Prokl

Próklus Diadóxus (/ˈprɒkləs lˈsiəs/; ən tezi 7 fevral 412ən geci 8 fevral 412[1], Konstantinopol, Bizans imperiyası17 aprel 485, Afina, Bizans imperiyası[2]) — antik dövrün neoplatonçu filosofu, Platon Akademiyasının rəhbəri (skolarxı), neoplatonizm məktəbinin sonuncu ən tanınmış nümayəndəsi.

Proklus Diadoxos
yun. Πρόκλος ὁ Διάδοχος lat. Proclus
Doğum tarixi ən tezi 7 fevral 412ən geci 8 fevral 412[1]
Doğum yeri
Vəfat tarixi 17 aprel 485 (73 yaşında)
Vəfat yeri
Vətəndaşlığı
İstiqaməti Neoplatonizm
Əsas maraqları fəlsəfə, teologiya
Təsirlənib Plotin, Aristotel, Platon, Plutarx
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Antik fəlsəfə
Yunan fəlsəfəöncəsi dövrü
(e. ə. VII yüzilliyə qədər)

Orfizm  • Homer  • Hesiod  • Ferekid  • Yeddi yunan müdriki  • Epixarm

Qədim yunan fəlsəfəsi
(e. ə. VII–IV yüzilliklər)
Müstəqil filosoflar
Heraklit  • Anaksaqor  • Empedokl
Qədim yunan atomçuları
Levkipp  • Demokrit
Sofistlər

"Böyük" sofistlərProtaqor  • Prodikus  • Qorqias  • Hippias

"Kiçik" sofistlərTrasimaxus  • Likofron  • Kritius  • Alkidamas
Ellinizm dövrünün fəlsəfəsi
(e. ə. IV–I yüzilliklər)
Qədim Roma dövrünün fəlsəfəsi
I–V yüzilliklər
Stoaçılıq

Seneka  • Epiktet  • Mark Avreli  • Siseron

Orta platonizm
Alkinous  • Apuleyus  • Qalen  • Plutarx  • Maksim  • Filon  • Selsus  • Teon
Neoplatonizm

Roma məktəbi → Ammonius Sakkas  • Plotin  • Porfirius  • Amelius
Apameya məktəbi → Yamblix  • Sopater
Perqama məktəbi → Sallustius  • Yulian Avqust
Afina məktəbi → Afinalı Plutarx  • Proklus  • Marinus  • Simplikius  • Damaskius

İskəndəriyyə məktəbi → Hierokles  • Hipatiya  • İoann Filoponus
Antik dini təlimlər

Qnostisizm  • Hermetizm  • Mitraizm
NeopifaqorçuluqApollonius  • Nikomaxus  • Numenius  • Moderatus

Erkən Xristian fəlsəfəsi

Klement  • Origen  • Avqustin Avrelius  • Boesius  • Saxta Dionisius Areopagit

Onun öyrənciləri yazırdılar ki, o çoxlu tanınmış müəllimlərdən dərs almış, müdriklik məqamına çatmış, çoxlu ibadətlər etmiş, ailə qurmamış və abid həyatı sürmüşdür[3]

"İlahiyyatın ilk əsasları" (yun. Στοιχείωσις θεολογική), "Platon ilahiyyatı" (yun. Περὶ τῆς κατὰ Πλάτωνα θεολογίας), "Fizikanın başlanğıcı" (yun. Στοιχείωσις φυσική) kimi kitabların, eləcə də Platonun "Timeus", "Parmenides", "Alkibiades", "Kratilus" əsərlərinə edilən şərhlərin müəllifi olmuşdur. Ancaq onun əsərlərinin çoxu bizim zamanımıza qədər gəlib çatmışdır.

Digər neoplatoçular kimi Proklus da dünyanı Vahidin (tanrının) emanasiyası kimi təsəvvür edirdi[4]. O, emanasiyanı triadik (üç mərhələli) inkişafda görürdü. Ancaq, bu inkişaf əslində tənəzzül demək idi, çünki o əks istiqamətdə inkişaf edirdi: kamildən naqisə, işıqdan qaranlığa olan kimi. Triadik hərəkətin birinci mərhələsi Vahiddə yerləşmişdir[5]. Bu o deməkdir ki, törənən şey törədəndə olmuşdur. İkinci mərhələ o şeyin Vahiddən axaraq çıxmasıdır. Üçüncü mərhələ isə törənənin törədiciyə qayıtmasıdır[6].

Ümumiyyətlə, Proklus, üçlük ideyasını (triadanı) varlığın bütün aspektlərinə aid etmişdir. Onun tanrılaşdırdığı varlıq Vahid-Əql-Ruh üçlüyündən ibarətdir. O hər şeyin əvvəlidir, hər şeydən ucadır, dərk olunmaz və sözlə ifadə edilməzdir.

Vahiddən doğan emanasiyanın (işıqsaçmanın) sonu olaraq çoxluq yaranır. Bunlar da "henada" adlanan vahidlərdir[7]. Bu henadalar tanrılar kimi təsəvvür edilir və ideal aləmdə olan ilk çoxluğun mərhələsini təşkil edirlər.

Proklusun ikinci üçlüyü olan Əql də üçə bölünür. Öncə o özü-özündə mövcuddur; bu düşünülən Əqldir (noetoy). Sonra əql özü-özündən çıxır və özü-özünü düşünür[8]. Özü-özünü düşünən noeroy’dur. Sonda əqlin özü-özünə, noeroyun noetoya qayıdışı baş verir və sintez alınır. Bu mərhələdə daha sonra yeni üçlüklər yaranır. Onlar üçlüklərdən ibarət halqaları təşkil edirlər. Bu halqalar hebdomada (yeddiliklər) adlanır. Əqlin bu üçlüyü (triadası) yunan tanrıları Kronos, ZeusReya ilə eyniləşir. Hebdomadada olan üçlüklərin hər bir üzvü də bir tanrı ilə eyniləşir. Noetoy və noeroy da onlara tabe olan tanrılaşmış üçlüklərə bölünür.

Ruha da Proklus üçlük prinsipi baxımından yanaşırdı[9]. Deməli, dünya triadasının üçüncü tərkib hissəsi olan Ruh öz növbəsində ilahi, demonik və insani üçlüyə bölünür. Onların hər birinin də öz bölgüsü vardır.

Bu dünya və materiya Proklusun fəlsəfəsində qaranlıqla (zülmətlə) eyniləşir[10]. Onlar işığın (nurun) yoxluğudur. Ancaq, Plotindən fərqli olaraq Proklus materiyanı şər kimi təsəvvür etmirdi. Ona görə bu dünya nə şər, nə də xeyirdir. Şərin səbəbi materiyada yox, aşağıdakı dünyanın uca olan idealdan ayrılmasında və uzaqlığındadır.

İşığa (nura) qayıtmaq, ona qovuşmaq üçün insan tanrıya tərəf yönəlməlidir. Proklusa görə bu yolda da üçlük vardır. Bu Erot-Həqiqət-İman triadasıdır. Tanrıya qayıdışın qüvvəsi elmi bilik deyil, ekstaz halıdır. Erot (məhəbbət cazibəsi) insanı ekstaz halına hazırlayır, həqiqət onu tanrıya yaxınlaşdırır, iman isə tanrı ilə qovuşdurur. Ancaq, bu kimi ekstatik hallar çox nadir durumlarda baş verdiyi üçün tanrı ilə tam qovuşma yalnız ölümdən sonra baş verir.

  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 273-275. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 273-275. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-16.
  • Lloyd, A.C., The Anatomy of Neoplatonism, Oxford: Clarendon, 1990.
  • Асмус В. Ф. Античная философия. — М.: Высшая школа, 1998.
  • Лосев А. Ф. История античной эстетики. Последние века. Книга II. — М.: Искусство, 1988. — С. 14–336.

Xarici bağlantılar

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 http://www.jstor.org/stable/270427.
  2. 1 2 Maktutor riyaziyyat tarixi arxivi. 1994.
  3. The Life of Proclus or Concerning Happiness by Marinus of Samaria Arxivləşdirilib 2022-03-15 at the Wayback Machine / Translated by Kenneth S. Guthrie. London: Phanes Press, 1986.
  4. Прокл. Первоосновы теологии; Гимны Arxivləşdirilib 2015-11-17 at the Wayback Machine / Перевод А. Ф. Лосева. М.: Прогресс, 1993, s. 17–18.
  5. Прокл. Первоосновы теологии; Гимны Arxivləşdirilib 2015-11-17 at the Wayback Machine / Перевод А. Ф. Лосева. М.: Прогресс, 1993, s. 10.
  6. Прокл. Первоосновы теологии; Гимны Arxivləşdirilib 2015-11-17 at the Wayback Machine / Перевод А. Ф. Лосева. М.: Прогресс, 1993, s. 33–38.
  7. The Sentences of Porphyry the Philosopher. The Journal of Speculative Philosophy. Vol. 3. Penn University Press 2013.
  8. Прокл. Первоосновы теологии; Гимны Arxivləşdirilib 2015-11-17 at the Wayback Machine / Перевод А. Ф. Лосева. М.: Прогресс, 1993, s. 118–119.
  9. Прокл. Первоосновы теологии; Гимны Arxivləşdirilib 2015-11-17 at the Wayback Machine / Перевод А. Ф. Лосева. М.: Прогресс, 1993, s. 131–149.
  10. Прокл. Первоосновы теологии; Гимны Arxivləşdirilib 2015-11-17 at the Wayback Machine / Перевод А. Ф. Лосева. М.: Прогресс, 1993, s. 59–60.