Google ilk dəfə 4 sentyabr, 1998-ci ildə özəl bir şirkət olaraq quruldu və 19 avqust, 2004-cü ildə ictimai təklif edildi. İctimai təklif edilən dövrdə Larri Peyc, Sergey Brin və Erik Şmidt, 2024-cü ilə qədər biryerdə işləmək üçün razılığa gəldilər.[9] Quruluşundan sonrakı vəzifəsi dünyadakı məlumatları təşkilatlandırmaq və əlçatan etməkdir.[10] Qeyri-rəsmi şüarı isə, Google mühəndisi Amit Patel tərəfindən tapılan və Paul Buçet tərəfindən dəstəklənən[11]Don't be evil (azərb. Pis olma)-dır. Şirkət 2006-cı ildə Mauntin Vyu şəhərinə köçmüşdür.[12][13]
Google-un dünyada məlumat mərkəzlərində bir milyondan çox serverdə işlədiyi,[14] bir milyarddan çox axtarış istəyini işlədiyi[15] və istifadəçiləri tərəfindən yaradılan məlumatın bir günə görə 24 petabayt olduğu təxmin edilir.[16][17][18][19] Şirkət, Orkut, Google Buzz ve Google+ kimi sosial şəbəkə alətləri ilə birlikdə e-poçt sistemi olan Gmail-i xidmətə verib. Əlavə olaraq, veb brauzer Google Chrome, şəkil göstərmə və redaktə proqramı Picasa və danışıq proqramı Google Talk ilə masaüstünə qədər uzanır. Bunların xaricində, Android əməliyyat sisteminin inkişafında böyük rol oynamışdır. Cr-48 əsas əməliyyat sistemi olaraq da bilinən Google Chrome OS, 15 iyun, 2011-ci ildən bəri, Samsung Series 5[20] və Acer AC700[21] kimi ticarət üçün olan Chromebook-larda[22] istifadə edilir.
Alexa, google.com-u internetdə ən çox ziyarət edilən veb-sayt olaraq göstərir. YouTube, Blogger, Orkut kimi Google-a aid digər saytlar və çox sayda beynəlxalq Google saytları (google.co.in, google.co.uk və s.) isə ən çox ziyarət edilən saytlar arasında ilk yüzlüyə daxil olmuşdur.[23] Əlavə olaraq şirkət, BrandZ marka dəyəri məlumat bazası siyahısında ikinci yerdədir.[24] Buna qarşı olaraq Google, məxfilik, müəllif hüquqları kimi mövzularda şikayətlər alır.[25][26]
Google öz tarixinə 1996-cı ilin yanvar ayından başlamışdır. Həmin dövrdə KaliforniyadakıStenford Universitetinindoktorantura pilləsində təhsil alan tələbələr Larri Peyc və Sergey Brin tədqiqat layihəsi çərçivəsində bu saytı hazırlayıblar. Ənənəvi axtarış sistemləri axtarılan sözlərin neçə dəfə işlədilməsini əsas götürürdüsə, yeni saytda axtarılan saytlar arasındakı əlaqəni analiz edirdi.[28][29]
Larri Peyc və Sergey Brin başlanğıcda sürətli işləməsi olaraq BackRub adlı bir axtarma sistemi üzərində çalışmağa başladılar. Məqsədləri iri bir məlumat yığını olan interneti bölümləmək və axtarılanları daha asan tapılan bir hala gətirməkdir. Bunun üçün yeni bir texnologiya yaratdılar. Bu texnologiya, interneti klassik sistemlərə görə daha fərqli bir şəkildə tədqiq edirdi. Bu səbəbdən qısa zamanda adları tanınmağa başladı.[30][31] Bu yeni texnologiyaya PageRank adı verilmişdi, bu sistemə görə səhifə məlumatlarının orijinal sayt ilə olan bağlantıları tapılaraq, onlara edilən müraciətə görə sıralanırdı.[32][33]
Kiçik bir axtarış mühərriki olan və Robin Li tərəfindən inkişaf etdirilən "RankDex", 1996-cı ildən bəri sayt xallandırması və sayt sıralandırması üçün bənzər bir strategiya işlədirdi.[34] RankDex patentli idi[35] və Linin Çində qurduğu Baidu adlı axtarış mühərriki bu sistemlə işləyirdi.[36][37]
Peyç və Brin yeni yaratdıqları mühərrikə ilk dəfə "BackRub" adını vermişdilər, çünki saytların geri bağlantılarının yoxlanılmasının əhəmiyyətini təxmin edə bilirdilər.[38][39][40] Ancaq daha sonra "quqol" sözü üzərində orfoqrafik dəyişiklik edilərək, axtarış mühərriki Google olaraq adlandırıldı,[41][42] Google adı mühərrikə insanlara böyük bilik mənbəyinə asan giriş edə bildikləri üçün qoyulmuşdur, çünki quqol on üstü yüz (10100
) deməkdir.[43] Başlanğıcda Google, Stanford Universitetinin alt-fəza adı olaraq google.stanford.edu fəza adını istifadə etmişdir.[44]
Bu gün istifadə edilən fəza adı 15 sentyabr, 1997-ci ildə aktivləşdirildi[45] və 4 sentyabr, 1998-ci ildə Google şirkəti rəsmi formada quruldu. Şirkətin mərkəzi dostları Suzan Voycickinin[30]Menlo Park şəhərində yerləşən avtomobil qarajı seçildi. Stanford Universitetində doktorantura bölməsində təhsil alan Kreyq Silversteyn, ilk işçi olaraq işə alındı.[30][46][47]
Bir il əvvəl 841 milyon ziyarətçisi olduğu halda, 2001-ci ilin may ayında 8,4%-lik artımla ziyarətçi sayı ilk dəfə 1 milyard oldu.[48]
Google-a 100 min dollarlıq ilk investisiya dəstəyini əvvəl Google-unda daxil olduğu şirkət olan Sun Microsystems-in qurucularından olan Endi Beçtolşeym vermişdir.[50] 1999-cu ilin əvvəllərində, hələ doktorantura tələbələri olan Brin ve Peyç, akademik araşdırmalar üçün bir axtarış mühərriki təkmilləşdirmənin maraqlı olacağını düşünüb, Excite-i almaq üçün CEO Corc Belə 1 milyon dollar təklif etdilər. Bell bu təklifi rədd etdi. Excite-nin qurucularından olan Vinod Xosla bu təklifi yoxlayaraq, Brin və Peyç ilə 750 min dollar barəsində müzakirələrə başladı. Google 7 iyun, 1999-cu ildə Kleiner Perkins Caufield & Byers və Sequoia Capital kimi böyük şirkətlərlərin verdiyi kreditlərdə daxil olmaqla,[50] 25 milyon dollarlıq bir fon istifadə edəcəyini açıqladı.[51]
Google-nin ilk ictimai təklifi əsas iqtisadi sistemə geçişindən təxminən 5 il sonra, 19 avqust, 2004-cü ildə gerçəkləşdi. Şirkət bu təklifin nəticəsində investisiya verənlərlə, hissə başına 85 dollardan 19,605,052 hissəsini paylaşdı.[52][53] Hissələr Morqan Stenli və Kredit Suiz tərəfindən yaradılan sistem sayəsindən hissədarlara çatdırıldı.[54][55] Bazar dəyəri 23 milyard dollar olan Google, bu ictimai təklifdən sonra 1,67 milyonluq hissə satışı etdi.[56] Paylaşılan 271 milyonluq hissənin böyük hissəsinin Google nəzarəti altında qalmasından sonra, bir çox Google işçisi hissələr sayəsində milyoner oldu. Yahoo-nun sahib olduğu 8,4 milyonluq Google hissəsi, Google-nin rəqibi Yahoo-nun bu ictimai təklifdən gəlir götürməsini təmin etdi.[57]
Bəzi insanlar Google-nin ictimai təklifinin şirkətdə qarşısıalınmaz dəyişikliklər yaradacağını təxmin edirdi. Səbəb olaraq, hissədarların şirkət üzərindəki təzyiqi, şirkət idarəsində olan şəxslərin hissə sənədləri sayəsində milyoner ola biləcəyi göstərilirdi.[58] Şirkət qurucuları Sergey Brin və Larri Peyc investisiya verənlərdə olan narahatlığa cavab verərək, ictimai təklifdən sonra şirkət mədəniyyətinin dəyişməyəcəyini dedi və bu əsasda bir hesabat hazırlatdı.[59] Ancaq 2005-ci ildə, The New York Times qəzetindəki məqalələr də daxil olmaqla bir çox mənbədə Google-nin yeni strukturası sorğulandı.[60][61][62] Bundan sonra Google, təşkilat mədəniyyətini davam etdirmək üçün bir təşkilat mədəniyyəti müdiri və insan qaynaqları idarəçisi vəzifəsi təyin etdi. Google, bu dövrdə köhnə işçilərinin cinsiyyətçilik və yaş irqçiliyi iddiaları ilə üz-üzə qaldı.[63][64] Öncəliklə güclü bir satış potansialı və onlayn bazarlıqla birlikdə tanıtma mövzularındakı qazanc sayəsində,[65] Google, ictimai təklifdən sonra hissə sənədi performansında uğur əldə edərək, 31 yanvar, 2007-ci ildə ilk dəfə hissə sənədi əməliyyatlarında 700 dollarlıq səviyyəyə çatdı.[66] Google-nin hissə sənədlərinin dəyər qazanmasındakı əsas təməl, böyük investisiya şirkətlərinin və maliyyə şirkətlərinin əksinə, əsas etibarıyla yalnız olan sərmayəçilər oldu.[65] Şirkət günümüzdə NASDAQ bazarında GOOG, Frankfurt Əsas Qiymətlər Bazarında GGQ1 kodu ilə fəaliyyət göstərir.
Şirkət baş qərargahını 1999-cu ilin martında digər texnologiya şirkətlərinin də yerləşdiyi Palo Alto şəhərinə köçürmüşdür.[67] Sonrakı il, Peyc və Brinin reklam dəstəkli axtarış mühərriki yaratmaq fikrinə qarşı çıxmağı qarşı,[68] açar sözlərə əsaslanan reklam satışına başlamışdır.[30] Səhifə dizaynını səliqəli tutmaq və sürətli istifadəni təmin etmək məqsədiylə reklamlar düz mətn formasında yerləşdirilmişdir. Açar sözlər təkliflər və klikləmə sayı diqqətə alınaraq hesablanırdı.[30] Bu satış modeli ilk dəfə, Idealab-dan ayrıldıqdan sonra Bil Qros tərəfindən qurulan Goto.com şirkətində tətbiq edilmişdi.[69][70] Bu şirkət, adını Overture Services olaraq dəyişdirdikdən sonra Google-u öz klikləmə başına ödəmə patentlərini pozduğu üçün məhkəməyə şikayət etmişdir. Daha sonra Yahoo! tərəfindən alınan və Yahoo! Search Marketing adını alan Overture Services-in etdiyi şikayətlər Google-nin şirkət hissələrinin bir hissəsini Yahoo!-ya verməsi ilə həll olunmuşdur.[71]
Google həmin vaxt təkmilləşdirdiyi PageRank sisteminin patentini almışdır.[72] Rəsmi olaraq Stanford Universitetinə qeydiyyat olunmuş patentdə Larri Peycin adı alim kimi yazılmışdır.
2003-cü ildə şirkət Mauntin Vyu şəhərindəki bu gündə istifadə edilən ofisini kirayə tutmuşdur.[73] Bu ofis, 1-in arxasına quqol dənə sıfır əlavə etməklə yaranan googleplex sözündən ilhamlanaraq yaradılmış Googleplex adı ilə tanınır. Google 3 il sonra SGI-yə aid bu yeri 319 milyon dollara almışdır.[74] Bu vaxt ərzində Google sözü gündəlik həyatda özünə yer tapmış, Merriam Webster Collegiate Dictionary və Oxford English Dictionary lüğətlərinə daxil olmuşdur. Sözün mənası Google axtarış mühərrikini istifadə edərək internetdə məlumat axtarmaq-dır.[75][76]
Google, 2001-ci ildən sonra xeyli kiçik şirkət aldı. 2004-cü ildə aldığı bu tip şirkətlərdən biri Keyhole idi.[77] Bu şirkət "Earth Viewer" adlı xidmət yaratmışdı və bu xidmətlə istifadəçilərə dünyanın 3D görüntüsü göstərilirdi. Google bu xidmətin adını 2005-ci ildə "Google Earth" olaraq dəyişdi. 2 il sonra onlayn video saytı YouTube-u 1,65 milyard dollara aldı.[78] 13 aprel, 2007-ci ildə isə DoubleClick adlı şirkəti 3,1 milyard dollara alaraq, veb-yayımcıları və reklam agentlikləri ilə DoubleClick arasındakı münasibətə sahib oldu.[79] Həmin il GrandCentral şirkətini 50 milyon dollara aldı[80] və bu şirkət daha sonra Google Voice adlandırıldı. 5 avqust, 2009-cu ildə ilk xalqa açıq şirkətini, video proqramları yaradan "On2 Technologies"-i 106,5 milyon dollara aldı.[81] Google həmçinin sosial şəbəkə olan Aardvark-ı da 50 milyon dollara alıb öz bloqlarında "Haraya qədər aparacağımızı görmək üçün işbirliyinə səbrsizlənirik"(we're looking forward to collaborating to see where we can take it. (ing.)) yazmıştı.[82] 2010-cu ilin aprel ayında Google təminat firması olan Agnilux-u aldığını elan etdi.[83]
Aldığı şirkətlərə əlavə olaraq, araşdırmadan reklama qədər hər mövzuda müxtəlif təşkilatlarla işbirliyi etdi. 2005-ci ildə NASAAmes Research Center ilə 93.000 m2 ofis binasının inşası üçün şərik oldu.[84] Ofislər, böyük ölçülü məlumat idarəsi, Nanotexnologiya, dağınıq hesablama və kosmos sənayesi üçün istifadə ediləcəkdi. 2005-ci ilin oktyabr ayında Sun Microsystems ilə bir-birilərinin texnologiyalarını paylaşmaq üçün iş birliyi etdilər.[85] Şirkət, Time Warner-in AOL-u[86] ilə bir-birlərinin video axtarış sistemlərinin təkmilləşdirilməsi üçün iş birliyi etdi. Yenə 2005-ci ildə içində Microsoft, Nokia və Ericsson şirkətlərinində olduğu bir çox firma ilə mobil cihazlarda istifadə etmək üçün yeni .mobi üst səviyyə adlar fəzası üçün iş birliyi etdilər.[87] Google beləcə "Adsense for Mobile"-i istifadəsinə alacaq və inkişaf etməkdə olan mobil reklam bazarından fayda əldə edəcəkdi.[88] Reklamı daha böyük kütlələrə göstərmək üçün News Corporation-a aid Fox Interactive Media ilə MySpace sosial şəbəkəsində axtarış və reklam təmin etmək üçün 900 milyon dollarlıq müqavilə imzaladılar.[89]
Google, 2006-cı ilin oktyabr ayında aldığı YouTube-un alış əməliyyatını 13 oktyabr 2006-cı ildə tamamladı.[90] Youtube-un istifadə xərcləri barədə məlumat yayımlanmadı və 2007-ci ildə YouTube-un maddi gəlirini balansına əlavə etmədi.[91] 2008-ci ilin iyun ayında Forbes-də yayımlanan bir məqalədə Kventin Hardi və Evan Hesel YouTube-un 2008-ci ildə əldə edəcəyi maddi gəliri, reklamda bir inkişaf olmayacağı təxmini ilə bir yerdə 200 milyon dollar olacağını təxmin etdi.[92] 2007-ci ildə NORAD Tracks Santa ilə ilbaşında Şaxta Babanın gəlişini izləyən xidmətə sponsorluq etməyə başladı.[93] Google Earth-da 3D track Santa ilk dəfə tətbiq edilməyə başlanıldı[94] və köhnə sponsor AOL-dan imtina edildi.[95]
2008-ci ildə Google, GeoEye ilə Google Earth-a yüksək keyfiyyətli (0.41 m monochrome, 1.65 m rəngli) görüntü verəcək peyk inşa etmək üçün iş birliyi etdi. Peyk Vadenberq aviabazasından 6 sentyabr 2008-ci ildə buraxıldı.[96] Google, axırıncı iş birliyini həmin il elan etdi və Life jurnalının şəkil arxivinə ev saibliyi etməyə başladı. Bu arxivdəki bəzi şəkillər əvvəllər jurnalda yayımlanmamışdı. Şəkillər senzuralandı və ictimai domen statusuna baxılmadan müəlliflik hüquqları bildirişi üzərində işlənildi.[97][98]
2010-cu ildə, Google Enerjinin bərpa edilə bilən enerji sahəsindəki ilk sərmayəsi, Şimali Dakotadakı 38 milyon dollara aldığı 2 ədəd külək enerjisi ferması olmuşdur. Şirkət 2 fermadan 169,5 meqavat güc, yəni 55,000 evə kifayət edəcək enerjiyi istehsal edəcəyini açıqladı. NextEra Energy Resources tərəfindən inkişaf etdirilən fermalar bölgədə fosil yanacağının istifadəsini azaldacaq və gəlir əldə edəcəkdi. NextEra Energy Resources layihədəki 20% hissəni Google Enerjiyə sataraq, layihənin inkişaf etdirilməsi üçün arxaplan təmin etmiş oldu.[99] 2010-cu ilin fevral ayında Federal Enerji Tənzimləmə Komissiyası Google-a bazar qiymətləri ilə enerji almaq və satmaq icazəsi verdi.[100] Sifarişdə Google Enerjinin və onun filiallarının "bazarda enerji, satış və köməkçi xidmətlərin satışı" hüquqlarına malik olduğunu bildirir.[101] Google bu icazəni, 2013-cü ilin sentyabr ayında, hələ hazır olmayan 240 meqavatlıq Happy Hereford külək fermasından çıxarılan bütün elektrik enerjisini satın alacağını elan edərkən istifadə etdi.[102]
Yenə 2010-cu ildə veb telekonfrans və digər əlaqəli xidmətlər təmin edən Norveç mənşəli firma olan Global IP Solutions-u aldı. Bu sayədə Google məhsullarına telefon üçün xidmətlər əlavə etdi.[103] 27 may, 2010-cu ildə mobil reklam şəbəkəsi AdMob-un alış əməliyyatını bitirdiyini açıqladı. Federal Ticarət Komissiyası bu alış üçün açdığı istintaqı bağlamasından bir neçə gün keçdikdən sonra,[104] Google bu firmanı qeyri-müəyyən bir qiymətə almışdır.[105]
2010-cu ilin iyul ayında, Google "Iowa" külək enerjisi ferması ilə 114 meqavat enerji alışı üçün 20 illik müqavilə imzaladı.[106]
15 avqust, 2011-ci ildə isə Google Motorola Mobility-yi ABŞ və Avropada mövcud qayda tətbiqedici və əleyhinə fikirlərə baxmayaraq 12,5 milyard dollara alacağını açıqladı.[108][109] Google-un bloqundakı bir yazıda qurucu şəriklərdən olan Larri Peyc bu alışın Google-un patent bazasını gücləndirmək məqsədli alış olduğunu dedi. Şirkət Android əməliyyat sistemi, özəlliklə Apple və Microsoft Android-ə uyğun telefon istehsalçıları HTC, Samsung ve Motorola ilə davalıq olmuş ikən[110] etdiyi alış ilə əldə etdiyi, Motorolaya aid mobil alətlərə və simsiz texnologiyalarla əlaqəli xeyli patent bazası Google-a digər firmalarla (özəlliklə Apple və Microsoft[110]) davam edən patent anlaşılmazlıqlarında kömək edəcəkdi.[111]Android əməliyyat sisteminidə sərbəst formada istifadə edə biləcəkdi.[112] Birləşmə 2012-ci il mayın 22-də Çin təsdiqindən sonra başa çatdırılmışdır.[113]
2014-cü ildə Google, yeni qurulan video və xüsusi effekt şirkəti Zync-i alacağını açıqladı. Google, Zync-i öz bulud platformuna alacağını bildirdi.
Axtarış sisteminə "do a barrel roll" yazdıqda səhifə 360 dərəcə dönəcəkdir.
Axtarışa "What is the loneliest number?" (azərb. Ən tənha ədəd hansıdır?) yazdıqda 1 rəqəmi görsənəcək.
Google-yə "Askew" və ya "tilt" yazdıqda səhifə bir az yana əyiləcəkdir.
Google-yə "Google Gravity" yazıb "Özümü şanslı hiss edirəm" düyməsinə basdıqda səhifə ünsurlarının hamısı yerə düşəcək.
"Recursion" (azərb. sonsuza qədər təkrar etmək) sözünü axtarışa verdikdə Google həmin sözü yenə axtarmağı təklif edir.
"Where is Chuck Norris?" (azərb. Çak Norris haradadır?) yazdıqda və ilk linkə girdikdə qarşıya "Google Çak Norrisi axtarmayacaq, çünki siz onu tapa bilməyəksiz, o sizi tapar" ifadəsi çıxar.
Google-ni latın stilə salmaq üçün "Google Latin", pirat stilinə salmaq üçün "Google Pirat", Elmer Fuddun danışıq stilinə salmaq üçün "Google Elmer Fudd" yazıb "Özümü şanslı hiss edirəm" düyməsinə basmaq lazımdır.
Google Tərcümədə "pv kkk pkkk pvpvpv ppkk pddd bschk bschk pv zk pv bschk pv pv pv bschk bschk bschk kkkkkkkkkk bschk bsch" yazıb tərcümə olunaca dili çex dili seçdikdən səsli tərcümə düyməsinə basdıqda mahnıya qulaq asmaq mümkündür.
Google Earth açıq ikən Ctrl + Alt + A düymələrinə basdıqda uçuş simulyatoru oyunu oynamaq mümkündür.
Axtarışa <blink> sözünü yazdıqda nəticələrdəki "blink" sözü yanıb sönəcəkdir.
"Mentalplex" sözünü axtardıqda və ilk linkə girdikdə Googlenin 2000-ci ildəki görünüşü ilə qarşılaşmaq mümkündür.
Google ilə ayrı-ayrı şəhərlərin saatlarını da öyrənmək mümkündür. Bunun üçün sadəcə "what time is it in (şəhərin adı)" ifadəsini axtarışa vermək kifayətdir.
Google Şəkillərə "241543903" ədədini yazıb axtardıqda ortaya başını soyuducuya soxan insanlar çıxır.[a]
Google-yə "Zerg Rush" yazdıqda Google özünü yeməyə başlayır.
↑241543903 ədədinin niyə belə özəlliyi olduğu dəqiq bilinmir. Bilinən ən qədim 241543903 etiketli soyuduculu şəkil 2009-cu ilin aprelində David Horvitz tərəfindən yüklənmişdir.
↑Ignatius, Adi. "Meet the Google Guys". Time Magazine. San Francisco, CA: Time Inc. 12 February, 2006. 2013-08-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 Mart 2010.
↑Page, Larri. [www-diglib.stanford.edu/cgi-bin/WP/get/SIDL-WP-1997-0072?1 "PageRank: Bringing Order to the Web"] (#bad_url). Stanford Digital Library Project. 18 August, 1997. 6 May, 2002 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 November, 2010.
↑Webb, Cynthia L. "Google's IPO: Grate Expectations". Washington Post. Washington, D.C.: The Washington Post Company. 19 avqust, 2004. 2012-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral, 2010.
↑Kuchinskas, Susan. "Yahoo and Google Settle". internet.com. QuinStreet, Inc. 9 avqust, 2004. 2012-10-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 19 fevral, 2010.
↑"Google Acquires Aardvark". Google. 2015-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 12 fevral 2010. We're excited to announce that we've acquired Aardvark, a unique technology company.
↑"Google gives online life to Life mag's photos". Associated Press. Mountain View, California. November 20, 2008. November 22, 2012 tarixində arxivləşdirilib. İstifadə tarixi: February 25, 2010. Google Inc. has opened an online photo gallery that will include millions of images from Life magazine's archives that have never been seen by the public before