Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəndilli
Qəndilli (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Qəndilli (Üskü) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd.
Qədili
Qədili (Qubadlı) — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd. Qədili (Samux) — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Bəndili (Çaypara)
Bəndili (fars. بندلي‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 89 nəfər yaşayır (23 ailə).
Qəndilli (Üskü)
Qəndilli (fars. لقنديلو‎) — İranın Şərqi Azərbaycan ostanının Üskü şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 105 nəfər yaşayır (26 ailə).
Qəndxili (Çaldıran)
Qəndxili (fars. جنگ تپه‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Qəndilli (Duzluca)
Qəndilli — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kəndin adı 1912-ci il qeydlərində Astavlı kimi qeyd olunur.
Qədili (Qubadlı)
Qədili — Azərbaycan Respublikasının Qubadlı rayonunun Novlu kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 2020-ci ildə işğaldan azad olunub. Qədili kəndi dağətəyi ərazidədir. Keçmiş adı Qarapərilərdir. Bu toponim qədili nəslinin adı ilə bağlıdır. Xanlar r-nunda oykonimin Qadılı variantı qeydə alınmışdır. "1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya diyarının əhalisi haqqında statistik məlumatlar toplusu"na görə, kənddə 64 evdə 311 şiə kürd yaşayırdı.
Qədili (Samux)
Qədili — Azərbaycan Respublikasının Samux rayonunun inzibati ərazi vahidində kənd.
Qışlaq-i Qədili (Pərsabad)
Qışlaq-i Qədili (fars. قشلاق گدايلو‎) — İranın Ərdəbil ostanının Pərsabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 94 nəfər yaşayır (15 ailə).
Bəydili
Bəydili (Biləsuvar) — Azərbaycanın Biləsuvar rayonunda kənd. Bəydili (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Bəydili (Yevlax) — Azərbaycanın Yevlax rayonunda kənd. Bəydili boyu — Azərbaycan türklərinin, Anadolu türklərinin, İraq və Suriya türkmanlarının, Türkmənlərin etnogenezində iştirak etmiş Oğuz boylarından biridir.
Qardili
Qardili — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd.
Qədirli
Qədirli (Masallı) — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Tovuz) — Azərbaycan Respublikasının Tovuz rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Qobustan) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Qədirli (Vedibasar) — Ermənistan Respublikasının Vedi rayonunun inzibati ərazi vahidində kənd.
Təndirli
Təndirli dağı — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində dağ. Təndirli (Miyanə) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd.
Kəndli
Kəndli (ing. Peasant; rus. Крестьянин) — kənddə yaşayan və əsas peşəsi kənd təsərrüfatı olan adam; kənd əhli, kəndçi. Kəndlinin əsas xüsusiyyətləri: torpaq üzərində işləmək, bir kəndin və ya kənd həyatının bütün sahələrində ənənələrdə tənzimləyici rol oynamasıdır. Kəndli ilə fermer arasındakı fərq ondadır ki, kəndlinin istehsal etdiyi məhsulun çox hissəsini ailəsi istehlak edir. == Məşğuliyyəti == Bütün dünyada, kəndlilərin məşğuliyyəti olduqca rəngarəngdir və təkcə əkinçilik və heyvandarlıq ilə məhdudlaşmır. Yuxarıda göstərilənlərlə yanaşı, bu cür fəaliyyətlərə: arıçılıq, bağçılıq, yağ hazırlama, üzümçülük, dulusçuluq, toxuculuq, dülgərlik və xarratlıq, tara və qab düzəltmə, dəmirçilik və s aiddir. == Azərbaycanda kəndlilər == Əvvəlki dövrlərdə və o cümlədən də, XVII əsrdə Azərbaycanda cəmiyyətin əsas istehsalçısı və istismar olunan təbəqəsi kəndlilər idi. Bu dövrdə vergi verən kəndlilər (rəiyyət) — əllərində olan torpağın sahəsindən asılı olaraq aşağıdakı qruplara bölünürdülər: Hampa — İş heyvanı, istehsal alətləri, toxumu olan və feodaldan aldığı torpağı özü becərən kəndlilər idi. Əkər (rəncbər) — Təsərrüfatsız və yardımçı kənd təsərrüfatı işlərində çalışanlar (gözətçi, çoban, bağban və s.) və məşğuliyyəti olmayan yoxsul kəndlilər idi.
Elnur Qədirli
Erkin Qədirli
Erkin Toğrul oğlu Qədirli (13 may 1972, Bakı) — Azərbaycan Respublikası Milli Məclisinin VI və VII çağırış deputatı, Respublikaçı Alternativ Partiyasının Siyasi Komitəsinin üzvü. == Həyatı == Erkin Qədirli 13 may 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994–2006-cı illərdə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin müəllimi olub, hüquq nəzəriyyəsi fənnini tədris edib, həmçinin Beynəlxalq Münasibətlər fakültəsində mühazirələr oxuyub. Müxtəlif vaxtlarda Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara Hərəkatı, BMT, Avropa Şurası, ATƏT kimi təşkilatlarda, həmçinin bir sıra milli və beynəlxalq layihələrdə və işçi qruplarında ekspert kimi fəaliyyət göstərib. 1998-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin təsisinə dair Romada keçirilmiş BMT-nin Diplomatik Konfransında Azərbaycanın nümayəndə heyətinin üzvü olub. 1999-cu ildə Almaniyada nəşr edilmiş "Commentary on the Rome Statute of the International Criminal Court" (azərb. Beynəlxalq Cinayət Məhkəməsinin Roma Nizamnaməsinin Şərhi‎) kitabının müəlliflərindən biridir. 25 dekabr 2008-ci ildə yaradılmış "Respublikaçı Alternativ" (REAL) siyasi hərəkatının həmtəsisçisi olub. == Siyasi Fəaliyyəti == 2014-cü il mayın 13-də Respublikaçı Alternativ partiyasında başqanlıq vəzifəsindən kənarlaşdırılıb. Respublikaçı Alternativ (REAL) partiyasının İdarə Heyəti üzvü olmuşdur.
Erməni kəndiri
Eirini Aindili
Eirini Aindili (11 mart 1983) — Yunanıstanı təmsil edən bədii gimnast. == Karyerası == Eirini Aindili Yunanıstanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və qrup turnirində bürünc medalın sahibi olub.
Lətif Qəndilov
Lətif Seyfəddin oğlu Qəndilov (31 avqust 1957, Bakı) — azərbaycanlı diplomat. Hal-hazırda Azərbaycan Respublikasının Qırğızıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri. == Həyatı == Lətif Qəndilov 31 avqust 1957-ci ildə Bakı şəhərində, görkəmli alim Seyfəddin Qəndilovun ailəsində dünyaya gəlmişdir. 1974–1978-ci illərdə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" fakültəsində təhsil almış, 1978-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək Lenin təqaüdçüsü olmuş və təyinatla "Xalq təsərrüfatının iqtisadiyyatı və planlaşdırması" kafedrasında saxlanılmışdır. 1978–1980-ci illərdə hərbi xidmətdə olmuşdur. 1981–1983-cü illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda əyani aspirant kimi təhsilini davam etdirmiş, 1983–1986-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutu və Bakı şəhər Sovetinin birgə təşkil etdiyi Bakı şəhəri kompleks problemlərin elmi-tədqiqat laboratoriyasında elmi işçi kimi çalışmışdır. 1984-cü ildə "İstehlak fondunun strukturu və artımının planlaşdırılmasının təkmilləşdirilməsi (Azərbaycan Respublikası timsalında)" mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır. 1986–1995-ci illərdə Azərbaycan Texniki Universitetinin "İqtisadi nəzəriyyə" kafedrasının dosenti olmuşdur. 1995-ci ildə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsində ikinci katib kimi fəaliyyətə başlamış və birinci katib vəzifəsinədək yüksəlmişdir. 2001-ci ildə ilk xarici təyinatını alaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyinin birinci katibi, sonradan müşaviri vəzifəsində çalışmış, 2004-cü ildə fövqəladə və səlahiyyətli səfir diplomatik dərəcəsi verilərək Azərbaycan Respublikasının Qazaxıstan Respublikasındakı ilk səfiri təyin edilmişdir.
Möhsün Qədirli
Möhsün Nəcməddin oğlu Qədirli (İsrafilbəyov) (12 (24) avqust 1893, Şamaxı – 2 yanvar 1938) — Azərbaycanda sovet hakimiyyəti və sosializm quruculuğu uğrunda mübariz, respublikada səhiyyə işinin təşkilatçılarından biri, professor (1934). Əməkdar elm xadimi olmuş, mərhum Solmaz İsrafilbəylinin əmisidir. Möhsün İsrafilbəyov 1893-cü ildə Şamaxı şəhərində anadan olmuşdur. 1911-ci ildə Bakı real məktəbini bitirəndən sonra Kiyev Universitetinə qəbul olmuşdu. Kiyev Universitetində oxuyarkən (1911–1917) tələbələrin inqilabi nümayişlərində iştirak etmişdir. 1917-ci ildə Bakıya gəlmiş, bolşevik "Hümmət" təşkilatının katibi və büro üzvü, RSDF(b)P BK və Bakı Sovetinə üzv seçilmişdir. 1918-ci ilin 1 may–31 iyul tarixlərində Lənkəran, Şamaxı, Cavad qəzalarının fövqəladə komissarı təyin olunmuşdur. 1918-ci ilin avqustundan RSFSR Xalq Milli İşlər Komissarlığı yanında Zaqafqaziya şöbəsinin müdiri, daha sonra RK(b)P Həştərxan quberniya Komitəsinin üzvü, quberniya icraiyyə komitəsinin üzvü seçilmiş, sədr müavini, səhiyyə şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1919-cu ilin mayında RSFSR Xalq Xarici İşlər Komissarlığının Yaxın Şərq şöbəsində çalışmışdır. Şərq xalqları kommunist təşkilatlarının 2-ci Ümumrusiya, 5-ci və 7-ci Sovetlər qurultaylarında iştirak etmişdir.
Mərdili (Hurand)
Mərdili (fars. مردي لو‎) — İranın Şərqi Azərbaycan ostanının Hurand şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 515 nəfər yaşayır (84 ailə).
Qədirli (Masallı)
Qədirli — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin sayı 1094 nəfərdir. Qədirli kəndinin ilk ziyalıları Əlimərdan Verdiəliyev(Eynalov), Hacıbaba Fətullayev, Eyvaz Eynalov, Fərəc Ağayev, Məmməd Eynalov, Bibiş Eynalova, Hacıxan Fətullayev, Eynal Eynalov,Loğman Eynalov Kəndin tam adı Qoçaq Qədirli olmuş, sonralar Qoçaq sözü götürülmüşdür. 16-cı əsrdə Şah Abbasın tərəfdarları tərəfindən əvvəl mövcud olmuş, əsasən türkdilli tayfaların (təklə, qədirli, beydili, qaradağlı, əhmədli və s.) birliyi yaradılmış, həmin birliyə Şahsevənlər adı verilmişdir. XVII əsrin sonlarında Şah Abbasın göstərişi ilə şahsevən tayfaları Ərdəbil ətrafından Muğan bölgəsinə köçürülmüşlər. Təsadüfi deyil ki,Türkiyə, Qərbi Azərbaycan,İran , o cümlədən Qobustan,Tovuz,Qubadlı,Şamaxı rayonları ərazisində Qədirli toponiminə rast gəlinir.(İranın Leriklə həmsərhəd bölgəsində Qədirli,,Həsənli kəndləri biri-biriylə qonşu yerləşir) Qədirli kəndinin qərb hissəsi (Dəlləkli kəndi ilə Qədirli kəndinin arası) yaşlı nəslin bildirməsinə görə Ərəb Qədirlisi adlanırmış. Amma bu ərazidə eramızdan 3 min il əvvəlki dövrə aid küp qəbirlər, şumer yazıları, ilkin orta əsr maddi-mədəniyyət nümunələri, erkən orta əsr qəbirləri (hazırda ziyarətgahdır) və s. vardır. Qədirli kəndinin hazırda əhali məskunlaşmış hissəsində orta əsr islam qəbirləri mövcuddur. Qədirlinin ötən əsrin 50-60-cı illərinə kimi vəfat etmiş şəxsləri Qızılağac kəndində dəfn edilmişdir.
Qədirli (Qobustan)
Qədirli — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Kənd 1999-cu ildə yaradılmışdır.
Qədirli (Tovuz)
Qədirli — Azərbaycan Respublikasının Tovuz rayonunun Qədirli kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Tovuz rayonunun faktiki mövcud olan Qədirli kəndi dəqiqləşdirmə qaydasında Xatınlı kənd inzibati-ərazi vahidinin tərkibində rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Tovuz rayonunun Qədirli kəndi Xatınlı kənd inzibati-ərazi vahidi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla Qədirli kənd inzibati-ərazi vahidi yaradılmışdır. Oykonim Azərbaycan xalqının forma­laşmasında və inkişafında xüsusi rolu olan oğuz soyköklü əfşarlarla bağlıdır. Şəhsevənlərin tərkibində də qədirlilərin adı çəkilir. 1826-1828-ci illər Rusiya-İran müharibəsindən sonra şahsevənlərin bir hissəsinin Cənubi Azərbaycandan şimala köçərək məskunlaşması nəticəsində yaranmışdır. Qərbi Azərbaycanın Vedi rayonunda Qədirli kəndi olmuşdur. 1948-ci ildə bu kənd əhalisi zorla erməni millətçiləri tərəfindən dədə-baba yurdlarından qovul­muş, kənd ilkin adından məhrum olmuşdur. Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. Kənd Gəncə-Qazax düzənliyində yerləşir.
Qədirli (Vedibasar)
Qədirli və ya Qədili — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 22 km cənub-şərqdə, Qədili kanalının yanında, Varsaq dağının ətəyində, Çapan çayının kənarında yerləşmişdir. 1590-cı ildə tərtib edilmiş «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Qədli kimi, Qafqazın 5 verstlik xəritəsində Qadılu fonetik formasında qeyd edilmişdir. Kəndin adı XVIII əsr mənbəyində Ağkilsə erməni mənbələrində Qədirli kimi də göstərilir. Kəndin tarixi adı Qədili olsa da, Sovet hakimiyyəti illərində Qədirli kimi rəsmiləşdirilmişdir. Toponim türk mənşəli qədili nəsil adı əsasında yaranmışdır. Qədili tayfası qaşqayların bir tirəsi olmuşdur. Patronomik toponimdir. Quruluşca düzəltmə toponimdir. Erm.
Qədirli (İcrud)
Qədirli (fars. قادرلو‎) — İranın Zəncan ostanı İcrud şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 24 nəfər yaşayır (5 ailə).
Gəncəli
Gəncəli — Azərbaycanda çox işlədilən təxəllüs və kişi adı. Gəncəli Sabahi — XX əsr Azərbaycan yazıçısı. Gəncəli Gənciyev — professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994-1995) Kəndlər Gəncəli (Salyan) — Azərbaycanın Salyan rayonunda kənd. Gəncəli (Xaçmaz) — Azərbaycanın Xaçmaz rayonunda kənd. Muğan Gəncəli — Azərbaycan Respublikasının Sabirabad rayonunun inzibati ərazi vahidində kənd.
Mandılı
Mandılı — Azərbaycan Respublikasının Füzuli rayonunun Pirəhmədli kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Kənd 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. Mandılı kəndi Xırdapara-Dizaq mahalına bağlı idi. Xəzinə (divan) mülkü sayılırdı. Kənd XIX yüzilə aid mənbələrdə Əlihüseynuşağı adlanırdı. 28 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Qozluçayın sahilində, dağətəyi düzənlikdədir. Manda Azərbaycan dilinin c.-q. dialəktlərinda yəməli ot adıdır, −1ı isə mənsub.şək.-sidir. Türk dillərində manda/ mandı/mantı sözü "cəfəri"; "dördnala çapmaq"; "qiymətli Çin ipəyi"; "sakit"; "enli alın" və s.
Mehdili
Kəndlər Mehdili (Bərdə) — Azərbaycanın Bərdə rayonunda kənd. Mehdili (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd. Mehdili (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd.
Gədikli
Fəthi Gədikli – Türkiyə hüquqçusu, hüquq elmləri doktoru, professor, diplomat.
Fəthi Gədikli
Fəthi Gədikli (türk: Fethi Gedikli; (doğumu: 5 yanvar 1960) – Türkiyə hüquqçusu, hüquq elmləri doktoru, professor, diplomat. == Həyatı == Fəthi Gədikli 5 yanvar 1960-cu ildə Türkiyənin Akçaabat bölgəsinin Kuruçam kəndində doğulmuşdur. İbtidai və orta məktəbi doğulduğu kənddə tamamladıqdan sonra, 1979-1980-ci illərdə Hacettepe Universitetində ingiliscə hazırlıq, 1984-cü ildə İstanbul Universitetində hüquq fakültəsini bitirmişdir. === Ailəsi === Evlidir, üç övlad atasıdır. == Fəaliyyəti == 1988-1989-cu illərdə İngiltərənin Birmingham və London Universitetlərində bir il, 1992-ci ildə Misirin Qahirə Universitetində 10 aya yaxın bir müddətdə araşdırma aparmışdır. 1985-ci ildə Mərmərə Universiteti Hüquq fakültəsində elmi fəaliyyətə başlamışdır. 1989-cu ildə elm mütəxəssisi olmuş, 1996-cı ildə doktorluq dissertasiyası müdafiə etmişdir. 1998-ci ilə dosent elmi adına yiyələnmişdir. Fəthi Gədikli, 2004-cü ilin iyunundan 2007-ci ilin avqustuna qədər Azərbaycanda Mədəniyyət ve Tanıtma Müşaviri olaraq çalışmışdır. 2008-ci ildə Mərmərə Universitetində professor elmi dərəcəsi alan Fəthi Gədikli, Bakı, Astana, Almatı, Pavlodar və Leidendə mühazirələr oxumuşdur.
Gəncəli (Salyan)
Gəncəli — Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi vahidində kənd. Salyan rayonunun Çuxanlı inzibati ərazi vahidində kənd. Cənub-Şərqi Şirvan düzündədir. Oykonim Gəncə (Şəhər adı) və mənsubluq bildirən –li komponentlərindən düzəlib, "Gəncədən olanlar" mənasındadır. Yaşayış məntəqələrini Gəncə Şəhərindən köçüb gəlmiş ailələr saldığına görə belə adlandırılmışdır. Rəvayətə görə bu kənd keçmiş zamanlarda çox böyük olmuş, daha sonra Kür çayının gəlməsi ilə kənd iki yerə bölünmüşdür. Bir hissəsi Kürün sağ sahilində, digər hissəsi isə sol sahilində qalmışdır. Belə olduğuna görədə bir hissə Sabirabad rayonuna, digər hissə isə Salyan rayonuna daxildir. Bəhs etdiyimiz Gəncəli kəndinin yaxınlığında Piratman adlanan kiçik bir ərazi var. Bu ərazi əvvəllər daha kiçik olmuş, sonradan isə nisbətən böyümüşdür.
Gəncəli (Xaçmaz)
Gəncəli — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Gəncəli Gənciyev
Gənciyev Gəncəli Əziz oğlu (19 fevral 1942, Astara – 27 iyul 2022) – professor, Azərbaycan Kooperasiya Universitetinin rektoru (1994–1995-ci illər)[mənbə göstərin] == Həyatı == Gənciyev Gəncəli Əziz oğlu 19 mart 1942-ci ildə Astara şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasını bitirib. 1994-cü ilədək Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda şöbə müdiri işləmişdir. Çoxlu sayda doktorant və dissertantların elmi rəhbəri olmuş, 10-dan çox monoqrafiya, dərslik, dərs vəsaiti və proqramın müəllifidir. 1994–1995-ci illərdə Azərbaycan Kooperasiya Universitetinə rəhbərlik etmişdir. Gəncəli Əziz oğlu Gənciyev 1942-ci il matın 19-da anadan olub. 1965-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun İqtisadiyyat fakültəsini bitirib. 1968-ci ildə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun aspiranturasının əyani şöbəsinə daxil olub. 1971-ci ildə akademik Əhməd Əkbər oğlu Mahmudovun rəhbərliyi altında namizədlik dissertasiyası müdafiə etmişdir. 1972-ci ildə EA-nın İqtisadiyyat İnstitutunda baş elmi işçi vəzifəsinə seçilib.
Gəncəli Qanbayev