Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qəsəbə
Qəsəbə — inkişafına görə kənddən yüksək, şəhərdən isə aşağı səviyyəli yaşayış məntəqəsi statusudur. Azərbaycanda rayon və şəhər tabeliyində olan çox sayda qəsəbə vardır. Qəsəbələr böyüyüb inkişaf etdikcə şəhər tipli qəsəbə halına gələ bilər və daha sonra şəhər statusunu qazana bilər. Qəsəbələrin kəndlərdən ən əsas fərqi əhalisi və onun məşğuliyyətidir. Azərbaycanda çox qəsəbələrdə xəstəxana, kitabxana, uşaq bağçası və s. vardır.
Araz (qəsəbə)
Araz — Azərbaycan Respublikasının Beyləqan rayonunun inzibati ərazi vahidində qəsəbə.
Arazdəyən (qəsəbə)
Arazdəyən, (1968-ci ildən: Yerasx) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. == Tarixi == Rayon mərkəzindən 28 km məsafədə Araz çayının sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Kənd Araz çayının yaxınlığında yerləşdiyi üçün Arazdəyən adlandırılmışdır. Toponim Araz və dəyən (döyən) feli sifətinin birləşməsindən əmələ gəlmişdir. Hidrotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Yerasx qoyulmuşdur. == Əhalisi == Ermənilər bura 1897-ci ildə köçürülmüşdür.
Avrora (qəsəbə)
Hirkan (əvvəlki adı: Avrora) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Avrora qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Avrora şəhər tipli qəsəbə Hirkan şəhər tipli qəsəbə, Avrora qəsəbə inzibati-ərazi vahidi Hirkan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == SSRİ dövründə bura Lənkəranın ən çox çay istehsal edən sovxozu olmuşdur. SSRİ dövründə "Avrora Çay Sovxozu" adlandırılmışdır. 1930-cu ildə Sovet hakimiyyəti dövründə şəhər tipli qəsəbə olaraq yaradılmışdır. 1934-cü ildə Baltik donanmasının "Avrora" kreyserinin şərəfinə "Avrora" çayçılıq sovxozu əsasında Avrora adlandırılmışdır və beləliklə qəsəbənin əsası qoyulmuşdur. Dağatəyi düzənlikdədir. 1964-cü ildə Hirkana şəhər tipli qəsəbə statusu verilmişdir. Xanbulançay su anbarı bu qəsəbədədir. Çayçılıq sahəsinin inkişafı 1970–1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon m³ (kubmetr) olan Xanbulançay su anbarı Bəşəru çayının üzərində inşa olunmuşdur, bu böyük bənd bu günə kimi hələ də öz möhkəmliyi ilə seçilir.
Babazanlı (qəsəbə)
Babazanlı — Azərbaycan Respublikasının Salyan rayonunun ərazisində yaşayış massivi.
Babək (qəsəbə)
Babək (əvvəlki adı: Təzəkənd) — Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək şəhər inzibati ərazi dairəsində şəhər. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2020-ci il tarixli, 128-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Babək qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Babək qəsəbəsinə şəhər statusu verilmiş, Babək qəsəbə inzibati ərazi dairəsi Babək şəhər inzibati ərazi dairəsi hesab edilmişdir. == Toponimikası == == Tarixi == 1978-ci ilə qədər qəsəbənin adı Təzəkənd olmuşdu. Həmin ildə qəsəbənin adı dəyişdirilərək Babək Xürrəminin şərəfinə Babək adlandırılmışdır. === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == == Əhalisi == == İqtisadiyyatı == 2014-cü ildə otuz bir min nəfər əhalinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirən Şəkərabad – Babək – Nehrəm – Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması məqsədilə Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə ilkin olaraq 5,0 (beş) milyon manat ayrılmışdır. == Mədəniyyəti == Babək şəhərində Mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evi burada 2007-ci ildən fəaliyyət göstərir. Bundan başqa Babək şəhəri yaxınlığında orta əsr şəhəri olan Astabadın xarabalıqları yerləşir. Bundan başqa şəhərdə Babək tarix-diyarşünaslıq muzeyi fəaliyyətdədir. == Təhsil == Şəhərdə Babək şəhər 1 nömrəli və 2 nömrəli tam orta məktəblər fəaliyyət göstərir.
Bakıxanov (qəsəbə)
Bakıxanov, (1936–1992 Razin) — Bakının Sabunçu rayonunda şəhərtipli qəsəbə. Bakıxanov qəsəbəsi 1936-cı ildə qəsəbə statusu almış, Stepan Razin qəsəbəsi adı verilmiş və 29 aprel 1992-ci ildə Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi adlandırılmışdır. Qəsəbə Bakı dəmir yolu stansiyasından 10 km məsafədə yerləşir. Ərazisi 12 km²-dir. Bura Bakının ən yaşıl qəsəbələrindən biridir. Bu gün burada geniş abadlıq-quruculuq işlərini müşahidə etmək olar. Burada bir çox bağça, bir neçə park vardır. Qəsəbənin mərkəzi hissəsiylə uzanan xiyaban var. == Tarixi adı == Bakıxanov qəsəbəsi Bakı şəhəri Sabunçu rayonunda yerləşir. Bakıxanov qəsəbəsinin ən qədim yerli adının mənasının araşdırmasında AMEA Coğrafiya İnstitutunun toponimika üzrə mütəxəssisi c.ü.f.d.
Bartaz (qəsəbə)
Bartaz — Azərbaycan Respublikasının Zəngilan rayonunun Bartaz kənd inzibati ərazi dairəsində qəsəbə. 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Qəsəbə düzənlikdədir. 1952-ci ildə qonşu kəndlərdən gəlmiş ailələr Bartaz dəmir yolu stansiyası ətrafında salmışlar.
Binəqədi (qəsəbə)
Binəqədi – Bakının Binəqədi rayonunun inzibati mərkəzidir. == Əhalisi == Binəqədi əhalisinin sayı haqqında ilk məlumatlar XIX əsrin əvvəllərinə aid olsa da, tarixi dövrün təhlillərinə görə, orta əsrlərdə və hətta XVIII əsrdə də bu kəndin əhalisi dəfələrlə çox olmuşdur. Binəqədidə evlərin sayı 1849-cu ildə 49, 1886-cı ildə 168 və 1921-ci ildə 184 idi. Əhali sayı 1842-ci ildə 372 nəfər idi və Bakı kəndləri arasında bu saya görə 19-cu yerdə olsa da, sonrakı illərdə daha sürətlə artmış, 1886-cı ildə 847, 1926-cı ildə 6562 və 1939-cu ildə 11200 nəfər olmuşdur. Binəqədi ətrafında XIX əsrin sonlarında neft çıxarılması ilə bağlı ərazi mədən-zavod rayonu ərazisinə aid olur və kəndin ətrafında fəhlə qəsəbəsi yaradılır. Əhali sayı 1959-cu ildə 11 min, 1999-cu ildə 15,5 min, 2009-cu ildə 37,7 min və 2016-cı ildə 38,6 min nəfər olmuşdur. Qəsəbənin hazırda əhali sayı 70 min nəfərdən çoxdur. Əslində mövcud və ya qeydiyyata alınmayanların sayı isə 30 minə yaxındır. == Tarixi == Binəqədi Bakının ən qədim və böyük kəndlərindən biridir. Adının mənası haqqında konkret fikir olmasa da, arxeoloji qazıntılar zamanı əldə edilən nadir tapıntılar əsasında bu kəndin binədən qədim olduğu sübuta yetmişdir.
Bəndovan (qəsəbə)
Bəndovan — Bakı şəhərinin Qaradağ rayonunda Ələt qəsəbə inzibati ərazi vahidində şəhər tipli qəsəbə. == Tarixi == 1945-ci ildə Bəndovana şəhər tipli qəsəbə statusu verilib. Bəndovan Xəzər dənizinin sahilindədir.
Masallı (qəsəbə)
Masallı — Azərbaycan Respublikasının Masallı rayonunun Təklə kənd inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 mart 2013-cü il tarixli, 590-IVQ saylı Qərarı ilə Masallı rayonunun Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Masallı qəsəbəsi ləğv edilərək Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrindən çıxarılmış, Masallı qəsəbəsinin dövlət mülkiyyətində olan 58,8 ha təşkil edən ərazisi bütövlükdə Təklə kənd inzibati ərazi dairəsi tərkibindəki Mollahəsənli kəndinin inzibati ərazisinə birləşdirilmişdir.
Müqtədir (qəsəbə)
İstisu (əvvəlki adı: Müqtədir) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Xaçmaz rayonunun Müqtədir qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Müqtədir qəsəbəsi İstisu qəsəbəsi adlandırılmış, Müqtədir qəsəbə inzibati ərazi dairəsi İstisu qəsəbə inzibati ərazi dairəsi hesab edilmişdir.
NZS (qəsəbə)
NZS qəsəbəsi — Xətai rayonunda yerləşən və qəsəbə kimi tanınan, amma əslində yaxınlıqda yerləşən UPD qəsəbəsinə tabe olan ərazi. Qəsəbə SSRİ-nin vaxtından vardır. Qəsəbənin adı rus dilində olan neft doldurma stansiyası mənasına gələn "нефтезаправочная станция" sözlərinin baş hərflərinin birləşməsindən əmələ gəlib. Hazır ki dövrdə də qəsəbə ərazisində neft doldurma məntəqələri və sternləri vardır. Hazırda qəsəbə əsasən "NZS pivə zavodu"na görə çox məşhurdur. Qəsəbədə çoxlu köhnə binalar, həyət evləri vardır. Sosial cəhətdən SSRİ-nin vaxtında pis şəraitdə olsa da, hazırda xeyli inkişaf etmiş və şəraitli bir qəsəbəyə çevrilmişdir. Qəsəbədə 166 saylı bağça (O.Vəliyev küç. 37) və E.Məmmədov adına uşaq bağçası (Abbas Səhhət küç. 48) fəaliyyət göstərir.
Qaradağ (qəsəbə)
Qaradağ — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Qüsabə (Meşkinşəhr)
Qüsabə (fars. قصابه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 2,110 nəfər yaşayır (488 ailə).
Qırmızı Qəsəbə
Qırmızı Qəsəbə (əvvəlki adları: Kulqat; Yevreyskaya Sloboda; Krasnaya Sloboda; Qırmızı qəsəbə; Fətəli xan) — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində qəsəbə. Rayonun yerli camaatı qəsəbəni "Qırmızıkənd" (Krasnoselsk) adlandırır. Qırmızı Qəsəbə Quba rayonunda, Qusara gedən yol üzərində yerləşir. Bura yəhudilər Abbasqulu ağa Bakıxanovun dəstəyi ilə köçürülmüşdür. Bu kəndin əsasının 1731-ci ildə qoyulduğu güman edilir. Bu dövrdə siyasi təzyiq səbəbindən indiki əraziyə (Kulqat) köçən dağ yəhudiləri buraya kompakt formada yerləşir. Kəndin ilkin adı olan Kulqat indi də Qırmızı Qəsəbəni təşkil edən kvartallardan birinin adını daşıyır. Ərazi 7 məhəllədən ibarətdir: Kulqat, Qusar, Qarçoq, Giləki, Ağacani, Çapkəni və Mizrahi. Bütün bu kvartallar əslində bu əraziyə köçən dağ yəhudilərinin gəldiyi ərazini və soyunu göstərir. Qəsəbədə ən qədim kvartal Kulqatdır.
Resen (qəsəbə)
Resen (mak. Ресен, serb. Ресан, türk. Resne, yun. Ρέσνα, alb. Resnjë) — cənub-qərbi Makedoniyadakı 9 min əhaliyə sahib bir qəsəbə. Resen Bitola və Oxrid arasında təxminən olaraq bərabər məsafədədir. Qəsəbə dəniz səviyyəsindən 880 metr yüksəkdə və Prespa gölü yaxınlığında yerləşir. Resen eyni zamanda Prespa gölündəki tək şəhərdir və Resen Bələdiyyəsinin mərkəzidir. Köhnə İliryalı Damastiyon şəhəri Resen'n yaxınlığında ola bilər.
Rəsulzadə (qəsəbə)
Məhəmməd Əmin Rəsulzadə (əvvəlki adı: Kirov) və ya qısaca Rəsulzadə — Azərbaycan Respublikasının Bakı şəhərinin Binəqədi rayonunun inzibati-ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Binəqədi rayonunun Kirov qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Kirov şəhər tipli qəsəbə M. Ə. Rasulzadə şəhər tipli qəsəbə, Kirov qəsəbə inzibati-ərazi vahidi M. Ə. Rasulzadə qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Rəsulzadə qəsəbəsi Binəqədi rayonunun mərkəzində, Abşeron yarımadasının qərb hissəsində yerləşir. Qəsəbənin bundan əvvəlki adı "Kirov" qəsəbəsi olmuşdur. Kirov qəsəbəsi 26.02.1936-cı ildə Bakı şəhərinin Kirov rayonunun tərkibində Kirov qəsəbəsi kimi qeydə alınmış, 10.11.1937-ci ildə həmin qəsəbə mərkəz olmaqla Kirov qəsəbə Sovetliyi (inzibati ərazi dairəsi) yaradılmışdır. 05.10.1999-cu ildən isə həmin qəsəbə Məhəmməd Əmin Rəsulzadənin şərəfinə Rəsulzadə qəsəbəsi adlandırılmışdır. Qəsəbə əhalisinin rəsmi sayı (qeydiyyatda olan) 52300 nəfər, qeyri rəsmi isə (qeydiyyatsız yaşayan) 70000-nə yaxındır. Ərazisi 12 kv km-dir. Qəsəbənin inzibati ərazisində 109 küçə, 3 yaşayış massivi ("Vorovski", "Xutor", "Baksol") və 8323 ev təsərrüfatı mövcuddur. Qəsəbə ərazisində 5 orta təhsil məktəbi (99, 100, 143, 30, 115), 5 məktəbəqədər müəssisə ("Sahil", "Delfin", 77, 90 və 211 saylı) fəaliyyət göstərir.
Sabunçu (qəsəbə)
Sabunçu — Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbə. Bakının ən qədim kəndlərindən sayılır. Vaxtilə Sabunçu Bakının əsas sənaye istehsalı və neft mərkəzlərindən biri idi. AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən qəsəbədə təxminən 31.4 min nəfər əhali yaşayır.
Sahil (qəsəbə)
Sahil (əvvəlki adı: rus. Примо́рск; Primorsk; Dənizkənarı) — Azərbaycanın Qaradağ rayonunda şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Bakı şəhərinin Qaradağ rayonunun Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Dənizkənarı şəhər tipli qəsəbə Sahil şəhər tipli qəsəbə, Dənizkənarı qəsəbə inzibati-ərazi vahidi Sahil qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. Qəsəbə dəniz sahilində yerləşdiyi üçün belə adlandırılmışdır. Sahil qəsəbəsində 1949-cu ilə qədər balıq vətəgəsi olub. Qəsəbənin yaranma tarixi 1949-cu ildə Qaradağ Sement Zavodunun tikintisi ilə bağlıdır. Belə ki, həmin dövrdə Keşlə qəsəbəsində yerləşən sement zavodunun Bakı şəhərinin mərkəzindən Qaradağ Dəmir Yolu stansiyasının yaxınlığına köçürülməsi qərara alınmışdır. Zavodun tikintisi və gələcək fəaliyyəti ilə əlaqədar dənizin kənarında ilk yaşayış evləri tikilmiş, 1951-ci ildə zavodun I və II texnoloji xətləri işə salınmış və 1952-ci ildə Sahil qəsəbəsi inzibati ərazi vahidliyi kimi təşkil olunmuşdur. Qəsəbə Xəzər dənizi sahilində yerləşir. Küləkli, az rütubətli havası var.
Susami (qəsəbə)
Susami (すさみ町, Susami-chō) — Yaponiyanın Vakayama prefekturasının Nişimuro qəzasında yerləşən qəsəbə. 1 avqust 2014-cü ilin məlumatına görə qəsəbənin əhalisi 4.291 nəfər, əhali sıxlığı hər km2-da 24,56 nəfər təşkil edir. Qəsəbənin sahəsi 174,71 km2-dır. Qəsəbənin Honşu adasının Kansai regionunda, Vakayama prefekturasının Nişimuro qəzasında yerləşir. Qəsəbənin Kuşimoto, Kozaqava və Şirahama qəsəbələri ilə qonşudur.. 2014-cü ilin məlumatına görə qəsəbə əhalisi 4.291 nəfərdir, hər km² ərazidə 24,56 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi: Qəsəbənin simvolik ağacı kastanopsis, simvolik çiçəyi Crinum asiaticum, simvolik quşu yapon ağgözüdür.. Susami qəsəbəsinin sahil hissəsində qəsəbənin poçt sisteminin rəsmi hissəsi olan sualtı poçt qutusu yerləşir. Bu poçt qutusu dünyada ən dərində yerləşən sualtı poçt qutusu (10 metr) olduğundan Ginnesin Rekordlar Kitabına düşmüşdür. Deyilənə görə, ən işlək vaxtda bu poçt qutusuna gündə 200 məktub çatdırılır.
Səngəçal (qəsəbə)
Səngəçal – Azərbaycanın Qaradağ rayonunda qəsəbə. Əslində bu yerin adı Səngəçal deyil, Səngəçar olmalıdır. Bölünən söz olub "Səngə" (sənə) və "çar" vurğularında özünü göstərir. Bu sözlər də ayrı-ayrılıqda böyük mənalar daşıyır. İlk baxışda Səngəçal mənası ilə ad çaxmaq daşına bağlanır. Səng - daş, 2-ci mənası səngi - məhək sınaq daşı (qoşa mənasında, yəni qızılı, gümüşü yoxlayan daş), 2-ci mənası - sınaq daşı, 3-cü mənası səngi - sitəm, daş kimi ağır dərd. Bu baxımdan, bəsit formada Səngəçal çaxmaq daşı olan yer mənasını daşıyır (Bax. ə.f. lüğ. səh.
Vəndam qəsəbə
Vəndam — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Vəndam kənd inzibati ərazi vahidi tərkibindəki Vəndam kəndinə qəsəbə statusu verilmiş, Vəndam kənd inzibati ərazi vahidi Vəndam qəsəbə inzibati ərazi vahidi adlandırılmışdır. Oykonimin tərkibindəki vən göyrüş ağacının ikinci adıdır. Yerli məlumata görə, bu oykonim "vən (göyrüş) ağacından tikilmiş dam" mənasındadır. Qalaüstü yeri — VI–IX əsrlərə aid arxeoloji abidə. Vəndam qalası Qəsəbə rayon mərkəzindən 12 km cənub-şərqdə, Qəbələ-İsmayıllı şose yolunun kənarında, Vəndam çayının sol sahilində, Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. Təbiəti mülayimdir. Vəndam qəsəbəsində dağın ətəyində Yeddi gözəl şəlaləsi vardır. Burada yeddi şəlalə olmasa da yeddi mərtəbə vardır. Rayondakı əksər turizm obyektləri də bu qəsəbədə fəaliyyət göstərir.
Xanlar (qəsəbə)
Ağdağ (əvvəlki adı: Xanlar) — Azərbaycan Respublikasının Göygöl rayonunun inzibati ərazi vahidində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Göygöl rayonunun Göygöl şəhər inzibati ərazi dairəsi tərkibindəki Xanlar qəsəbəsi Ağdağ qəsəbəsi adlandırılmışdır.
Mədrəsə (qəsəbə)
Mədrəsə — Azərbaycan Respublikasının Şamaxı rayonunun inzibati ərazi vahidində qəsəbə. == Tarixi == Şamaxı r-nu Mədrəsə qəsəbəsi i.ə.d.-də qəsəbə. Rayon mərkəzindən 7 km cənub-qərbdə, Ləngəbiz silsiləsinin ətəyindədir. 19 əsrdə Şamaxı qəzasının Qoşun sahəsində Mədrəsə kəndi (483 ailə, 2774 nəfər) qeydə alınmışdır. Qədim yaşayış məntəqələrindən olan kəndin adı ehtimal ki, bu ərazidəki dini məktəbin adındandır. Mədrəsə ərəb dilində "tədris müəssisəsi, məktəb" mənasındadır. Keçmişdə Mədrəsə kəndinin ətrafı, oradakı Cümə məscidinin malikənəsi vəqf torpağı olmuşdur. Hazırda kənddə Qərbi Azərbaycandan köçürülənlər yaşayırlar. == Mədəniyyət == Tam orta məktəb, klub, kitabxana və tibb məntəqəsi var. == Din == Qəsəbədə Mədrəsə qəsəbə məscidi dini icması fəaliyyət göstərir.