Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Deep Purple
Deep Purple — 1968-ci ilin fevralında Xardfordda qurulan ingilis rok qrupudur. 1970-ci ildən bəri "ağır musiqi"-də gözə çarpan, nüfuzlu qruplardan hesab edilir. Musiqi tənqidçiləri Deep Purple-i hard-rok baniləri arasında görürlər. Eyni zamanda qrupun preqressiv rok və heavy metal inkişafına olan töhfələrini yüksək qiymətləndirirlər. Qrupun albomları ABŞ-də 7.5 milyon, o cümlədən bütün dünyada 100 milyondan çox satmış və bu nəticə ilə Deep Purple Ginnesin Rekordlar Kitabına düşmüşdür. == Üzvlər == İndiki üzvlər Ian Gillan - vokal, harmonika, konga (1969-1973, 1984-1989, 1992 - bu gün) Steve Morse - elektro gitara (1994 - bu gün) Roger Glover - bas gitara, sintesayzer (1969-1973, 1984 - bu gün) Don Airey - klaviş (2002 - bu gün) Ian Paice - zərb (1968-1976, 1984-bu gün) Əvvəlki üzvlər Ritchie Blackmore - Elektro Gitara (1968-1975, 1984-1993) Jon Lord - klaviş, bekvokal (1968-1976, 1984-2002) Rod Evans - vokal (1968-1969) Nick Simper - bas, bekvokal (1968-1969) David Coverdale - vokal (1973-1976) Glenn Hughes - bas, vokal (1973-1976) Tommy Bolin - gitara, vokal, pianino (1975-1976) Joe Lynn Turner - vokal (1990-1992) Joe Satriani - gitara (1993-1994) == Diskoqrafiya == === Studiya albomları === Shades of Deep Purple (1968) The Book of Taliesyn (1968) Deep Purple (1969) Deep Purple in Rock (1970) Fireball (1971) Machine Head (1972) Who Do We Think We Are (1973) Burn (1974) Stormbringer (1974) Come Taste the Band (1975) Perfect Strangers (1984) The House of Blue Light (1987) Slaves & Masters (1990) The Battle Rages On (1993) Purpendicular (1996) Abandon (1998) Bananas (2003) Rapture of the Deep (2005) Now What?! (2013) Whoosh!
Prunus puddum
Prunus cerasoides (lat. Prunus cerasoides) — gülçiçəyikimilər fəsiləsinin prunoideae yarımfəsiləsinin gavalı cinsinə aid bitki növü.
Purple drank
Bənövşəyi içki (ing. Purple drank) — öskürək şərbətinin xüsusi alkoqolsuz içki və mentollu konfetlərin birləşdirilməsi ilə hazıranan rekreativ kokteyl. Kokteyl, Texasın Hyuston şəhərində meydana gəlmişdir. Hip-hop subkulturasına aid olan və ya ABŞ-nin cənubunda yaşayan insanlar arasında olduqca məşhurdur. Kokteyl, istehlakçıya yuxu və bədənin keyləşməsi ilə müşayiət eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, bu qarışımın ağız hissiyatını azaltması və dadın uzun müddət ağızda qalmasını təmin etdiyini söyləmişdir. Bənövşəyi içki kokteyli istehlakçıya kəskin şəkildə yorğunluq və bədən keyləşməsi ilə müşayiət olunan eyforik yan təsirlər göstərir. Kokteylin yaradıcısı Leyns Skott Uolker, kokteyl dadının ağızda uzun müddət qaldığını da bildirmişdir. Los Angeles Times, repçi Lil Ueynin həddindən artıq bənövşəyi içki istifadə etməsi ilə əlaqədar olaraq xəstəxanaya yerləşdirilməsindən sonra bir məqalədə həkim və xəstəxana doktoru Corc Fallieras ilə qarışıqların zərərləri barədə danışmışdır. Fallieras, reportaj zamanı "dərmandakı kodein ağrı kəsici kimi xidmət edir və insanı boğmağa başlayır." kimi fikirlər irəli sürmüşdür.
Middle East Forum
Yaxın Şərq Forumu (ing. Middle East Forum, MEF) — 1994-cü ildə yaradılmış ABŞ neokonservativ təşkilatı və araşdırma mərkəzi. Fəal Daniel Payps tərəfindən təsis edilmişdir. MEF-in məqsədi "Amerikanın Yaxın Şərqdəki maraqlarını qorumaq, radikal Islamla mübarizə aparmaq, Fələstinin İsraili tanıması ilə məşğul olmaq, Amerikanın Səudiyyə Ərəbistanı ilə əməkdaşlığını gücləndirmək və İraq ilə İrana qarşı strategiyalar hazırlamaqdır". MEF Martin Kramerin redaktoru olduğu rüblük Middle East Quarterly jurnalını nəşr edir. İslamşünaslıq ekspertləri MEF və Paypsı islamofob təbliğatçılar, onların nəşrləri qeyri-peşəkar, qərəzli və siyasi motivli adlandırırlar.
In the Middle of Nowhere (Modern Talking albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
In the Middle of Nowhere (Modern Talkng albomu)
In the Middle of Nowhere (azərb. Ortadan heç yerə‎) - 1986-cı ildə Modern Talking qrupu tərəfindən çıxarılmış albomdur. Bu albom qrupun 4-cü çıxarılmış albomudur.
Kudalə (Sərdəşt)
Kudalə (fars. كودله‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 70 nəfər yaşayır (11 ailə).
Ma la buddə batiniyyə
Ma la buddə batiniyyə - Seyid Yəhya Bakuvinin müəllifi olduğu bu əsər mənbələrdə həm də Əsrarül-Vudu adlandırılır. Seyid Yəhya bu əsəri təsəvvüfi mənada təmizlik, dəstəmaz və namaz kimi dini hökmlərin əhəmiyyətini öyrənmək istəyən tələbələrin suallarına cavab olaraq yazmışdır. Mövzu başlıqları bunlardır: təmiz su, niyyət, dəstəmaz, sətri-övrət, vaxt, istiqbali-qiblə, qiyam, təkbirətül-ehram, fatihətül-kitab, ruku, sücud ,əl-etidal ,ət-təşəhhüd, əs-salatun-nəbiyyi ,əs səlam. Göründüyü kimi bu risalədə dəstəmaz və namazın təsəvvüfi baxımdan məna və mahiyyəti izah olunur. Nəsrlə yazılan bu əsərin son qismində bir sıra tövsiyələr də vardır.
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king
The Lord of the Rings: The Battle for Middle-earth II: The Rise of the Witch-king (azərb. Üzüklərin hökmdarı: Orta dünya uğrunda döyüş II: Cadugər kralın yüksəlişi‎) — "EA Los Angeles" və "BreakAway Games" tərəfindən hazırlanan, "Electronic Arts" şirkəti tərəfindən nəşr olunan və real zamanda strategiya janrında olan videooyun. Oyun eyniadlı kitablar seriyasına əsaslanaraq Piter Cekson tərəfindən çəkilmiş "Üzüklərin hökmdarı" filmlər seriyası əsasında istehsal olunmuşdur. Bu, "The Lord of the Rings: The Battle for Middle-earth II" videooyununun genişləndirmə paketidir. Videooyun 28 noyabr 2006-cı il tarixində Microsoft Windows platforması üçün satışa çıxarılmışdır. Videooyunun kampaniyası oyunçulara Anqmar ordusunu idarə etmək imkanını verir. Oyunçular orduya onun ilkin dövrlərindən Arnorun Fornost döyüşündə məhv olmasına qədər öndərlik edirlər. Oyunun epiloq missiyası oyunçuya Anqrmarı istila edən Qondor və elf qüvvələrini idarə etmək imkanını verir. "The Rise of the Witch-king" videooyununun hekayəsi daha çox "Kralın qayıdışı" filminin sonluğundan ilhamlanmışdır. İstehsalçılar missiyalar üçün Tolkinin müharibə ilə bağlı etdiyi qeydlərdən çox istifadə etmişdir.