Lüğətlərdə axtarış.

Axtarışın nəticələri

OBASTAN VİKİ
Qanovuz
Qanovuz-al-əlvan ipək parça.Əsasən,Çərq ölkələrində geniş itehsal olunurdu.14-19 əsrlərdə Azərb-da da (Şamaxı, Gəncə,Basqal və.s.)yayılmışdı.İki növ vardır. yüngül,zərif növü bursa,ağır növü tafta adlanırdı. Keçmişdə Azərb.-da gəlinlik paltarı ı-dan da tikilrdi.Q.-un xalq arasında "şahi","ördəkboynu","səhər-axşam","al-yaşıl" və.s. adlarına təsadüf olunur. Hazırda, əsasən,Orta Asiyada istehsal olunur. Q.-dan yorğanüzü,xalat tikilir, çarşab,və.s.kimi istifadə edilir.
Rafal Qan-Qanoviç
Rafal Qan-Qanoviç (23 aprel 1932, Varşava – 22 noyabr 2002, Lyublin) — Lipka tatarı əsilli polyak hərbçisi, muzdlu döyüşçüsü, jurnalist, Polşa Milli Şurasının üzvü, siyasi və sosial aktivisti. Həyatını kommunizmlə mübarizəyə həsr etmiş və sürgünd yaşamışdır. == Həyatının erkən dövrü == Rafal Qan-Qanoviç 23 aprel 1932-ci ildə Varşavanın Vaver bölgəsində dünyaya gəlmişdir. Onun ailəsinin kökəni Reç Pospolita dövründə bölgəyə köçmüş tatarlardan idi. Onun atası bir müddət Fransa Xarici Legionunda xidmət etmiş, sonradan biznes qurmaq üçün Cənubi Amerikaya səyahət etmişdi. O, Braziliyada kauçuk plantasiyası və Argentinada mis mədəni qurmaq istəyirdi. Rafalın anası 1939-cu ilin sentyabrında Polşa nasistlər və bolşeviklər tərəfindən işğal olunan zaman həyatını itirmişdi. Bundan sonra Rafalın atası oğlunu Vaver bölgəsindən Varşavanın Zoliborz bölgəsinə aparmışdı. Onlar orada 1944-cü ilin avqust ayında baş vermiş Varşava üsyanına qədər yaşadılar. Üsyan zamanı atası onu və bir qadını zirzəmidə gizlədərək, döyüşməyə getmi.
Andre Qanon
Oleq Xanov
Oleq Zakiroviç Xanov (başq. Олег Закир улы Ханов; 11 avqust 1951, Kızqı, Başqırd MSSR) — Rusiya teatr və kino aktyoru, səhnə rejissoru. Stanislavski Mükafatı laureatı, Başqırdıstan MSSR xalq artisti, RSFSR-nin əməkdar artisti. Professor, Petrovsk Elmlər və Sənətlər Akademiyasının müxbir üzvü (2005). Rusiya Federasiyası Dövlət Mükafatı laureatı. 2012-ci ildən Məjit Qafuri adına Başqırdıstan Akademik Bəddi Dram Teatrının rəhbəri. == Həyatı == Xanov Oleq Zakir oğlu Başqırd Muxtar Sovet Sosialist Respublikasının Arxangelsk rayonunun Kızqı kəndində anadan olub. 1973-cü ildə Zaqir İsmaqilov adına Ufa Dövlət İncəsənət İnstitutunu bitirib. Oleq Xanov 15 il Başqırd Akademik Teatrında çalışıb. Ufada M.Qafuri adına Respublika Gənc Tamaşaçılar Teatrında dörd il rəhbər olub.
Qamov burnu
Qamov burnu — Rusiya, Primorsk diyarı, Qamov yarımadasının cənub-şərqində yerləşən burun. == Təsviri == Burun ilk dəfə 1854-cü ildə «Pallada» freqatında kəşf edilmişdir. Burun isə onu ilk dəfə görmüş Dimitri Qamovun şərəfinə adlandırılmışdır.
Qamov yarımadası
Qamov yarımadası — Rusiya Federasiyasının Primorsk diyarı ərazisində yerləşən yarımada. Yarımada coğrafi baxımdan Primorsk diyarının cənub-qərb sahillərində yerləşir. Sahillərini Yapon dənizinin suları yuyur. Qamov yarımadası Böyük Pyotr körfəzinin şərq sdahillərində qərarlaşır. Vityaz və Alekseevka buxtalarını Astafeva və Telyakovski buxtalarından ayırır. Yarımadanın şərq sahillərində Spaseniya buxtası yerləşir. Yarımadada Qamov burnu vardır ki, oda yarımadanın ən cənub nöqtəsini təşkil edir. Burunda mayak fəaliyyət göstərir. Yarımadada yerləşən digər burunlar:Babkin, Şuls (yarımadanın qərb nöqtəsi), Telyakovski, Astafev (yarımadanın ucqar qərb nöqtəsi). yarımadada çoxlu sayda elədə uzun olmayan axarlar vardır.Yarımadanın relyefi əsasən dağlıqdır.
Yanov pendiri
Yanov pendiri (latış. Jāņu siers‎) və ya karavay pendiri (latış. ķimeņu siers‎) — zirə bitkisi əlavə olunan turş südlü pendiri, Latviya mətbəxinin ənənəvi yeməyidir, Yanov günü üçün hazırlanır. Pendir, Aİ-nin coğrafi yerini göstərən milli məhsulların reyestrinə daxil edilmişdir.Yanov pendiri ilk dəfə 1796-cı il tarixli yemək kitabında qeyd olunub: "Latviska pavāru grāmata; muižas pavāriem par mācību visādus kungu ēdienus gārdi vārīt un sataisīt". Yanov pendiri adı altında Latviyada yalnız altı şirkət pendir istehsal etmək hüququna (sertifikatlaşdırma) malikdir, onlar "Valmieras piens", "Dundagas pienotava", "Lazdonas piensaimnieks", "Rankas piens" və "Straupe" и "Jaunpils pienotava" şirkətləridir. == Hazırlanması == Pendirin əsas maddələri kəsmik və təzə süddür, lakin digər məhsullar da əlavə oluna bilər. Ənənəvi olaraq, pendirə zirə bitkisi əlavə olunur. Süd qaynadılır və ona hissələrə kəsmik əlavə edilir. Qarışıq süd pıhtılaşana və zərdab yaranana qədər qarışdırılır və qızdırılır. Zərdabı töküllər, pendir kütləsini isə sıxırlar.
Krasimir Genov
Anzov
Anzov — Azərbaycan Respublikasıınn Yardımlı rayonunun inzibati ərazi vahidində kənd. Anzov Yardımlı rayonunun Hamarkənd inzibati ərazi vahidində kənd. Peştəsər silsiləsinin yamacındadır. Yerli əhali bu adı Anzo kimi tələffüz edir. Kəndin keçmış adı Zivirs olmuşdur. XIX əsrin ortalarında aparılan araşdırmalara görə, kənddə cəmi beş ailə olmuşdur. Mütəxəssislərin fikrincə, anzol anzol Talış dilində "iki yarğan arasında kicik torpaq sahəsi" deməkdir. Lakin Qafqazda Andzav şəklində qeydə alınmış dağın adı "dar, çətin keçilən; mağara" kimi izah olunur. Tacikistanda, Hissar silsiləsindəki Anzob aşırımının adı da həmin məna ilə bağlıdır. == Tarixi == Anzov Yardımılı rayonunun böyük kəndlərindən biridir.
Banos
Banos de Akva Santa (İspanca tələffüz: [ˈbaɲoz ðe ˈaɣwa ˈsanta]) və ya qısaca Banos — Ekvadorun mərkəzində, Tunquraua əyalətində yerləşən şəhər. Əhali baxımında Tunquraua əyalətinin Ambato şəhərindən (paytaxtıdır həmçinin) sonra ən böyük ikinci şəhəri və əsas turizm mərkəzidir. Şəhər cəngəlliyin və Amazon hövzəsini şəhərlərinin yaxınlığındakı dağlarda yerləşdiyindən "Amazonun darvazası" kimi tanınır. Banos şəhəri Tunquraua vulkanının şimal yamacında, 1820 metr yüksəklikdə yerləşir. Tunquraua vulkanının aktivliyi dövridir. Banos şəhərindən vulkandan çıxan lavaları və külü görmək olar. Vulkan Milli Politexnik Məktəbinin Geofizika İnstitutu tərəfindən öyrənilir. == Etimologiya == "Baños de Agua Santa" ispan dilində "Müqəddəs su hamamları" deməkdir. Belə ki, şəhərin ətrafında terman bulaqlar yerləşir. Bu bulaqlar tərkibindəki minerallara görə müalicəvi xüsusiyyətlərinə görə tanınır.
CANTV
CANTV ( BVC : ) Venesuelada dövlət telefon və internet provayderidir. Ölkədə 1930-cu ildə qurulan ilk telefon xidməti müəssisələrindən biri idi. Venesuelada ən böyük telekommunikasiya provayderi, 1991-ci ildə özəlləşdirildi və 2007-ci ildə Ugo Çavez tərəfindən yenidən milliləşdirildi. Cantv şirkətinin müştəri bazası 9 May 2008-ci il tarixinə 10,1 milyon mobil abunəçi idi, 5,2 milyon sabit telefoniya abunəçisinə və 1,000,000 genişzolaqlı abunəçiyə sahibdir. == Başlanğıcı == 1930-cu ildə Gomez hökuməti "Ministerio de Fomento", Felix A. Guerreroya federal dairədə və ittifaq dövlətlərində telefon şəbəkəsinin qurulması və fəaliyyət göstərməsi üçün imtiyaz verdi Bu şirkətin səhmdarı anuel Perez Abascal, təşəbbüskar və vəkil olan Alfredo Damiron ilə 20 iyun 1930-cu ildə Venesuela Compañía Anonima Nacional Telefonosu (CANTV) şirkətini qeydiyyatdan keçirdi. == Həmçinin bax == Venesuela Telekommunikasiya Telekommunikasiya tarixi == İstindalar == == Xarici keçidlər == Cantv (Korporativ sayt, virtual ofis) Cantv.net (Portal) Movilnet Caveguías Arxivləşdirilib 2018-09-29 at the Wayback Machine Forbes Global 2000 (2007) Venezuelanalysis.com , 15 mart 2010, Venesuela-nın CANTV: 21-ci əsrdə "sotsialist" bir telekommunikasiya şirkəti nə gözləyir?
Canon
Canon Inc. (yap. キヤノン株式会社) — mərkəzi Yaponiyada yerləşən şirkət. Optik məhsulları, tək linza güzgü fotoaparatı və rəqəmli kameraları, printer ve skaner alətləri ilə tanınır. == Tarixi == Takeshi Mitarai, Goro Toshida, Saburo Uchida və Takeo Maeda Canon Inc. şirkətinin əsasını qoymazdan əvvəl 1937-ci ildə "Precision Optical Instruments Laboratory" (Həssas Optik Alətlər) şirkətini qurmuşdu. 1933-cü ildə Yaponiyada əsası qoyulan Canon şirkəti öz işinə Tokioda Takikavaya (Takekawaya Building) binasındakı birotaqlı optik laboratoriyadan başlamışdır. Laboratoriyanı 1933-cü ildə Qoro Yosida (Goro Yoshida) kürəkəni Saburo Utida (Saburo Uchida) ilə birgə yaratmışdı. 1934-cü ildə onlar ilk məhsulları olan 35 mm-lik fotokameranı yaratmağa nail olmuşlar. Yosida kameranı budda rəhmdillik allahının şərəfinə Kvanon (Kwanon) adlandırmışdır.
Dankov
Dankov — Rusiya Federasiyasında yerləşən şəhər, Lipetsk vilayətinə daxildir.
Daşnov
Daşnov (Vedi) — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Daşnov (Qafan) — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Qafan rayonu ərazisində kənd.
Denov
Denov (özb. Denov) — Özbəkistanın Surxandərya vilayətində şəhər. 27 yanvar 1958-ci ildə şəhər statusu alıb. == Coğrafiya == Denov Surxandərya vilayətinin quzeyində, Termezdən 150 kilometr aralı, dəniz səviyyəsindən 520 metr yüksəklikdə yerləşir. Surxandərya çayının qolu olan Qızıl-Su çayı Denovun içindən axır. Habelə Denov Xalçayan və Dəlvərzintəpə arxeoloji abidələrinə ən yaxın şəhərdir. == İqtisadiyyat == Əhalinin gəliri əsasən Tacikistanla sərhədyanı ticarət və kənd təsərrüfatı bitkilərinin yetişdirilməsindən əldə edilir. == Əhalisi == 2010-cu ilin məlumatlarına görə Denovda 97.196 nəfər yaşamaqda imiş. 2015-ci ildə əhalisi 114.090 nəfərə yüksəldi. Əhali baxımından Termezdən sonra Surxandərya vilayətində 2-ci ən böyük yaşayış yeri sayılır.
Aynov adaları
Aynov adaları (rus. Айновские острова) — Barens dənizinın Varanger-Fiord körfəzində yerləşir. İnzibati cəhətdən Murmansk vilayətinın Peçenq rayonu ərazisində yerləşir. Arxipelaq iki adadan ibarətdir Böyük Aynov və Kiçik Aynov. Srednıy yarımadasından 5 km şimalda yerləşir. Adalar arasında dərinliyi 17 metr olan boğaz vardır. Adalarda dəniz quşlar kütləvi şəkildə yuva qururlar. Adalar Kandalaş qoruğu ərazisinə daxildir. 1920–1944-cü illərdə ərazi Finlandiyaya məxsus olmuşdur.
Hanoy
Hanoy (vyet. Hà Nội, tı-nom 河内, çaylar arası şəhər) — Vyetnamın paytaxtı və ölkənin əhali sayına görə ikinci şəhəri. Vyetnamın əsas siyasi , təhsil və mədəni, ikinci sənaye mərkəzi ( Xoşimindəm sonra). 1902 - 1953-cü illərdə Fransa Hind-Çininin,с 1954 - 1976-ci illərdə — Şimal Vyetnamın paytaxtı. Xonqxa çayı sahilində yerləşir. Coğrafi koordinatları 21°02′ şm. e. 105°51′ ş. u.. Əhalisi — 6 448 837 nəfər (2009-ci il).
Harov
Harov — Azərbaycan Respublikasının Xocalı rayonunun Harov kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Dağətəyi ərazidədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycanın Horov kəndindən gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Tədqiqatçılara görə, İran dillərindəki hor (isti) və ov (su) sözlərindən düzəlmiş bu toponim "isti su" mənasındadır. 1992-ci ildən 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olub. 2005-ci ildə Dağlıq Qarabağda keçirilən əhalinin siyahıyaalmasına əsasən Harov kəndinin əhalisinin faktiki sayı 289 nəfər, qeydiyyatdakı əhalinin sayı 300 nəfər təşkil edirdi. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 10 Noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Harov kəndi Rusiya Sülhməramlı qüvvələrinin nəzarətinə keçmişdir.
Jdanov
Jdanov — soyad. Aleksandr JdanovAleksandr Jdanov (mühəndis) — Aleksandr Jdanov (professor) —Andrey JdanovAndrey Jdanov (inqilabçı) — Andrey Jdanov (futbolçu) —Yaşayış məntəqələriJdanov rayonu — Beyləqan rayonunun 1964-1969-cu illərdəki adı. Jdanov — Beyləqandakı Mil qəsəbəsinin keçmiş adı. Jdanov — Loru mahalında Qışlaq kəndinin dəyişdirilmiş adı. Jdanov — İrəvan quberniyasının Eçmiədzin qəzasında kənd.
Kamov
Kamov — Nikolay İliç Kamov və dostu N. K. Skrzhinskii tərəfindən 1929-cu ildə yaradılmış rotorlu təyyarə şirkəti. Helikopterə oxşamasına baxmayaraq rotorlu təyyarələrin arxa pəri olmur. 1929-cu ildən etibarən Kamov dizayn bürosu köhnə SSRİ zamanından müasir dövrə kimi hərbi məqsədli helikopter və rotorlu təyyarə istehsal edir.
Kanev
Kanev — Çerkassk vilayətində (Ukrayna) şəhər. == Tarixi == Müasir Kanev Ukraynanın Çərkəz vilayətində şəhərdir; əvvəlki adı Xan ev-Xanev, yəni "Xan şəhəri" deməkdir. Dneprin sağ sahilində liman, Taqança dəmiryol stansiyasından 45 km aralıda yerləşir. Xanevin adı tarix mənbələrində XII əsrdən çəkilir. Karamzin "Rus dövlətinin tarixi" əsərində Batı xanın hakimiyyəti illərində bu yerləri səyahətə çıxan italyan dövlətinin elçisi səfir Covanni de Polo Kartiniyə istinad edərək Kiyev yaxınlığında olan Xanev şəhərində moğolların yaşadığını göstərir. Qızıl Orda hökmranlığı dövründə dövlət məmurları olan xan baskaklarının (hərbi hakimləri) idarəsi yerləşən məntəqəyə çevrildi. (1239) Lakin Xanevin türk məskəni olma tarixi bundan daha qədimdir. Xanev tarixən poloves (qıpçaq) yurdu olmuşdur. Tarixi məlumatlardan aydın olur ki, şəhərin əhalisi döyüşkən, hərb işini sevən türk, qara klobuk, berendey və başqa türk qəbilələri hərbi-keşikçi sənəti ilə məşhur idilər; bu şəhər əsasən onların toplanış məntəqəsi idi. Belə ki, Xanevdə hərbi qüvvələr saxlanılırdı, şəhərdə türklərin möhkəm cəbbəxana ehtiyatı olarmış; buradan poloves çöllərinin dərinliklərinə aparan yollar və etibarlı strateji əhəmiyyətə malik olan Kanev uzun tarix boyunca keşikçi məntəqəsi rolu oynamışdı.
Kanop
Kanop (yun. Κάνωβος, lat. Canopus) — gəcdən hazırlanmış, qapağı insan ya da heyvan başı formasında olan ritual qab, Qədim Misirdə mumiyalanmaq üçün cəsəddən xaric edilmiş daxili orqanları saxlamaq üçün istifadə olunan küp. Daxili orqanlar çıxarılıb, yuyulub təmizləndikdən sonra Kanob balzamı (buna görə də küp kanop adlandırılmışdır) doldurulmuş qablara yığılaraq saxlanılırdı. Ən qədim kanop Hetenpheresin məzarından tapılmışdır. Hər bir mumiya üçün dörd kanop hazırlanırdı. Əsasən kanop qapaqları Horun dörd oğlunun şərəfinə onların baş fiqurları formasında hazırlanırdı: pavian başlı Hapi, insan başlı Amset, şahin başlı Kebexsenuf, çaqqal başlı Duamutef. Hər bir kanop müvafiq bir orqan üçün nəzərdə tutulmuşdur, beləki, Amset kanopunda qaraciyər, Duamutef kanopunda mədə, Kebexsenuf kanopunda bağırsaqlar və Hapi kanopunda isə ağciyərlər saxlanılırdı.
Maqov
Maqov — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. == Mədəniyyəti == Kənddə böyük mədəniyyət evi fəaliyyət göstərir. Mədəniyyət evində "Hudulki" folklor kollektivi yaradılmışdır. Bu kollektiv milli rəqslərin, milli musigi alətlərinin, milli mahnıların yaşamasına və gələcək nəslə çatdırılmasına xidmət edir. == Əhalisi == Kənddə əsasən avarlar yaşayır.Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır. == İnfrastruktur == 2015-ci ilin iyun ayının 17-də kəndə ilk dəfə olaraq təbii qaz verilmişdir. Kənd ərazisində, Zaqatala-Balakən dəmiryolu mənzilinin 151-ci km-də qatar platforması tikilir.
İmanov
İmanov — Azərbaycanlılara məxsus soyad. İman adının soyad formasıdır. Son illər soyadın İmanlı forması daha çox istifadə edilir. Amangəldi İmanov — qazax milli-azadlıq üsyanın təşkilatçısı, inqilabçı Lütfiyar İmanov — Azərbaycan opera müğənnisi Kamran İmanov — Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri, professor Lətif İmanov — fizik, Azərbaycan Elmlər Akademiyasının akademiki Davud İmanov — Rejissor, aktyor, ssenari müəllifi Tahir İmanov — aktyor, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü Cabir İmanov — Aktyor, "Parni iz Baku" KVN komandasının keçmiş üzvü Qalib İmanov — Tibb üzrə fəlsəfə doktoru Abbasağa İmanov — Operator Muxtar İmanov — Folklorşünaslıq sahəsində tanınmış Azərbaycan alimi Murad İmanov — Azərbaycanlı alim, riyaziyyat üzrə elmləri doktoru Nazim İmanov — Azərbaycan Respublikası Milli Məclisinin I çağırış deputatı, AMEA İqtisadiyyat İnstitutunun direktoru Rafil İmanov — riyaziyyatçı, əməkdar müəllim və pedaqoq Vasif İmanov — Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Qorxmaz İmanov — iqtisad elmləri doktoru, professor. Yusif İmanov — Azərbaycanlı futbolçu, qapıçı. Azərbaycan klublarından Sabahın şərəfini qoruyur.
İsnov
İsnov — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == İsnov oyk., sadə. Quba r-nunun Zərqava i.ə.v.-də kənd. Dağətəyi düzənlikdədir. İstinov adının təhrif formasıdır. Kəndin ərazisində müalicə əhəmiyyətli çoxlu min. bulaq var. Keçmişdə bu bulaqların yaxınlığında müalicə üçün hovuzu əvəz edən novlar düzəldilirdi. Bunun üçün çala qazılır, içərisi daşla hörülürdü. Bulaqların suyu arxla bu novlara doldurulur, kənarda qızdırılmış daşlar oraya tökülürdü.
Aleksandr İvanov
Aleksandr İvanov (cangüdən) — Heydər Əliyevin şəxsi mühafizəsinin keçmiş rəhbəri Aleksandr İvanov (rəssam) — Rus rəssamı. Aleksandr İvanov (rejissor) — SSRİ rejissoru. Aleksandr İvanov (güləşçi) — sərbəst güləşçi.
Amangəldi İmanov
Amangəldi İmanov (qaz. Аманкелді Үдербайұлы İmanov; d. 3 aprel 1873 – ö. 18 may 1919) — Qazaxıstanda qazax xalqının milli-azadlıq üsyanın təşkilatçısı və fəal iştirakçısı, kommunist, inqilabçı. == Həyatı == 1873-ci il aprelin 3-də Qazaxıstanda kasıb ailədə anadan olub.1916-cı ildə Turqay vila­yətində Amangəldi İmanovun baçılıq etdiyi üsyan, xüsusilə, fərqləndi. Üsyanın yatırılması üçün cəbhə xəttindən də əsgəri birliklər gətirməyə məcbur olurlar. Düşmənlə savaş üçün hazırlanmış əsgəri birliklər çar hökuməti silahsız təbəələrinin üzərinə yeridir. Mərkəzi quberniyalardan Qazaxıstana köçürülmüş ruslarda əsgəri birliklərə kömək etdiyindən Türküstanda onminlərlə dinc sakin öldürülür. Amangəldi İma­nov 1918-ci ildə Rusiya Kommunist (bolşeviklər) Partiyası sıralarına keçdiyindən Albi Jangildin­lə birlikdə Sovetlərin mövqeyini müdafiə etdi.
Antonio Kanova
Antonia Kanova (it. Antonio Canova; 1 noyabr 1757[…] – 13 oktyabr 1822[…], Venesiya[…]) — incəliklə işlədiyi çılpaq bədənlər təsvir olunan mərmər heykəlləri ilə məşhur olan italyan heykəltaraşı. Neoklassisizm tərzində hazırladığı əsərlər barokko heykəlinin teatr artıqlığından sonra klassik zərifliyə qayıdışı göstərir. Riçard Vestmakott və Con Qibson Kanovanın ingilis şagirləri arasındadır. == Həyatı == Antonio Kanova Venesiya Respublikasında Alp dağlarının ətəyində Asolo yüksəkliklərində yerləşən Possaqno qəsəbəsində anadan olmuşdur. Üç yaşında olarkən hər iki valideynindən ayrı düşüb, atası vəfat edib, anası isə başqası ilə ailə həyatı qurub. Ona babası və nənəsi baxıb. Atası və babası bənna idi, bu iş ailələrində illərdir davam edirdi. Kanovanın əli qələm tutan kimi babası ona rəsmxətin prinsiplərini öyrətməyə başladı. Babası həm rəsmxət, həm də memarlıq sahəsində biliyə malik idi, dekorasiya və layihələşdirmə işlərindən zövq alırdı.
GAMOH
GAMOH və ya Güney Azərbaycan Milli Oyanış Hərəkatı — İran azərbaycanlıları tərəfindən formalaşdırılmış millətçi təşkilat. hərəkatın əsas məqsədi İran azərbaycanlıları üçün öz müqəddəratını təyin etmə hüququnun həyata keçirilməsi və "Araz çayının hər iki sahilində yaşayan azərbaycanlıların birləşməsidir". Çöhrəqanlı 2020-ci ildə verdiyi müsahibədə hərəkatın 1995-ci ildə yaradıldığını bildirmişdir. == Yaradılması == Hərəkatın əsasını qoyan şəxs Mahmudəli Çöhrəqanlıdır. O, əvvəllər Təbriz Universitetində professor olaraq fəaliyyət göstərmiş və Təbriz meri vəzifəsinə olan seçkilərdə əsas namizədlərdən biri olmuşdur. Özü siyasətə 1995-1996-cı İran Milli Məclisinə keçirilən seçkilərə qatılması ilə başladığını bildirmişdir. O, seçkilərdə məqsədinin həm İran azərbaycanlılarının, həm də bütün İran türklərinin səsi olmaq olduğunu bildirmişdir. Milli Məclisə keçirilən seçkilərdə Təbrizdən namizəd olan Dr. Məhəmməd Çöhrəqanlı açıqladığı platformasında açıq bir şəkildə Azərbaycan türkcəsinin gücləndirilməsinə çağırış edirdi. Onun platformasında sadalanan məqsədlər arasına daxil idi:İslam milli mədəniyyətinin dirçəlişi, xüsusən də ədəbiyyatın, adət-ənənələrin və ana dilinin (Azərbaycan Türkcəsi) möhkəmləndirilməsi və dirçəldilməsi istiqamətində daimi fəaliyyət.Çöhrəqanlı sonradan 600 min səs almasına rəğmən, hüquqlarının tapdandığını və parlament yerinə, həbsə göndərildiyini bildirmişdi.2002-ci ildə CAMAH-da təşkilat daxili parçalanma baş vermiş və buna əsasın səsçoxluğu ilə Mahmudəli Çöhrəqanlı CAMAH-dan uzaqlaşdırılmışdır.
Qabon
Qabon (République Gabonaise) — Mərkəzi Afrikada dövlət. Paytaxtı Librevil şəhəridir. Fransanın keçmiş müstəmləkəsidir. Afrika qitəsində ən zəngin və stabil dövlət sayılır. Qabon ərazisində dünyada ən iri qalındərili tısbağa populyasiyası aşkar olunub. == Tarix == === Müstəmləkə dövrü === Qabonun ilk əhalisinin piqmeylər olduğu ehtimal olunur. 1471-1473 illərdə porquqallar Qabon sahillərinə çatdı. XVII VƏ XVIII əsrlərin başı Avropalılar zənci ticarətiylə birlikdə fil dişi və eboni ticarətinə yönəldi. 1843-cü ildə Fransa qəti olaraq Qabona yerləşdi. Şimal şərqdən gələn fransızlar yerli xalqı püskürdərək ərazini aldı.
Qaboy
Qoboy (alm. Oboe‎, fr. hautbois, hərfi mənası – hündür ağac) — ağac nəfəsli musiqi aləti. Konus formalı alət olub klapanlar sistemi ilə təchiz olunur. == Tarixçə == Qaboy hələ qədim zamanlardan, e.ə. III minillikdə "memet" adı altında mövcud olmuşdur. Qədim ney alətindən törəmişdir. XVIII əsrin I yarısından peşəkar musiqidə istifadə olunur. == Quruluşu == Ağacdan düzəldilir. 17-ci əsrin 2-ci yarısında Fransada yaranmışdır.
Qaloş
Qaloş — palçıqlı vaxtlarda kənd yerlərində geyinilən ayaqqabı növüdür. == Qaloş sözü necə yaranmışdır? == Bu söz dilimizə rus dili vasitəsilə gəlmişdir. Alimlər belə hesab edirlər ki, qaloş sözü alman dilindən fransız dilinə, oradan da rus dilinə keçmişdir. Sözün əsli hansı dildəndir? Belə göstərilir ki, yunan dilindəki "ağac başmaq" sözü "ağac" sözündən yaranmış və calopedia formasında orta latın dilinə keçmişdir. Fransızlar onu galoche kimi işlətmişlər. Deməli, qədim yunan dilindən gələn bu söz qədim Kelt tayfalarında (Fransada) solea qalica ("qalların səndəlisi"), latın dilində gallica ("yağışa qarşı ayaqqabı"), fransız dilində galoche kimi formalaşdığından sonra XIX əsrin əvvəllərində rus dilinə qaloş kimi keçmiş və Azərbaycan dilinə də həmin formada yol tapmışdır.
Qanad
Quş qanadı — quşlarda əzələ ilə hərəkət edən uçma orqanı. Həşərat qanadı — həşəratların çoxunda hərəkət edən uçma orqanı. Təyyarə qanadı — Qanadlı raket — pilotsuz idarə olunan uçuş aparatı.
Qanaş
Qanaş (fr. ganache) — şokoladdan və təzə qaymaqdan krem. Tort və pirojnaların bəzədilməsində desert kimi istifadə olunur. Ədviyyat, meyvə, kofe, alkaqol aromatizasiyası ola bilər. Ehtimal ki, qanaş ilk dəfə 1850-ci ildə Sidorenko şirniyyat fabrikində düşünülüb. Hazırkı versiya İsveçrə mənşəlidir. Qanaşdan tortların dekoru zamanı trüfel kimi istifadə olunur. Qanaş müxtəlif meyvələr: çiyələk və ya üzümlə təqdim edilə və həm də dondurula bilər.
Qandi
Mohandas Karamçand "Mahatma" Qandi (qüc. મોહનદાસ કરમચંદ ગાંધી, hind मोहनदास करमचंद गाँधी, d. 2 oktyabr 1869, Porbandar, Qucarat — 30 yanvar 1948, Yeni Dehli) — Hindistan Azadlıq Hərəkatının siyasi və ruhani lideri. Gerçəklik və pisliyə qarşı, amma özündə şiddət ehtiva etməyən müqavimətlə bağlı olan Satyaqraxa fəlsəfəsinin qabaqcıl nümayəndələrindəndir. Bu fəlsəfə Hindistanı azadlığa çıxartmış, Dünya üzrə vətəndaş haqq və azadlıqları müdafiəçilərinə ilham qaynağı olmuşdur. Qandi Dünyada ona Rabindranat Taqor tərəfindən verilən və "Ulu ruh" mənasını daşıyan "Mahatma" (sanskr. महात्मा) və ata mənasını daşıyan "Bapu" (qüc. બાપુ) adları ilə də tanınır. Hindistanda rəsmi şəkildə "Xalqın atası" elan edilmişdir. Qandinin doğum günü olan 2 oktyabr Hindistanda "Qandi Cayanti" adı ilə milli tətil günü kimi qeyd olunur.
Çalov
Çalov — ekskavatorun və digər yerqazan maşınlarda kasa formalı, dişlərlə təmin olunmuş işçi üzvdür. Çalovda nəzərdə tutulmuş dişlər yerə bataraq onun qazılmasına imkan verir. Dişlər yüksək möhkəmliyə malik olurlar, bu çalovun yeyilməsinə və bununla onun uzunömürlülüyünə bir başa təsir edir. Ekskavatorlarda verilən tapşırığa uyğun olaraq çalovların sürətli dəyişdirilməsini təmin etmək üçün tez dəyişilən sistemlərdən istifadə edilir.
Andre Qaqnon
Banon (kommuna)
Banon (fr. Banon, {{dil-oc|Banon) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Banon kantonuna daxildir. Kommunanın dairəsi — Forkalkye. INSEE kodu — 04018. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 253 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 635 nəfər (15-64 yaş) arasında 448 nəfər iqtisadi cəhətdən fəal, 187 nəfər hərəkətsiz (fəaliyyət göstərici 70.6%, 1999-cu ildə 70.9%) idi. Fəal 448 nəfərdən 396 nəfər (223 kişi və 173 qadın) işləyir, 52 nəfər işsizdir (24 kişi və 28 qadın). 187 hərəkətsiz 56 nəfər arasında şagird və ya tələbə, 62 nəfər təqaüdçü, 69 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Banoş Abbasova
Banoş Cəfərqulu qızı Abbasova (1 fevral 1918, Naxçıvan qəzası – 22 yanvar 1995, Şərur rayonu, Naxçıvan Muxtar Respublikası) — Sovet Azərbaycanı tütünçüsü, Sosialist Əməyi Qəhrəmanı (1949). == Həyat və əmək fəaliyyəti == Banoş Abbasova 1918-ci ildə İliç rayonunun Xok kəndində anadan olmuşdur. 1971-ci ildə M.Əzizbəyov adına kolxozda kolxozçu və manqabaşçısı olmuş, 1971–1974-cü illərdə Əzizbəyov adına sovxozda fəhlə işləmişdir. 1948-ci ildə 3,5 hektar ərazinin hər hektarından 25,6 sentner "Tık kulak" tütün sortunu yığmışdır. 1 iyul 1949-cu ildə tütünçülüyün inkişafında göstərdiyi xidmətlərə görə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüş, Lenin ordeni və qızıl "Oraq və Çəkic" medalı ilə təltif olunmuşdur. 1974-cü ildə ittifaq əhəmiyyətli təqaüdçü oldu. Banoş Abbasova 22 yanvar 1995-ci ildə Şərur rayonunda vəfat etmişdir. == Mənbə == Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә ]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы.