Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Man and the Biosphere Programme
İnsan və Biosfer Proqramı (ing. Man and the Biosphere Programme və ya MAB) — YUNESKO tərəfindən irəli sürülmüş hökumətlərarası elmi proqram. İnsanlar və ətraf mühit arasında "münasibətləri yaxşılaşdırmaq" üçün elmi əsas formalaşdırmaq məqsədi daşıyır. MAB beynəlxalq inkişaf gündəliyi, xüsusilə Dayanıqlı İnkişaf Məqsədləri və 2015-ci ildən sonrakı İnkişaf Gündəliyi ilə qarşılıqlı əlaqədə olur. MAB proqramı tədqiqat və inkişaf sahəsində əməkdaşlıq üçün platforma təqdim edir. 2021-ci ilin yanvar ayına olan məlumata görə, 131 ölkədə 727 biosfer qoruğu, o cümlədən 22 transsərhəd ərazi Ümumdünya Biosfer Qoruğu Şəbəkəsinə daxildir.
Visa Waiver Program
Vizadan İmtina Proqramı (VİP) (ing. Visa Waiver Program (VWP) — ABŞ federal hökumətinin müəyyən ölkələrin vətəndaşlarına turizm, ticarət və ya tranzit yolu ilə 90 günə qədər viza almadan ABŞ-yə səyahət etməsinə imkan verən proqramdır. Proqram 50 əyalətə və Kolumbiya Bölgəsinə, eləcə də ABŞ-nin digər əraziləri olan Puerto-Riko və ABŞ Vircin adalarına məhdud tətbiqetmə ilə aiddir. ABŞ hökuməti tərəfindən bu proqramda iştirak üçün seçilən ölkələr yüksək İnsan İnkişafı İndeksinə görə yüksək gəlirli iqtisadiyyata malik olan, bir sözlə inkişaf etmiş ölkələrdir. VİP-ə əsasən vizadan imtina hüququ qazanmaq üçün ABŞ-yə daxil olmaq istəyən səyahətçi, ABŞ Daxili Təhlükəsizlik Naziri tərəfindən təyin edilmiş bir ölkənin vətəndaşı olan "proqram ölkə" olmalıdır. Seçilmiş ölkənin vətəndaşı olmayan digər ölkələrin vətəndaşları vəya daimi sakinləri bu proqramdan yararlana bilməzlər. Proqram ölkələri olaraq təyin olunma meyarları İmmiqrasiya və Vətəndaşlıq Qanununun 217 (c) Bölməsində (Başlıq 8 ABŞ § 1187) göstərilmişdir. Kriteriyalar pasport təhlükəsizliyini və immiqrasiya və vətəndaşlıq qanununun 217 (c) (2) (A) bəndində göstərildiyi kimi 3%-dən çox olmayan və ABŞ-nin immiqrasiya qanunlarına davamlı olaraq uyğun gələn, çox aşağı miqrasiya dərəcəsi olan ölkələr olmalıdır. 2021-ci ildən etibarən 40 ölkənin və ərazinin vətəndaşları VİP çərçivəsində ABŞ-yə vizasız giriş hüququna malikdirlər: Qeydlər ^ - Yalnız Tayvan şəxsiyyət vəsiqəsi olan vətəndaşlar. ^ - Yalnız Britaniya vətəndaşları VİP-də iştirak edə bilərlər.
Proqramçı
Proqramçı — proqramlaşdırma dillərindən və ya müəyyən kodlaşmadan istifadə etməklə kompüterdə proqram yazmaqla və ya hazır proqramlarda düzəlişlər etməklə məşğul olan şəxs. İki tip proqramçı olur: tətbiqi proqramçı və sistem proqramçısı. Hər ilin 256-cı günü proqramçılar günü kimi qeyd olunur. Dünyanın ilk proqramçısı Ada Lavleys hesab olunur.
Proqram
Proqram sözü söz mənbəyi olaraq müəyyən şərtlərə və nizama görə edilməsi nəzərdə tutulan əməliyyatların bütünü mənasına gəlməkdə və ayrıca izləmə olaraq təyin olunmaqdadır. Ancaq günümüz Azərbaycan dilində istifadəsi içində ümumi mənası, ediləcək bir işin hissələrini, bu hissələrin sırasını və vaxtını göstərən layihə, planlaşdırma şəklinə çevrilmişdir. Bu səbəblə məktəblərdə, həftənin müəyyən günlərində, müəyyən saatlarda veriləcək dərsləri göstərən cədvəllərə; mərasim, nümayiş, gəzinti və başqa şeylərin nəzərdə tutulan detallarını göstərən basıb kağızlara; siyasi partiyaların, ictimai təşkilatların və ya hökumətin açıqladığı əsas prinsiplər bütününə də ümumi olaraq proqram adı verilir. Bundan başqa, Adolf Hitlerin alman dövlət siyasətini nəşr olunduğu 25 maddəlik Qanun Hökmündə Qərarnaməyə Proqram adı verilir. (Tarixdə ilk dəfə Qanun Hökmündə Qərarnaməni yaradan da Adolf Hitlerin) Daha sonra əmrindəki bir zabit tərəfindən Hitler öldükdən sonra kitab halına gətirilərək qlobal oxucu önünə çıxardılmışdır. Proqram termininin bir başqa əhəmiyyətli istifadə sahəsi də kompüter biliməsidir. Kompüterə bir əməliyyatı etdirmək üçün yazılan əmrlər serialının bütünü və ya bir qismi" olaraq təyin olunan termin, yalnız gündəlik həyatda istifadə edilən bir kompüter termini olaraq qalmamış, eyni zamanda bəzi proqramlaşdırma dillərində şəxsən bir standart olaraq texniki termin halına gəlmişdir (Məsələn: FORTRAN 90 dili daxilinə alınmış PROGRAM termini yazılan bu proqramın kompüter tərəfindən harada başlayıb harada bitdiyini anlaması üçün istifadə edilməkdədir: PROGRAM test REAL döşəmə, boy, sahə PRINT *, 'Üçbucaq üçün döşəmə və boy daxil edin.' Read *, döşəmə, boy sahə = (1.0/2.0) * döşəmə * boy PRINT *, 'Üçbucağın sahəsində istifadə edilən döşəmə', döşəmə PRINT *, 'və boy', boy, 'ikən cəmi edən', sahə, 'olaraq hesablanır' STOP END PROGRAM test Proqram kompüter proqramlaşdırma dilləri ilə kompüterlərə verilən istəklərdir (əmrlərdir). Bunlar proqramlaşdırma dillərində üç fərqli kateqoriyada yerləşir. Alt səviyyə proqram dilləri: Maşın koduna olduqca yaxın proqramlaşdırma dilləridir. Maşın hakimiyyəti olduqca inkişaf etmişdir.
Antivirus proqramı
Antivirus proqramları — kompüter viruslarından mühafizə üçün xüsusi proqramlardır. Virus proqramlarını aşkarlamaq və ləğv etmək üçün antivirus proqramlarından istifadə edilir. Viruslar müxtəlif vasitələrlə bir kompüterdən digər kompüterə keçməyə cəhd edən, verilənlərin korlanmasına (dəyişdirilməsi və ya silinməsi) gətirən və ya istifadəçinin işinə mane olan, digər proqramlarda gizlənmiş kiçik həcmli proqramlardır. Virus özgə disketlərdən, e-mail və ya digər İnternet resurslarından istifadə edilən zaman təhlükə yarada bilər, bu zaman lazım olmayan və tanimadığınız məktub və resursları maksimum dərəcədə məhdudiyyətlə istifadə etməniz məsləhətdir. Viruslar 3 məqsəqlə yaradılır: intiqam, kommersiya, özünü təsdiq. Virusun aşkar edilməməsi üçün o çox kiçik həcmə malik olmalıdır. Odur ki, virus proqramları çox zaman Assembler proqram dilində yazılır. Antivirus proqramları funksiyalarından asılı olaraq aşağıdakı tiplərə bölünür: Proqram-həkim – tapır və müalicə edir: Dr.Solomon, Norton AntiVirus, Dr.Web, Aidstest, AVP, AntiViral Toolkit Pro Scaner, Antivirus Kaspersky Personal, Nod 32, Panda, Avista , Avast Antivirus Mühafizəçi proqramlar – RAM-da yerləşir, yalnız tapır: AntiViral Toolkit Pro Manitor. Detektor proqramlar – yalnız onlara məlum virusları tapır. Revizor proqramlar – sistemin ilkin vəziyyəti ilə yükləmədən sonrakı vəziyyəti müqayisə edilir.
Apollon Proqramı
Apollon proqramı (ing. Apollo program) və ya Apollon layihəsi — NASA tərəfindən reallaşdırılmış Ay uçuş layihəsidir. Gemini layihəsindən sonra qəbul edilən bu proqramın reallaşmasında kosmik yarış və soyuq müharibənin böyük rolu olmuşdur. Layihə Apollon kosmik vasitələri və Saturn V daşıyıcı raketi ilə 1961-1975-ci illərdə planlaşdırılmış və həyata keçirilmişdir. Apollon Layihəsi adını qədim yunan mifologiyasının tanrılarından olan Apollondan almışdır. Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan kapsuladan ibarətdir. Raket Yerdən qalxmaq və manevr, kapsula isə kosmik gəmi ilə Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi daşıyırdı. Əvvəl kosmik gəmi göndərilərək Ayın orbitinə yerləşdirilir, sonra isə 3 astronavtdan ikisi kapsulaya keçərək onun əyləc sistemi sayəsində Ay səthinə enirlər. Astronavtlar işlərini tamamladıqdan sonra kapsula vasitəsilə orbitdə onları gözləyən kosmik gəmiyə geri qayıdırlar. NASA bu layihəni gerçəkləşdirməzdən əvvəl Aya Yerdən idarə olunan Orbiter, Ranger və Surveyor gəmilərini göndərmişdi.
Ay proqramı
Apollon proqramı (ing. Apollo program) və ya Apollon layihəsi — NASA tərəfindən reallaşdırılmış Ay uçuş layihəsidir. Gemini layihəsindən sonra qəbul edilən bu proqramın reallaşmasında kosmik yarış və soyuq müharibənin böyük rolu olmuşdur. Layihə Apollon kosmik vasitələri və Saturn V daşıyıcı raketi ilə 1961-1975-ci illərdə planlaşdırılmış və həyata keçirilmişdir. Apollon Layihəsi adını qədim yunan mifologiyasının tanrılarından olan Apollondan almışdır. Apollon kosmik gəmiləri 3 nəfərlik kabinə, raket və özüqalxan kapsuladan ibarətdir. Raket Yerdən qalxmaq və manevr, kapsula isə kosmik gəmi ilə Ay səthi arasındakı əlaqəni təmin etmək məqsədi daşıyırdı. Əvvəl kosmik gəmi göndərilərək Ayın orbitinə yerləşdirilir, sonra isə 3 astronavtdan ikisi kapsulaya keçərək onun əyləc sistemi sayəsində Ay səthinə enirlər. Astronavtlar işlərini tamamladıqdan sonra kapsula vasitəsilə orbitdə onları gözləyən kosmik gəmiyə geri qayıdırlar. NASA bu layihəni gerçəkləşdirməzdən əvvəl Aya Yerdən idarə olunan Orbiter, Ranger və Surveyor gəmilərini göndərmişdi.
Erasmus proqramı
Erasmus proqramı (ing. European Region Action Scheme for the Mobility of University Students) ― 1987-ci ildə yaradılmış tələbə mübadilə proqramıdır. Erasmus + və ya Erasmus Plus, 2014-cü ilin yanvar ayında başlanmış təhsil, təlim, gənclik və idman üçün bütün Avropa İttifaqının hazırkı sxemlərini birləşdirən yeni proqramdır.
Kompyuter proqramı
Kompüterin proqram təminatı (PT) – təlimatlar yığımından ibarət olub, kompüteri idarə edir və onun köməyi ilə lazım olan məsələni həll edir. Proqram təminatı üç tipə bölünür: sistem proqram təminatı,tətbiqi proqram təminatı və instrumental proqram təminatı. Sistem proqram təminatı hesablama sisteminin resurslarının düzgün bölünməsini və istifadə edilməsini təmin edir. Tətbiqi proqram təminatı özündə istifadəçinin tətbiqi programlar paketini birləşdirir. Bu proqramlar paketində istifadəçinin konkret məsələsini həll edə biləcək proqramlar olur. Instumental proqram təminatı (Və ya Proqramlaşdırma sistemləri)Proqram yaratma vasitələridir. Kompilyator, İnterpretator, Translyatorlar, Proqram dilləri redaktorları və s. Quraşdırılmış sistemlər və ya proqram mühəndisi müxtəlif sənayelərdə müxtəlif komponentlər üçün etibarlı Xüsusi Mikro Proqram təminatının hazırlanmasına və layihələndirilməsinə kömək edir. == Proqram təminatının təsnifatı. == Sistem proqram təminatının tərkibinə aşağıdakı proqramlar daxildir.
Kompüter proqramı
Kompüter proqramları — konkret məsələnin (mətnin redaktəsi, mühasibat uçotu və ya verilənlərin idarə edilməsi) həllini təmin edən kompüter təlimatları yığımı. Kompüterin ardıcıl yerinə yetirəcəyi təlimatlar və yaxud əmrlər toplusudur. Hər bir proqram tərtib edilərkən müəyyən alqoritmdən istifadə edilir. Proqram hər bir alqoritmi maşının başa düşəcəyi formada ifadə edir, maşının girişinə verilən informasiyaları çıxış informasiyalarına çevirən, xüsusi şəkildə tərtib olunmuş sonlu sayda ardıcıl əmrlərdən ibarət alqoritmdir. Kompüter proqramı – EHM-lərin idarəetmə qurğusu tərəfindən yerinə yetirilmək üçün formal göstərişlər ardıcıllığı (çox hallarda ayrıca fayl şəklində tərtib olunmuş). Proqram göstərişləri maşın kodu və ya xüsusi proqramlaşdırılmış dillərinin köməyi ilə yazılır. Kompüterdə yerinə yetirilmək üçün hazır proqram yerinə yetirilə bilən maşın koduna çevrilir (kompilyasiya edilir). Kompüter proqramı – maşınla oxunan formada ifadə edilən və müəyyən məqsədə və ya nəticəyə nail olmaq üçün kompüteri hərəkətə gətirən sözlər, kodlar, sxemlər və başqa şəkildə təlimatlar məcmusu (kompüter proqramı ilkin, yaxud obyekt kodlarında ifadə edilmiş həm əməliyyat sistemi, həm də tətbiqi proqramı əhatə edir). Üç cür kompüter proqramları mövcuddur: sistem proqramları, tətbiqi proqramlar, alqoritmik dillər proqramı. == Sistem proqramları == Sistem proqramları əməliyyat sistemləri, utilitlər, müxtəlif translyatorlar, drayverlər, xidməti (servis), konvertasiya (şrifdin dəyişilməsi) və s.
Luna proqramı
Luna proqramı (rus. Луна) — 1959–1976-cı illəri əhatə edən SSRİ-nin Ay tədqiqat proqramına daxil olan kosmik proqram. Rusiya Luna proqramını Luna-Qlob proqramı olaraq davam etdirməyi planlaşdırır. Proqram ərzində 15 uğurlu eniş və orbitdə uçuş missiyası həyata keçirilmişdir. Luna proqramı Ay tədqiqatları ilə bağlı çoxlu ilklərə nail olmuşdur. Bu proqram çərçivəsində Ayın kimyəvi tərkibi, cazibə qüvvəsi, radiasiyası, istiliyi başda olmaqla çoxlu müşahidələr aparılmışdır. SSRİ dövründə rəsmən Luna adını daşıyan 24 kosmik gəmi olmuşdur. Yerin orbitindən çıxa bilməyən uğursuz Luna layihələrinə rəsmi adlar verilməmişdir. Yerin orbitində sıradan çıxan bəzi Luna proqramına aid olan kosmik gəmilərə şərti Kosmos adı verilmişdir. Luna proqramı üçün SSRİ təqribən 4,5 milyard dollar xərc çəkmişdir.
Pioner proqramı
Pioner proqramı-planetar kəşfiyyat üçün nəzərdə tutulan Amerika Birləşmiş Ştatlarının pilotsuz kosmik uçuşlar seriyasından biridir.Proqramda bu cür missiyaların sayı var, amma ən məşhuru xarici planetləri tədqiq edən və Günəş sistemi ni tərk edən Pioner 10 və Pioner 11 idi.Pioner 10 və Pioner 11 bəlkə bir gün yadplanetlilər tərəfindən tapılacağı ümidi ilə üzərində kişi və qadın təsviri və kosmik zondların mənşəyi və yaradıcıları haqqında informasiya olan qızıl lövhə daşıyırlar. İlk zondu adlandırmaq Air Force eksponatlarının baş dizayner kimi tanınan Stiven A.Saliqaya həvalə edilmişdir.O brifinqdə olanda kosmik gəmi infraqırmızı yoxlama cihazı olan alət kimi təsvir edilmişdir.Saliqa ad üçün çox fikirləşdi və Pioner adını təklif etdi. Ən erkən pioner missiyalarının məqsədi birinci kosmik sürəti əldə edərək Yer kürəsini tərk edilməsi və Ayın müəyyən qədər öyrənilməsindən ibarət idi.Bu köhnə NACA nın təşkil ediyi NASA tərəfindən həyata keçirilən ilk iş idi.Bu missiya ABŞ Hərbi Hava Qüvvələri və Ordusu tərəfindən həyata keçirilmişdir. Əsas missiyalar və mötərizədə onların alternativ adları aşağıda verilmişdir. Pioner 0 (Tor-Able 1,Pioner) məhv oldu (Buraxılışdan 77 saniyə sonra) 17 avqust 1958 Pioner 1 (Tor-Able 2,Piner I) Aya çatmadı (üçüncü mərhələ uğursuz oldu) 11 oktyabr 1958 Pioner 2 (Tor-Able 3,Pioner II) geri qaytarıldı (üçüncü mərhələ uğursuz oldu) 8 Noyabr 1958 Pioner P-1 (Atlas-Able 4A, Pioner W),zond itdi 24 Sentyabr 1959 Pioner P-3 (Atlas-Able 4, Atlas-Able 4B, Pioner X) Ay zondu,buraxılışın yerinə yetirilməməsi uğursuz oldu 26 Noyabr Pioner 5 (Pioner P-2, Tor-Able 4, Pioner V) Yer və Venera arasındasındakı planetlərarası kosmik fəzanın tədqiqi 11 Mart 1960 Pioner P-30 (Atlas-Able 5A, Pioner Y) Ayın orbitinə çata bilmədi 25 Sentyabr 1960 Pioner P-31 (Atlas-Able 5B, Pioner Z) (yuxarı mərhələ uğursuz oldu) 15 Dekabr 1960 Pioner 3—buraxılış səhvi səbəbi ilə Aya çatmadı 6 Dekabr 1958 Pioner 4—birinci kosmik sürət əldə edildi 3 Mart 1959 Beş il sonra erkən Pioner missiyaları sona çatdı və NASA-nın Ames Tədqiqat Mərkəzi yeni missiyalar seriyasını adlandırmaq üçün Pioner adını istifadə etdi.Bu missiyada Yupiter və Saturn missiyalarından əvvəl ilkin olaraq daxili günəş sistemi hədəflənmişdir.Missiya uğur əldə edərək 5 il sonra olacaq Voyacer proqramına nəzərən çox aşağı keyfiyyətli şəkillər göndərdi.1978-ci ildə proqramın sonunda, Pioneer Venus Orbiter və Multiprobe zondları ilə daxili günəş sistemindən geri döndü. Yeni missiyalar Pionner 6-dan başlayaraq nömrələndi (mötərizədə alternativ adları sonra buraxılış tarixləri verilmişdir). Pioner 6,7,8 və 9 kosmik aparatları Pioner 6 (Pioner A) 1965-ci il Dekabr Pioner 7 (Pioner B) 1966-cı il Avqust Pioner 8 (Pioner C) 1967-ci il Dekabr Pioner 9 (Pioner D) 1968-ci il Noyabr Pioner E-uğursuz buraxılış 1969-ci il Avqust Pioner 6 və Pioner 9 Günəşdən 0.8 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də orbital orbital periodları Yer ilindən qısadır. Pioner 7 və 8 günəşdən 1.1 a.v məsafədə Günəşin orbitindədir.Ona görə də onların orbital periodları Yer ilindən uzundur. Pioner 10 (Pioner F)—Yupiter,Ulduzlararası mühit 1972-ci il Mart ayında buraxılıb Pioner 11 (Pioner G)—Yupiter,Saturun,Ulduzlararası mühit 1973-cü il Aprel ayında buraxılıb Pioner H Pioner 10 və 11-ə oxşar idi.Heç vaxt buraxılmadı. Pioner Venara orbiter (Pioner Venera 1, Pioner 12) 1978-ci May ayında buraxılıb.
Quraşdırma proqramı
Quraşdırma proqramı (ing. installation program ~ ru. программа установки ~ tr. yükleme programı) – başqa bir proqramı verilənlər daşıyıcısına və ya kompüterin yaddaşına quraşdırmaq üçün nəzərdə tutulmuş proqram. Quraşdırma proqramı, adətən, heç də asan olmayan proqramın quraşdırılması prosesində və onu kompüterin, printerin və monitorun verilmiş konfiqurasiyasına “bağlamaqda” istifadəçiyə yardımçı olur. Tətbiqi proqramı əməliyyat sisteminin adi komandaları vasitəsilə kompüterə köçürməkdən qorumaq üçün də quraşdırma proqramından istifadə edilir; belə ki, quraşdırma proqramı quraşdırılan proqramın kopyalarının sayına nəzarət edir; kopyanı bir kompüterdən başqasına keçirmək üçün istifadəçi quraşdırılmış kopyanı silməli və onu elə həmin quraşdırma proqramının köməyi ilə başqa bir kompüterə quraşdırmalıdır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Reyncer proqramı
Reyncer proqramı- Amerika Birləşmiş Ştatlarının 1960-cı illərdəki pilotsuz kosmik uçuşlar seriyasından biri idi.Proqramın məqsədi Ayın səthinin iri planla təsvirlərini almaq idi.Reyncer kosmik aparatı zərbə nəticəsində məhv olana qədər ayın səthinin şəkillərini çəkmək və bu şəkillərin Yer Kürəsinə verilməsi üçün nəzərdə tutulmuşdu.İlk 6 uçuş uğursuz olsa da Reyncer 7 1964-cü il İyul ayında çəkdiyi şəkilləri uğurla Yerə göndərə bilmişdi
Rəsm proqramı
Microsoft Paint ― rastr şəklində qrafika, yəni ayrı-ayrı xətlər, əyrilər və başqa fiqurlar deyil, piksellər (nöqtələr) yığını kimi saxlanılan görüntülər yaratmağa imkan verən tətbiqi proqram. Rəsm proqramı şəkli nöqtələr qrupu kimi emal etdiyindən o, xüsusən əllə çəkmək üçün daha əlverişlidir. Belə proqramda xətlər, əyrilər və həndəsi fiqurlar çəkmək üçün alətlər olsa da, alınmış fiqurlarla ayrıca obyektlər kimi işləmək imkanı olmur. Bu proqramlarda həmçinin şəklin hər hansı kiçik hissəsinin böyüdülərək “nöqtə-nöqtə” dəyişdirilməsi funksiyası olur. Rəsm proqramına misal olaraq Microsoft Paint proqramını göstərmək olar.
Serveyer proqramı
Serveyer proqramı(ing. Surveyor program) — NASA tərəfindən 1966-cı ilin iyul ayından, 1968-ci ilin yanvar ayına qədər Ayın səthinə 7 kosmik robot göndərilməsindən ibarət missiyadır. Proqramın əsas məqsədi Ay səthinə təhlükəsiz eniş etməyin mümkünlüyünü göstərmək idi. Serveyer proqramı ümumi dəyəri rəsmi olaraq 469 milyon $ təşkil etmişdir. Serveyer 1 də daxil olmaqla 7 kosmik robotdan 5-i Ay səthinə təhlükəsiz eniş edə bildilər. Serveyer 2 və Serveyer 4 missiyaları isə uğursuz oldu. 7 kosmik robot hələ də Ay səthində qalmaqdadır. Serveyer proqramı çərçivəsində göndərilən kosmik robotlardan heç birinin Yerə qayıtması planlaşdırılmamışdı. Serveyer 3-ün bəzi hissələri Apollon 12 missiyasının ekipajı tərəfindən Yerə gətirilib. Bu zondun kamerası Milli Hava və Kosmik Muzeyində saxlanılır.
Troyan proqramı
Troyan proqramı — hazırda dünyada ən geniş yayılmış kompüter virusu proqramı. Bu virusun ən özəl xüsusiyyəti, kompüter sistemini tədricən, amma mükəmməl şəkildə məhv etməsidir. Troyan proqramlarının adı "Troya atı" ifadəsindən yaranmışdır. Bu atın içərisində gizlənən əsgərlər rəqiblərinin arxasına keçmiş və Troya müharibəsinin taleyini həll etmişlər. Bu viruslar iki hissədən ibarətdir. Birinci hissə kompüterə yuklənir və ilkin komandanı alan kimi (məsələn şəklin açılması, hər hansı faylın açılması) ikinci hissə ilə əlaqəni gözləyir. Bəs edir ki, başqa kompüterdə olan ikinci hissə yoluxmuş komputerin IP (şəbəkəyə qoşulmuş hər bir kompüterin unikal identifikasiya ünvanı) ünvanını təyin etsin. Ünvan məlumdursa artıq yoluxmuş kompüter kiminsə nəzarətinə keçir – disk qurğuları özbaşına açılır, bağlanır, pəncərələr özbaşına işləyir, "yenilənmə" düyməsi kömək eləmir və sair.
Vikinq proqramı
Vikinq proqramı — NASA tərəfindən Marsa göndərilən "Vikinq 1" və "Vikinq 2" kosmik zondlarından ibarət missiyadır. Bu, nə vaxtsa Mars üçün nəzərdə tutulan ən bahalı missiya idi, ümumi dəyəri təxminən 1 milyard $ təşkil edirdi. 1990-cı illərin sonu 2000-ci illərin əvvəllərində Mars planetinin səthi haqqında əsas məlumatların əldə edilməsində əvəzsiz rolu olmuşdur. "Vikinq 1" 20 avqust 1975-ci ildə, "Vikinq 2" isə 9 sentyabr 1975-ci ildə Yerdən uçuşa başlayıblar. Təxminən 9 ay sonra, yəni 19 may 1976-cı ildə "Vikinq 1", 7 avqust 1976-cı ildə isə "Vikinq 2" Mars atmosferinə daxil olur. Nəhayət, "Vikinq 1" 20 iyul, "Vikinq 2" isə 3 sentyabr 1976-cı ildə Mars səthinə uğurlu eniş etdilər.
Vostok proqramı
"Vostok" — Yer kürəsi ətrafı orbitdə uçuşlar üçün nəzərdə tutulmuş "Vostok" seriyasından olan birpilotlu kosmik gəmilər üçün sovet kosmik proqramıdır. Onun sınaqdan keçirilməsi zamanı kosmonavt Yuri Alekseyeviç Qaqarin 1961-ci il aprelin 12-də "Vostok-1" gəmisində kosmosa uçan ilk insan olmuşdur. 1957-ci ilin yazında Sergey Korolyov öz BKT çərçivəsində yerin ilk süni peyklərinin yaradılması üzrə işlərin aparılması üçün 9 saylı xüsusi şöbəni təşkil edir. Şöbənin başçısı Korolevin silahdaşı Mixail Klavdiyeviç Tixonravov seçilir. Tezliklə süni peyklərin yaradılması ilə yanaşı, şöbədə pilotlu peyk-gəminin yaradılması məsələsi üzrə tədqiqatlar aparılmağa başlandı. Raket daşıyıcı korolevski “R-7” olmalı idi. Hesablamalar göstərdi ki, o, üçüncü pillə ilə təhciz olunmaqla aşağı Yer kürəsi ətrafı orbitə 5 tona qədər yük apara bilər. Pilotlu gəminin yaradılması işləri atmosferdə eniş, etibarlı istilik müdafiəsi, yüksək səsli aerodinamika və s. kimi yeni sahələrin dərindən öyrənilməsini tələb edirdi.
Voyacer proqramı
Voyacer proqramı iki robotik Voyacer 1 və Voyacer 2 tədqiqat raketi ilə xarici Günəş sistemi ni öyrənmək üçün istifadə olunan Amerikanın hal hazırda davam edən elmi proqramıdır.
İcra proqramı
Çalışdırılabilən proqram, icra proqramı – yerinə yetirilməyə (çalışmağa) hazır olan kompüter proqramı. Bu termin, adətən, yaddaşa yüklənə və çalışdırıla bilən kompilyasiya olunmuş proqrama aid işlədilir; bunula belə, interpretasiya olunan proqramlaşdırma dillərində həmin termin müəyyən formatda olan ilkin kodu da bildirə bilər.
Artemida proqramı
Artemida proqramı (ing. Artemis program) — NASAnın 1972-ci il Apollon 17 proqramından sonra Aya yenidən insan göndərmək üzrə başlatdığı proqram. Proqramın üç mərhələdən ibarət olacağı nəzərdə tutulub: Birinci mərhələ ("Artemis 1") "Orion"un Ay ətrafında pilotsuz uçuşunu və onun Yerə qayıtmasını təmin edir. İkinci mərhələ ("Artemis 2") göyərtədə ekipajla birlikdə Yerin təbii peyki ətrafında uçuşu nəzərdə tutur. Missiyanın üçüncü mərhələsində (Artemis 3) NASA astronavtları 2024-cü ildə Aya endirməyi, sonra isə təxminən 2030-cu illərin ortalarında onları Marsa göndərməyi planlaşdırır.
Fulbrayt proqramı
Fulbrayt proqramı (ing. Fulbright Program), Fulbrayt — Heys proqramı da daxildir (ing. Fulbright–Hays Program) — 1946-cı ildə əsası qoyulmuş, keçmiş Arkanzas senatoru Ceyms Uilyam Fulbrayt tərəfindən irəli sürülən və Dövlət Departamenti tərəfindən maliyyələşdirilən, Birləşmiş Ştatlar və digər ölkələrin vətəndaşları arasında mədəni və akademik əlaqələri gücləndirmək üçün təhsil qrantı proqramıdır. ABŞ hökuməti tərəfindən maliyyələşdirilən ən böyük beynəlxalq təhsil mübadilə proqramı olan Fulbrayt Proqramı Birləşmiş Ştatlar və digər ölkələrin xalqları arasında qarşılıqlı anlaşmanı yaxşılaşdırmaq üçün yaradılmışdır. Bu məqsədə nail olmaq üçün Fulbrayt Proqramı öz elmi potensialı və liderliyi ilə seçilən 300 000-dən çox iştirakçıya digər ölkələrdəki siyasi, iqtisadi və mədəni təşkilatların işləri ilə tanış olmaq, fikir mübadiləsi aparmaq və dünya xalqlarının ümumi mənafeyi naminə birgə layihələrə başlamaq. Fulbrayt Proqramı ABŞ Dövlət Departamentinin Təhsil və Mədəniyyət Məsələləri Bürosu tərəfindən idarə olunur. Proqramın başlanğıcından bəri 46,800 xarici alim ABŞ universitetlərində tədqiqat aparıb və ya dərs deyib və 45,200-dən çox ABŞ alimi xaricdə oxşar fəaliyyətlər həyata keçirib. Hər il Fulbrayt Proqramı digər ölkələrdən ABŞ-yə gələn alimlərə təxminən 800 qrant verir. Fulbrayt Proqramı hazırda dünyanın 155 ölkəsində fəaliyyət göstərir. Fulbrayt Proqramının əsas maliyyə mənbəyi ABŞ Konqresinin Dövlət Departamentinə ayırdığı illik vəsaitdir.
Eclipse (proqram)
Eclipse — çox dilli inteqrasiya olunmuş inkişaf mühiti. Əsasən javada yazılıb. Eclipseden istifadə etməklə Javada eləcə də digər proqramlaşdırma dillərində, C, C++,Ruby (Ruby on Rails daxil olmaqla), PHP, Perl, Prolog, Ada, COBOL, Haskell, Scala, Clojure, Groovy and Scheme proqramlar yaratmaq (yazmaq) olar. 27.06.2012-ci ildə Eclipse-in 4-cü stabil versiyası (Eclipse 4.2 - kod adı Juno) istifadəyə verildi.
Gözlədici proqram
Gözlədici proqram (ru. демон), (tr. bekletici program), (en. daemon) - UNIX-sistemlərində: istifadəçinin sorğusu olmadan və hətta ondan xəbərsiz xidməti funksiyanı yerinə yetirmək üçün istifadə olunan proqram. Gözlədici proqram fon rejimində olur və yalnız zərurət olduqda (məsələn, xətanın düzəldilməsinə yardım etmək üçün) aktivləşir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Nero (proqram)
Nero — köhnə adı Ahead Software. CD-dən CD-yə DVD-dən DVD-yə (diskdən disqə), faylı CD-yə və DVD-yə köçürməyə kömək edir. Bu proqramın Nero 6,7,8,9, və s. versiyaları vardır. Bu proqramla müxtəlif audio, video, animasiya və şəkilləri diskə köçürmək olur. Nero AG şirkəti tərəfindən istehsal edilmişdir.Microsoft Windows və Linux əməliyyat sistemləri üzərində işləyən bir disk yazma proqramıdır. Ümumiyətlə CD-yə və DVD-yə yazmaq üçün Nero Express varsiyası olur. CD-yə və DVD-yə fayl köçürmək ingilis dilində əsasən "Optical Disc Burning" deməkdir və bu azərbaycanca "Optik Disk Yandırmaq" mənasını daşıyır. Məşhur tarixə görə Roma İmperatoru Nero, Böyük Roma yanğınında lir çalıp,mahnı oxumuşdu. Almanca "Roma", "Rom" deməkdir.
Pisniyyətli proqram
Ziyankar proqram, ziyanverici proqram, zərərli proqram (rus. вредоносная программа, ing. malware - malicious — "pisniyyətli" и software — "proqram təminatı") — kompüter sistemlərində informasiya təhlükəsizliyinə təhdidlərin əsas, mənbələrindən biridir, icazəsiz və əksər hallarda ziyankar əməllərin həyata keçirilməsi üçün yaradılan və istifadə edilən bütün proqramları birləşdirir. Təsir mexanizmindən asılı olaraq ziyankar proqramların növləri: məntiqi bombalar - kompüterdə daimi yerləşən və yalnız müəyyən şərtlər ödəndikdə yerinə yetirilən proqramlardır. Belə şərtlərə misal: verilmiş tarixin başlaması, kompüter sisteminin müəyyən iş rejiminə keçməsi, bəzi hadisələrin müəyyən dəfə baş verməsi və s. ola bilər. kompüter virusları - digər proqramlara yeridilmə yolu ilə müstəqil yayılan, müəyyən şərtlər yerinə yetirildikdə kompüter sisteminə mənfi təsir göstərən kiçik proqramlardır. soxulcanlar - müstəqil, yəni başqa proqramlara yeridilmədən öz surətlərini kompüter sistemlərində yaymağa və onları işə salmağa qabil olan proqramlardır (virusun aktivləşməsi üçün yoluxmuş proqramın işə salınması tələb olunur). Soxulcanların axın kimi yayılması rabitə kanallarının, yaddaşın həddən artıq yüklənməsinə və son nəticədə sistemin iflic olmasına gətirib çıxarır. Troyan proqramı - funksional cəhətdən faydalı proqram kimi görünən ziyankar proqramlardır.