Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Orta Kür depresiyasının qədimdən suvarılan boz-qəhvəyi torpaqlar
Orta Kür depresiyası - Orta Kür depresiyası Kür-Araz ovalığının mərkəzi hissəsində yayılmaqla qərbdən Kiçik Qafqaz dağlarının şərq ətəkləri, şərqdən və cənub şərqdən cənub-şərqi Şirvan düzənliyi və Araz çayı, cənub-qərbdən Harami düzənliyilə sərhədlənir. Tədqiq olunan bu ərazinin qonşu ərazilərlə qonşu olmasında diqqəti çəkən cəhət ondan ibarətdir ki, Kür-Araz ovalığının bu hissəsi şimal-şərqdən və cənub şərqdən Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindən keçən 200 m horizontla qərbdən və şərqdən isə nisbətən alçaq horizontlara sərhədlənmişdir. == İqlimi == Orta Kür depresiyası təbii və antropogen landşaft baxımdan zəngin kontrastlığa malikdir. İqlimində yayı quraq zəif yağıntılı, qışı isə mülayim soyuq keçən yarımsəhra quru subtropik xassəlidir. == Morfo-genetik xüsusiyyətləri == Onun mərkəzi hissəsinin plastikasında sarmatın dəniz akkumulyativ, öndağlığın periferiyalarında akkumulyativ dəniz çöküntülərini örtmüş pliosen yaşlı prolüvial-allüvial çöküntülə üstünlük təşkil edir. Hidroloji şəraitində əsas rolu Kür çayı və ona sağdan və soldan daxil olan çaylar, ovalıq hissəsində yuxarı Şirvan və baş Mil-Qarabağ kanalları oynayır. Ovalığın mərkəzində müxtəlif minerallaşma dərəcələrinə malik və müxtəlif dərinlikdə qrunt suları geniş yayılmışdır ki, onlarda öz növbəsində torpaqəmələgəlmədə yarımhidromorf amil kimi çıxış edirlər. Orta Kür deprasiyasına daxil olan ərazilər tarixən meliorativ baxımdan çətin və mürəkkəb bölgə hesab olunmuşdur. Keçən əsrin 50-ci illərindən başlayaraq drenak-kollektor şəbəkəsi yaradıldıqdan sonra bu ərazidə mədəniləşmiş aqrolandşaft ansamblı yaradılmağa başlandı. Drenaj və suvarma sistemlərinin yaranması ilə bu ərazidə yayılmış torpaqlar intensiv formada kənd təsərrüfatı dövriyyəsinə daxil edildi.
Qədimdən suvarılan adi-boz torpaqlar (Orta Kür depresiyası)
Orta Kür depresiyası - Orta Kür depresiyası Kür-Araz ovalığının mərkəzi hissəsində yayılmaqla qərbdən Kiçik Qafqaz dağlarının şərq ətəkləri, şərqdən və cənub şərqdən cənub-şərqi Şirvan düzənliyi və Araz çayı, cənub-qərbdən Harami düzənliyilə sərhədlənir. Tədqiq olunan bu ərazinin qonşu ərazilərlə qonşu olmasında diqqəti çəkən cəhət ondan ibarətdir ki, Kür-Araz ovalığının bu hissəsi şimal-şərqdən və cənub şərqdən Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindən keçən 200 m horizontla qərbdən və şərqdən isə nisbətən alçaq horizontlara sərhədlənmişdir. == İqlimi == Orta Kür depresiyası təbii və antropogen landşaft baxımdan zəngin kontrastlığa malikdir. İqlimində yayı quraq zəif yağıntılı, qışı isə mülayim soyuq keçən yarımsəhra quru subtropik xassəlidir. == Morfo-genetik xüsusiyyətləri == Onun mərkəzi hissəsinin plastikasında sarmatın dəniz akkumulyativ, öndağlığın periferiyalarında akkumulyativ dəniz çöküntülərini örtmüş pliosen yaşlı prolüvial-allüvial çöküntülə üstünlük təşkil edir. Hidroloji şəraitində əsas rolu Kür çayı və ona sağdan və soldan daxil olan çaylar, ovalıq hissəsində yuxarı Şirvan və baş Mil-Qarabağ kanalları oynayır. Ovalığın mərkəzində müxtəlif minerallaşma dərəcələrinə malik və müxtəlif dərinlikdə qrunt suları geniş yayılmışdır ki, onlarda öz növbəsində torpaqəmələgəlmədə yarımhidromorf amil kimi çıxış edirlər. Orta Kür deprasiyasına daxil olan ərazilər tarixən meliorativ baxımdan çətin və mürəkkəb bölgə hesab olunmuşdur. Keçən əsrin 50-ci illərindən başlayaraq drenak-kollektor şəbəkəsi yaradıldıqdan sonra bu ərazidə mədəniləşmiş aqrolandşaft ansamblı yaradılmağa başlandı. Drenaj və suvarma sistemlərinin yaranması ilə bu ərazidə yayılmış torpaqlar intensiv formada kənd təsərrüfatı dövriyyəsinə daxil edildi.
Qədimdən suvarılan boz-qəhvəyi torpaqlar (Orta Kür depresiyası)
Orta Kür depresiyası - Orta Kür depresiyası Kür-Araz ovalığının mərkəzi hissəsində yayılmaqla qərbdən Kiçik Qafqaz dağlarının şərq ətəkləri, şərqdən və cənub şərqdən cənub-şərqi Şirvan düzənliyi və Araz çayı, cənub-qərbdən Harami düzənliyilə sərhədlənir. Tədqiq olunan bu ərazinin qonşu ərazilərlə qonşu olmasında diqqəti çəkən cəhət ondan ibarətdir ki, Kür-Araz ovalığının bu hissəsi şimal-şərqdən və cənub şərqdən Böyük və Kiçik Qafqaz dağlarının ətəklərindən keçən 200 m horizontla qərbdən və şərqdən isə nisbətən alçaq horizontlara sərhədlənmişdir. == İqlimi == Orta Kür depresiyası təbii və antropogen landşaft baxımdan zəngin kontrastlığa malikdir. İqlimində yayı quraq zəif yağıntılı, qışı isə mülayim soyuq keçən yarımsəhra quru subtropik xassəlidir. == Morfo-genetik xüsusiyyətləri == Onun mərkəzi hissəsinin plastikasında sarmatın dəniz akkumulyativ, öndağlığın periferiyalarında akkumulyativ dəniz çöküntülərini örtmüş pliosen yaşlı prolüvial-allüvial çöküntülə üstünlük təşkil edir. Hidroloji şəraitində əsas rolu Kür çayı və ona sağdan və soldan daxil olan çaylar, ovalıq hissəsində yuxarı Şirvan və baş Mil-Qarabağ kanalları oynayır. Ovalığın mərkəzində müxtəlif minerallaşma dərəcələrinə malik və müxtəlif dərinlikdə qrunt suları geniş yayılmışdır ki, onlarda öz növbəsində torpaqəmələgəlmədə yarımhidromorf amil kimi çıxış edirlər. Orta Kür deprasiyasına daxil olan ərazilər tarixən meliorativ baxımdan çətin və mürəkkəb bölgə hesab olunmuşdur. Keçən əsrin 50-ci illərindən başlayaraq drenak-kollektor şəbəkəsi yaradıldıqdan sonra bu ərazidə mədəniləşmiş aqrolandşaft ansamblı yaradılmağa başlandı. Drenaj və suvarma sistemlərinin yaranması ilə bu ərazidə yayılmış torpaqlar intensiv formada kənd təsərrüfatı dövriyyəsinə daxil edildi.
Qəsidə
Qəsidə — Böyük bir şəxsi və ya tarixi bir hadisəni mədh və tərif edən, adətən təntənəli, uzun lirik şeir. Qəzəldən həcmcə böyük, on beş beytdən otuz-qırx beytədək olur. Qəsidələr ilk dəfə ərəb şeirində yaranmış, farsdilli poeziyada daha yüksək yer tutmuşdur. Gəh tərzi-qəsidə eylərəm saz; Şəhbazım olub büləndpərvaz. Füzuli. [Xaqani:] Yazsaydım qəsidə əgər hər zaman; Şərqə tanınmazdı sevimli Şirvan. M.Rahim. Bazarda qəsidə oxuya-oxuya bir dərviş və yanında bir adam gəldi. Ə.Abasov. // Tərifnamə.
Qədim
Qədim — kişi adı, təxəllüs. Kəmaləddin Qədim — Azərbaycanlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü Vahid Qədim — Azərbaycanlı meyxanaçı.
Arif Qədimov
Arif Firudin oğlu Qədimov (1 avqust 1940) — Modelyer-konstruktor. 1989-cu ildə Naxçıvan Muxtar Respublikası və 1999-cu ildə Azərbaycan Respublikası əmakdar mədəniyyət işçisi fəxri adına layiq görülmüşdür. Pensiyaçıdır. Arif Qədimov "Naxçıvan Nuhun yurdudur", "Bir ömür yaşadım, Adəmli, Nuhlu", "Bir ömrün xatirələri", "Ağ atlının qisası", "Nuh dastanı", "Əshabu-Kəhf dastanı, "Əcəmi dastanı" kimi tarixi -tədqiqat əsərlərini yazmış və oxucuların ixtiyarına vermişdir. 2019-cu ildə təkrar nəşr kimi və geniş elmi əlavələrlə "Müqəddəslər ocağı Naxçıvan" (Naxçıvan Nuhun yurdudur) adlı elmi əsəri Naxçıvan "Əcəmi Nəşriyyati" mətbəəsində çap olunmuşdur. == Həyatı == 1965-ci ilin iyul ayinda, hərbi qulluqda olduğu Batumidən "Zaqafqaziya Hərbi Dairəsi"nin xüsusi göndərişi ilə Moskva Hərbi Xarici Dillər İnstitutuna daxil olmuşdur. (Tank keçidi — 4 ünvanında.) 1969-cu ildə Bakı Yüngül Sənaye Texnikumununun "Modelyer-Konstruktor" fakultəsini fərqlənmə diplomu ilə bitirmiş və təyinatla Bakı şəhərində işləmişdir. (1969–1971-ci il.) 1971 - 1974-cü il Azərbaycan Yüngül Sənaye nazırliyinin müqaviləsinə əsasən, göndərişlə Xankəndi ayaqqabı fabrikində baş modelyer-konstruktoru olmuş; 1975–1985-ci ildə Cəlil Məmmədquluzadə adına Naxçıvan Muxtar Respublikasının Ədəbiyyat Muzeyində tərtibatçı rəssam kimi fəaliyyət göstərmiş; 1985-1997-ci illərdə Naxçıvan Dövlət Tarixi Muzeyinin baş rəssamı olmuşdur. 1985-ci ildə "Bakinskiy Raboçiy" qəzeti Naxçıvan Rəssamlar Birliyinin sərgi salonunda onun 50 ədəd rəssamlıq və heykəltəraşlıq əsərlərinin fərdi sərgisini təşkil etmişdir. 1997 −2008-ci illərdə Naxçıvan Dövlət Xalça muzeyinin və Əcəmi seyrəngahı mədəniyyət kompleksinin baş direktoru olmuşdur.
Ayxan Qədimov
Ayxan Fikrət oğlu Qədimov (30 aprel 1999, Morul, Şəmkir rayonu – 2020, Şuşa) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı və hərbi xidməti == Ayxan Qədimov 1999-cu il aprelin 30-da Şəmkir rayonunun Morul kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanmışdır. === İkinci Qarabağ müharibəsi === Azərbaycan Ordusunun əsgəri olan Ayxan Qədimov 2020-ci il sentyabrın 27-dən Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan İkinci Qarabağ müharibəsində iştirak etmişdir. Bir çox hərbi əməliyyatlarda vuruşmuşdur. Noyabr ayının əvvəllərindən başlayan Şuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşan Ayxan Qədimov döyüş tapşırığını yerinə yetirərkən həlak olmuşdur. Onun nəşi 30 noyabr 2020-ci ildə tapılmış və Şəmkir rayonunun Morul kəndində torpağa tapşırılmışdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qədimov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qədimov ölümündən sonra "Cəsur döyüşçü" medalı ilə təltif edildi. Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Ayxan Qədimov ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.
Elvar Qədimov
== Siyahı ==
Elxan Qədimov
Elxan İslam oğlu Qədimov (1946) — Gəncə şəhər İcra Hakimiyyətinin başçısı (1993–1993). == Həyatı == 1946-cı ildə anadan olmuşdur. 1975-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının "Meyvə-tərəvəzçilik və üzümçülük" fakültəsini, 1997-ci ildə Bakı Dövlət Universitetinin "Hüquq" fakültəsini bitirmişdir. 1975–1981-ci illərdə Gəncə Yaşıllaşdırma trestində aqronom, rəis işləmiş, 1991-ci ilin yanvar-mart aylarında Gəncə Şəhər Təcrübəvi-İstixana Kombinatında direktor, Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini və 21 fevral 1993-cü ildən 1993-cü ilin iyun ayınadək Gəncə Şəhər İcra Hakimiyyəti başçısı işləmişdir. 1993–1998-ci illərdə Gəncə Təcrübəvi İstixana Kombinatında direktor, 1998–2009-cu illərdə "EL-Azəri" MMC-nin sədri kimi azad sahibkarlıq fəaliyyətilə məşğul olmuşdur. 2009-cu ilin dekabrından Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində idarə rəisi vəzifəsində çalışır.
Güloğlan Qədimov
Güloğlan Nurəddin oğlu Qədimov (18 iyul 1997, Qıvraq, Naxçıvan Muxtar Respublikası – 27 sentyabr 2020 (30 sentyabr)) — Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Güloğlan Qədimov 1997-ci il iyulun 18-də Kəngərli rayonunun Qıvraq qəsəbəsində anadan olmuşdur. 2003-2011-ci ildə Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbində, 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə təhsil almışdır. 2014-2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali təhsil almışdır. == Hərbi xidməti == Güloğlan Qədimov 2018-ci ildə ali hərbi məktəbi "motoatıcı" ixtisası ilə bitirmiş və Azərbaycan Silahlı Qüvvələrinin sıralarında "leytenant" rütbəsi ilə xidmətə başlamışdır. Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Güloğlan Qədimov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsində savaşıb. Güloğlan Qədimov sentyabrın 30-da şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. Dekabrın 12-də Kəngərli rayon Qıvraq qəsəbəsində dəfn olunub.
Həsənəli Qədimov
Həsənəli Qədimov (tam adı: Qədimov Həsənəli Hüseynəli oğlu; 25 fevral 1942, Ağstafa rayonu – 6 iyun 2015) — Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı (1995-2000), "Azərpoçt" MMC-də baş direktorun maliyyə məsələləri üzrə müavini (2006–2015) == Həyatı və fəaliyyəti == Həsənəli Qədimov 1942-ci il fevralın 25-də Ağstafa rayonunun Poylu kəndində anadan olmuşdur. Əmək fəaliyyətinə 1961-ci ildə fəhlə kimi başlamışdır. 1965-ci ildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Avtomobil nəqliyyatı ixtisası üzrə mexanika fakültəsinin qiyabi şöbəsinə daxil olmuşdur. 1973-cü ildə həmin institutu bitirərək Poylu sovxozunda baş mühəndis-mexanik, sovxoz direktoru işləmişdir. 1990–1991-ci illərdə Ağstafa rayon XDS icra komitəsinin sədri, 1992–1995-ci illərdə Poylu sovxozunun direktoru olub. 1995-2000-ci illərdə isə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib. 2004-cü ildən "Azərpoçt" MMC-də Nəqliyyat şöbəsinin rəisi, 2006-cı ildən ömrünün sonuna qədər isə baş direktorunun maliyyə məsələləri üzrə müavini vəzifəsində çalışıb. 6 iyun 2015-ci ildə vəfat edib.
Kampan Qədimov
Kampan Qədimov (əsl adı: Əlibaxış Qədimov; ləqəbi: Məşədi Kampan; 1853–1928) — neft maqnatı, xeyriyyəçi, milyonçu. == Həyatı == Kampan Qədimov Balaxanıda doğulub. Ömrünün böyük hissəsini burada yaşamış, burada da vəfat etmiş və Balaxanı qəbirstanlığında dəfn edilmişdir. Neft milyonçusunun qəbir daşının üstündə ərəb və ingiliscə "Mer Qanpan Kadimof" yazılıb. Kampan Qədimovun evi kənddə hələ də qorunur. 21 otaqdan ibarət bu evdə milyonçu neftxudanın nəticəsi Kampan Qədimov yaşayır. Kampan Qədimov səxavətli, əliaçıq və təvazökar insan olub. Nəticəsi onun xeyriyyəçiliyindən bəhs edir: "Gəlib deyirlərmiş ki, Məşədi Kampan, bir dənə məktəb tikmək lazımdır. O da "nə qədər pul lazımdır" soruşanda əgər 100 min manat istəyirdilərsə, çıxarıb bir milyon verirmiş. Yəni gedin, lap on məktəb tikin.
Mayıl Qədimov
Mayıl Yusif oğlu Qedimov == Həyatı == Mayıl Qədimov 1962-ci ildə Azerbaycan SSR Mirbəşir(Tərtər) rayonunun Səhləbad kəndində fəhlə ailəsində anadan olmuşdur.1969-cu ildə Səhləbad kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş,1977-ci ildə həmin məktəbin 8-ci sinfini bitirmişdir.1978-ci ildə Mirbəşir Rayon 96-nömrəli Orta Texniki Peşə məktəbinə daxil olmuşdur.1980-ci ildə məktəbi "Meyvə-tərəvəzçilik" üzrə tam kursunu bitirərək, aqronom ixtisasına yiyələnmişdir.1981-ci ildə Ağdam Rayon Xaçın tikinti-texniki peşə məktəbinin 6 aylıq sürücülük kursunu bitirmişdir. == Təltif və mükafatları == Mayıl Qədimov göstərdiyi qəhrəmanlığa görə, ölümdən sonra 1983-cü il avqustun 31-də SSRİ Ali Soveti Rəyasət heyətinin 9912-X nömrəli əmri ilə "Qırmızı ulduz"ordeni ilə təltif olunmuş, oxuduğu məktəb adına verilmişdir. == Ailəsi == Ailədə 6 övlad olmuşlar:4 qardaş və 2 bacı. Mayıl kiçik yaşlarından cəsurluğu, igidliyi və vətənpərvərliyi ilə yaşıdlarından seçilmişdir, cəmi 20il yaşamışdır və ailə həyatı Qurmamışdır. Bu 20 ildə onu tanıyan hər kəsin sevgisini və hörmətini qazanmış, ölümündən sonra isə onların fəxri, qürur mənbəyi olmuşdur. Ailəsi hələ onun yoxluğuna alışmadan daha bir oğul övladını itirmişdir. Mayılın ölümündən 6il sonra, 1988-ci ilin 12 dekabrında Mayıl ın qardaşı, Əhliman Qədimov dünyasını dəyişmişdir. Bu hadisədən sonra, ailəsi daha ağır və kədərli günlər keçirir. Bir müddət sonra, Mayıl ın valideynləri də vəfat edir. == Haqqında == 1981-ci ilin may ayında hərbi xidmətə çağırılmışdı.
Rahib Qədimov
Rahib Əliabbas oğlu Qədimov (1920, Bakı — 1988, Bakı) — milyonçu, xeyriyyəçi neft maqnatı Məşədi Kampanın nəvəsi, karikaturaçı rəssam. == Həyatı == Rahib Əliabbas oğlu Qədimov 1920-ci ildə anadan olmuşdur. Balaxanıdakı məktəbdə orta təhsil aldıqdan sonra Əzim Əzimzadə adına rəssamlıq məktəbinə daxil olmuşdur. Rəssamlıq məktəbini bitirdikdən sonra ordu sıralarına çağırılmış və Böyük Vətən müharibəsinin iştirakçısı olmuşdur. == Fəaliyyəti == Müharibədən sonra Rahib Qədimov uzun müddət respublikanın "Kommunist", "Bakinski raboçi", "Vışka", "Kirpi" və başqa qəzet və jurnallarında müntəzəm olaraq siyasi cəhətdən kəskin, sənətkarlıq nöqteyi nəzərindən yetkin karikaturalarla çıxış etmişdir. O çox cəld işləyən, məhsuldar rəssam kimi ad çıxarmışdı. Qəzetlərdən oxuduğu gündəlik siyasi məlumatlara, səhərisi gün karikaturaları qəzetlərdə çap olunurdu. Eyni zamanda Balaxanı məktəbində də dərs demişdir. Onun "Müstəmləkə sistemin aqibəti", "Sirkə nə qədər tünd olsa, öz qabını çatdadar", "Müharibə aşiqi", "Xam xəyal", "Sözdə və işdə", "Gedər-gəlməz yol" və bir çox başqa karikaturaları sənətkarlıq və aktuallıq baxımından yüksək qiymətləndirilmişdir. O, həm Rəssamlar İttifaqının həm də Jurnalistlər İttifaqının üzvü idi.
Raul Qədimov
Qədimov Raul Abdulla oğlu (22 iyul 1939, Kirovabad – 2000, Gəncə) — Sovet mikrobioloq , Ph. D., professor, Azərbaycan Elmlər, Kənd təsərrüfatı Rusiya Təhsil Akademiyasının akademiki xadimi. Sahəsində bir alim baytarlıq , mikrobioloq , təşkilatçısı və tədqiqat işlərinin lideri baytarlıq ölkədə baytarlıq elminin uğurları təbliğ edirik. == Bioqrafiya == Raul Kadymov Azərbaycan CCR Gəncə şəhərində 22 iyul 1939 anadan olmuşdur. Onun atası — Abdullah Hüseyn Kadymov (1912–1953 gg.) — Alim, təşkilatçılarından biri idi Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun. 1947-ci ildə Kadymov Russian orta məktəb Gəncə (Kirovabad) və 1 № girdi. Heç uşaqlıqdan, Raul səy, bilik üçün arzu, kitab sevgi, peşə seçimində əsas kimi xidmət heyvanların maraq göstərdi və 1957-ci ildə o, uğurla qəbul imtahanlarını Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun , hələ onun bütün sonrakı həyatı ki, bilmədən həyat pedaqoq və alim bu təşkilat ilə bağlı olacaq. 1962-ci ildə Kadymov fərqlənmə diplomu ilə təhsilini başa və Heyvandarlıq Azərbaycan Elmi-Tədqiqat İnstitutunda işə göndərilmişdir. Professor RA Kadymov baytarlıq elminin nailiyyətləri bir əsas Promoter idi. "Tibb insan heals və baytarlıq insanlıq qoruyur" — o, monoqrafiya dərslik, o cümlədən 300-dən çox çap olunmuş elmi işlərin müəllifidir məşhur söz Raul Abdullaevich baytar Evseenko S. təkrar sevdi.
Vəli Qədimov
Vəli Qədimov (12 yanvar 1940, Balaxanı – 15 aprel 2009, Balaxanı) — Azərbaycanın xalq artisti, prezident təqaüdçüsü, mahir klarnet ifaçısı. == Həyatı == Əslən Balaxanıdan olan Vəli Qədimov 1940-cı il yanvarın 12-də Bakının Çəmbərəkənd deyilən ərazisilə Dağlı məhəlləsinin qovuşduğu məkanda dünyaya gəlmişdir. Təhsilini 69 nömrəli məktəbdə almışdır. Uşaq yaşlarından klarnet çalmağa başlayan Vəli 14 yaşında artıq tibb işçilərinin mədəniyyət evində Zeynəb Xanlarova ilə birlikdə özfəaliyyət kollektivində iştirak etməyə başlamışdır. == İlk illər və yaradıcılığı == İki ildən sonra, 1956-cı ildə Vəli Qədimovun çalğıçı olmasını nəzərə alan məşhur müğənni Sürəyya Qacar onu Müslüm Maqomayev adına filarmoniyanın ansamblına dəvət edir. 1970-ci ildə o, Baba Salahovun, 1983-cü ildə xalq artisti Zeynəb Xanlarovanın ansamblında aparıcı solist yerini tutmuşdur. Onun ifasında Azərbaycan musiqisi dünyanın bütün qitələrində səslənmiş və sürəkli alqışlarla qarşılanmışdır. Vəli Qədimova 1987-ci ildə Azərbaycanın əməkdar artisti, 2000-ci ildə Azərbaycanın xalq artisti fəxri adları verilmişdir. == Vəfatı == 2008-ci ilin avqust ayında isə onun səhhəti qəflətən pisləşib və sənətkar iflic olub. Ömrünün son bir neçə ilini yataqda keçirmişdir.
Yuzef Qədimov
Yuzef İslam oğlu Qədimov — "Azərbaycan Respublikasının əməkdar memarı", Əməkdar mühəndis və memar, Prezident təqaüdçüsü, "Şöhrət" ordenli, Şərq Ölkələrinin Beynəlxalq Arxitektura Akademiyasının üzvü. == Həyatı == Yuzef Qədimov 1928-ci ildə anadan olub. 1953-cü ildə Moskva Arxitektura İnstitutunu bitirib. Həmin ildən Azərbaycan Dövlət Layihə İnstitutunda arxitektor və baş arxitektor vəzifələrində işləyib. 1984–1989-cu illərdə Bakı Yaşayış Evlərinin Layihələndirmə İnstitutunun baş memarı işləyib. Bu müddətdə Y. Qədimov H. Əliyev adına İdman-Konsert Kompleksinin, Milli Təhlükəsizlik Nazirliyinin binasının, Azərbaycanın Partiya Arxivi və Partiya Tarixi İnstitutunun binasının, Nəsimi Rayon Partiya Komitəsinin, Aktyor Evinin, "Bakı Soveti" stansiyasının layihə müəllifi və memarı olub. Eyni zamanda o, Bakıda Cəfər Cabbarlının, Hüseyn Cavidin, Nəriman Nərimanovun abidələrinin, Ağdamda Natəvanın qəbirüstü abidəsinin, Qazax rayonunun Şıxlı kəndində Vidadinin, Şuşada Vaqifin abidəsinin müəllifi və memarı olub. Yuzef İslam oğlu Qədimov 25 dekabr 2007-ci ildə "Azərbaycan Respublikasının əməkdar memarı" fəxri adına layiq görülmüşdür. Yuzef Qədimov 2012-ci il yanvarın 8-də 84 yaşında dünyasını dəyişib.
Zülfü Qədimov
İbrahim Qədimov
İbrahim Şulan oğlu Qədimov (5 avqust 1949, Naxçıvan) — Hüquqşünas. == Həyatı == İbrahim Qədimov 1949-cu il avqustun 5-də Naxçıvan şəhərində anadan olmuşdur. Atası Şulan İbrahim oğlu Qədimov, anası Şükufə Bəhmən qızı Qədimova. (1908–1918-ci illərdə Naxçıvanda qəza rəisi olan İbrahim Bəy Qədimovun nəvəsidir). Orta məktəbi bitirdikdən sonra, 1965–1970-ci illərdə "Araz"-Naxçıvan futbol komandasının müdafiəçisi olmuşdur. 1970-ci ildə "Neftçi" futbol komandasının oyunçusu olub. 1967–1972-ci illərdə S. M. Kirov adına Azərbaycan Dövlət Bədən tərbiyyəsi institutunda təhsil alıb. 1972–1973-cü illərdə Sovet İttifaqı Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olub. 1975–1978 N. Rzayev adına Bakı Xüsusi Orta Milis Məktəbini bitirib. 1980–1984 SSSR-i Daxil İşlər Nazirliyinin Milis Akademiyasında təhsil alıb.
İslam Qədimov
İslam Şirin oğlu Qədimov (1907, Şuşa – 1973) — Azərbaycan dövlət xadimi, Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarı və naziri. == Həyatı == İslam Şirin oğlu Qədimov 1907-ci ildə Şuşa şəhərində anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra Leninqrad Politexnik İnstitutuna qəbul olunmuşdur və 1930-cu ildə institutu tamamlamışdır. Həmin il Azərbaycan SSR Xalq Kommunal Təsərrüfatı Komissarlığının əsaslı tikinti trestinə rəis təyin edilmişdir. Sonra isə komissarlığın plan-iqtisad idarəsinə rəis dəyişilmiş və 1941-ci ilədək bu idarədə çalışmışdır. 1932-ci ildə eyni zamanda Bakı Sosial-İqtisad İnstitutunu bitirmişdir. İslam Qədimov 1941-ci ildə cəbhəyə yollanır. 1944-cü ilədək II Dünya müharibəsində iştirak etmişdir. Leytenant rütbəsindən mayor rütbəsinədək yüksəlmiş və bir çox döyüş nişanları ilə təltif edilmiş və 1944-cü ildə Azərbaycan KP MK-nin çağırışı ilə ordudan tərxis olunmuşdur. İslam Qədimov Azərbaycan SSR xalq kommunal təsərrüfatı komissarı təyin edilmişdir.
Şaiq Qədimov
Şaiq Qədimov — tibb elmləri namizədi , Mirzə Qədim İrəvaninin nəvəsi Mirzə Rza Qədimovun oğlu. Şaiq Qədimov 1926-cı ildə İrəvanda anadan olmuş, orta təhsilini burada almış, Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir.O, 1974-cü ildə müdafiə edərək tibb elmləri namizədi adını almışdı. "Qan qohumluğu" (1989), "Mustafa Topçubaşov" (1989), "Ailənin intim dünyası" (1990), , "İnsanlar üçün bəla" (1990), "Xalq təbabətinin ensiklopediyası" (1997) əsərlərinin müəllifi olan Ş.Qədimov həm də bədii və publisistik yaradcılıqla məşğul olur və müntəzəm olaraq dövrü mətbuatda çıxış edir.
İdris Qədimov
İdris Xəlil oğlu Qədimov (15 sentyabr 1920, Morul, Gəncə qəzası – 20 avqust 1996, Klаypеdа) — sovet-Azərbaycan hərbçisi, tibb xidməti polkovnik-leytenantı. 9 may faşizm üzərində qələbə qazanılmasında böyük rolu olan azərbaycanlı. == Ailəsi == İdris Qədimov Şəmkirin tanınmış Qədimağalılar (əvvəlki adla Bədirbəylilər) nəslindəndir. Atası Xəlil ağa Qədimov (1897-1943) Azərbaycanda Sovet işğalına qarşı üsyanlar (1920-22), Şəmkir üsyanı sonrası sürgünə göndərilmiş mülkədarlar sırasında idi. Əmisi Zeynal ağa Qədimov daşnaklara qarşı xalq üsyanının rəhbərlərindən olub. Dayısı oğlu tanınmış filologiya üzrə elmlər doktoru Firudin Hüseynovdur. == Təhsili == Orta təhslini müvəfəqiyyətlə bitirən İdris Qədimov ali təhslini 1942-ci ilin avqustunda infeksion xəstəliklər ixtisası üzrə Azərbaycan Dövlət Tibb Universitetində tamamlamışdır. == II Dünya Müharibəsi illərində == İdris Qədimov, sanitar-tibb bölümündə kiçik həkim vəzifəsində çalışaraq, döyüş şəraitində, mərdliklə və cəsarətlə yaralı əsgər və zabitlərə yüksək ixtisaslı tibbi yardım göstərirmişdir. İdris Qədimov 23.06.1943-cü ildən 08.08.1943-cü ilədək Qərb Cəbhəsində alayın kiçik həkimi; 08.08.1943-cü ildən 01.10.1944-cü ilədək 3-cü Belorus cəbhəsində alayın kiçik həkimi; 01.10.1944-cü ildən 09.05.1945-ci ilədək Qərb Cəbhəsi, Xüsusi Hərbi rayonda alayın kiçik həkimi vəzifələrində çalışmışdır. 07.04.1945-ci ildən 10.04.1945-ci ilədək Koeniqsberq şəhəri uğrunda gedən son döyüşlərdə İdris Qadimov 200-dən çox insana tibbi yardım göstərmişdir.
Yaqub Qədimov
Yaqub Bala oğlu Qədimov (20 aprel 1917, Bakı — 1983, Bakı) ― texnika üzrə elmlər doktoru (1962), professor (1962), AMEA-nın müxbir üzvü(1968). == Həyatı == Yaqub Qədimov 20 aprel 1917-ci ildə Bakı şəhərində anadan olub. 1941-ci ildə Azərbaycan Dövlət Neft və Sənaye Universitetini bitirib. == Əmək fəaliyyəti == Yaqub Qədimov 1941-1942-ci illərdə "Azneft"də mühəndis, 1942-1943-cü illərdə sovet ordu sıralarında zabit, 1943-1945-ci illərdə "Azneft"də mühəndis kimi fəaliyyət göstərib. O, 1945-1964-cü illərdə AMEA Energetika İnstitutunda aspirant, elmi işçi, laboratoriya müdiri olub. 1964-cü ildən isə Azərbaycan Texniki Universitetində kafedra müdiri vəzifəsində çalışıb. == Elmi fəaliyyəti == Yaqub Qədimov 1948-ci ildə texnika üzrə fəlsəfə doktoru, 1962-ci ildə texnika üzrə elmlər doktoru elmi dərəcələrini, 1962-ci ildə professor elmi adını alıb. 1968-ci ildə isə AMEA-nın müxbir üzvü seçilib. Alimin 200-dən artıq elmi işin, monoqrafiyanın və ixtiranın müəllifidir. Yaqub Qədimovun elmi yaradıcılığının əsas istiqaməti əsasən neft sənayesində texnoloji pro­seslə­rin avtomatlaşdırlmış idarəetmə sistemlərinin işlənməsinə həsr olunub.
Lətif Qədimi
Lətif Şirin oğlu Qədimi (d.1895, Şuşa ş.- ö.1941) — Cümhuriyyət tələbəsi, mühəndis, pedaqoq. == Həyatı == Lətif Şirin oğlu 1895-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. Almaniyada Ali Texniki Məktəbini bitirmişdi. SSRİ-yə qayıdandan sonra Nərimanov adına texnikumunda və b. yerlərdə işləmişdi. Repressiya olunub. 1941-ci ildə həbsdə vəfat edib.
Qədimi balinalar
Qədimi balinalar[mənbə göstərin] (lat.
Əl-Cədidə
Əl-Cədidə (ərəb. الجديدة‎, bər. ⴰⵍ-ⵊⴰⴷⵉⴷⴰ, fr. el-Jadida) və ya keçmiş adları ilə Kap Solis, Portus Rutilis, Rusibis, Məzayin (ərəb. مازيغن‎, bər. ⵎⴰⵣⵉⴳⴻⵏ), əl-Breiya (ərəb. البريجة‎, Mazaqao (ərəb. مازاگاو‎, bər. ⵎⴰⵣⴰⴳⴰⵡ), əl-Mahdouma (ərəb. المهدومة‎), Mazaqan (ərəb.
İbrahim bəy Qədimov
İbrahim bəy Qədimov — Naxçıvanda qəza rəisi (1908) 1918-ci ildə qəza komissarı olmuşdur. Polkovnik == Həyatı == İbrahim bəy ilk təhsilini Naxçıvanda almış, sonralar isə İrəvanda, Tiflisdə və Kutaisidə oxumuşdur. Arxiv sənədlərinə əsasən deyə bilərik ki, o, 1908-ci ildə qəza rəisi, 1918-ci ildə qəza komissarı olmuşdur. Sənəddə bildirilir ki, İbrahim bəy o zaman öz süvari dəstəsi ilə Naxçıvana hücum edən erməni daşnaklara qarşı igidliklə döyüşmüşdür. İbrahim bəy Qədimov 2 avqust 1918-ci ildə Şərur nahiyəsi müdirliyinə təsdiq olunur. 1918-1920-ci illərdə Qars vilayətində Türkiyəni işğal etmək istəyənləri döyüş meydanında qarşılamışdır. Döyüşlərdə qazandığı Naxçıvan və Qarsda az müddət ərzində şöhrətləndirir. Məlum mənbələrə görə deyə bilərik ki, Naxçıvanın hərb tarixində 3 hərbçi Rusiyanın xüsusi «Ataman» rütbəsini daşıyıb: - general mayor Ehsan xan Naxçıvanski, tam süvari generalı İsmayıl xanın oğlu polkovnik Aman xan və polkovnik ibrahim bəy Qədimov.
Xəlil ağa Qədimov
Xəlil ağa Qədimov — Azərbaycan mülkədarı, Şəmkir üsyanının əsas iştirakçılarından biri. 1937-ci ildə Stalin repressiyasına məruz qalmışdır. == Həyatı == Xəlil ağa Bədirbəyli nəslindən olan Qədim ağa Bədirbəylinin oğludur. Şəmkirdə anadan olmuşdur. == Ailəsi == Xəlil ağanın atası Qədim ağa ilə Leyla Bədirbəylinin babası Abdı ağa qardaşdırlar. Xəlil ağanın həyat yoldaşı Firudin Hüseynovun bibisi Zinyət Hüseynovadır. Qardaşı sovetlərə qarşı xalq üsyanın əsas iştirakçılarından Zeynal ağa Qədimovdur. Zeynal ağa dəstə halında dəfələrlə Qarabağa gedərək müxtəlif ərazilərdə ermənilərə qarşı vuruşub, Əskəran və Şuşanın erməni-daşnak quldurlarından azad olunmasında şəxsən iştirak etmişdir. Xəlil ağanın 2 oğlu 2 qızı olmuşdur. Böyük oğlu İdris Qədimov tibb-xidməti polkovnik leytenatı ünvanını qazanmışdır.
Gəmidə
Gəmidə (film, 1998) — film. Gəmidə (hekayə, 1949) — Cerom Selincerin hekayəsi.
Gəmidə (film)
Gəmidə – Serdar Akarın rejissorluğu və ssenaristliyini etdiyi 1998-ci il Türkiyə istehsalı filmdir. Filmin prodüserlərindən olan Önder Çakar həm də filmin ssenaristlərindən olmuşdur. Filmin musiqilərinin bəstələri Uğur Yücel tərəfindən edilib. Film "Laləlidə bir Əzizə" filmi ilə çarpaz süjet xəttinə malikdir. Bir çox tənqidçi tərəfindən kult statusu alan film 90-cı illərin ən yaxşı türk filmlərindən biri hesab edilir. Xüsusilə filmdəki orijinal ssenari və dialoqlar tamaşaçılar tərəfindən rəğbətlə qarşılanmışdır. == Məzmun == 4 nəfərlik gəmi heyətindən olan boksyor gəminin stabil vəziyyətdə dayandığı zaman yemək almaq üçün Fateh rayonunun səmtlərindən olan Laləliyə gedər, lakin verilən pul ondan oğurlanar. Nəşə və alkoqolun təsirində olan gəminin kapitanı və digər üzvləri pulları qaytarmaq üçün Laləliyə gedir və boksyorun pullarını oğurladığını iddia etdiyi bir qrup adama hücum edirlər. Gəmi heyəti pulları geri qaytarar və həmin adamların içərisində olan Rumın bir qızı qaçırarlar. Gəmiyə qayıdıldığı zaman heyətin başı nəşənin təsirindən dumanlı olduğundan olan olayları heç kim normal xatırlamaz.