Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Projektor
Projektor (fr. projecteur, latın dilindən projectus "irəliyə atılmış") — kiçik lampaların işığını daxildəki kişik bucaqlardan yığaraq paylayan və işıq axınını lazım olan bucağa yönəldən işıq cihazı. İlk projektorun işləmə sxemi Leonardo da Vinçi tərəfindən Atlantik kodeksdə göstərilib. Прожектор Arxivləşdirilib 2014-08-29 at the Wayback Machine Карякин Н. А. Световые приборы прожекторного и проекторного типов, М.: 1966. Трембач В. В. Световые приборы, М.: 1972.
Projektor əməliyyatı
Projektor əməliyyatı — Mukti-baxinidəki banqladeşlilərin üsyan ordusuna, Pakistanın Silahlı Qüvvələrinin gözlənilməz hücümün kod adıdır. Döyüşlər, Pakistan ordusunun əsgərlərinin əyalətin dinc əhaliyə qarşı amansız zülmü ilə seçilirdi. 25 mart 1971-ci ilin gecəsində Pakistan ordusunun genişmiqyaslı hücümü başladı. Əməliyyatı başlamaq ideyası bir neçə generala məxsus idi, onlar bu qərarla Şərqi Pakistandakı kütləvi nümayişlərə (hansılarki 21 fevral 1971-ci ildən bitmək bilmirdi) son qoymaq istəyirdilər. Bu hərbi aksiya ilk öncə əyalətin sülh camaatına qarşı yönəlmişdi, onun məqsədi imkan daxilində böyük sayda üsyançıları məhv etməkdir, bu digər sağ qalanları qorxutmaq üçün edilirdi. Əməliyyatın planı 1971-ci ilin mart ayında qeneral-mayor Hadim Hüseyn Reza və Rao Fərman Əli tərəfindən tərtib olunmuşdur. Yuxarı vəzifəli Pakistan zabitləri (əyalətin qubernatoru Səhəbzadə Yaqub-Xan və vitse-qubernator Səid Məhəmməd Əhsən) Şərqi Pakistandakı qırğında iştirak etməkdən imtina etdilər və öz vəzifələrindən çıxarırdılar. Onların əvəzinə Pakistan prezidenti Yaxyan Xan qeneral-leytenant Tikku Xanı Şərqi Pakistan əyalətinin qubernatoru təyin etdi. Pakistan generallığı qeydə aldıki, benqal zabitləri və hərbiləşmiş hissələrin əsgərləri çox gümanki, əməliyyatın əvvəlində üsyan qaldıracaqlar. Bunun nəticəsini zəiflətmək üçün prezident Yəhya Xanın ziyarəti zaman bütün silahlı benqal formalaşmaların silahsızlaşması təklif olundu,bura polislər də daxil idi.
10K Projects
10K Projects adı altında fəaliyyət göstərən TenThousand Projects LLC — 2016-cı ildə ABŞ-də təsis edilmiş musiqi şirkəti.
Qotan Project
SunStroke Project
SunStroke Project — Sergey Yalovitski (vokalist), Anton Raqoza (skripkaçı və bəstəkar) və Sergey Stepanovdan (saksofonçu) təşkil olunmuş Moldovalı musiqi triosu. Onlar Moldovanı 2010 və 2017 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmələri ilə tanınırlar. Qrupun adını Anton Raqoza hərbi xidmətdə olarkən seçmişdir. Anton Raqoza 6 yanvar 1986-cı ildə Dnestryanının Tiraspol şəhərində anadan olmuşdur. O qrupda skripkaçı olaraq fəaliyyət göstərir. Anton eyni zamanda qrupun ifa etdiyi mahnıların bəstəkarıdır. O daha Kişinyov orkestrində dirijor olaraq fəaliyyət göstərmiş və klassik musiqi sahəsində bir çox mükafatlar qazanmışdır. Anton Castin Timberleyk və Maykl Ceksonun onu musiqiyə ilhamlandıran şəxslər olduğunu bildirmişdir. Sergey Stepanov 3 sentyabr 1984-cü ildə Dnestryanının Tiraspol şəhərində anadan olmuşdur. O SunStroke Project qrupu tərkibində saksofonda çıxış edir.
Gotan Project
Gotan Project — Parisdən olan musiqi qrupu. Qrupun tərkibinə Filip Koen Solal (Fransa), Eduardo Makaroff (Argentina) və Kristof Müller (İsveçrə) daxildir.
Fəxrəddin Məmmədov (prorektor)
Fəxrəddin Məmmədov (8 sentyabr 1950 - 15 oktyabr 2021) — Gəncə Dövlət Universitetinin tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, texniki elmlər üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Fəxrəddin Məmmədov 1950-ci ildə anadan olub. === Təhsili === 1967–1973-cü illərdə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsində riyaziyyatçı, riyaziyyat müəllimi ixtisasında təhsil almışdır. == Fəaliyyəti == 1973-cü ildən Azərbaycan EA-nın Riyaziyyat və Mexanika Elmi Tədqiqat İnstitutunda kiçik elmi işçi, 1977-ci ildən Zaq. DMSS-də hesablama mərkəzində riyaziyyatçı mühəndis, 1980-ci ildən AKTA-nın (ADAU) hesablama mərkəzində riyaziyyatçı-proqramlaşdırıcı işləyib. 1990-cı ildə namizədlik dissertasiyası müdafiə edərək texniki elmlər namizədi elmi dərəcəsi almışdır. 1990-cı ildən isə AKTA-nın Ali riyaziyyat kafedrasında asistent, 2001-ci ildən dosent vəzifəsində çalışıb. 2002-ci ildən Gəncə Dövlət Universitetinin İnformatika kafedrasında dosent işləyib. 2007-ci ildən Riyaziyyat-informatika fakültəsində tədris işləri üzrə dekan müavini, 2011-ci ildən dekan işləyib. 8 aprel 2014-cü ildən Gəncə Dövlət Universitetinin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsinə təyin olunmuşdur.
Open Directory Project
Open Directory Project, ODP və ya Açıq Kataloq (ODP), həmçinin öz domen adı ilə – "dmoz" (dmoz.org) kimi tanınır və bu domen adı, onun ilk və indi də işlək olan directory.mozilla.org domen adının qısaldılmış formasıdır. Açıq Kataloq dünyanın müxtəlif yerlərindəki könüllü redaktorlar tərəfindən onlayn idarə edilən, çoxdilli, beynəlxalq bir saytlar kataloqudur. Açıq Kataloq Riçard Skrentoy və Bob Truel tərəfindən yaradılmış və 5 iyun 1998 -ci il tarixdə rəsmən, fəaliyyətə başlamışdır. İlk mərhələdə bu layihə GnuHoo, NewHoo, yaxud ZURL kimi tanınırdı. Kataloqun 1998 il noyabr ayının 17-si Netscape korporasiyası tərəfindən 40 050 000 dollar müqabilində satın alınması (əslində alqı-satqı oktyabr ayında artıq baş tutmuşdu) haqqında elandan sonra adı dəyişdirildi və indiki adını aldı. Dmoz onlarla internet kataloqun, o cümlədən Alexa Internet kataloqunun və Google axtarış sisteminin əsas bazasıdır. Amma Alexa Internet kataloqu ən yaxşı halda bir neçə gündən bir yenilənirsə, Dmoz – Açıq Kataloq, hər saniyə yenilənir və hər gün bura ictimai redaktorlar yüzlərlə yeni sayt daxil edirlər və xaric edirlər. 29 dekabr 2010-cu il tarixdə Dmoz – Açıq Kataloq, 4 778 462 saytdan ibarət idi. Redaktorlar könüllülük prinsipi ilə işləyirlər. Açıq Kataloqun məsələn, Abşeron rayonu kateqoriyasının redaktoru olmaq üçün, sadəcə, həmin kateqoriya səhifəsindəki "Açıq Kataloq Proyektində Redaktor ol" düyməsini basmaq, tələb olunan "Açıq Kataloq Proyektinə Redaktor Aplikasiyası"nı doldurmaq və redaktorluğa qəbul-edilib edilməyəcəyin barədə cavabı gözləmək lazımdır.
Open Encyclopedia Project
Open Encyclopedia Project (OЕP, Açıq Ensiklopediya (OEP), Open-Site kimi də məlumdur) — 2002-ci ildə İnternetdə Michael J. Flickinger tərəfindən yaradılmış, könüllülər tərəfindən redaktə olunan kateqoriyalaşdırılmış sərbəst açıq ensiklopediya layihəsi. Vikipediyada Open-Site-yə istinad göstərmək üçün xüsusi {{Open-Site}} şablonu mövcuddur.
Salix bebbiana var. projecta
Bebb söyüdü (lat. Salix bebbiana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix bebbiana var. perrostrata (Rydb.) C.K.Schneid. Salix livida var. occidentalis A.Gray Salix perrostrata Rydb. Salix rostrata Richardson Salix rostrata var. perrostrata (Rydb.) Fernald Salix starkeana subsp.
Salix rostrata var. projecta
Bebb söyüdü (lat. Salix bebbiana) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinin söyüd cinsinə aid bitki növü. Salix bebbiana var. perrostrata (Rydb.) C.K.Schneid. Salix livida var. occidentalis A.Gray Salix perrostrata Rydb. Salix rostrata Richardson Salix rostrata var. perrostrata (Rydb.) Fernald Salix starkeana subsp.
Magical Girl Raising Project
Magical Girl Raising Project, Yaponiyada tanınan adı ilə Mahou Shoujo Ikusei Keikaku (魔法少女育成計画, azərb. Maho-şoco yetişdirmə layihəsi‎) və ya qısaca MahouIku — Maruinonun rəssamlığı ilə Asari Endo tərəfindən yazılan ranobe seriyası. Ranobe "Magical Girl Raising Project" adlı sosial oyun vasitəsilə maho-şoco gücü əldə etmiş 16 qızın sağ qalma mübarizəsindən bəhs edir. Takarajimasha nəşrriyyatı tərəfindən 2012-ci ildən indiyə kimi Kono Light Novel ga Sugoi! Bunko imprinti altında 9 cildini buraxılmışdır. Poçi Edoyanın rəssamlığı ilə hazırlanan manqa adaptasiyası 26 sentyabr 2014-cü ildən 26 oktyabr 2015-ci ilə kimi Kadokawa Shoten nəşriyyatının "Comp Ace" jurnalında nəşr olunmuşdur və iki tankobon cildi buraxılmışdır. 1 oktyabr 2016-cı ildən 17 dekabr 2016-cı ilə kimi Lerche studiyası tərəfindən istehsal olunan anime serialı adaptasiyası yayımlanmışdır. == Məzmun == Populyar sosial oyun olan "Magical Girl Raising Project" oyunçularına 10.000-də 1 şansla əsl həyatda maho-şocoya çevrilmək imkanı verir. Hər maho-şoconun özünəməxsus xüsusi gücü var və bu gücündən istifadə edərək insanlara kömək etməlidir. Lakin bir gün oyunun administrasiyası 16 maho-şoconun bir şəhər üçün çox olduğu nəticəsinə gəlir və maho-şocoların sayını yarıya endirmək qərarına gəlir.
The Crescent Development Project
The Crescent Development Project (azərb. Aypara sarayı və şəhərciyi‎) — Bakıda Xəzər dənizinin sahilində tikilən göydələn kompleksi. Bir süni ada, biznes mərkəzi (The Crescent City), bir yaşayış və ticarət mərkəzi (The Crescent Place) və bir oteldən (The Crescent Hotel) ibarət olması planlaşdırılır. Layihə Azərbaycanın memarlıq abidəsi kimi fəaliyyət göstərmək üçün nəzərdə tutulmuşdur. "The Crescent Development Project" ilə Port Baku Towers və Port Baku Residence kimi binalar limanın keçmiş torpaqlarının yaxşılaşdırılması üçün nəzərdə tutulmuşdur. 2008-ci ilin fevralında məşhur memarlıq saytı skyscrapernews.com Bakıda tikinti üçün təklif olunan koreyalı Heerim Architects şirkətinin layihələri barədə məqalə dərc edib. Ay temalarına malik layihələr "göydələnin anlayışını ənənəvi çərçivədən kənara çıxarmaq cəhdi" adlandırılıb. Bu Bakı buxtasının ucunda yerləşən "Full Moon Bay" və "Caspian Plus" ərazilərində tikiləcək iki göydələn kompleksi məsələsi idi. Bunlardan birincisi körfəzin qərb kənarında tikilmək üçün təklif olunan 158 metrlik 35 mərtəbəli disk şəklində olan "Küləklər-1 və 2" binası idi. Onlar ümumi podiumu birləşdirmək məcburiyyətində idilər.