Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Göz protezi
Göz protezi əsasən şüşədən hazırlanan, təbii gözü əvəz edən bir protez növüdür. Bu, enukleasiya (gözdənkənar əzələlərə toxunmadan göz almasının alınması), orbital eksenterasiya (göz yuvasındakı bütün toxumaların tamamilə alınması) və ya gözün evisserasiyası (skleranı saxlamaqla gözün daxilinin alınması) proseslərindən sonra tətbiq edilir. Tipik olaraq qabarıq formaya malikdir və tibbi akrildən hazırlanır. Göz qapaqlarının alt hissəsinə orbital implant üzərinə taxılır. Müasir dövrdə göz protezləri kriolit şüşədən hazırlanır. Göz protezlərini istehsal edən şəxslər okularistlər adlanırlar. Əvvəllər göz protezlərindən yalnız estetik məqsədlə istifadə edilsə də, müasir dövrdə görmə imkanı yaradan retinal və vizual göz protezləri də mövcuddur. Belə protezlərə "bionik göz" deyilir. == Tarixi == Göz protezinin ilk istifadəsi e.ə. 2900-2800-cü illərə təsadüf edir və İranda Şəhr-i Suxtedə icad edilmişdir.
Proteza
Proteza — Azərbaycan dilinin əlamətdar xüsusiyyətlərindən biri budur ki, söz daxilində saitlər, sözün başında və sonunda isə samitlər yanaşı gəlməz. Buna görə də qrammatik dəyişmədə və alınma sözlərdə səs yanaşmaları olduqda yanaşı həmcins səsləri bitişdirmək üçün müəyyən səs əlavə olunur. Beləliklə də, dilin fonetik sistemində səsartımı adlanan hadisə yaranır. Səsartımı hadisəsi məqamına və vasitəsinə görə 2 cür formalaşır: Müxtəlif məqamda yanaşı düşən saitləri bitişdirmək üçün vasitəçi halında saitlər arasına müəyyən samit əlavə olunur. Samitartımı iki cürdür: Yazıda sabitləşən, yazıda sabitləşməyən. Yazıda sabitləşən samitartımı əsasən saitlə bitən sözə saitlə başlanan şəkilçinin bitişdirilməsi üçün istifadə olunan səsartımıdır. Yazıda sabitləşmiş samitartımı qanununun formalaşmasında, əsasən, üç bitişdirici samitdən istifadə olunur. N:aşağıdakı məqamlarda işlənir: 1)Saitlə bitən sözlərə təsirlik və yiyəlik hal şəkilçiləri bitişdiriləndə: ata-n-ı, ata-n-ın, güzgü-n-ü, güz-gü-n-ün və s. 2)Üçüncü şəxs mənsubiyyət şəkilçisi qəbul etmiş sözlərə hal şəkilçiləri bitişdiriləndə: onun qardaşı-n-a onun qardaşı-n-ı və s. 3)Bu, o əvəzliklərinə hər cür şəkilçi bitişdirildikdə: bu-n-a, o-n-a, bu-n-dan, o-n-da və s.
Protez
Protez, əskik olan bədən üzvlərininin yerinə işlədiləcək şəkildə edilmiş cihazların ümumi adıdır. Xəsarət, şiş cərrahiyələri, qanqren, iltihab və bunun kimi digər orqan ziyanları nəticəsində vücudun geri qalanının sağlamlığını qorumaq məqsədilə ziyan görən orqan çıxardılar. Bu orqanın funksiyasının və şəklinin yerinə işlənən protezler bu orqandan geriyə qalan bədən boşluğuna köməkçi materiallar vasitəsilə taxılar. Protezler yerinə işlədildiyi bölgəyə görə adlandırılırlar: çənə-üz protezləri, diş protezləri, qol, əl, ayaq protezləri, qulaq protezləri, saç protezləri, göz protezləri və s. Çoxu protez orqanının funksiyasının və görünüşünün yerinə tam olaraq işlədilə bilməz, amma bir dərəcəyə qədər köməkçi ola bilər. Ancaq yenə də protez istehsalı ilə xəstənin psixologiyası xeyli düzələ bilər. Protezler kauçuk, vinil, titan, qızıl və bunun kimi müxtəlif maddələrdən hazırlanır. Protezləri vücuda tutdurmağın bu kimi yolları var: Orqan ziyanının olduğu qisimdə protezin girib tutuna biləcəyi bir mexaniki mühafizəkar sahəsində mexaniki mühafizəkarlıqla, Mexaniki mühafizəkarlığın az olduğu vəziyyətdə sap, klemp, məngənə, qarmaqlar, kroşe kimi köməkçi vasitələrlə, Bəzi toxuma vasitələri ilə.