Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəbiristanlıq
Qəbiristanlıq - Ölülərin dəfn edildiyi ümumi ərazi. == Sözün mənşəyi == Azərbaycan dilində qəbir sözü qədim Akkad dili və İvrit dili ilə qohumdur. Belə ki, Akkad dilində qebēru , qebru, qubūru, qubirtu, qabbiru, naqbaru və İvrit dilində qever sözləri eyni məna ilə istifadə olunub.İbtidai-icma quruluşu zamanı, ölülər evlərin yaxınlığında, arasında və ya içərisində dəfn edilirdi. Bu dövrlərdə geniş məzarlıqlar mövcud olmamışdır. Orta əsrlərdə Taun, Vəba kimi xəstəliklərin sürətlə yayılması nəticəsində cəsədləri, insanların yaşadığı ərazilərin kənarında dəfn edilməyə başlanıldı. Xəstəlik təhlükəsindən bəzi cəsədlər yer altı katakombalara yerləşdirilirdi. Katakoba şəklində dəfn adəti qədim zamanlardan olsa da, Paris şəhərində XIX (19-cu) əsrə aid katakombalar vardır. Burada xəstəlikdən ölmüş insanlar dəfn edilmişdir. Bir sıra qəbirstanlıqlar vardır ki, orada məşhur insanların dəfn olunmamsı səbəbindən bütün dünyada məşhurdur. Paris şəhərində yerləşən Per-Laşez qəbiristanlığında 400-dən artıq məşhur şəxs dəfn olunmuşdur.
Bakı qəbiristanlıqları
Bakıda qəbiristanlıqların siyahısı — Bakıda dəfn üçün ayrılmış xüsusi yerlər. Siyahıya Bakıda yerləşən və Bakı qəsəbəsi ərazisində olan qəbiristanlıqlar, eləcə də bir zamanlar şəhər və onun ətrafında yerləşən qəbiristanlıqlar daxildir. 2017-ci ilin IV rübündən etibarən Bakı şəhərinin əhalisinə mülki xidmətlərə baxan trestin nəzdində 32 qəbiristanlıq var. Onlardan ən böyüyü və ən qədimi Yasamal qəbiristanlığıdır. Bəzi qəbiristanlıqlar müxtəlif bələdiyyələrə tabedirlər. == Siyahı == Dağıdılmış qəbiristanlıqlar kursiv ilə yazılıb.
Bakıda qəbiristanlıqların siyahısı
Bakıda qəbiristanlıqların siyahısı — Bakıda dəfn üçün ayrılmış xüsusi yerlər. Siyahıya Bakıda yerləşən və Bakı qəsəbəsi ərazisində olan qəbiristanlıqlar, eləcə də bir zamanlar şəhər və onun ətrafında yerləşən qəbiristanlıqlar daxildir. 2017-ci ilin IV rübündən etibarən Bakı şəhərinin əhalisinə mülki xidmətlərə baxan trestin nəzdində 32 qəbiristanlıq var. Onlardan ən böyüyü və ən qədimi Yasamal qəbiristanlığıdır. Bəzi qəbiristanlıqlar müxtəlif bələdiyyələrə tabedirlər. == Siyahı == Dağıdılmış qəbiristanlıqlar kursiv ilə yazılıb.
Heyvan qəbiristanlıqları
Heyvan qəbiristanlığı — heyvanların dəfn olduğu qəbiristanlıq.
SSRİ-də qəbiristanlıqların dağıdılması
Qəbiristanlıqların dağıdılması — SSRİ-də 1920-1930-cu illərdə geniş vüsət alan müxtəlif konfessiyaların nekropollarının dağıdılması təcrübəsidir. Nəticədə keçmiş SSRİ ölkələrində inqilabdan əvvəlki qəbirlər demək olar ki, tamamilə yox olub. == Səbəbləri == Kilsə və monastır nekropollarının dağıdılması, eləcə də məbədlərin özlərinin dağıdılması 1920-ci illərin sonlarında SSRİ hökuməti tərəfindən başladılan və Böyük Vətən müharibəsinin başlanmasına qədər ən fəal şəkildə həyata keçirilən din əleyhinə kampaniyanın təzahürlərindən biridir. Kilsə və qəbiristanlıqların dağıdılması, ibadət yerlərinin bağlanması, profilinin dəyişdirilməsi və sökülməsi ilə əsaslandırıldı. Ümummilli 1941-ci il Vətən Müharibəsi ateist ideologiyası xristian ziyarətgahlarının, o cümlədən qəbiristanlıqların dağıdılmasını nəzərdə tuturdu. Məbədlərin yaxınlığında qəbiristanlıqlar olduğuna görə sovet adamları onların yanında duran məbədləri də ziyarət edirdilər. Xalq Komissarları Sovetinin 7 dekabr 1918-ci il tarixli “Qəbiristanlıqlar və dəfn mərasimləri haqqında” Fərmanı ilə pravoslav kilsəsi və digər konfessiyalarin, dəfn mərasimlərin keçirilməsinə xitam verildi.Digər tərəfdən, tarixən inkişaf etmiş şəhər quruluşu, o cümlədən məbədlərdəki çoxsaylı qəbiristanlıqlar sənayeləşmə şəraitində sürətlə inkişaf edən şəhərlərin inkişafına mane olurdu.Meqapolislərdə, Moskvada, Sankt-Peterburqda, Nijni Novqorodda biznes rəhbərləri boşalmış əraziləri tez bir zamanda inkişaf etdirmək üçün təkcə kilsənin deyil, həm də ümumşəhər qəbiristanlıqlarının sökülməsində təkid edirdilər.Çox vaxt onların üzərində parklar,yaşayış binaları və hətta sənaye obyektləri görünürdü.Nəhayət, II Yekaterinanın dövründə olduğu kimi, 1771-ci ildə Senat Moskvada dağıdıcı vəba epidemiyası ilə əlaqədar öz fərmanı ilə ölülərin şəhərdə dəfn edilməsini qadağan etdikdə, hakimiyyət sanitar şəraitin yaxşılaşdırılması mülahizələrinə istinad etdi. 1920-ci illərdə qəbul edilmiş qəbiristanlıqların təşkili və saxlanilmasına dair sanitar norma və qaydalar, qəbiristanlıqların ictimai binaların yanında yerləşdirilməsinə qadağa qoyuldu. Böyük şəhərlərdəki keçmiş monastırlar müxtəlif qurumların yerləşdirilməsi üçün istifadə edildiyindən, onlarda yerləşən nekropollar sökülməyə məruz qalırdı. == Yenidən dəfn dalğası == 1920-ci illərin sonunda qəbiristanlıqların ləğvi üçün genişmiqyaslı hərəkat başladı.
Ağbulaq qəbiristanlıqları
Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində qədim Azərbaycan qəbiristanlığı == Haqqında == Göyçə mahalının Çəmbərək rayonunun Ağbulaq kəndində (dəyişdirilmiş adları ilə: Krasnoselo rayonunun Ağberk kəndi) qədim Azərbaycan qəbiristanlıqları mövcud olmuşdur. Onlardan biri kəndin "Duzdağ", digəri isə "Dikdaş" adlanan hissəsində yerləşirdi. Kənd əhalisinin son iki qəbiristanlığı isə Şorca (2017-ci ildən Şoğakat) və Çəmbərək istiqamətində idi. Kəndin qərb tərəfdən giriş hissəsində qəbiristanlığın yaşı isə beş əsrdən artıq idi. Kənddəki son qəbiristanlıq isə 1935-ci ildə "Çaxmaqlı" adlanan yerdə salınmışdı. Azərbaycanlıların Qərbi Azərbaycandan kütləvi deportasiyasından sonra bu qəbiristanlıqlar ermənilər tərəfindən dağıdılmışdır.
İstanbuldakı yəhudi qəbiristanlıqları
İstanbuldakı yəhudi qəbiristanlıqları — İstanbulda sayı 20 minə çatan yəhudi icmasının istifadəsinə verilmiş dəfn yerləridir. 2010-cu ildən etibarən İstanbulda yəhudi icması üçün ayrılmış 8 dəfn yeri vardır. Bunlar: Acıbadəm Yəhudi qəbiristanlığı Arnavutköy Aşkenazi qəbiristanlığı Arnavutköy Səfərad qəbiristanlığı Hasköy Yəhudi qəbiristanlığı Kilyos Yəhudi qəbiristanlığı Naqqaştəpə Yəhudi qəbiristanlığı Ortaköy Yəhudi qəbiristanlığı Şişli İtaliya Yəhudi qəbiristanlıqlarıdır. == Qəbiristanlıqlar == İstanbuldakı yəhudi qəbiristanlıqlarından Kuzquncuk, Hasköy və Ortaköy qəbiristanlıqları XVI-XVII əsrlərə aiddir. Bəyoğlunda yerləşən Hasköy qəbiristanlığı İstanbulun ən böyük yəhudi qəbiristanlığıdır. Ulusda bir-birinə yaxın iki ayrı yəhudi qəbiristanlığı var. Böyük olan qəbiristanlıq Səfərad, kiçiyi isə Aşkenazi camaatına məxsusdur. Şişli İtalyan Yəhudi qəbiristanlığı Şişli ilə Məcidiyəköy arasındakı qeyri-müsəlman qəbiristanlığında yerləşir. Qarışıq qəbiristanlıq olan Şişli qəbiristanlığında erməni və yunan icmaları ilə birlikdə İtalyan yəhudi icması üçün bir hissə də ayrılıb. Yəhudi bölməsi qəbiristanlığın qərbində yerləşir.
Qəbristanlıq
Qəbiristanlıq - Ölülərin dəfn edildiyi ümumi ərazi. == Sözün mənşəyi == Azərbaycan dilində qəbir sözü qədim Akkad dili və İvrit dili ilə qohumdur. Belə ki, Akkad dilində qebēru , qebru, qubūru, qubirtu, qabbiru, naqbaru və İvrit dilində qever sözləri eyni məna ilə istifadə olunub.İbtidai-icma quruluşu zamanı, ölülər evlərin yaxınlığında, arasında və ya içərisində dəfn edilirdi. Bu dövrlərdə geniş məzarlıqlar mövcud olmamışdır. Orta əsrlərdə Taun, Vəba kimi xəstəliklərin sürətlə yayılması nəticəsində cəsədləri, insanların yaşadığı ərazilərin kənarında dəfn edilməyə başlanıldı. Xəstəlik təhlükəsindən bəzi cəsədlər yer altı katakombalara yerləşdirilirdi. Katakoba şəklində dəfn adəti qədim zamanlardan olsa da, Paris şəhərində XIX (19-cu) əsrə aid katakombalar vardır. Burada xəstəlikdən ölmüş insanlar dəfn edilmişdir. Bir sıra qəbirstanlıqlar vardır ki, orada məşhur insanların dəfn olunmamsı səbəbindən bütün dünyada məşhurdur. Paris şəhərində yerləşən Per-Laşez qəbiristanlığında 400-dən artıq məşhur şəxs dəfn olunmuşdur.
Ararat qəbiristanlığı
Ararat Massis erməni qəbiristanlığı və ya sadəcə Ararat qəbiristanlığı — ABŞ-də, Kaliforniya ştatının Fresno şəhərində erməni qəbiristanlığı. 1885-ci ildə əsası qoyulan qəbiristanlıq ABŞ ermənilərinin tarixində bir çox görkəmli şəxsiyyətin, o cümlədən Soqomon Teyliryan, Viktor Maqakyan və Vilyam Saroyanın dəfn olunduğu yerdir. Ararat Massis qəbiristanlığı bir əsrdən artıq müddətdə Ermənistan və Yaxın Şərqdən kənarda tikilmiş yeganə erməni qəbiristanlığı idi.
Badamlı qəbiristanlığı
Badamlı qəbiristanlığı — Şahbuz rayonunun Badamlı kəndində arxeoloji abidə. Qəbiristanlıq hər tərəfdən həyatyanı sahələrlə əhatə olunmuşdur. Qəbirlərin əksəriyyətinin izi itmiş, bəzilərinin yalnız baş daşları salamat qalmışdır. Baş daşlarının üzərində ərəb əlifbası ilə yazılmış kitabələr, qırmızımtıl rəngli tuf daşından hazırlanmış bir qoç fiquru vardır. Əhalinin verdiyi məlumata görə vaxtilə nekropolda xeyli daş qoçlar olmuşdur. Qəbiristanlığın mərkəzi hissəsində dairəvi formalı türbənin bünövrəsinə aid qalıqlar saxlanmışdır. Badamlı nekropolunu XVI-XIX əsrlərə aid etmək olar. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 36.
Biləv qəbiristanlığı
Biləv qəbiristanlığı — Ordubad rayonunun Biləv kəndindən şərqdə arxeoloji abidə. Qəbiristanlıqda xeyli daş qoç fiqurları və sənduqələr vardır. Qərb-şərq istiqamətində yönəlmiş torpaq qəbirlərin bəzisinin ətrafı dördkünc formada, bəzisi isə dairəvi formada daş düzümləri ilə əhatələnmişdir. Baş daşlarının bir qismi adi qaya parçalarından, bəziləri isə yonulmuş daşlardan qoyulmuşdur. Qəbir daşları üzərində ərəb əlifbası ilə yazılmış kitabələr vardır. Biləv qəbristanlığı XIV-XVIII əsrlərə aiddir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh. 45.
Bənənyar qəbiristanlığı
Bənənyar Qəbiristanı — Culfa rayonunun eyniadlı kəndi yaxınlığında, Əlincəçayın sağ sahilində orta əsrlərə aid abidə. == Tarixi == Nekropol düzbucaqlı formalı, qərbdən şərqə doğru istiqamətlənmiş torpaq qəbirlərdən ibarətdir. Ərazisində qırmızı tufdan orta əsrlərə aid qoç formalı baş daşlarına təsadüf edilmişdir; üst hissəsində ərəbdilli yzaılar var. Qəbristanlıq e.ə. XIII əsr XIV əsrlərə aid edilir. == Mənbə == Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh. 66.
Bəqi qəbiristanlığı
Əl-Bəqi (ərəb. مقبرة البقيع‎) — ‏Mədinədə (Səudiyyə Ərəbistan) qəbiristanlıq, ən-Nəbəvi məscidindən cənub-şərqə yerləşdirilmişdir. Qəbiristanlıqda Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının qohumlarının çoxsu dəfn edilmişdir. Onlardan biri üçüncü xəlifə Osman ibn Əffan olmuşdur. Və həmçinin də İmam Həsən (ə). == Tarix == Məhəmməd peyğəmbər 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə gəldi. Əl Bəqi böyük torpaq sahəsi idi. Ən-Nəbəvi məscidin tikintisi zamanı, peyğəmbər bu torpaq sahəsini yetim uşaqdan aldı. == Qəbiristanlıqda dəfn edilmişlər == Abbas ibn Əbdülmütəllib — Məhəmməd peyğəmbərin əmisi. Həsən ibn Əli — Məhəmməd peyğəmbərin nəvəsi, ikinci şiə imamı.
Cərəcur qəbiristanlığı
Cərəcur nekropolu — Culfa rayonunun Gal kəndindən şərqdə orta əsrlərə aid arxeoloji abidə. Torpaqda qazılan müsəlman qəbirləri q-ş. istiqamətində yönəlmişdir. Bəzi qəbirlərin üzərinə sənduqə tipli sinə daşları, bəzilərinə isə daş qoç fiqurları qoyulmuşdur. Qoçlardan ikisinin üzərində ərəb əlifbası ilə yazı olmuşdur. Nekropol XIV-XVIII əsrlərə aid edilir. == Mənbə == Naxçıvan abidələri ensiklopediyası. Naxçıvan: AMEA Naxçıvan bölməsi, 2008, səh.61.
Danyeri qəbiristanlığı
Danyeri qəbiristanlığı — Azərbaycan Respublikası Şərur rayonu ərazisində arxeoloji abidə. == Haqqında == Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən arxeoloji abidədir. Eyniadlı yaşayış yerinin yaxınlığında yerləşir. Əsas hissəsinin izləri itmişdir. Bir neçə sənduqə dövrümüzədək qalmışdır. Düzbucalıq formalı sənduqənin üç tərəfi cızma, döymə və oyma üsulu ilə zəngin nəbati naxışlarla bəzədilmişdir. Sənduqənin kitabəsi ərəb əlifbası ilə həkk edilmiş Quran ayələrindən, mərhumun adı, doğum və ölüm tarixinə aid məlumatlardan ibarətdir. == Mənbə == "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. Azərbaycan Milli Ensiklopediyası. Bakı.
Dağüstü qəbiristanlığı
Dağüstü qəbiristanlığı və ya Pirvənzərə qəbiristanlığı — Azərbaycanın Bakı şəhərində 1930-cu illərin əvvəllərinə qədər mövcud olan müxtəlif məzhəbli qəbiristanlıq . Qəbiristanlıq Bakı təpəsinin üstündə, Çəmbərəkənd kəndinin cənub-şərqində, Pirvənzərə kimi tanınan yerdə yerləşirdi. Şəhər mühəndisi polkovnik Nikolay fon der Nonne tərəfindən tərtib olunmuş 1899-cu il Bakı şəhərinin planında qəbiristanlıq bir neçə ərazilərə bölünürdü: müsəlman, erməni həvari, pravoslav, katolik, lüteran, yəhudi və molokan. Qəbiristanlıq ərazisində bir neçə kilsə də vardı. 1930-cu illərin ilk yarısında qəbiristanlıq söküldü və onun yerində Sergey Kirov adına park salındı. 1990-cı ildə qəbiristanlığın köhnə müsəlman hissəsində, Qara Yanvar faciəsi qurbanlarının cəsədləri və sonra Qarabağ münaqişəsi zamanı həlak olanlar dəfn edilmişdir. Bu gün bu sahə Şəhidlər Xiyabanı olaraq tanınır. == Tarixi == === Dağüstü qəbiristanlığın yaranması === 1882-ci il tarixli Bakının "Kaspi" qəzetinin avqust sayında qeyd olunurdu ki, yaşayış binalarının yaxınlığında qəbiristanlığın yerləşməsi əhaliyə zərərlidir.. Qəzet xüsusilə qeyd etdi ki, qəbiristanlıq, xüsusən də rus qəbiristanlığı, xarici şəhər evlərinin damlarından başlayır və qəbiristanlığa girmək üçün ilk evin əsas pilləsindən sonuncu pilləsinə kimi gedib, məzarları adlamaq üçün kifayətdir və ya, bu evlərin hər birinin damından kiçik bir addım attıb, qəbiristanlığa girmək olar.Bir çox sakinlər qəzetin müxbirlərinə məlumat vermişdilər ki, qızmar havada cəsədlərin parçalanmasından güclü qoxu gəlirdi. Qəzetdə qeyd olunurdu ki, qəbiristanlıqda epidemiya xəstəliklərindən ölənlər üçün xüsusi bir şöbə yox idi.
Farkaşreti qəbiristanlığı
Farkaşreti məzarlığı (mac. Farkasréti temető) — Budapeşt şəhərində yerləşən məşhur məzarlıq. 1894-cü ildə istifadəyə verilən məzarlıq Budapeştin görməli yerlərindən biri sayılır. Burada bir çox tanınmış macar əsilli aktyorlar, aktrisalar, rəssamlar, opera müğənniləri, musiqiçilər, heykəltəraşlar, memarlar, yazıçılar, şairlər dəfn edilmişdir. Bundan başqa məzarlıqda bir çox alim, akademik, elm xadimlərinin məzarları mövcuddur. == Haqqında == Buradakı məzarlar əksərən diqqətəlayiq heykəllərlə bəzədilmişdir. 1950-ci ildə məzarlığın ətrafında park salınmış, 1980-ci illərdə isə morq salonu və yeni şapel inşa edilmişdir. Tikinti məşhur macar memar İmre Makoveçin planları əsasında həyata keçirilmişdir. Macarıstanda kommunist hakimiyyəti zamanı Kerepeşi məzarlığında dəfn mərasimlərinə məhdudiyyət qoyulması, buranı ölkənin əsas məzarlığına çevirdi. Farkaşreti Budapeşt şəhərinə 3 km məsafədə yerləşir.
Feriköy qəbiristanlığı
Feriköy Məzarlığı — İstanbul şəhərində Şişili və Okmeydanı bölgələrinin arasında yerləşən qəbiristanlıq. == Haqqında == Məzarlıq öz adını yerləşdiyi təpəlikdən alıb. Bir çox məşhur siyasətçinin və incəsənət xadimlərinin məzarları burada yerləşir. Məzarlıqda Azərbaycanın ilk ədliyyə naziri Xəlil bəy Xasməmmədli, ilk hərbi naziri Xosrov bəy Sultanov, mühəndis Qulam Mirzə Şərifzadə, "Difai" təşkilatının lideri Əhməd bəy Ağaoğlu və ailəsi, onun qızı Türkiyənin ilk qadın millət vəkili olan Sürəyya Ağaoğlu, Türkiyə İstiqlaliyyət Müharibəsinin iştirakçısı Baba bəy Behbud, mühacirlər Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlı dəfn olunublar. == Məzarlıqdakı azərbaycanlıların xatirəsi == 2018-ci ildə məzarlıqda baxımsız qalan bir çox azərbaycanlının qəbirləri təmir olunub və məzarlığın girişində Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 100 illiyi münasibətilə Cümhuriyyət qurucularının xatirəsinə abidə ucaldılıb. Abidənin üzərində Azərbaycanın və Türkiyənin dövlət bayraqlarının rəsmi “Bir millət, iki dövlət” ifadəsi, Feriköy məzarlığında uyuyan Xəlil bəy Xasməmmədli, Xosrov bəy Sultanov, Qulam Mirzə Şərifzadə, Əhməd bəy Ağaoğlu, Baba bəy Behbud, Hüseynqulu xan Xoyski, Miryaqub bəy Mirmehdiyev, Məmməd Sadıq Aran, Kərim bəy Odər, Səlim Rəfiq bəy Rəfioğlu, Şəfi bəy Rüstəmbəyli, Nağı bəy Şeyxzamanlının adları yazılıb. == Məzarlıqda dəfn olunan məşhurlar == Şəmsəddin Sami - alban əsilli türk yazıçı və tədqiqatçı Əli Sami Yen - türk futbolçu Keriman Xalis Ece Tamer - Türkiyənin ilk "Dünya Gözəli" Turqut Özatay - türk aktyor Ahmet Mete Işıkara - türk alim === Məzarlıqda dəfn olunan azərbaycanlılar === Əhməd bəy Ağaoğlu - dövlət xadimi Difai təşkilatının qurucusu Xəlil bəy Xasməmmədli - Azərbaycanın ilk ədliyyə naziri. Xosrov bəy Sultanov - Azərbaycanın ilk müdafiə naziri. Qulam Mirzə Şərifzadə - 1919-1920-ci illərdə Azərbaycan Dövlət teatrının direktoru. Sürəyya Ağaoğlu - Türkiyənin ilk qadın millət vəkili.
Fluntern qəbiristanlığı
Fluntern məzarlığı - İsveçrənin Sürix şəhərində yerləşən qəbiristanlıq.
Gəcil qəbiristanlığı
Gəcil qəbiristanlığı “Məqbərətül-Ürəfa (Ariflər məzarlığı)” — Təbriz in üç tarixi məzarlığından biri. == Tarixi == Gəcil və ya Məqbərətül-Ürəfa məzarlığı isə XII əsrdən bəri sufilərin və alimlərin dəfn yeri olmuşdur. Məşrutə hərəkatının bəzi tanınmış simaları və şəhidləri də həmin məzarlıqda dəfn edilib. Pəhləvilər hakimiyyətə gəldikdən sonra bu tarixi məzarlığı parka çevirmək bəhanəsi ilə dağıtdılar.Məqbərətülürəfa və yaxud Ariflər Məzarlığında Təbrizli Şəms kimi tarixi şəxsiyyətlərin dəfn edildiyi söylənməkdədir. Gülüstan Bağı Rza Pəhləvi dövründə tarixi məzarlığın üzərində tikilərək həmin məzarlıq məhv edilmişdir.
Havuş qəbiristanlığı
Hаvuş qəbiristаnlığı — Hаvuş kəndininin cənub-şərq tərəfində təpənin yаmаcındа yеrləşir. Qəbirlər qiblə istiqаmətindədir, bаş dаşlаrı yоnulmаmış qаyа pаrçаlаrındаn qоyulmuşdur. Bəzi qəbirlərin üzərində dаş yığınlаrınа rаstlаnır. Bəzilərinin isə yаlnız ətrаfınа kiçik həcmli çаy dаşlаrı döşənmişdir. Bu tip qəbirlər Оrtа əsrlər üçün хаrаktеrikdir. Qəbiristаnlığı XI-XVIII əsrlərə аid еtmək оlаr.
Hayqet qəbiristanlığı
Hayqet qəbiristanlığı — Böyük Britaniyanın London şəhərində məzarlıq. == Ümumi məlumat == Məzarlıqda çox sayda qotika üslubunda məzar daşları var. Bu məzarlıqda "Drakulanın qanın dadı" və "Məzara görə" adlı qorxu flimləri çəkilib. Flimin çəklişindən sonra məzarlıqda ruhlar görünməyə başladı. 1970-ci ilin martında isə iş o qədər ciddi hal aldı ki, vampir ovuna çıxanların sayı xeyli çoxaldı. Polis böyük çətinliklə "kabus ovçuları"nın qarşısını ala bildi. Hazırda məzarlıqda ən məhşhur məzara və ruhların daimi göründüyü məzarlara xüsusi ekskursiya təşkil olunur.
Hayqeyt qəbiristanlığı
Hayqet qəbiristanlığı — Böyük Britaniyanın London şəhərində məzarlıq. == Ümumi məlumat == Məzarlıqda çox sayda qotika üslubunda məzar daşları var. Bu məzarlıqda "Drakulanın qanın dadı" və "Məzara görə" adlı qorxu flimləri çəkilib. Flimin çəklişindən sonra məzarlıqda ruhlar görünməyə başladı. 1970-ci ilin martında isə iş o qədər ciddi hal aldı ki, vampir ovuna çıxanların sayı xeyli çoxaldı. Polis böyük çətinliklə "kabus ovçuları"nın qarşısını ala bildi. Hazırda məzarlıqda ən məhşhur məzara və ruhların daimi göründüyü məzarlara xüsusi ekskursiya təşkil olunur.
Heyvan qəbiristanlığı
Heyvan qəbiristanlığı — heyvanların dəfn olduğu qəbiristanlıq.
Hun qəbiristanlığı
Hun qəbiristanlığı — Bakı şəhərinin Xəzər rayonunun inzibati ərazi vahidində yerləşən Buzovna qəsəbəsindəki tarixi məzarlıq. Azərbaycanın ən qədim qəbiristanlıqlarından olan Hun qəbiristanlığı hazırda Buzovnadakı ən qədim qəbiristanlıq hesab olunur. Onun tarixi bizim eradan əvvəl III əsrə aid edilir. Burada çox qədim qəbirlər, sərdabələr və bir də türbə vardır. Həmin türbənin tarixi qəbiristanlığın tarixi qədər qədim deyil, İslam dininin yayıldığı tarixdən sonraya aiddir. İçərisində 4 qəbir olan bu türbə Məhəmməd Əli türbəsi adlanır. Bu türbənin adı vaxtilə sultanlardan birinin təyin etdiyi xəlifənin adı ilə bağlıdır. Hun qəbiristanlığındakı qəbirlərin üzərində müxtəlif yazılar – mərhumların şərəfinə yazılmış şeirlərdən beytlər, naxışlar – svastika, günəş və yaxud da əbədiyyət simvolu, Süleyman peyğəmbərin altıbucaqlı möhürü olan ulduz, səkkiz bucaqlı ulduz və digər simvollar, təsvirlər əks olunmuşdur. Tarixin müxtəlif dövrlərində Hun qəbiristanlığının böyük bir hissəsi məhv edilmişdir, qəbir daşları sındırılmışdır. Hazırda baxımsız vəziyyətdə olan bu tarixi məzarlıq Sovet hakimiyyəti illərində çox böyük zərər görərək, dağıdılmışdır.
Hövsan qəbiristanlığı
Hövsan qəbiristanlığı — Bakıda yerləşən qəbiristanlıq. Adını Hövsan qəsəbəsindən alır. 26 Bakı komissarının sonuncu (2009) rebaylorluğunun yeri kimi tanınır. 26 Bakı komissarının rebaylorluğunun ərazisində 23 ədəd əhəngdaşı sütun quraşdırılmışdır. Qəbirlərdən kimə aiddir, məlum deyil, çünki məbədlər üzərində işarə yoxdur.
Jale qəbiristanlığı
Jale Mərkəzi qəbiristanlığı (sloven. Centralno pokopališče Žale), və ya sadəcə Jale — Lyublyana və Sloveniyadakı ən böyük və mərkəzi qəbiristanlıqdır. Bejiqrad rayonunda yerləşir və Jale İctimai Şirkəti tərəfindən idarə olunur. == Tarixi == Qəbiristanlıq 1906-cı ildə Müqəddəs Xaç Kilsəsinin arxasında inşa edilmişdir. İlk dəfn eyni il mayın 3-də, keşiş Martin Malenšekin köhnə Navje qəbiristanlığından oraya köçürüldüyü zaman edildi. Birinci Dünya Müharibəsi illərində, müxtəlif yerlərdən olan həyatını itirən əsgərlərin çoxu Jaledə dəfn edildi. Bununla birlikdə, buradakı qəbirlərin hamısı Roma Katoliklərinə mıxsusdur. Protestantlar, Yəhudilər və Müsəlmanlar isə Navjedə basdırılmışdır. 1923-cü ildə səlahiyyətlilər yəhudilərin və müsəlmanların Jaledə lakin qəbiristanlıq divarının xarici tərəfində dəfn edilməsinə icazə verdilər. 1931-ci ildə qəbiristanlığın yeni hissəsi (B hissəsi) açıldı.
Kensay qəbiristanlığı
Kensay qəbiristanlığı (qaz. Кеңсай) — Qazaxıstanın ən məşhur və ən gözəl nekropollarından biridir. Qəbiristanlıq Qazaxıstanın bir nömrəli fəxri xiyabanı sayılır. Burada bir çox siyasi xadimlər, mədəniyyət və incəsənət adamları və məşhurlar dəfn edilmişdir. == Tarixi == Qazaxıstanın ən məşhur məzarlığı Kensay qəbiristanlığıdır. Qəbiristanlıq XIX əsrin sonlarından başlayaraq, Almatı şəhəri böyüdükcə salınmağa başlanmışdır. Qəbiristanlıq Qazaxıstanın bir nömrəli fəxri xiyabanı statusuna malikdir. Kensayda ölkənin məşhur siyasi xadimləri, alimləri, mədəniyyət və incəsənət adamları və hərbiçiləri dəfn edilmişdir. Məzarlıq böyük təpənin arasında yerləşdiyindən adını burdan götürmüşdür. Belə ki, Qazax dilində "Kensay" sözü "böyük dərə" deməkdir.
Kensiko qəbiristanlığı
Kensiko Qəbristanlığı — Amerika Birləşmiş Ştatlarında tanınmış insanların məzarlarının yerləşdiyi qəbristanlıqdır.Valhalla, Nyu-York şəhərində 1889-cu ildə açılmışdır.
Kuntsevo qəbiristanlığı
Kuntsevo qəbiristanlığı (rus. Кунцевское кладбище) — Rusiyanın Moskva şəhərində yerləşən qəbiristanlıq.
Köçəri qəbiristanlığı
Köçəri qəbristanlığı —Naxçıvan Muxtar Respublikası Ordubad rayonu ərazisində arxeoloji abidə. == Tarixi == Qəbiristanlıq Ordubad rayonunun Üstüpü kənindən 7-8 kilometr şimal şərq tərəfdə yüksək dağlıq ərazidə yerləşir. Burada orta əsrlər zamanı yaradılmış və üzərində ərəb əlifbası ilə kitabələr həkk edilmiş, çoxlu sənduqə formalı, daşdan hazırlanmış qoç və qoyun tipli qəbirüstü xatirə abidələri qalmışdır. Abidələrin bir hissəsinin üzərində müxtəlif təsvirlər, o cümlədən, ox, kaman, günəş və s. həkk olunmuşdur. Zaman keçdikcə bu kitabələrin və təsvirlərin bir hissəsi təbii qüvvələrin təsirindən aşınaraq məhv olmuşdur. Qəbiristanlıqda hicri 1003 (1594-1595), 1030 (1620-1621) illərə aid və başqa kitabələr tədqiq olunmuşdur. "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə (1727 il) qəbiristanlığın mənsub olduğu Köçəri kəndi haqqında məlumat verilmişdir. Həmin vaxt kənddə 13 nəfər vergi ödəyən kişi yaşamış, onlar 2621 ağça vergi ödəmişlər. 19 yüzilliyin əvvəllərində kəndin əhalisi buranı tərk edərək Arazın cənubuna köçmüş, bundan sonra qəbiristanlıqda dəfn mərasimləri dayanmış- dır.