Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Əhməd Mithəd Qalabalıq
Əhməd Mithəd Qalabalıq (türk. Ahmet Mithat Kalabalık; 1878, Konstantinopol – 30 yanvar 1953) — Türkiyə siyasətçisi . İstanbul Universitetinin hüquq fakültəsinin məzunudur. Bir çox dövlət vəzifəsində çalışmışdır. Ailəli olmuşdur, üç övladı olmuşdur. Şeyx Səid üsyanı başlayanda Diyarbəkir valisi olmuşdur. O, qiyam zamanı Diyarbəkir millət vəkili olmuş Feyzi Riceçioğlu və ailəsinin köməyi ilə qiyamı müvəffəqiyyətlə yatırmışdır. 24 dekabr 1927–11 iyul 1928-ci il tarixlərində qısa müddət İstanbul valisi olmuşdur. O, 6 ay 17 gün vali vəzifəsində çalışmışdır.
Alabalıq
Alabalıq (digər adı: forel) — qızılbalıqlar fəsiləsinə aid olan balıq cinsi. Alabalıq bulaq mənşəli dağ çaylarının və göllərinin daimi sakinləridir. Onlara şəffaf suyu və dibi daşlı olan bütün dağətəyi çaylarda da rast gəlmək olur. Azərbaycan ərazisində forellər Böyük və Kiçik Qafqaz sıra dağlarından, eləcə də Talış dağlarından süzülən bulaq mənşəli çaylarda yayılmışdır. Hər bir çayda yaşayan balıq öz rənginə, biololi və həmçinin bəzi morfoloji xüsusiyyətlərinə görə bir-birindən fərqlənirlər. Lakin bütün çaylarda yaşayan alabalıqlar üçün bədəndə əlvan xalların olması xarakterikdir. Çayların dibinin vəziyyətindən asılı olaraq balıqların rəngi də dəyişə bilir. Əgər çayın dibi açıq rəngli daşlardan təşkil olunmuşdursa, onda balığın da rəngi açıq olur, əgər daşlar tutqun rəngdədirsə balığın rəngi də tünd rəngdə olur. Bütün alabalıqlar üçün ən xarakter xüsusiyyət onların soyuq suya və oksigenə hədsiz tələbkar olmalarıdır. Belə ki, suda istilik 15-18°C, oksigenin miqdarı isə 1 litr suda 7-8 sm3 olduqda alabalıqlar özlərini yaxşı hiss edir, yaxşı qidalanır və böyüyürlər.
Alabalıq kababı
Kalafalıq
Kalafalıq — Azərbaycan Respublikasının Laçın rayonu Vağazin kənd inzibati ərazi dairəsində kənd. 1992-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. 1 dekabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin nəzarətindədir. Həmçinin Kalafalıq kəndi Azərbaycan Respublikasında öz turş alçaları ilə məşhurdur. Kalafalıqla bərabər beş kəndin sovetliyinin kolxoz sədri Verdiyev Sadıq öz igidliyi, səxavətliyi, vətənpərvərliyi ilə ad qazanmışdır. Kalafalıq əhalisi, həmçinin indiki Türkiyə ərazisindən XVIII əsrdə gəldiyini iddia edir. Eyni zamanda bunun doğru olduğunu isbat edən tarixçilər və faktlar da var. Səlcik nəslinin əslinə gəldikdəysə, Şahavat bəyin ( hansı ki Türkiyə ərazisində gələn o şəxs) iki oğlu olur. Oğullarından biri Bülövlük kəndindən olan, bəy qızı-Səlcik xanımla evlənir. Təssüf ki, Səlcik xanımın yoldaşı gənc yaşda vəfat edir.
Kalatalıq
Kalatalıq — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun inzibati ərazi vahidində kənd. Heç bir Azərbaycan saytında bu adla qeyd olunmadığından bu kəndin ad dəyişikliyinə məruz qaldığı və ya artıq mövcud olmadığı ehtimal edilir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ atəşkəs bəyənatına əsasən 25 noyabr 2020-ci ildə Kəlbəcər rayonunun digər məntəqələri ilə birlikdə işğaldan azad edilmişdir.
Xarabalıq kələzi
Xarabalıq kələzi (lat. Trapelus ruderatus) — Düzənlik kələzləri cinsinə aid növ. Kələzin quyruğu ilə birlikdə uzunluğu 10 sm təşkil edir. Orta uzunluğa malik olsa da, başı hündür və ensizdir. Boğaz nahiyyəsində kisəçik inkişaf etməmişdir. Bel nahiyəsində pulcuqlar ölçü baxımından bir-birindən fərqlənir. Pulcuqların ölçü fərqləri quyruqda belə görünür. Bütün quruq boyunca pulcuq yayılmışdır. Bədəni boz-mavi, sarı və sarı-qırmızı çalarlar alır. Boğaz nahiyyəsi ağ olsa da, sarı və ya mərmər şəkillərlə örtülür.
Qalabaşı (Əhər)
Qalabaşı (fars. قلعه باشي‎) - İranın Şərqi Azərbaycan ostanının Əhər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 84 nəfər yaşayır (15 ailə).
Xarabalıq yaşayış yeri
Xarabalıq yaşayış yeri (Culfa) —
Xarabalıq yaşayış yeri (Culfa)
Хаrаbаlıq yаşаyış yеri — Оrtа əsr аbidəsidir. О, Culfa rayonunun Ərəfsə kəndindən şimаl-şərqdə Əlincəçaylа Gəvikçayın qоvşаğındаn bir qədər yuхаrıdа yеrləşir. Аbidə şimаl-qərbdə Gəvikçay, cənub-şərqdə isə Əlincəçаyın ахdığı dərin dərə ilə məhdudlаşır. Yаşаyış yеrinin sаhəsi 1600 kv.m-dir. Оnun şərq hissəsində uçub tökülmüş tikinti qаlıqlаrı аydın nəzərə çаrpır. Lаkin binаlаr tаmаmilə dаğıdıldığındаn оnlаrın plаnını müəyyən еtmək mümkün оlmаmışdır. Yаşаyış yеrinin böyük bir hissəsi şumlаnаrаq əkin sаhəsi kimi istifаdə еdilmişdir. Lаkin yаşаyış yеrinin şərq tərəfi nisbətən sаlаmаt qаlmışdır. Bu hissədə оrtа əsrlər üçün хаrаktеrik оlаn çəhrаyı rəngli gil qаb sınıqlаrınа təsаdüf еdilir. Yаşаyış yеrində mədəni təbəqə оlduqcа аz sахlаnmışdır.
Xarabalıq yaşayış yeri (Şahbuz)
Xarabalıq yaşayış yeri — Şahbuz rayonunun Ağbulaq kəndinin şimal-şərqində erkən orta əsrlərə aid yaşayış yeri.