, elm adamlarına hörmət əsrlər boyu elmin inkişafına töhfə verən və yeni kəşflər və nailiyyətlər üçün zəmin yaradanlar. == Tarixi == Google Scholar layihəsi, Aleks Verstak və daha sonra Google axtarış indeksinin yaradılması üzərində işləyən Anuraq Açarya ilə müzakirə ilə başladı. 2006-cı ildə Microsoft Windows Live Academic Search layihəsini başlatdı. Potensial bir rəqibin ortaya çıxmasından sonra Google Scholar biblioqrafik məlumat idarəetmə proqramlarına (RefWorks, RefMan, EndNote və BibTeX kimi) istinadları idxal etmək qabiliyyətini əlavə etdi.
Google Allo
Google Allo — Google tərəfindən hazırlanmış mobil ani mesajlaşma tətbiqi. Allo, 18 may 2016-cı il tarixində Google I / O-da mobil video söhbət olan Google Duo-nun yanında yer aldı. Başlanğıc ilkin olaraq 2016-cı ilin yayına planlaşdırılmışdı, lakin bir neçə gün sonra 21 sentyabr 2016-cı ildə ABŞ-də və dünyada baş tutdu. Tətbiq Android və iOS platformalarında mövcuddur. Tətbiqin veb versiyası 15 Avqust 2017-ci il tarixdə yayımlandı. Qeydiyyatdan keçərkən tətbiq istifadəçinin telefon nömrəsinə bağlanır və Google Assistant-dan istifadə etmək üçün Google hesabına keçid istifadə olunur.
Google Analytics
Google Analytics (qısaca GA) — veb-sayt ziyarətçilərinə dair ətraflı statistika yaratmaq üçün Google tərəfindən verilən pulsuz bir xidmət. Statistikalar Google serverində toplanır, istifadəçi yalnız JS kodunu saytının səhifələrinə yerləşdirir. İzləmə kodu, istifadəçi veb brauzerində səhifəni açdıqda işə salınır (brauzerdə Javascriptə icazə verildiyi halda). Pulsuz versiya ayda 10 milyondan çox səhifə baxılmasına zəmanət vermir. Belə saytlar üçün 2011-ci ilin sentyabr ayından bu yana 1 milyard ziyarət edə biləcək Google Analytics Premium-un (ildə 150 ​​min ABŞ dollarından) istifadəsi təklif olunur. Xidmət Google AdWords ilə inteqrasiya olunmuşdur. Xidmətin bir xüsusiyyəti, yayıncının, Google Analytics xidməti tərəfindən ziyarətçilərin haradan gəldikləri, saytda nə qədər qaldıqları və coğrafi olaraq harada olduqları barədə məlumatları analiz edərək Google AdWords reklam və marketinq kampaniyalarını optimallaşdırmasıdır. İstifadəçilər hesabatlarda reklam qruplarını və açar söz performansını görürlər. Ziyarətçiləri qruplara bölmək daxil olmaqla əlavə xüsusiyyətlər də mövcuddur. Xidmət istifadəçiləri keçidlərin hədəflərini və ardıcıllığını təyin edə bilərlər.
Google Books
"Google Books" və ya "Google Kitablar" — "Google" tərəfindən rəqəmsallaşdırılan kitablar üçün tammətnli axtarış xidməti. Burada ABŞ-nin ən böyük kitabxanalarından 10 milyondan çox kitab mövcuddur. 2010-cu ilə qədər layihədə 15 milyona yaxın kitab var idi, onlardan 1 milyonu ictimai mülkiyyətdə olmuşdur. Layihənin əməkdaşları dünyada mövcud olan kitabların sayını (təkrar nəşrlər istisna olmaqla) 130 milyon olaraq qiymətləndirmiş, onilliyin sonuna qədər hər şeyi rəqəmsallaşdırmaq niyyətində olduqlarını açıqlamışdılar. 2017-ci ilin məlumatına görə, təxminən 25 milyon kitab rəqəmsallaşdırılmışdır. Bundan sonra rəqəmsallaşma sürəti çox azalmışdır.
Google Calendar
Google Təqvim (ing. Google Calendar) — 13 aprel 2006-cı ildə Google şirkəti tərəfindən istifadəyə verilən və internet istifadəçilərinə təqvim xidmətləri göstərən xidmətdir. İnternet istifadəçilərinin bu xidmətdən faydalana bilmələri üçün "Google"da qeydiyyatdan keçmələri lazımdır. Təqvimə əlavə olunan bir hadisənin vaxtı gəldiyində ya da bir müddət əvvəlindən e-poçt ya da sms-lə istifadəçiləri xəbərdar edilir.
Google Chrome
Google Chrome — Chromium və Blink mühərriki əsasında Google tərəfindən hazırlanmış bir brauzerdir (2013-cü ilin aprel ayına qədər Vebkit adından istifadə edilmişdir). İlk ictimai beta versiyası 2 sentyabr 2008-ci ildə, ilk sabit — 11 dekabr 2008-ci ildə buraxıldı. StatCounter-ın məlumatına görə, 300 milyon istifadəçisi olan Chrome Dünyanın ən məşhur brauzeridir — 2018-ci ilin sentyabr ayının bazar payı 60,6% təşkil edir. Google Chrome ayrıca Windows 7, Server 2008 R2, Windows 8, Server 2012, Windows 8.1 və Server 2012 R2 dəstəyi bitəcəyini təsdiqləndi və 109-cu versiya olduğunu bildirib. == Tarixi == Rəsmi çıxış tarixi 3 sentyabr 2008-ci il olan bu yeni brauzerin xüsusiyyətlərini və yaradılma səbəbini açıqlayan, Scott McCloud tərəfindən yaradılan karikatura jurnalistlərə və bloqlara göndərilmişdir. 4 Avropa üçün hazırlanan kopyalar Philipp Lenssennin Google Blogoscopedda verilmişdir. 38 səhifəlik karikatura 1 sentyabr 2008-ci ildən etibarən səhifələrində yer almaqdadır. Dərhal ardından Google, Google Books adıyla karikaturaları öz saytında yayımlamağa başladı və rəsmi bloqunda bundan bəhs etdi. == Dizayn == Öncə dizayn məqsədləri, mövcud olan brauzerlərin arasında təhlükəsizliyi inkişaf etdirmək, sürət və dayanıqlılığı təmin etmək. Bunlarla yanaşı, geniş bir istifadəçi interfeysi dəyişməsi edilmişdir.Chrome, Google və Netscape kimi digər üçüncü tərəf proqramlardan ibarət olan 26 fərqli kod kitabxanasında yaradılmışdır.
Google Drive
Google Drive (köhnə adıyla Google Docs) — 12 oktyabr 2006-cı ildə Google tərəfindən fəaliyyətə başlayan bulud xidməti. Google Driveda hər cür musiqi, şəkil, sənəd, video və ya fərqli formatları saxlaya bilərsiniz. Bu fayllara online olaraq fərqli kompüterlərdən, telefonlardan ya da tabletlərdən dərhal istifadə edə bilərsiniz. Googlenin bulud xidməti olan Google Drive, hər istifadəçisinə pulsuz 15 GB yer verir. Bundan əlavə daha yüksək həcmdə Google Drivedan yer almaq mümkündür.
Google Earth
Google Earth — bütün dünyanın peyklərindən çəkilmiş müxtəlif dəqiqlikdəki görüntülərin görüldüyü, Google Labs tərəfindən alınan Keyhole adlı şirkətin təkmilləşdirdiyi bir kompüter proqramıdır. Sıx məskunlaşılan bəzi regionların detallı görüntüləri, internetdəki səhifəsindən endirilən proqramı kompütere yükləyərək araşdırıla bilər. 2005-ci il iyununda sadəcə ABŞ-nin bütövlükdə yüksək detallı görüntüləri mövcudikən, 2006-cı il iyundan etibarən dünyadakı şəhərlərin böyük bir qisminin detallı görüntüləri mövcuddur. Proqramda, koordinatları verilən nöqtəyə çatmaq mümkündür. Proqram ilk eşidildiyində, Rus Gizli Servisi, bu xidmətin, terorist hücum planlayanlara köməklik göstərəcəyini söyləyərək xidmətin dayandırılmasını tələb etmişdi. Ancaq bənzər peyk görüntülərinin kiçik bir ödəniş qarşılığında internette satıldığı göz önünə alınaraq əlaqədar məhkəmədə iddia ləğv olunmuşdur. Ayrıca Google təhlükəsizlik üçün hal-hazırkı görüntülərin yerinə sadəcə bu gündən bir neçə il əvvələ aid görüntüləri paylaşıma təqdim etmişdir. == Google Sky == "Google Earth"ın kosmosu izləməyə imkan vərən yeni xidmətidir. İstifadəçi kosmosu müşahidə edir, ulduzları, dumanlıqları, qalaksiyaları izləyə bilir, planetlərin istiqamətlərini izləyə bilir. Həmçinin ulduzlar və planetlərin zaman içində keçdikləri mərhələlər izlənə bilməkdədir.
Google Go
Go (proqramlaşdırma dili) — Google tərəfindən Robert Qreysmer, Rob Paykike və Ken Tombson tərəfindən tərtib edilmiş proqramlaşdırma dili. Go, C-yə sintaktik olaraq bənzəyir, ancaq yaddaş təhlükəsizliyi, zibil yığılması, struktur yazması ilə CSP ilə uyğunluq daşıyır. Veb-saytı olan golang.org səbəbiylə tez-tez "Golang" olaraq adlandırılır, lakin orijinal adı Go-dur. İki əsas tətbiqi var: Bir çox əməliyyat sistemlərini, mobil cihazları, və WebAssembly-i hədəf alan Google-un özünün hostingkompilyator alət dəsti GccGo Üçüncü tərəf bir tərcüməçi Gopher. JS veb inkişaf üçün önə gedən JavaScript üçün tərtib edir.
Google Hangouts
Google Hangouts Google tərəfindən hazırlanmış bir rabitə proqramdır. Əvvəlcə Google+-ın bir xüsusiyyəti olan Hangouts 2013-cü ildə Google da Google+ Messenger və Google Talk funksiyalarını Hangouts-a birləşdirməyə başladıqda müstəqil məhsul oldu. 2017-ci ildə Google, Hangoutsı müəssisə əlaqəsinə yönəlmiş bir məhsul halına gətirməyə başladı. Hangouts indi G Suite məhsullar xəttinin bir hissəsidir və iki əsas məhsuldan ibarətdir: Google Meet və Google Chat. Google, eyni zamanda, Hangouts'ın "gələcəyi" olaraq yaradıldığını ifadə edərək, Google Sound, özünün IP telefoniya məhsulu olan xüsusiyyətlərini Hangoutsa birləşdirməyə başladı. Google istifadəçilərlə görüşməyə və söhbətə 2020-ci ilin iyununda keçməyi planlaşdırır, lakin Google Meet pulsuz olduqdan sonra bəzi fərziyyələr qaldıraraq klassik Hangouts'ın istehlakçı versiyasını dəstəkləməyə davam edəcəkdir.
Google Inc.
Google (translit. Quql) — dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış ABŞ-də yerləşən transmilli şirkət. Google internetdə yerləşən bir çox xidmət və məhsullara sahiblik etməklə yanaşı onları inkişaf etdirir. Gəlirinin böyük hissəsini AdWords proqramı ilə reklamlardan əldə edir. Şirkət Larri Peyc ve Sergey Brin tərəfindən, Stanford Universitetində doktorantura tələbəsi olduqları vaxt qurulmuşdur. Bu ikili tez-tez Google Guys kimi adlandırılır. Google ilk dəfə 4 sentyabr, 1998-ci ildə özəl bir şirkət olaraq quruldu və 19 avqust, 2004-cü ildə ictimai təklif edildi. İctimai təklif edilən dövrdə Larri Peyc, Sergey Brin və Erik Şmidt, 2024-cü ilə qədər biryerdə işləmək üçün razılığa gəldilər. Quruluşundan sonrakı vəzifəsi dünyadakı məlumatları təşkilatlandırmaq və əlçatan etməkdir. Qeyri-rəsmi şüarı isə, Google mühəndisi Amit Patel tərəfindən tapılan və Paul Buçet tərəfindən dəstəklənən Don't be evil (azərb.
Google Kitablar
"Google Books" və ya "Google Kitablar" — "Google" tərəfindən rəqəmsallaşdırılan kitablar üçün tammətnli axtarış xidməti. Burada ABŞ-nin ən böyük kitabxanalarından 10 milyondan çox kitab mövcuddur. 2010-cu ilə qədər layihədə 15 milyona yaxın kitab var idi, onlardan 1 milyonu ictimai mülkiyyətdə olmuşdur. Layihənin əməkdaşları dünyada mövcud olan kitabların sayını (təkrar nəşrlər istisna olmaqla) 130 milyon olaraq qiymətləndirmiş, onilliyin sonuna qədər hər şeyi rəqəmsallaşdırmaq niyyətində olduqlarını açıqlamışdılar. 2017-ci ilin məlumatına görə, təxminən 25 milyon kitab rəqəmsallaşdırılmışdır. Bundan sonra rəqəmsallaşma sürəti çox azalmışdır.
Google Maps
Google Xəritələr (ing. Google Maps; keçmiş Google Local) veb xəritə tətbiqetməsidir, Google tərəfindən hazırlanır, pulsuzdur (qeyri-kommersiya məqsədilə), bir çox xəritə əsaslı xidmətləri özündə birləşdirir (Google Maps saytı, Google Ride Finder, Google Transit) və üçüncü tərəfə Google Maps API-lərindən istifadə etməklə xəritələri digər veb-səhifələrdə yerləşdirmək imkanı verir. Bu xidmət həmçinin küçə xəritələri, nəqliyyat marşrutlarının planlaşdırmalarını təklif edir.. Google Maps-in peyk xəritələri dərhal yenilənmir, onların adətən bir neçə ay, bəzən isə bir neçə il yaşı olur.
Google Meet
Google Meet (əvvəllər Hangouts Meet kimi tanınırdı) — Google tərəfindən təqdim edilən video-rabitə xidmətidir. 2 tətbiqi proqram- Google Hangouts və Google Chat proqramlarının əvəzləyicisi kimi bazara daxil olmuşdur. == Tarix == 2017-ci ilin fevral ayında iOS üçün tərtib olunmuş proqram yalnız dəvət əsasında çalışsa da, həmin ilin mart ayından etibarən proqram rəsmi olaraq fəaliyyətə başladı. Xidmət Hangoutsun korporativ dostu kimi, 30-a qədər iştirakçının qatıla biləcəyi video-konfrans proqramı kimi təqdim edildi. Bazara Android, iOS və veb tətbiq versiyaları ilə daxil oldu. Şirkət Google Meet proqramını orijinal Hangouts proqramının bir üst versiyası kimi yüksək xüsusiyyətlər ilə birlikdə təqdim edərkən, iştirakçılarla görüntülü və eyni zamanda söhbət etmək də daxil olmaqla bəzi standart Hangouts xüsusiyyətlərini ləğv etdi. Bir dəfəyə icazə verilən video yayımların sayı 8-ə endirildi (pilitə rejimində ən çox 4 yayım göstərilə bilər) və yayımlarda üstünlük mikrafonlarını ən son istifadə edən şəxsə verildi — nnlayn görüşlərdə mikrafon ilə danışan iştirakçi görüşdə ön plana çıxarıldı. Bundan əlavə çat qutusu kimi özəlliklər video yayımlara sığacaq şəkildə yenidən ölçüləndirmək yerinə elə birbaşa video yayımların üzərində göstəriləcək şəkildə dəyişdirildi. 2020-ci il covid-19 pandemiyası səbəbi ilə həmin ilin yanvar və aprel ayları arasında Google Meet istifadəsi 30 dəfə artdı. Həmin ilin aprel ayının son həftəsi etibarı ilə Zoom gündəlik 200 milyon, Google Meet isə 100 milyon istifadəçi girişinə çata bildi.