Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Köpək pozası
Köpək pozası (ing. Doggy style) — cinsi münasibətdə cütlükdən birinin dörd ayağı üzərində əyildiyi (əsasən əlləri və dizləri üstündə) və yaxud qarın hissəsinin üstündə yatdığı seks pozası. Ən çox geniş yayılmış seks pozası olmasına baxmayaraq, kişilər bu pozanı seçsə də, qadınlar qadın üstdə pozasını (ing. Cowgirl position) seçir. Seks partnyorları arasında köpək pozasındakı şəxs əsasən passiv, digər partnyor isə aktivdir (lakin bəzən köpək pozasındakı şəxs arxasındakı partnyoruna geri dönərsə əksi də ola bilər). Partnyorlardan hər hansısa biri dominant və ya submissiv partnyor ola bilər.
Missioner pozası
Missioner pozası — heteroseksual cütlüyün kişi üstdə olmaqla uzandığı və ya eyni cinsiyyətli cütlüyün bənzər formada uzandığı üzbəüz cinsi əlaqə (seks) pozası. Bu poza göz kontaktına, öpüşməyə və çoxsaylı toxunuşlara imkan verən çoxyönlü cinsi əlaqə pozasıdır. Ən çox istifadə olunan cinsi əlaqə pozalarından biri sayılır. Çünki sadə və effektivdir. Ayaqları bir az dəyişmək bədənin müxtəlif yerlərini stimullaşdıra bilər. Əsasən heteroseksual fəaliyyətdə istifadə olunsa da, eynicinsiyyətli cütlüklər də tez-tez istifadə edir. Cinsi əlaqə zamanı missioner seks pozası kişiyə çanaq zərbələrinin ritmini və dərinliyi idarə etməyə kömək edir. Bu poza hamiləliyin sonrakı dövrlərində, yaxud qadının ritm və dərinlik üzərində daha çox kontrola sahib olması arzu olunan hallarda əlverişsiz hesab olunur. İnsanlar arasında missioner pozası ən çox istifadə olunan pozadır.
69 (seks pozası)
Altmış doqquz, rəqəmlər ilə ifadə etdikdə 69, hər iki cinsi partnyorun cinsiyyət orqanlarını bir-birlərinin ağızlarına uyğunlaşdırdığı və eyni vaxtda oral sekslə məşğul olduğu bir seks pozası növüdür. Beləliklə, şəriklər, yaxud da partnyorlar 69 rəqəmindəki 6 və 9 rəqəmləri kimi bir-birinin əksinə dayanırlar. Bu poza istənilən seksual kombinasiya üçün tətbiq edilə bilər. 69 pozasının variantlarına müştərək formada həyata keçirilən anilingus və barmaqlar vasitəsilə edilən anus və ya vaginanın penetrasiyası da daxildir. 69 pozası partnyorların yan tərəflərinin üstündə uzanması ilə nisbətən daha rahat şəkildə tətbiq oluna bilər. Partnyorlar altmış doqquz pozasında eyni vaxtda cinsi oyanma yaşasalar da, bu poza özünü cinsi baxımdan rahatlamağa çalışan partnyor üçün diqqət yayındırıcı ola bilər. Bu poza boyları bir-birinə yaxın olmayan partnyorlar üçün əlverişsiz ola bilər. Qədim Çin simvolu Yin və Yang (kişi və qadın) ilə bu poza bir qədər oxşarlıq təşkil edə bilər. Fransız dilindəki “soixante-neuf” (69) termini ilk məlum formasında 1790-cı illərin Fransasında nəşr olunan və Böyük Fransa inqilabı dövründə fransızların ilk liderlərindən biri olan Mademoiselle Theroigne de Mericourta həsr olunmuş “Fahişənin katesizmi” əsərində xatırlanır. Altmış doqquzun ilk dəfə olaraq aydın bir formada təsviri Münhen Muzeyində (Deutsches Museum) yerləşən qədim dövrə məxsus olan neft lampası üzərində kişinin üzərində uzanmış formada təsvir edilmiş qadın şəklində görünmüşdür, bu lampanın ilk təqlidi (imitasiyası, kopyası, surəti) Dr.
Piledriver (seks pozası)
Piledriver seks pozalarından biridir. Əsl koperin aşağıya doğru hərəkəti ilə müqayisə edilərək belə adlandırılmışdır. Mövqe, yoqa halasana pozasına bənzər bir pozada, qabaq tərəfə əyilmiş, yaxud da arxası üstə uzanan cinsi partnyor tərəfindən həyata keçirilir. Digər partnyor ayaq üstə dayanır və qəbul edən partnyorunun vaginasına və ya anusuna penis və ya başqa bir əşyanı daxil edir.
Qaşıq seks pozası
Qaşıq seks pozası adətən bir partnyorun kürəyini digər partnyorua çevirərək fetal vəziyyətdə cinsi əlaqəni nəzərdə tutan seks pozalarından biridir. Adını qaba müvafiq gələn yan-yana yerləşdirilmiş iki ədəd qaşıqdan almışdır. Qaşıq pozası "dört əsas" seks pozasından biri hesab olunur.
Pokaçi
Pokaçi — Rusiya Federasiyasında yerləşən şəhər. Xantı-Mansi muxtar dairəsinə daxildir.
Pozantı
Pozantı — Adana ilinin ilçəsi. Tarix boyunca Pozantıya müxtəlif millətlər tərəfindən fərqli adlar verilib. Pozantının ilk dövrlərində, adı Pendonsis və ya Pendosis idi . Ərəblər Əl-Bədəndum, türklər isə Bozantı adlandırıblar. 2018-ci ilin məlumatına görə ilçədə 20.683 nəfər yaşayır.
Əczaçı
Əczaçılıq fakültələrində 5 illik lisenziya təhsilini müvəffəqiyyətlə tamamlayan, dərmanın istehsalından xəstəyə çatdırılmasına qədər hər mərhələdə səriştəli insanlara əczaçı deyilir. Əczaçılıq Farmakognoziyası fakültələri (bitki-heyvan əczaçılıq xammalına aiddir), Farmakologiya (dərmanların bədənə təsirini araşdırır), Əczaçılıq toksikologiyası (dərmanlar da daxil olmaqla bütün xenobiotiklərin bədənə təsirini araşdırır), Əczaçılıq texnologiyası (dərmanların istehsal üsullarına aiddir), Əczaçılıq kimya (dərman xammalının sintezi, analiz və dərman təsiri mexanizminin kimyəvi müayinəsinə əlavə olaraq dərman xammalının quruluşu və effektivliyi arasındakı əlaqə ilə bağlıdır) və digər peşə elmləri üzrə təhsil verir. Bu peşə sahibləri əczaçılıq (aptek) edə bilərlər; Əczaçılıq sənayesində Ar-Ge, istehsal, keyfiyyətə nəzarət, lisenziyalaşdırma, marketinq kimi bölmələr işləyə bilər, xəstəxana apteklərinə cavabdeh müdirlik edə bilər, eyni zamanda ictimai qurumlar və ya əczaçılıq anbarlarında peşəsini icra edə bilərlər. Sintetik, yarı sintetik və ya bioloji mənşəli əczaçılıq xammalı əldə etmək, fiziki, kimyəvi və bioloji xüsusiyyətlərini araşdırmaq, qiymətləndirmək, yüksək keyfiyyətli dərman istehsal etmək və dərmanların saxlanması və istifadəsi kimi mövzularda təlim və tədqiqatlar aparır. Həkimlərin təyin etdiyi dərmanları sifarişçiyə satır, lazımi dərmanlar hazırlayır və dərmanların laboratoriyada inkişafı və təhlili ilə bağlı araşdırmalar aparır. Xəstəyə resept dərmanlarının istifadəsi barədə məlumat verir. Onun formulalarına uyğun olaraq hazırlanması lazım olan dərmanların hazırlayır və ya hazırlanmasına nəzarət edir. Tibbi və ya digər məqsədlər üçün istifadə edilən toksinlər və zəhərli maddələr hazırlayır və qaydalara uyğun olaraq paylayır, pozulmalara qarşı tədbir görür. Xüsusi zəhərli maddələr olan reseptlərin qeydlərini aparır və baytarlıq dərmanları kimi vasitələrdən istifadə etməyi məsləhət görür. Laboratoriyada tədqiqat işləri aparır.
Pozan
Pozan — dəftərxana ləvazimatı. Tarixən yazını və ya ləkəni silmək üçün quru çörəkdən istifadə ediblər. Lakin Avropaya Latın Amerikasından kauçuk gətirəndən sonra (əsasən Braziliyadan), onun daha yaxşı sildiyi müşahidə edilir. Buna istinad edərək 1770-ci ildə ingilis Cozef Pristli ilk pozanı düzəldir. 1858-ci ildə aisə amerikalı Hayman Lipman karandaşın ucuna pozanın yerləşdirməklə yeni konsstruksiya ixtira edir.
Bozaşı yarımadası
Bozaşı yarımadası (qaz. Бозащы) — Xəzər dənizinin şimal-şərq sahilində Qazaxıstana aid yarımada. Hündürlüyü -5,-25 m, ən hündür yeri isə 61 m təşkil edir. Mangistau yarımadasından şimalda yerləşir. Xəzər dənizinin səviyəsinin tərəddüd etdiyindən ərazisi müvafiq olaraq azalıb-çoxalır. 1980-1990-cı illərdə səviyənin enməsi ilə ərazi böyüyürdü. Yarımadanın şimalı əsasən şoranlıqlarla zəngindir. Ərazidə əsas faydalı qazıntılar Neft və Qazdır. Bölgədə neft sənayesinin inşafı ilə əlaqədar Hava limanı fəaliyyət göstərir. Əsasən neft avadanlıqları daşınır.
Saleh Poladı
Şüalanma dozası
Şüalanma dozası — Şüalanmanın canlı orqanizmə verdiyi zərər onun toxumaya ötürdüyü enerjinin miqdarından və bu enerjinin toxumada paylanması xüsusiyyətlərindən asılıdır. Maddənin vahid kütləsi tərəfindən udulan şüalanma enerjisinə udulan doza deyilir. Udulan dozanın vahidi Qreydir. 1Qrey(Qr) – 1kq kütlə tərəfindən 1Coul enerjinin udulduğu dozadır. Müxtəlif növ şüalanma növlərinin insan orqanizminə və toxumalara təsiri fərqlidir. İonlaşdırıcı şüalanma növlərindən asılı olaraq eyni qədər udulan dozanın təsirindən əmələ gələn radiobioloji effektlər fərqli olur. Bu ionlaşdırıcı müxtəlif şüalanmaların hissəciklərinin toxuma ilə qarşılıqlı təsiri zamanı enerjinin ötürülməsi mexanizminin fərqli olması ilə əlaqədardır. Müxtəlif şüalanma növlərinin radiobioloji effekt yaratma qabiliyyətlərinin fərqini əks etdirmək üçün ekvivalent doza adlanan kəmiyyət daxil edilir.
Adnan Paçaçı
Adnan Müzahim Əmin Paçaçı (ərəb. عدنان الباجه جي‎; 14 may 1923, Bağdad – 17 noyabr 2019, Əbu-Dabi) — İraq siyasətçisi, keçmiş nazir və diplomat. Adnan Paçaçı 14 may 1923-cü ildə İraqın Bağdad şəhərində anadan olmuşdur. O, İraq və İsrail arasında altıgünlük müharibə zamanı, 1959–1965-ci illərdə İraqın Birləşmiş Millətlər Təşkilatında daimi nümayəndəsi və 1965–1967-ci illərdə İraqın Xarici İşlər Naziri olmuşdur. Adnan Paçaçı 17 noyabr 2019-cu ildə Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində, 96 yaşında vəfat etmişdir.
Eldar Qarayev (əczaçı)
Qədim qozalı metasekvoya
Rüstəm Əliyev (əczaçı)
Rüstəm Əliyev (25 may 1917, Füzuli — 2 iyun 1966, Bakı) — Azərbaycan əczaçısı. Əczaçılıq elmləri doktoru (1952), professor (1954). 1941-ci ildə Moskva Əczaçılıq İnstitutunu bitirmişdir. 1941-ci ildən ömrünün sonunadək Azərbaycan Dövlət Tibb Universitetində dərmanların texnologiyası kafedrasının müdiri olmuşdur. Tədqiqatı, əsasən, respublikanın dərman sərvətlərinin öyrənilməsinə һəsr edilmişdir. Əczaçılıqda işlədilən küncut yağı, qarğıdalı saçağının və zirinc yarpağının ekstraktlarını, gilabı və İstisu tabletlərini təklif etmişdir. Bakı əczaçılıq məktəbi R.Əliyevin adını daşıyır. Azərbaycan dilində əczaçılığa aid ilk dərsliyin müəllifidir. 1956—1966 illərdə Azərbaycan SSR Əczaçılar Cəmiјyyəti İdarə heyətinin sədri olmuşdur.
Çapar (tarixsəl poçtaçı)
Çapar (Farsca:چاپار) və ya Çaparlar yol boyu hər stansiyada təzə ləvazimatlar və atlarla təmin olunan təcili kuryerlər idilər ki, özləri tədarük almadan və ya atlarının dincəlməsini gözləmədən yollarını tez bir zamanda tamamlasınlar. Herodot eramızdan əvvəl 440-cı ildə yazır: "Nə qar, nə yağış, nə istilik, nə də gecənin qaranlığı bu məmurların işlərini tez bir zamanda yerinə yetirməsinə mane ola bilməz. Birinci Çapar tez bir zamanda ikinci Çapara çatdırır, ikinci üçüncünə çatdırır və ... beləliklə məktub məqsədə çatır, Yunanların Hefest məbədinə çatdırmaq üçün əllərində tutduqları Olimpiya məşəli kimi. "Əhəmənlər bu növ ata "Aq Qaroy" (Yunanca: Ἀγγαρήιον) deyirlər." Çaparların "Çapar Xana" binalarında yeni ləvazımları təmin edilərdi. "Çapar Xana" Əhəmənlər dövründə istifadə olunan poçt xidməti üçün bina adı. Sistem, Əhəmən İmperiyasının qurucusu II Kir tərəfindən icad edildi və daha sonra I Dara tərəfindən inkişaf etdirildi və imperyada kral ünsiyyət üsulu olaraq quruldu. Hər bir "Çapar Xana", əsasən Sardisdən Susaya qədər uzanan, imperyada böyük şəhərlərinin əksəriyyətini birləşdirən 2500 km uzunluğundakı qədim magistral yol olan Kral Yolu boyunca yerləşən bir stansiya idi.
Şüalanmanın udulma dozası
Şüalanmanın udulma dozası — ionlaşdırıcı şüalanmanın E udulmuş enerjisinin şüalanan maddənin m kütləsinə nisbətinə deyilir, D=E/m. BS-də şüalanmanın udulma dozası vahidi Qrey (Qr)-dir və əsas vahidlərin siyahısına daxildir.Şüalanmanın udulma dozası vahidi 1Qr-1kq şüalanan maddə ionlaşdırıcı şüalanma ilə 1C enerji alan şüalanmadır,1Qr=1C/kq.Şüalanmanın təbii fonu norması-(kosmik şüalar, ətraf mühitin və insan bədəninin radioaktivliyi) hər adam üçün 1 ildə 2·10−3Qr şüalanma dozasına yaxındır.Şüalanmanın 1 ildə yol verilən limit dozası-Şüalanmadan beynəlxalq müdafiə komissiyasının təyin etdiyi normadır və0,05Qr-dir.Ölümcül şüalanma dozası-qısa müddətdə alınmış 3–10Qr-dir.Rentgen-şüalanmanın ionlaşdırıcı dozası üçün sistemdənkənar vahiddir. Bu vahid rentgen və qamma şüalanmanın ionlaşdırıcı qabiliyyətinin ölçüsüdür. Praktik dozimetriyada hesab etmək olar ki,1R, təxminən, şüalanmanın udulma dozasının 0,01Qr-yə ekvivalentdir.
Qayda pozan! Qayda pozan! (film, 1977)
Qayda pozan! Qayda pozan! (ing. Breaker! Breaker!) — 1977-ci ildə istehsal olunmuş ABŞ filmidir. Conun qardaşı yük daşıyan maşında Los-Ancelesə gedir. Lakin bir müddət sonra Con qardaşının həmin şəhərdə gözlənilmədən yoxa çıxdığını eşidir. Bu zaman Con qardaşını axtarmaq üçün yola düşür. Yola düşdüyü yer Kaliforniyada Los-Anceles şəhərində yerləşən "Teksas siti" şəhərciyidir. Şəhərciyi qəddar hakim Trimminqs idarə edir.
Buzaçi
Buzaçi - Xəzər dənizinin şimal-şərqində, Qazaxıstan Respublikasının cənub-qərbində yarımada. Maksimal hündürlüyı 61 metrdir. Səthi barxanlar və qum təpələri olan düzənlikdir. Yarımadanın şimalında geniş şoranlıqlar var. Bitkisi yarımsəhra tiplidir. Xəzər dənizinin səviyyə tərəddüdü ilə əlaqədar sahəsi dəyişkəndir. Buzaçi yarımadasında neft yatağı var. Azərbaycan Milli Ensiklopediyası, V cild, Bakı, 2017, səh,137.
Romaci
Romaci — Yapon dilinin latın hərfləri ilə yazılışı. Bu yazılışda Katakana, Hiraqana və ya Kancidən istifadə olunmur. Cədvəl üç sistemin fərqini göstərir: Hepbörn, Nihon-şiki and Kunrei-şiki: Bu cədvəl onların arasındaki fərqləri göstərir.
Rozari
Müqəddəs Rozari (/ˈroʊzəri/; lat. rosarium, "gül tacı" və ya "gül çələngləri" mənasında), Dominikan Rozari və ya sadəcə rozari – Katolik Kilsəsində istifadə edilən dualar toplusuna və komponent dualarını saymaq üçün istifadə edilən düyünlər və ya muncuqlar silsiləsi. Duaya istinad edərkən söz adətən böyük hərflə yazılır (" Rəbbin duası ", " Salam Məryəm " kimi duaların digər adları üçün adət olduğu kimi "Rozari"); təsbehə istinad edildikdə, kiçik hərflə ("rozari təsbehi") yazılır. Rozarini təşkil edən dualar onluqlar adlanan on Salam Məryəmdən ibarət dəstələrdən ibarətdir. Hər onluqdan əvvəl bir Rəbbin Duası ("Atamız") və ənənəvi olaraq bir Doksologiya oxunur. Bəzi katoliklər həmçinin Doksologiyadan sonra yeddi Fatima dualarından ən məşhuru olan "Ey İsam" duasını oxumağı seçirlər. Hər dəsti oxuyarkən İsa Məsihin və Məryəmin həyatındakı hadisələri xatırladan Rozari Sirlərindən birinə diqqət yetirilir. Hər təsbehdə beş onluq oxunur. Təsbeh muncuqları bu duaları düzgün ardıcıllıqla deməyə kömək edir. Papa V Pius (1566–1572-ci illərdə) çoxdan mövcud olan adətlərə əsaslanan standart 15 Təsbeh sirrini qəbul etdi.
Xozavi
Həzovi və ya Xozavi — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 187 nəfərdir. Yerli əhali tərəfindən Həzovi kimi tələffüz edilən bu oykonimi tədqiqatçılar talış dilindəki həzo (min) və vi (söyüd ağacı) komponentlərindən ibarət "söyüdlük", "çoxlu söyüd olan yer" mənalı soz kimi izah edirlər.
Kozani
Kozani (yun. Κοζάνη) — Kozani regionunun və Qərbi Makedoniyanının paytaxtı. Şəhər Yunanıstanın şərqində yerləşir.
Ocaçi
Ocaçi (serb. Оџаци) — Serbiyanın Voyevodina muxtar bölgəsi, Qərbi Bax mahalında bir şəhər. Eyni adlı icmanın inzibati mərkəzidir. Voyevodinanın qərbində, Belqraddan 151 km məsafədə yerləşir. Şəhər çoxsaylı kiçik göllərlə əhatə olunmuşdur. Bu bölgədə ovçuluq və balıqçılıq yaxşı inkişaf etmişdir. Trans-Avropa velosiped yolu «Euro Velo 6» Ocaçinin üzərindən keçir. 31 dekabr 2011-ci il tarixinə şəhər əhalisi 8 795 nəfər təşkil etmişdir. Bunların təxminən 83%-i serblər, 3%-i macarlar, 1,5%-i isə yuqoslavlardır. Şəhər haqqında ilk yazılı qeyd 1522-ci il sənədində tapılmışdır.
Bozaşi yarımadası
Bozaşı yarımadası (qaz. Бозащы) — Xəzər dənizinin şimal-şərq sahilində Qazaxıstana aid yarımada. Hündürlüyü -5,-25 m, ən hündür yeri isə 61 m təşkil edir. Mangistau yarımadasından şimalda yerləşir. Xəzər dənizinin səviyəsinin tərəddüd etdiyindən ərazisi müvafiq olaraq azalıb-çoxalır. 1980-1990-cı illərdə səviyənin enməsi ilə ərazi böyüyürdü. Yarımadanın şimalı əsasən şoranlıqlarla zəngindir. Ərazidə əsas faydalı qazıntılar Neft və Qazdır. Bölgədə neft sənayesinin inşafı ilə əlaqədar Hava limanı fəaliyyət göstərir. Əsasən neft avadanlıqları daşınır.
Karl Polani
Karl Pol Polani (mac. Polányi Károly; 25 oktyabr 1886, Vyana – 23 aprel 1964) ― Macar iqtisadiyyat tarixçisi, iqtisadi antropoloq, siyasi iqtisadiyyatçı, sosioloq. O, klassik iqtisadi nəzəriyyəyə olan əks düşüncəsi və 1944-cü ildə yazdığı məşhur Böyük Dəyişim kitabı ilə tanınmışdır. Kitabında bazar iqtisadiyyatına əsaslanan cəmiyyətlərin Avropada ortaya çıxmasının qaçınılmaz yox, tarixi olaraq şərti olduğu fikrini irəli sürür. Karl Polani substantivizm anlayışının banisidir. Karl Polani 1886-cı ilin 25 oktyabrında Vyanada yəhudi ailəsində dünyaya gəlmişdir. Budapeşt Universitetində hüquq təhsili alarkən gələcəkdə Macarıstanın intellektual düşüncəsinə güclü təsir edəcək "Qalilley dairəsi" adlı tələbə təşkilatını formalaşdırdı. O, bu dövrdə Dyord Lukaç, Oskar Yasi və Karl Manneim kimi dövrün mütəfəkkirləri ilə aktiv şəkildə əlaqədə idi. 1912-ci ildə məzun olduqdan 2 il sonra Macarıstan Radikal Partiyasının yaradılmasında iştirak etdi və partiyanın katibi kimi fəaliyyət göstərdi. Polani Birinci Dünya müharibəsində Avstriya-Macarıstan ordusunda piyada qoşun zabiti olaraq xidmət etdi və yaralandı.
Rozali Heyl
Aşağıdakı siyahıda yazıçı Stefani Mayerin Alatoran, Yeni Ay, Tutulma və Sübh romanlarından ibarət Alatoran romanlar seriyasının və həmin romanlar əsasında çəkilmiş eyniadlı filmlər seriyasının qəhrəmanları göstərilmişdir. İzabella “Bella” Mari Svon (sonra Bella Kallen) Stefani Mayer tərəfindən yazılmış “Alatoran” romanlar seriyasının əsas qəhrəmanlarından biridir. “Alatoran” romanlar seriyasına daxil olan "Alatoran ", "Yeni Ay", "Tutulma" və "Sübh" romanlarında hadisələr Bella obrazının dilindən nəql edilir. “Alatoran”da Forks, Vaşinqtona atasının yanına köçən Bella sirli Kallenlər ailəsi ilə tanış olur və Edvard Kallenə vurulur. Lakin tezliklə ailənin vampir birliyi olduğunu öyrənir. Edvardın əleyhinə olmasına baxmayaraq, Bella vampir olmaq istəyini ifadə edir. “Yeni ay”da Edvard və Kallenlər ailəsindən olan digər vampirlər Bellanı vampir aləmindən uzaq tutmaq üçün Forksu tərk edir. Quilet tayfasından olan və sonradan canavar adam olması meydana çıxan Ceykob Blek Kallenlərin şəhəri tərk etməsinə sevinərək, Bella ilə yaxınlıq etməyə çalışır. Bellanın əlaqəsindən şad olmasına baxmayaraq, Bella yalnız Edvardı sevir. "Tutulma" romanının sonunda onlar nişanlanır, “Sübh” romanında isə evlənirlər.
To Potami
To Potami (yun. Το Ποτάμι) - Yunanıstanda fəaliyyət göstərən mərkəzçi, sosial liberal və sosial demokrat meyilli siyasi partiya.
Şohaçi İşi
Şohaçi İşii (yap. 石井 庄八; 20 sentyabr 1926, Tokio, Yaponiya — 4 yanvar, 1980) — Yaponiya sərbəst güləşçisi. Olimpiya Oyunlarının qalibi. Şohaçi İşii 20 sentyabr 1926-cı ildə Tokioda anadan olub. O, 1952-ci ildə Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarında sərbəst üsulla güləş yarışlarında qızıl medal qazanıb. Həlledici görüşdə sovet idmançısı Rəşid Məmmədbəyovu məğlub edən Şohaçi, İkinci Dünya müharibəsindən sonra Olimpiya Oyunlarının qızıl medalını qazanan ilk Yaponiya idmançısı olub. 4 yanvar 1980-cı ildə böyrək xərçəngindən vəfat edib.
Şohaçi İşii
Şohaçi İşii (yap. 石井 庄八; 20 sentyabr 1926, Tokio, Yaponiya — 4 yanvar, 1980) — Yaponiya sərbəst güləşçisi. Olimpiya Oyunlarının qalibi. Şohaçi İşii 20 sentyabr 1926-cı ildə Tokioda anadan olub. O, 1952-ci ildə Helsinkidə keçirilmiş XV Yay Olimpiya Oyunlarında sərbəst üsulla güləş yarışlarında qızıl medal qazanıb. Həlledici görüşdə sovet idmançısı Rəşid Məmmədbəyovu məğlub edən Şohaçi, İkinci Dünya müharibəsindən sonra Olimpiya Oyunlarının qızıl medalını qazanan ilk Yaponiya idmançısı olub. 4 yanvar 1980-cı ildə böyrək xərçəngindən vəfat edib.
Ninami Dohaçi
Ninami Dohaçi (仁阿弥道八, 1783[…], Kioto[d] – 9 iyul 1855) – yapon keramika sənətçisi. Takahaşi Mitsutoki və ya Takahaşi Dohaçi adları ilə də tanınmışdır. İmitasiya işlərinə görə məşhurlaşmışdır. Ninami Dohaçi 1783-cü ildə doğulmuşdur. Onun atası da dulusçu idi. O, Okuda Eysenin şagirdi olmuşdur. Aoki Mokubey və Eyraku Hozenlə birlikdə Edo dövrünün sonunda Kioto keramikasının üç usta dulusçusundan biri hesab olunur. Dohaçi Kioto şəhərinin bir neçə yerində (Nişi Honqan məbədi və Saqa rayonu), eləcə də, Takamatsu və Şikokuda keramika ocaqları qurmuşdur. Çin elementlərinə əhəmiyyət verən Mokubeydən fərqli olaraq o, yapon rəngləməsinə əhəmiyyət vermiş, çay mərasimində istifadə olunan qablarda ixtisaslaşmışdır. Dohaçi fiqur formasında olan buxur qutuları hazırlamışdır.
Yan tərəfi üstündə koital poza
Yan tərəfi üstündə koital poza — Masters və Conson tərəfindən insanın cinsi reaksiyasında təsvir edilmiş olan seks pozasıdır. Pozanı sınadıqdan sonra heteroseksual iştirakçıların 75%-i bu pozan bəyənərək ona üstünlük vermişdirlər. Bu pozaya girmək üçün qadın partnyorun üstdə olması və kişi partnyorun penisinin üstdəki qadınının vaginasına daxil olması lazımdır və bundan sonra: Kişi sol əli ilə qadının sağ ayağını yumşaq bir formada yuxarı qaldırır. Kişi dizini çarpayıdan qaldırmadan sol dizini yüngülcə əyməyə başlayır. Bunun yerinə o, sol dizini əyərkən çölə doğru sürüşdürərək sol daxili budunu tavana doğru açır. Daha sonra, sol ayağını sağ dizinin altından keçənə qədər yuxarı və çölə doğru sürüşdürür. Bu vaxt qadın sola tərəf əyilərək ağırlığını sol dizinin üstünə yükləyir. Bu isə öz növbəsində, qadına qaldırmış olduğu sağ ayağını arxasında düzəltməyə və partnyorunun əyilmiş sol ayağına yerləşdirməyə imkan verir. Bu zaman penisin vaginadan sürüşərək çıxmamasına xüsusi diqqət göstərilməlidir. Ayaqlar dəyişdirildiyi zaman qadın kişinin sinəsinə doğru əyilməlidir.