Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qabıqlı çayyovşanı
Myricaria germanica (lat. Myricaria germanica) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin yulğunkimilər fəsiləsinin çayyovşanı cinsinə aid bitki növü. Krım, Qafqaz, Orta Asiya, Qərbi və Şərqi Sibir, İran, Himalay və Şimali Çində təbii arealı vardır. Qoca budaqların qabığı bozumtul-qonur, birillik zoğların qabığı sarımtıl-yaşıldır. Yarpaqları xətvarı-uzunsov, xırdа, uzunluğu 1,5-5 mm, eni 0,5-1 mm, biz, bir az içəriyə burulmuş, bünövrəsi enli, oturaq, rəngi göyümtül-yaşıldır. Çiçək salxımları yan, illik budaqlardа inkişaf edir. Çiçək salxımları sıx, sünbülvarı, uzunluğu 5-10 sm, eni 1-1,3 sm olub, bünövrəsi çoxsaylı, enli, yumurtavarı, küt pulcuqludur. Çiçək saplaqlarının uzunluğu 2-3,5 mm-dir. Çiçəkaltlıqları yumurtavarı, ellipsvarı, uzunluğu 5–10 mm, eni 2–5 mm-dir. Çiçəkaltlıqlarının orta hissəsi enli, kənarları bütöv, ucu kütdür.
Aşınma qabığı
Aşınma qabığı — litosferin üst hissələrində (əsasən aerasion zonada) aşınma amillərinin təsiri altında maqmatik, metamorfik və çökmə süxurların dəyişilməsi nəticəsində əmələ gələn süxurlar kompleksi. Səth sularının daha dərinə süzülməsi (filtrasiya) üçün münasib şərait (süxurların kontaktı, parçalanma zonaları üzrə və b.) olduqda aşınma qabığı alt sərhədi aerasiya zonasından aşağı enir. Aşınma qabığı anlayışına ilkin süxur quruluş əlamətlərini saxlayan tipik elüviumdan başqa, həmçinin aşınma zamanı mad-dənin şaquli yerdəyişməsi nəticəsində bu əlaməntləri itirmiş elüvium törəmələri də (məsələn, əhəngdaşıları, halogen süxurlarının aşınması nəticəsində əmələ gələn elüvium, həmçinin bəzi infiltrasion törəmələr) aid edilir. Fiziki və biokimyəvi proseslər nəticəsində əmələ gələn aşınma qabığı ayrılır. İlkin süxurların dəyişmə dərəcəsi və xüsusiyyətindən asılı olaraq, bir sıra geokimyəvi qabıq tipləri ayrılır: laterit, sialit, oksidləşmiş filiz, qırıntılı və b. Ən çox yayılmış mineraloji aşınma qabığı növlərinə cipsit, kaolinit, montmorillinit, oksidləşmiş sulfid filizləri, sulfat və b. aid edilir. Aşınma qabığı litosferin üst hissəsində, ana süxurların əsasən öz yerlərində fiziki, kimyəvi və bioloji aşınma və denudasiya nəticəsində əmələ gələn, kövrək təbəqədən ibarət geoloji formasiyaya deyilir. Əmələgəlmə dövrünə əsasən, aşınma qabığı iki yerə ayrılır: müasir qədim == Mənbə == fiziki aşınma kimyəvi aşınma üzvi aşınma Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press.
Nüvə qabığı
Nüvə qabığı — Nüvə membranı olaraq da bilinən nüvə qabığı, eukarotik hüceyrələrdə genetik materialı olan , nüvəni əhatə edən iki qatlı membrandan ibarətdir. Nüvə iki lipid membrandan ibarətdir: daxili nüvə membranı və xarici nüvə membranı. Membranlar arasındakı boşluğa perinukliyar boşluq deyilir. Ümumiyyətlə eni təxminən 20–40 nm-dir. Xarici nüvə membranı endoplazmik retikulumun membranı ilə davam edir. Nüvə zərfində materialların sitozol və nüvə arasında hərəkət etməsinə imkan verən bir çox nüvə məsamələri vardır. Nüvə qabığı iki lipid cərgəsi olan iki qatlı membrandan ibarətdir. Bu membranlar nüvə məsamələri ilə bir -birinə bağlıdır. İki ədəd ara lif dəsti nüvə qabığına dəstək verir. Daxili şəbəkə daxili nüvə membranında bir nüvə plitəsi meydana gətirir.
Yer qabığı
Yer qabığı — Yerin bərk cisminin səth təbəqələri kompleksidir. "Qabıq" ifadəsi XIX əsrdən qalmışdır. O zaman Pyer Simon Laplasın kosmoqonik və Eduard Züssün geoloji fərziyyələrinə əsasən belə hesab olunurdu ki, Yer qızmar maddədən əmələ gəlmişdir. O, soyuyan zaman səthində bərk qabıq yaranmışdır. Materiklərin və okeanların altında yerləşən Yer qabığı həm quruluşuna, həm də qalınlığına görə fərqlənirlər: Ona görə də materik və okean tipli Yer qabığını fərqləndirmək qəbul olunmuşdur. Müasir elm hesab edir ki, Yer qabığı mantiyadan ayrılmışdır. Eyni zamanda mantiyanın differensasiyası prosesində su ayrılmışdır, müasir vulkan lavalarında olduğu kimi bazalt maqmasının həcminin 7-8 %- ni təşkil etmişdir . Yerdə ilk mərhələdə soyuyan planetin səthində nazik bazalt qabığı əmələ gəlmişdir. Onu ay qabığı adlandırırdılar. Bazalt qabığın səthində temperatur 100 °C- dən yüksək idi.
Elektron qabığı
Atomun elektron qabığı — elektronların ən çox tapıldığı, baş kvant ədədi n ilə eyni qiymətə malik olduğu və nəticədə yaxın enerji səviyyələrində yerləşdiyi məkan sahəsi. Hər bir elektron qabığında elektronların sayı müəyyən maksimum dəyəri keçə bilməz. Elektron qabıqların doldurulma qaydası (baş kvant ədədinin eyni dəyəri olan orbitallar) Kleçkovski qaydası, bir alt səviyyə daxilində orbitalların doldurulma qaydası (baş kvant ədədi n və orbitalın eyni qiymətləri olan orbitallar) ilə müəyyən edilir. elektronlarla kvant sayı l ) Hund qaydası ilə müəyyən edilir. === Hər bir qabıqdakı elektronların sayı === Bu miqdar düsturla hesablanır: 2 N 2 {\displaystyle \mathrm {2} N^{2}} , burada N qabıq nömrəsidir.
Materik yer qabığı
Materik yer qabığı — Yerin materik hissələrini əhatə edən qabıq. Bu qabıq çökmə, qranit və bazalt qatlardan ibarətdir. Orta qalınlığı 35 - 45 km -dir. Maksimal qalınlıq isə 75 km-dir (dağlarda) Materik qabığından fərqli olaraq okean yer qabığı nazik və tərkibcə fərqlidir. Materik yer qabığı planetin 40 % -ni əhatə edir. Həcm baxımdan isə 70 %-ni təşkil edir. == Quruluşu == Üç qatdan ibarət olan materik qabığının üst qatı - çökmə qat çökmə süxurlardan təşkil olunub. Böyük qalınlığa malik olmasa da hər yerdə geniş yayılıb. Materik yer qabığının əsas hissəsini qranit və qneyslərdən ibarət olan qranit qat təşkil edir. Qranit qat aşağı sıxlığa malikdir.
Okean yer qabığı
Okean yer qabığı — Yer qabığı tipi olub okean ərazilərini əhatə edir. Okean yer qabığı planet səthinin 56 % - ni əhatə edir və onun başlıca cəhəti az qalınlığa (orta hesabla 5 –7 km -ə yaxın) malik olmasıdır. Lakin belə nazik qabıq da öz-özlüyündə iki qata ayrılır. Bu qatın qalınlığı okean çuxurları süxurlarında 1 km-dən 15 km-dək, qitə yaxınlığında isə 15 km-dək və daha çoxdur. Okean çuxurlarında çöküntülər, adətən, gillərdən, silisimlu və əhəngli lillərdən təşkil olunur. Okeanların çökmə qatından uzununa seysemik dalğaların keçmə sürəti 2–5 km/san-dir. Okean dərinliklərindəki ən qədim çöküntülərin yaşı 180 milyon ildən artıq deyildir. Belə bir təsəvvür yarana bilər ki, mezozoy erasının ortalarına kimi Yer üzündə, ümumiyyətlə, okean olmamışdır. Lakin bu heç də belə deyildir. Okean qabığının bu qatı, ümumiyyətlə, sualtı vulkanların püskürmə məhsulları olan bazaltdlardan təşkil olunmuşdur.
Qayğısız əkizlər (film, 1997)
Qayğısız əkizlər (hind: जुड़वा; Rom: Judwaa; Azərbaycan dilinə tərcüməsi: “Əkizlər”) hind dilində çəkilmiş, 7 fevral 1997-ci ildə kinoteatrlarda nümayiş etdirilmiş hind romantik komediya filmidir. Ceki Çanın Əjdaha Əkizləri filminin əsasında 1994-cü ildə Teluqu dilində çəkilmiş “Salam Qardaş” filminin remeykidir. (1994).
Gorillaz: Layiqsiz kumirləri rədd edin
Gorillaz: Layiqsiz kumirləri rədd edin (ing. Gorillaz: Reject False Icons) — 2019‐cu ildə ekranlara çıxan Böyük Britaniya musiqili-sənədli filmi. == Məzmun == Filmdə virtual qrup Gorillaz-ın 2015–2018-ci illərdə lentə alınan eksklüziv görüntüləri təqdim edilir. Filmdə Deymon Albarn və onun komandasının səsyazma studiyalarındakı maraqlı mahnı yazma prosesi, o cümlədən "Humanz" və "The Now Now" albomları üzərində işi, eləcə də konsert turlarının pərdəarxası görüntüləri əks olunub. == Rollarda == Deymon Albarn Remi Kabaka Cr.