Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Promil
Promil (lat. pro mille – hər minə) — hər hansı kəmiyyətin mində bir hissəsi. Promil faizin onda birinə bərabərdir və ‰ işarəsi ilə qeyd olunur. Bu işarənin üç ədəd sıfır rəqəmindən tərtib edilməsi Promilin tərifi ilə əlaqədardır. Bəzi kəmiyyətlər ənənəvi olaraq Promil ilə ölçülür; məsələn, dəniz suyunun şorluğu ‰ ilə göstərilir. Suyun şorluğunun 35 Promil olması onun kütləsinin 0,035 hissəsinin duzlardan ibarət olduğu deməkdir (hər litrə 35 qram). Dəmir yollarının meyilliliyi kiçik olduğundan onu da Promil ilə hesablayırlar.
Aramil
Aramil — Rusiya Federasiyasında yerləşən şəhər. Sverdlovsk vilayətinə daxildir.
Prolin
Prolin (Pro, P) — Protein formalaşdıran 20 aminturşulardan biri. Prolin və törəmələri üzvi reaksiyalarda assimmetrik katalizator kimi istifadə olunur.
Promina
Promina (xorv. Promina) — Xorvatiyanın cənubundakı icma, Şibensko-Knin əyalətinin bir hissəsidir. İcmanın inzibati mərkəzi Oklay şəhəridir. Zaqora rayonunda yerləşir. Promina icmasının (bələdiyyəsi) tərkibinə kəndlər də daxildir. 2011-ci ilin siyahıalınmasına görə, oranın əhalisi bu qədərdir:1991-ci il əhalinin siyahıya alınmasına görə Promin icmasında 2574 sakin yaşaıyrdı ki, onların 85%-ı xorvatlar, 14%-ı serblər idi. İvan Aralika (d. 1930) — Xorvatiya yazıçısı və dramaturqu.
Propin
Propin (CH3-C≡CH) — Alkinlər sinfindən doymamış karbohidrogen.
Xromit
Xromşpinelidlər (xromitlər); ümumi formula (Mg,Fe)(Cr,Al,Fe)2O4: xromit – FeCr2O4; maqnezioxromit – (Mg, Fe)Cr2O4; alümoxromit – Fe (Cr,Al)2O4; xrompikotit – (Mg, Fe)(Cr,Al)2O4 — kubik sinqoniya. Rast gəlmə tezliyi şkalası: tez-tez rast gələn. Rəng – qaradan qonuru-qarayadək; Mineralın cizgisinin rəngi – qonur; Parıltı – yarımmetal parıltıdan qatranıyadək; Şəffaflıq – qeyri-şəffaf; Sıxlıq – 4,5-5,1; S – 5,5-7,5. Kövrəkdir; Ayrılma – {111} üzrə tam qeyri-mükəmməl; Sınıqlar – qeyri-hamardan qabıqlıyadək; Başqa xassələr – FeO və Fe2O3 ilə zəngin olan xromşpinelidlər güclü maqnitlik xassəsi ilə səciyyələnir; Morfologiya – kristallar: oktaedrik, nadir hallarda – dodekaedrik; İkiləşmə: {111} üzrə; Mineral aqreqatları: dənəvər, nodullar, püruzlar. Ultraəsasi maqmatizmlə sıx əlaqədar maqmatik əmələgəlmələr olub, müxtəlif hiperbazitlərdə rast gəlir. Meteoritlərdə və ay süxurlarında xromşpinelid tapıntıları məlumdur. Kimyəvi dayanıqlı birləşmələr kimi adətən səpintilərdə olur; Qırıntı material kimi qumdaşlarında, dolomitlərdə, mərmərlərdə və s. müşahidə edilir. Birlikdə rast gəldiyi minerallar: olivin, serpentin, bronzit, uvarovit, talk, kemmererit, platin, vezuvian və b. Mineralın tapıldığı yerlər: Saranski, Qoloqorski, Alapayev (Rusiya); Kempirsay (Qazaxıstan); Gebeler, Fetxis, Güleman (Türkiyə); Buşveld komleksi (CAR); Moa dairəsi (Kuba) və b.
Prodik
Prodik (yun. Πρόδικος, təxminən e. ə. 465 – 395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi. Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikə görə, bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur.
Aromia
Amblyopappus (lat. Amblyopappus) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. == Sinonimləri == === Heterotipik sinonimləri === Aromia Nutt. Infantea J.Rémy == Növləri == Amblyopappus pusillus Hook. & Arn.
PROMT
PROMT tərcümə proqramı (Project MT) — "Promt" eyniadlı şirkəti tərəfindən Sankt-Peterburq şəhərində 1991-ci ildə yaradılmışdır. Bu proqram həm lüğət vəzifəsini görür, həm də tərcüməçi. PROMT maşın tərcümə proqramı vasitəsilə istənilən mətn tərcümə edilə bilər. Tərçümə istiqamətləri: İngilis-Rus,Rus-İngilis Alman-Rus, Rus-Alman Fransız-Rus, Rus-Fransız İspan-Rus, Rus-İspan İtalyan-Rus "Promt 8.0" adlanan yeni versiya şirkətin mütəxəssisləri tərəfindən 2 il müddətində sınaqdan keçirilmiş tərcümə alqoritmləri əsasında hazırlanmışdır. Yeni versiya mətnin mənaca bitmiş olan hissəsinin təhlil edilməsinə, bir çox linqvistik strukturlarının və qəlibləşmiş söz birləşmələrinin dəqiq tərcümə olunmasına imkan verir. Söz ehtiyatlarının zənginləşdirilməsi məqsədilə proqram daim yeniləşən Multitran tərcümə bazasına malikdir. İstənilən həcmdə fərdi sözlərin və mətnlərin tərcüməsi. Struktur və formatlaşdırma ilə sənədlərin tərcüməsi. Bütün populyar formatlar dəstəklənir: doc(x), xls(x), ppt(x), rtf, html, xml, txt, ttx, pdf (skan edilmiş daxil olmaqla), odt, ods, jpeg, png, tıff. Struktur və hiperlinklərin qorunması ilə bütün saytların tərcüməsi.
Prokl
Próklus Diadóxus (/ˈprɒkləs laɪˈsiəs/; ən tezi 7 fevral 412 və ən geci 8 fevral 412, Konstantinopol, Bizans imperiyası – 17 aprel 485, Afina, Bizans imperiyası) — antik dövrün neoplatonçu filosofu, Platon Akademiyasının rəhbəri (skolarxı), neoplatonizm məktəbinin sonuncu ən tanınmış nümayəndəsi. Onun öyrənciləri yazırdılar ki, o çoxlu tanınmış müəllimlərdən dərs almış, müdriklik məqamına çatmış, çoxlu ibadətlər etmiş, ailə qurmamış və abid həyatı sürmüşdür. "İlahiyyatın ilk əsasları" (yun. Στοιχείωσις θεολογική), "Platon ilahiyyatı" (yun. Περὶ τῆς κατὰ Πλάτωνα θεολογίας), "Fizikanın başlanğıcı" (yun. Στοιχείωσις φυσική) kimi kitabların, eləcə də Platonun "Timeus", "Parmenides", "Alkibiades", "Kratilus" əsərlərinə edilən şərhlərin müəllifi olmuşdur. Ancaq onun əsərlərinin çoxu bizim zamanımıza qədər gəlib çatmışdır. Digər neoplatoçular kimi Proklus da dünyanı Vahidin (tanrının) emanasiyası kimi təsəvvür edirdi. O, emanasiyanı triadik (üç mərhələli) inkişafda görürdü. Ancaq, bu inkişaf əslində tənəzzül demək idi, çünki o əks istiqamətdə inkişaf edirdi: kamildən naqisə, işıqdan qaranlığa olan kimi.
Ramil
Ramil — kişi adı.
Aromia tenuifolia
Bromic adası
Bromic adası — Frans-İosif Torpağı arxipelaqı daxil olan ada. İnzibati cəhətdən Arxangelsk vilayətinin Primorski rayonu ərazisinə daxildir. == Yerləşməsi == Bromic adası arxipelaqın mərkəzində yerləşir. Adadan 3 km şimal-şərqdə Nansen adası, cənubunda yerləşən Nyukom boğazının digər hissəsində (800 m) Pritçett adası, cənub-şərqində Sadko boğazının digər hissəsində (2,5 km aralıda) Brays adası yerləşir. == Təsviri == Ada bərabər olmayan oval formaya malikdir. Stoq burnu ilə (şimal-qərb) Mur boğazı (cənub-şərq) arasında məsafə 10 kilometrdən çoxdur. Böyük hissəsi buzla örtülüdür. Buzdan azad olan hissələrdə qayalıqlar müşahidə edilir. Maksimal hündürlüyü 392 metrdir.
Denis Pronin
Kalium bromid
Kalium bromid – kimyəvi formulu KBr olan qeyri-üzvi birləşmə,bromid turşusunun kalium duzu. == Fiziki xassələri == Kalium bromid – natrium xlorida bənzər kub tipli kristalik qəfəsi olan rəngsiz kristallardı. 298 °C -ə qədər qızdırıldıqda və 1.7 GPa təzyiqi altında, kristal qəfəs sezium xlorid kimi başqa bir kub modifikasiyasına çevrilir. == Alınması == 1. Sənaye ehtiyacları üçün kalium bromidi, kalium karbonatın qarışıq dəmir bromidi (II, III) Fe3Br8 ilə reaksiyası zamanı almaq olar: 4 K 2 C O 3 + F e 3 B r 8 → 8 K B r + F e 3 O 4 + 4 C O 2 {\displaystyle {\mathsf {4K_{2}CO_{3}+Fe_{3}Br_{8}\rightarrow 8KBr+Fe_{3}O_{4}+4CO_{2}}}} 2. Laboratoriya şəraitində kalium bromidi kalium hidroksid, brom və ammonyakın qarşılıqlı təsirindən almaq olar: 6 K O H + 3 B r 2 + 2 N H 3 → 6 K B r + 6 H 2 O + N 2 ↑ {\displaystyle {\mathsf {6KOH+3Br_{2}+2NH_{3}\rightarrow 6KBr+6H_{2}O+N_{2}\uparrow }}} 3. Otaq temperaturunda birbaşa sintez nəticəsində: 2 K + B r 2 → 2 K B r {\displaystyle {\mathsf {2K+Br_{2}\rightarrow 2KBr}}} 4. Bromla daha az aktiv halogenin (yod) əvəz edilməsi nəticəsində: 2 K I + B r 2 → 2 K B r + I 2 ↓ {\displaystyle {\mathsf {2KI+Br_{2}\rightarrow 2KBr+I_{2}\downarrow }}} 5. Kalium bromatın 434 °C temperaturdan yuxarı termiki parçalanma nəticəsində: 2 K B r O 3 → > 434 o C 2 K B r + 3 O 2 {\displaystyle {\mathsf {2KBrO_{3}\ {\xrightarrow {>434^{o}C}}\ 2KBr+3O_{2}}}} === Termodinamik kəmiyyətlər === == Həllolması == == Kimyəvi xassələri == Kalium bromid tipik ion duzudur. Suda həll edildikdə, dissosiyasiyaya uğrayır amma hidroliz olunmur, çünki güclü bir qələvidən (kalium hidroksid) və güclü bir turşudan (hidrobrom turşusu) alınıb. Kristalhidratlar əmələ gətirmir. Qatı bromid turşusunda həll olunmur. 1. Daha aktiv halogenlərlə reaksiya nəticəsində brom çıxarılır: 2 K B r + C l 2 → 2 K C l + B r 2 ↑ {\displaystyle {\mathsf {2KBr+Cl_{2}\rightarrow 2KCl+Br_{2}\uparrow }}} 2. Məhlularda adi mübadilə reaksiyaları baş verə bilər: K B r + A g N O 3 → A g B r ↓ + K N O 3 {\displaystyle {\mathsf {KBr+AgNO_{3}\rightarrow AgBr\downarrow +KNO_{3}}}} 3. Reduksiyaedici xassələr göstərir: 2 K B r + 3 H 2 S O 4 → 2 K H S O 4 + B r 2 ↑ + S O 2 ↑ + 2 H 2 O {\displaystyle {\mathsf {2KBr+3H_{2}SO_{4}\rightarrow 2KHSO_{4}+Br_{2}\uparrow +SO_{2}\uparrow +2H_{2}O}}} (конц. H 2 S O 4 {\displaystyle {\mathsf {H_{2}SO_{4}}}} , кип.) 5 K B r + 3 H 2 S O 4 + K B r O 3 → 3 B r 2 + 3 K 2 S O 4 + 3 H 2 O {\displaystyle {\mathsf {5KBr+3H_{2}SO_{4}+KBrO_{3}\rightarrow 3Br_{2}+3K_{2}SO_{4}+3H_{2}O}}} (разб. H 2 S O 4 {\displaystyle {\mathsf {H_{2}SO_{4}}}} ) 2 K B r + 2 H 2 S O 4 + M n O 2 → B r 2 + K 2 S O 4 + M n S O 4 + 2 H 2 O {\displaystyle {\mathsf {2KBr+2H_{2}SO_{4}+MnO_{2}\rightarrow Br_{2}+K_{2}SO_{4}+MnSO_{4}+2H_{2}O}}} (конц.
Karen Cromie
Karen Cromie (24 sentyabr 1979 – 28 yanvar 2011) — İrlandiyalı Paralimpiyaçı, İngilis avarçəkmə və basketbol idmançısıdır. Pekin 2008 Olimpiadasında Paralimpiya Divizionunda yarışdı və beşinci oldu. 2005–2006-cı illər arasında Cromie GB Əlil arabalı Basketbol Milli Komandasının tərkibində basketbol oynamış və gümüş medal qazanmışdır. 2009-cu ildə İrlandiya Paralimpiya Basketbol komandasına seçilmiş və 2011-ci ildə 31 yaşında intihar edərək ömrünü başa vurmuşdur.
Uest-Bromiç
Vest-Bromviç (ing. West Bromwich) — İngiltərədə şəhər. Vest-Midledns qraflığında yerləşir və Sandvel rayonuna daxildir. Vest-Bromviç adına ilk dəfə q086-cı ildə Bromviç şəklində "Qorxulu məhkəmə" kitabında rast gəlinir. Bu ifadə "süpürgə kəndi" mənasını verir. Şəhərdə XII əsrdən etibarən katoliklərin Benediktin rahiblik ordeni fəaliyyət göstərir. 1727-ci ildə London-Şruzberi yolunun çəkilməsi şəhərin inkişafına və böyüməsinə səbəb olur. Vest-Midlends qraflığında Kasl Bromviç adlı kənd olduğundan sonradan Bromviçin əvvəlinə "Vest" artırılır. Yəni "Qərbi Bromviç". Şəhər Vest Bromviç Albion klubu ilə təmsil olunur.
Vest-Bromiç
Vest-Bromviç (ing. West Bromwich) — İngiltərədə şəhər. Vest-Midledns qraflığında yerləşir və Sandvel rayonuna daxildir. Vest-Bromviç adına ilk dəfə q086-cı ildə Bromviç şəklində "Qorxulu məhkəmə" kitabında rast gəlinir. Bu ifadə "süpürgə kəndi" mənasını verir. Şəhərdə XII əsrdən etibarən katoliklərin Benediktin rahiblik ordeni fəaliyyət göstərir. 1727-ci ildə London-Şruzberi yolunun çəkilməsi şəhərin inkişafına və böyüməsinə səbəb olur. Vest-Midlends qraflığında Kasl Bromviç adlı kənd olduğundan sonradan Bromviçin əvvəlinə "Vest" artırılır. Yəni "Qərbi Bromviç". Şəhər Vest Bromviç Albion klubu ilə təmsil olunur.
Yamacın profili
Yamacın profili (rus. профиль склона, ing. profile of slope) — köndələn kəsilişdə yamacın forması (düşmə xətti üzrə). Bu əsas etibarilə dərinlik eroziyası və denudasiyanın münasibətindən, süxurların yatımından və xüsusiyyətlərindən, iqlim şəraitindən, yamacın səmtindən, bitki örtüyündən asılı olur. Yamacın profili düz, əyri, qabarıq, pilləli və mürəkkəb ola bilər.
İstifadəçi profili
İstifadəçi profili — istifadəçi ilə əlaqəli parametrlər və məlumat toplusu. Bu, şəxsiyyəti müəyyən etmək üçün istifadə olunan kritik məlumatları, məsələn, adı, yaşı, fotoşəkili, həmçinin bilik və ya təcrübə kimi fərdi xüsusiyyətləri özündə əks etdirir. İstifadəçi profilləri ən çox "Facebook", "Instagram" və "LinkedIn" kimi sosial media saytlarında mövcuddur. Onlar fərdin könüllü rəqəmsal şəxsiyyəti kimi xidmət edir, onların əsas xüsusiyyətlərini və xüsusiyyətlərini vurğulayır. Fərdi kompüter və əməliyyat sistemlərində istifadəçi profilləri faylları, parametrləri və sənədləri "hesablar" kimi tanınan fərdi istifadəçi mühitləri üzrə kateqoriyalara ayırmağa xidmət edir. Həmçinin əməliyyat sistemini istifadəçiyə daha yaxın və uyğunlaşdırılmış olmağa imkan yaradır. Fiziki istifadəçi profilləri pasportlar, sürücülük vəsiqələri və hüquq sistemində fərdi şəxsiyyəti müəyyən etmək üçün istifadə edilən hüquqi sənədlər kimi şəxsiyyət sənədləri kimi xidmət edir. İstifadəçi profili həmçinin, istifadəçi modelinin kompüter təsviri kimi qəbul edilir. İstifadəçi modeli fərdi istifadəçi haqqında müəyyən xüsusiyyətləri əldə etmək üçün istifadə edilən (məlumat) strukturdur və istifadəçi profilinin əldə edilməsi prosesi istifadəçi modelləşdirmə və ya profilləşdirmə adlanır. İstifadəçi profillərinin mənşəyi pasportun mənşəyi ilə izlənilə bilər ki, bu da 1920-ci ildə Birinci Dünya müharibəsindən sonra Millətlər Liqasında aparılan danışıqlardan sonra məcburi hala gətirilən şəxsiyyət vəsiqəsi (ŞV) ilə əlaqəlidir.
Vitali Pronin
Vitali Aleksandroviç Pronin (1 yanvar 1952, Neftçala rayonu – 7 yanvar 2020, Kürdili, Neftçala rayonu) — Azərbaycan münzəvisi, Kürdili adasının son sakini. O, yerli mediada "Neftçalanın Robinzon Kruzosu" ləqəbi almışdır. 1952-ci ilin 1 yanvar tarixində Neftçala rayonunda anadan olmuşdur. Atası Vladimir fəhlə, anası Antonina klub müdiri olub. Orta məktəbi də Kürdili kəndində bitirib, əsgərliyə gedib, qayıdıb traktorçu işləməyə başlayıb. İki qardaşı, iki bacısı var idi. Qardaşları Valentin və İvan Moskvada, bacıları Nadejda və Qalina isə Rusiyanın Tolyatti şəhərində yaşayırlar. Xəzər dənizində suyun səviyyəsi yüksəlib kəndin rayon ilə əlaqəsi kəsilməyə başlayanda ailələr kənddən köçüb, lakin Vitalinin ailəsi və daha bir neçə ailə kənddə qalıb. Daha sonra adanın yeganə sakininə çevrilib. 7 yanvar 2020-ci il tarixində axşam saatlarında özü haqqında çəkilişlərdən bir qədər sonra evində vəfat edib.
Prokl Diadox
Próklus Diadóxus (/ˈprɒkləs laɪˈsiəs/; ən tezi 7 fevral 412 və ən geci 8 fevral 412, Konstantinopol, Bizans imperiyası – 17 aprel 485, Afina, Bizans imperiyası) — antik dövrün neoplatonçu filosofu, Platon Akademiyasının rəhbəri (skolarxı), neoplatonizm məktəbinin sonuncu ən tanınmış nümayəndəsi. Onun öyrənciləri yazırdılar ki, o çoxlu tanınmış müəllimlərdən dərs almış, müdriklik məqamına çatmış, çoxlu ibadətlər etmiş, ailə qurmamış və abid həyatı sürmüşdür. "İlahiyyatın ilk əsasları" (yun. Στοιχείωσις θεολογική), "Platon ilahiyyatı" (yun. Περὶ τῆς κατὰ Πλάτωνα θεολογίας), "Fizikanın başlanğıcı" (yun. Στοιχείωσις φυσική) kimi kitabların, eləcə də Platonun "Timeus", "Parmenides", "Alkibiades", "Kratilus" əsərlərinə edilən şərhlərin müəllifi olmuşdur. Ancaq onun əsərlərinin çoxu bizim zamanımıza qədər gəlib çatmışdır. Digər neoplatoçular kimi Proklus da dünyanı Vahidin (tanrının) emanasiyası kimi təsəvvür edirdi. O, emanasiyanı triadik (üç mərhələli) inkişafda görürdü. Ancaq, bu inkişaf əslində tənəzzül demək idi, çünki o əks istiqamətdə inkişaf edirdi: kamildən naqisə, işıqdan qaranlığa olan kimi.
Ramil (arxangel)
Ramil (arami. רעמאנל‎, ivr. ‏רעמיאל‏‎, yun. ‘Ραμιήλ) və ya Remil — apokrifik Enox kitabında düşmüş keşikçi və arxangel. Ramil ivrit dilindəki ra'am (Şimşək) və El (Tanrı) elementlərindən əmələ gəlib, "Şimşək tanrısı" deməkdir. Enox kitabında 20 rəhbər, yəni 1 enox var. Onların adını qeyd edən hissədə yazılmışdır: 1 enoxda izah edildiyi kimi, bunlar arvad alıb, insan qadınlar ilə cütləşib və onlara qadağan olunmuş biliyi öyrətdiklərinə görə düşmüş mələyə çevrilmiş 200 mələyin rəhbəridir. 20 rəhbərdir biri olan Ramilin adı altıncı yerdə qeyd olunmuşdur. Onun İkinci Barux kitabında da qeyd olunmuşdur. Burada yazılmışdır ki, o, "gerçək uzaqgörənliyə sədrlik edir" (55:3).
Ramil Abbasov
Ramil Ağasıyev
Ramil Rauf oğlu Ağasıyev (16 aprel 1988, Bakı) — Azərbaycan kinorejissoru. Ramil Ağasıyev 1988-ci il aprelin 16-da Bakıda anadan olub. Atası xalq teatrında rejissor vəzifəsində, anası isə mətbəədə çalışıb. Birinci sinifə 212 nömrəli məktəbdə başlayıb. 5 il burada təhsil alan Ramil Ağasıyev davamsiyyətsizliyinə görə məktəbdən ayrılıb. Təhsilini 193 nömrəli, daha sonra 39 nömrəli məktəbdə başa vurub. Məktəb illərində rəqslə məşğul olub. "Spider" şou-baletində rəqs edib. 3 il böyük səhnədə, layihələrdə rəqs poqramları ilə çıxışlar edib. 2007–2011-ci illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rejissorluq ixtisasında təhsil alıb.