QAYĞISIZ

sif.
1. Fikri, qayğısı olmayan, heç bir şeyin fikrini, qeydini çəkməyən; fikirsiz, laqeyd.
[Kərim xan] Tehranın boşalmış küçələrinə tamaşa edir, qayğısız bir adam kimi yavaş-yavaş yeriyirdi. M.İbrahimov.

2. Qəmsiz, kədərsiz, dərdsiz. Qayğısız adam heç kəsin dərdini çəkməz.
– Bu qayğısız (z.) yaşamağı, əlqərəz; Bir şey ilə etmək olarmı əvəz? A.Səhhət.
[Bəypolad:] Qayğısız bir həyatı, əcəba, hansı qız istəməz? H.Cavid.
Qüdrət bu sözləri də adəti üzrə qayğısız bir təbəssümlə qarşıladı. M.Hüseyn.

3. Himayəsiz, kimsəsiz, baxımsız.
Övlad özü də qayğısız qaldığını güman etməməlidir. S.Rəhimov.

Sinonimlər (yaxın mənalı sözlər)

  • QAYĞISIZ qayğısız bax 1. qəmsiz; 2. arxayın 1
  • QAYĞISIZ qəmsiz — kədərsiz — dərdsiz
  • QAYĞISIZ fikirsiz — laqeyd
  • QAYĞISIZ himayəsiz — kimsəsiz — baxımsız
QAYĞILI
QAYĞISIZCA
OBASTAN VİKİ
Qayğısız əkizlər (film, 1997)
Qayğısız əkizlər (hind: जुड़वा; Rom: Judwaa; Azərbaycan dilinə tərcüməsi: “Əkizlər”) hind dilində çəkilmiş, 7 fevral 1997-ci ildə kinoteatrlarda nümayiş etdirilmiş hind romantik komediya filmidir. Ceki Çanın Əjdaha Əkizləri filminin əsasında 1994-cü ildə Teluqu dilində çəkilmiş “Salam Qardaş” filminin remeykidir. (1994).

Digər lüğətlərdə

забве́ние загриппова́ть заклёвывать ирис листвя́к псаммофи́ты распи́хиваться черного́рцы актива́ция доброхо́тство лимити́рование притесне́ние раскиса́ть смолёвка сощу́рить сы filar romancical rouge Slavo- ведомо всяко напичкать обжимать расшивать